SlideShare uma empresa Scribd logo
1 de 12
Əhmədli Əsalə
Əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və
s. bildirir. Əmr şəkli feilin kökönə və ya başlanğıc
formasına şəxs şəkilçisi artırmaqla dözəlir. Əmr
şəklinin xösusi şəkilçisi yoxdur. Məsələn:
 I Mən yazım, Biz yaz-aq, gəl-im, gəl-ək
 II Sən yaz Siz yaz-ın gəl gəl-in
 III O yaz-sın Onlar yaz-sınlar gəl-sin gəl-sinlər




Əmr şəklinin ikinci şəxsinn təkinin şəxs şəkilçisi
olmur.
Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu
bildirir və feillərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla
düzəlir. Arzu şəklində feildən əvvəl çox vaxt gərək,
kaş sözlərindən biri işlədilir. Məsələn:
 I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q
 II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-yasınız
 III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar




Arzu şəklinin inkarını düzəltmək üçün –ma2
şəkilçisindən istifadə olunur.



Arzu şəklində III şəxsin təkində şəxs şəkilçisi olmur.
Vacib şəkli icra ediləcək işin zəruri olduğunu
bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla
düzəlir. Məsələn:
 I get-məli-yəm get-məli-yik bil-məli-yəm bilməli-yik
 II get-məli-sən get-məli-siniz bil-məli-dir bilməli-siniz
 III get-məli-dir get-məli-dirlər bil-məli-dir bilməli-dirlər




Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir.
Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s.


Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və
feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla dözəlir. Lazım
şəklinin inkarını dözəltmək öçön deyil sözöndən istifadə olunur.
Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə
dəyişən hissə deyil sözü olur. Məsələn:
I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik
II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz
III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər



Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.










Feilin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və
feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn:
I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k
II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz
III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər



Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n,
bil-mə-sə və s.



Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər
bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs
şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız
mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə
bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan
göründüyü kimi Feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı
şəkillərdir.



Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi
artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq
olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq
birgəlik növ) və s.


İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra
ediləcəyini (və ya edilmədiyini) bildirən feil şəklinə xəbər şəkli deyilir.
Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün
müxtəlif feillərə zaman və şəxs şəkilçiləri artırılır.



Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də
şəxsə görə dəyişir.



1. Keçmiş zaman. Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli
keçmiş.

Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını
qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məsələn:
 I al-dı-m al-dı-q gəl-di-m gəl-di-k
 II al-dı-n al-dı-nız gəl-di-n gəl-di-niz
 III al-dı al-dı-lar gəl-di gəl-di-lər




Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.
Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya
edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat
verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi
ilə yaranır. Məsələn:
 I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik
 II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz
 III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər


Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məsələn:
 II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz
 III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar




Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə
şəkilçisindən istifadə olunur. Məsələn: aldım-al-madım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.


2. İndiki zaman: İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra
edildiyini bildirir, feillərə -ır, -ir, -ur, -ür (-yır, -yir, -yur, -yür)
şəkilçisini artırmaqla düzəlir. Məsələn: oxu-yur, gəl-ir, yaz-ır və s.



İnkar feillər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (-ma, mə) saiti düşür (-a, -ə). Məsələn: al-ır -al-m-ır, qaç-ır – qaç-m-ır və
s.





İndiki zaman feilləri şəxsə görə dəyişir. Məsələn:
I mən gəl-ir-əm biz gəl-ir-ik yaz-m-ır-am yaz-m-ır-ıq
II sən gəl-ir-sən siz gəl-ir-siniz yaz-m-ır-san yaz-m-ır-sınız
III o gəl-ir onlar gəl-ir-lər yaz-m-ır yaz-m-ır-lar



İndiki zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi yoxdur



3. Gələcək zaman. Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2)
qeyri-qəti gələcək.










- Qəti gələcək feillərə -acaq, -əcək(yacaq,
yəcək) şəkilçisi artır-maqla düzəlir və
hərəkətin icra olunacağını qətiyyətlə bildirir.
Məsələn:
I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəyik
II al-acaq-san al-acaq-sınız ək-əcək-sən əkəcək-siniz
III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər
Qəti gələcək zamanın üçüncü şəxsinin
təkində şəxs şəkilçisi işlənmir.







- Qeyri-qəti gələcək zaman feillərə -ar, -ər (yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və
hərəkətin icrasının qəti şəkildə deyil, qeyrimüəyyən (şübhəli) olduğunu bildirir.
Məsələn:
I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq
II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxuyar-sınız
III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar
Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin
təkində şəkilçi işlənmir.


Qeyd:



1. Qəti gələcək zamanda inkar feillər dəyişərkən inkar
şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq – alma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti
gələcək zamanda isə inkar şəkilçisinin saiti (-a,-ə)
düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin
(-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məsələn: gör-mər-əm; gör-m-əz-sən; gör-m-əz.

2. Feil –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir.
qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl "y"
bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər);
 və ya qeyri-qəti gələcək zamanın şəkil-çisində olan
sait düşür. Məsələn: başla-y-ar -başla-r; işlə-y-ər -işlər və s.



Mais conteúdo relacionado

Mais procurados (20)

Azərbaycan dili 3
Azərbaycan dili  3Azərbaycan dili  3
Azərbaycan dili 3
 
Xedice
XediceXedice
Xedice
 
Ahəng qanunu
Ahəng qanunuAhəng qanunu
Ahəng qanunu
 
Əvəzlik və onun məna növləri
Əvəzlik və onun məna növləriƏvəzlik və onun məna növləri
Əvəzlik və onun məna növləri
 
əLamət bildirən sözlər
əLamət  bildirən  sözlərəLamət  bildirən  sözlər
əLamət bildirən sözlər
 
Uzunluq ölçü vahidləri
Uzunluq ölçü vahidləriUzunluq ölçü vahidləri
Uzunluq ölçü vahidləri
 
Fonetika. Samitlər
Fonetika. SamitlərFonetika. Samitlər
Fonetika. Samitlər
 
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Cümlənin məqsəd və intonasiyaya görə növləriCümlənin məqsəd və intonasiyaya görə növləri
Cümlənin məqsəd və intonasiyaya görə növləri
 
Cümlənin quruluşca növləri
Cümlənin quruluşca növləriCümlənin quruluşca növləri
Cümlənin quruluşca növləri
 
Zərfin mena növləri 1
Zərfin mena növləri 1Zərfin mena növləri 1
Zərfin mena növləri 1
 
Vafa
VafaVafa
Vafa
 
Pul
PulPul
Pul
 
Açıq dərs
Açıq dərsAçıq dərs
Açıq dərs
 
Azərbaycan dili
Azərbaycan dili Azərbaycan dili
Azərbaycan dili
 
Sifətin dərəcələri
Sifətin dərəcələriSifətin dərəcələri
Sifətin dərəcələri
 
Əksmənalı sözlər
Əksmənalı sözlərƏksmənalı sözlər
Əksmənalı sözlər
 
Omonimlər
OmonimlərOmonimlər
Omonimlər
 
Kəsrlərin müqayisəsi
Kəsrlərin müqayisəsiKəsrlərin müqayisəsi
Kəsrlərin müqayisəsi
 
Heca
HecaHeca
Heca
 
Modal sözlər
Modal sözlərModal sözlər
Modal sözlər
 

Destaque (20)

Az.dili
Az.diliAz.dili
Az.dili
 
Aciq ders
Aciq dersAciq ders
Aciq ders
 
Ders i̇cmal
Ders i̇cmalDers i̇cmal
Ders i̇cmal
 
Düzəltmə sözlər
Düzəltmə sözlərDüzəltmə sözlər
Düzəltmə sözlər
 
OMONIM ŞƏKİLÇİLƏR
 OMONIM ŞƏKİLÇİLƏR OMONIM ŞƏKİLÇİLƏR
OMONIM ŞƏKİLÇİLƏR
 
I sinif intelektual oyun ( azerb- riyaz )
I sinif    intelektual oyun (  azerb- riyaz )I sinif    intelektual oyun (  azerb- riyaz )
I sinif intelektual oyun ( azerb- riyaz )
 
Riyaziyyat
RiyaziyyatRiyaziyyat
Riyaziyyat
 
Amina
AminaAmina
Amina
 
Məntiq 1 sinif
Məntiq 1 sinifMəntiq 1 sinif
Məntiq 1 sinif
 
Traditions
TraditionsTraditions
Traditions
 
презентация22
презентация22презентация22
презентация22
 
ISIM ULKAR KARIMLI AUL/ADU
ISIM ULKAR KARIMLI AUL/ADUISIM ULKAR KARIMLI AUL/ADU
ISIM ULKAR KARIMLI AUL/ADU
 
Oktay fel
Oktay felOktay fel
Oktay fel
 
Grafic especies arafil20150206-0004
Grafic especies arafil20150206-0004Grafic especies arafil20150206-0004
Grafic especies arafil20150206-0004
 
Az
AzAz
Az
 
Adlar
AdlarAdlar
Adlar
 
Mürəkkəb adlar və onların yazılışı
Mürəkkəb adlar və onların yazılışıMürəkkəb adlar və onların yazılışı
Mürəkkəb adlar və onların yazılışı
 
Aciq ders aybeniz
Aciq ders aybenizAciq ders aybeniz
Aciq ders aybeniz
 
Ana dili
Ana diliAna dili
Ana dili
 
Mötərizəli ifadələr
Mötərizəli ifadələrMötərizəli ifadələr
Mötərizəli ifadələr
 

Azərbaycan dili felin şəkilləri

  • 2. Əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəkli feilin kökönə və ya başlanğıc formasına şəxs şəkilçisi artırmaqla dözəlir. Əmr şəklinin xösusi şəkilçisi yoxdur. Məsələn:  I Mən yazım, Biz yaz-aq, gəl-im, gəl-ək  II Sən yaz Siz yaz-ın gəl gəl-in  III O yaz-sın Onlar yaz-sınlar gəl-sin gəl-sinlər   Əmr şəklinin ikinci şəxsinn təkinin şəxs şəkilçisi olmur.
  • 3. Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir və feillərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla düzəlir. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir. Məsələn:  I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q  II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-yasınız  III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar   Arzu şəklinin inkarını düzəltmək üçün –ma2 şəkilçisindən istifadə olunur.  Arzu şəklində III şəxsin təkində şəxs şəkilçisi olmur.
  • 4. Vacib şəkli icra ediləcək işin zəruri olduğunu bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla düzəlir. Məsələn:  I get-məli-yəm get-məli-yik bil-məli-yəm bilməli-yik  II get-məli-sən get-məli-siniz bil-məli-dir bilməli-siniz  III get-məli-dir get-məli-dirlər bil-məli-dir bilməli-dirlər   Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s.
  • 5.  Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla dözəlir. Lazım şəklinin inkarını dözəltmək öçön deyil sözöndən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məsələn: I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər  Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.   
  • 6.     Feilin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn: I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər  Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s.  Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan göründüyü kimi Feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı şəkillərdir.  Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.
  • 7.  İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra ediləcəyini (və ya edilmədiyini) bildirən feil şəklinə xəbər şəkli deyilir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün müxtəlif feillərə zaman və şəxs şəkilçiləri artırılır.  Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.  1. Keçmiş zaman. Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli keçmiş. Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məsələn:  I al-dı-m al-dı-q gəl-di-m gəl-di-k  II al-dı-n al-dı-nız gəl-di-n gəl-di-niz  III al-dı al-dı-lar gəl-di gəl-di-lər   Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.
  • 8. Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi ilə yaranır. Məsələn:  I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik  II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz  III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər  Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məsələn:  II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz  III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar   Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə şəkilçisindən istifadə olunur. Məsələn: aldım-al-madım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.
  • 9.  2. İndiki zaman: İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra edildiyini bildirir, feillərə -ır, -ir, -ur, -ür (-yır, -yir, -yur, -yür) şəkilçisini artırmaqla düzəlir. Məsələn: oxu-yur, gəl-ir, yaz-ır və s.  İnkar feillər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (-ma, mə) saiti düşür (-a, -ə). Məsələn: al-ır -al-m-ır, qaç-ır – qaç-m-ır və s.   İndiki zaman feilləri şəxsə görə dəyişir. Məsələn: I mən gəl-ir-əm biz gəl-ir-ik yaz-m-ır-am yaz-m-ır-ıq II sən gəl-ir-sən siz gəl-ir-siniz yaz-m-ır-san yaz-m-ır-sınız III o gəl-ir onlar gəl-ir-lər yaz-m-ır yaz-m-ır-lar  İndiki zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi yoxdur  3. Gələcək zaman. Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2) qeyri-qəti gələcək.  
  • 10.      - Qəti gələcək feillərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məsələn: I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəyik II al-acaq-san al-acaq-sınız ək-əcək-sən əkəcək-siniz III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər Qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi işlənmir.
  • 11.      - Qeyri-qəti gələcək zaman feillərə -ar, -ər (yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və hərəkətin icrasının qəti şəkildə deyil, qeyrimüəyyən (şübhəli) olduğunu bildirir. Məsələn: I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxuyar-sınız III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəkilçi işlənmir.
  • 12.  Qeyd:  1. Qəti gələcək zamanda inkar feillər dəyişərkən inkar şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq – alma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti gələcək zamanda isə inkar şəkilçisinin saiti (-a,-ə) düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin (-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məsələn: gör-mər-əm; gör-m-əz-sən; gör-m-əz. 2. Feil –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir. qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl "y" bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər);  və ya qeyri-qəti gələcək zamanın şəkil-çisində olan sait düşür. Məsələn: başla-y-ar -başla-r; işlə-y-ər -işlər və s.  