SlideShare uma empresa Scribd logo
1 de 161
Baixar para ler offline
éliyeva G.B.

      CİFT YETéRSİZLİYİNİN
HAMİLéLİYİN FéSADLAŞMASINDA Vé
  PERİNATAL PATALOGİYADA ROLU
Əliyeva G.B.




CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN
FƏSADLAŞMASINDA VƏ PERİNATAL
       PATALOGİYADA ROLU



             Azərbaycan Respublikası Təhsil Nazirliyinin
              04 iyul 2011-ci il tarixli 1173 saylı əmri ilə
                                      tövsiyə olunmuşdur.




             Bakı – 2011
CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN
     FƏSADLAŞMASINDA VƏ PERİNATAL
            PATALOGİYADA ROLU


                    Əliyeva Gültəkin Budaq qızı
                 Tibb elimlər namizədi, mama-ginekoloq




                                  Dizayn
                              Sahib Kazımov



                             Çap və Cildləmə
                       “Yek Production” Mətbəəsi
         Ş. Şamil küç., No: 17, Səbail rayonu, Bakı, Azərbaycan
                         Tel: (+994 12) 492 57 74




          Bu kitabın Azərbaycanda nəşr hüquqları müəlliflərə aiddir.
Müəlliflərin icazəsi olmadan qismən və ya tamamən yenidən nəşr oluna bilməz.

                         © G. B. Əliyeva, Bakı, 2011.
Məni həkim görmək istəyən əziz nənəm
  Səməngül xanımın, elm yoluma çıraq tutan,
respublikamızın görkəmli alimləri, əziz Leyla
       xanım Kərimovanın və Tamara xanım
    Dadaşovanın unudulmaz xatirələrinə həsr
                                      edirəm.
Mündəricat
İxtisar edilmiş terminlərin siyahısı              7
Giriş                                             9
Ciftin əmələ gəlməsi                             10
Böyümə faktorlarının ciftin inkişafında rolu     19
Ciftin lokalizasiyası                            25
Ciftin funksiyaları                              29
Cift-döl qan dövranı haqqında                    48
Perinatal patologiya                             51
Dölün hipoksiyası                                53
Cift yetərsiziyi                                 60
Cift yetərsizliyinin təsnifatı                   77
Cift yetərsizliyinin əmələ gəlməsi               81
AFS - antifosfolipid sindrom                     83
Mamalıq praktikasında antifosfolipid sindromun
klinik təzahürü və kriteriyaları                 90
Cift yetərsizliyinin diaqnostikası               93
Dopler müayinəsi                                 97
Antifosfolipid sindromun diaqnostikası           101
Perinatal diaqnostika                            104
Alfa-fetoprotein – AFP                           116
Perinatal diaqnostikadainvaziv metodlar          118
Cift yetərsiliyinin konpensasiyası               127
Dölün bətndaxili hipoksiyasının müalicəsi        136
Plazmoferezin tətbiqi                            137
Antifosfolipid sindromun müalicəsi               140
Profilaktika                                     143
Nəticələr                                        146
Əlavələr                                         149
Ədəbiyyat siyahısı                               151
İxtisar edilmiş terminlərin siyahısı:
AMH        Aşağı molekullu heparin.
AMQF       Fertilliyin alfa-2mikroqlobulini.
AKTH       Adrenokortikotrop hormon.
AFS        Antifosfolipid sindrom.
AFA        Antifosfolipid antiteli.
AKA        Antikardiolipin antiteli.
BF         Böyümə faktoru.
CBF 1,2    Cift böyümə faktoru -1,2.
DEBF       Damar endotelial böyümə faktoru.
İXQ(XQ)    Xorionik Qonodotrapin.
PL, XS     Plasentar laktogen və ya Xorionik Samodotropin.
XK         Xorionik Kortikotropin.
LF         Laktoferrin.
NK         Natural Killer.
PAPP-A,B   Hamiləliklə assosasiya olunmuş A vəB zərdab zülalı.
PAMQ       Plasentar alfa1mikroqlobiulin.
TBQ        Trofoblastik beta 1qlikoprotein.
E1         Estron.
E2         Estradiol.
E3         Estriol.
DHEASO4    Dihidroepiandrosteron sulfat.
OBA        Orta beyin arteriyası.
PZR        Polimeraz zəncirvari reaksiya.
THS        Tənəffüs hərəkətlərinin sayı.
DHA        Dölün hərəki aktivliyi.
AFP        Alfafetoprotein.
NST        Non stres test-sakitlik testi.
GCA        Göbək ciyəsi arteriyası.
UA         Uşaqlıq arteriyası.
ÜDS        Ürək döyüntülərinin sayı.


                                                                 7
TSH     Tənəffüs hərəkətlərinin sayı.
    DMİ     Dölyanı maye indeksi.
    BKİ     Beyin kriotinkinaza izofermenti.
    ÜKİ     Ürək kreatinkiaza izofermenti.
    NO      Azot oksidi.
    AOM     Antioksidant müdafiə.
    ARA     Antiradikal aktivlik.
    OAF     Oksigenin aktiv formaları.
    DNİES   Diffuz neyro-immuno-endokrin sistem.
    DBİL    Dölün bətndaxili immun ləngiməsi.
    MT      Melatonin.
    ÜAA     Ümumi antioksidləşmə aktivliyi.
    LPO     Lipidlərin peroksidli oksidləşməsi.




8
Giriş
    Mamalıq və perinatologiya elminin əsas müştərək məqsədinin -
təhlükəsiz analıq, doğuşun qoruyucu üsullarla başa çatdırılması, yet-
kin, sağlam həyat qabiliyyətli uşaqların doğulmasına şərait yaratmaq
olduğu bir zamanda bu problemə diqqət yetirmək problemin hələ də
aktuallığını qoruyub saxladığını göstərir.
    Gələcək nəslin sağlamlığının əsas zəmini olan perinatal dövrdən
bu problemin həllinə başlamaq artıq dövlət və milli proyektlərlə hə-
yata keçirilir. [37,43,44,61,89, 103.]
    Müasir dövrdə mamalıq və perinatalogiya elminin sürətlə inki-
şafı hamiləliyin gedişinə nəzarətdə, dölün antenatal müdafiəsində
geniş imkanlar yaratmışdır.
    Gələcək nəslin sağlamlığının təminatı üçün ana bətnində ikən
dölün xəstəliklərinin diaqnozunu qoymaq, ana bətnindəki körpəni
qoruma altına almaq artıq vacib şərtlərdən biri olmuşdur.
    Perinatal patologiyanın çox saylı səbəbləri içərisində xüsusi yeri
olan çift yetərsizliyinə diqqət yetirmək məqsədi ilə uzun illərdir ki,
təcrübi mamalıqda diqqətdən qaçırmadığımız cift yetərsizliyi üzərin-
də durmağı qarşımızda məqsəd qoyduq. Əgər cift yetərsizliyinin uşaq
ölümü səbəbləri içərisində 20%, hamiləliyin başa çatmamasında 50-
77%, rast gəldiyini həzərə alsaq bu mövzunun hələ də aktuallığını
qoruyan bir problem olduğu aydınlaşır.
     Perinatal patologiyanın, ölümün, neonatal xəstələnmənin əsas
səbəbi cift yetərsizliyi və dölün bətndaxili inkişafının ləngiməsidir
deyən Савельева Г.М., Стрижаков А.Н., Тимохина Т.Ф kimi gör-
kəmli alimlərin fikirlərindən yola çıxaraq hamiləliyi fəsadlaşan - az
həyat qabliyyətli, ölü, şikəst, az çəkili uşaqlar dünyaya gətirən qadın-
ların müayinə və müalicəsinə diqqət ayırdıq. Bəs cift necə yaranır,
hamiləlikdə rolu nədir, yetərsizliyi hamiləliyin gedişinə və bətndaxi-
lindəki dölə necə təsir edir? Aşağıda bunlara aydınlıq gətirməyə ça-
lışmışıq.


                                                                      9
Əliyeva G.B.



     Ciftin əmələ gəlməsi
    Hamiləlik mayalanma anından başlanmış hesab olunur. Maya-
lanmış yumurta hüceyrə borunun sekretı ilə qidalanaraq blastosit-
lərə bölünərək hərəkət edir. Onun hərəkətinə borunun peristaltikası,
epitel toxumasının kipriciklərinin nizamlı hərəkəti və borunun sekre-
tinin yaratdığı sürüşkənlik yardım edir.




     Şəkil 1.   Mayalanmış yumurta hüceyrənin mayalanmadan implantasiya
                anına qədərki əsas inkişaf etapları.
                a - yumurta hüceyrə mayalanma anında, b, c, d, e - mayalanmış yumurta
                hüceyrə mayalanmadan 12-24, 30, 40-50 və 60 saat sonra, f – mayalanma-
                dan 3-4 gün sonra - morula, g – blastosit, z - implantasiyanı başlanğıcı
                mayalanmanın 6-cı günü, 1 - uşaqlıqboruları, 2 - uşaqlıq boşluğu, 3 - uşaq-
                lığın selikli qişası.

   Mayalanmadan 30 saat sonra yumurta hüceyrə 2 eyni ölçüdə qız
hüceyrəyə bölünür. 10 saat sonra 2-ci bölünmə baş verir və 4 yeni
hüceyrə əmələ gəlir. Mayalanmadan təxminən 50-60 saat sonra 16
hüceyrədən ibarət morula adlanan hüceyrə toplusu əmələ gəlir.


10
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu




     Şəkil 2. (Белоусов.Л.В. Введение в общую эмбриологию. М. 1980. Гилберт
              С.Биология развития.тт. 1-3 М. 1993, 1994, 1995)


     İmplantasiya ovulyasiyadan 9-10 gün sonra baş verir. [9,17]
İkinci həftənin başlanğıcında döl yumurtasının uşaqlığın selikli qişa-
sına, nidasiya və ya implantasiya olunma prosesi başlanır. İlk 24
saatda ziqota yarıyadək 40 saatdan sonra isə tamamilə uşaqlığın se-
likli qişasına daxil olur.


                                                                                  11
Əliyeva G.B.




     Şəkil 3. 1 - Endometriya (Desidua). 2 - Kapliyar damarlar. 3 - Uşaqlıq boşluğu.
              4 - Daxili hüceyrə toplusu. 5 - Xarici hüceyrə toplusu. 6 - Daxili hüceyrə
              toplusu.

    Trofoblastın ifraz etdiyi proteolitik, qlikolitik və digər fermentlə-
rin selikli qişanı lizisə uğratması nəticəsində əmələ gələn zülal, kar-
bohidrat, vitaminlər və digər maddələri özündə saxlayan embriotrof




                         Şəkil 4. 1-Trofoblast, 2-Embrioblast.


12
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


ilk vaxtlarda ziqotani qidalandırır. İmplantasiyadan sonra trofo və
embrioblastların intensiv inkişafı başlanır. Amnion, xorion və desidual
qişalar əmələ gəlməyə başlayır. Bu kürəyə bənzəyən hüceyrə toplu-
sunun qeyri bərabər bölünməsi ilə həyata keçirilir. Morulanın xarici
hüceyrə qatı daxildəki hüceyrələrdən sürətlə bölünür. Xarici hüceyrə
qatı trofablast içəridəki hüceyrə toplusundan ayrılır, yalnız kiçik bir
sahədə əlaqə qalır.
     İri tünd blastomerlərdən embrioblast əmələ gəlir. Bu embrion və
embriondan kənar hissələrin inkişafına başlanğıc verir. Kiçik şəffaf
blastomerlər tədricən embrioblastı hər tərəfdən əhatə edir. Bunlar
trofoblasta başlanğıc verir. Erkən differensasiyaya uğrayan trofoblast
toxuması sonralar implantasiyanı və embrionun qidalanmasını təmin
edir. Sonralar əmələ gələn embrioblast və trofoblast qatlarının ara-
sındakı kiçik boşluğa maye toplanır. Hamiləlikdə endometriya qatı
desidua adlanır. Onun histaloji quruluşu böyük, çoxbucaqlı sekretor
hüceyrələrin varlığı ilə təsdiq edilir. Əslində bu epitelə bənzər hü-
ceyrələr dəyişikliyə uğramış endometriyal hüceyrələrdir. Bu dəyişik-
liklərdən sonra endometrium damarlanması da artır. Uşaqlığın təbii
killer (NK) hüceyrələri, qranulyar leykositlər artır, coxnüvəli leyko-
sitlər və B hüceyrələri azalır.




                                          Şəkil 5.


                                                                                  13
Əliyeva G.B.


    Desidual qişaya daxil olmuş trofoblast damar içi və damar xarici
olaraq ikiyə ayrılır. Damar xarici trofoblastlar əsasən ciftin desiduaya
əkilməsinə yardım edir. Damar içi trofoblastlar isə spiral arteriyala-
rın transformasiyasında iştirak edir. Spiral arteriyalar miyometriyal
arteriyaların endometriyanı qidalandıran şaxələridir. Trofoblastlar
spiral arterya divarındakı endotel hücrelerinin yerinə keçir.
     Histoloji müayinədə spiral arteriyaların və qismən venaların orta
qatının yox olduğu görünür. Trofoblastlar arteriyaların içərisində da-
ha dərinə deyil, ancaq iç 1/3 nə qədər irəliləyir. Buna da spiral arteri-
yaların transformasiyası deyilir. Ciftin əsasında 100-ə qədər spiral
arteriyanın içinə girən trofoblastlar damar divarının iç 1/3 hissəsində
dəyişiklik yaradaraq sanki arteriyaların bu hissəsində bir vena əmələ
gətirir. Nəticədə bu damarlardan qan axarkən müqavimətə az rast
gəlir. Bu da arteriyanın içindən keçən qan miqdarının çox artmasına
səbəb olur. Ciftdən keçən qanın miqdarı 500 mL/dk çatır. Bu cift-
uşaqlıq qan axımı adlanır. Trofoblast hüceyrələrinin desidua və mio-
metriyaya daxil olanları isə hamiləlik zamanı ciftin vaxtından əvvəl
ayrılmasına mane olur, doğuşdan sonra isə uşaqlığın involyusiyası
zamanı yox olurlar. Bu hüceyrələrin çox vacib iki funksiyasına diqqət
yetirərək buna əmin ola bilərik. Birincisi, trofoblastlar fərqli toxuma-
lar içərisinə girərək o toxumanın hüceyrələrindən biri kimi özünü
apara bilir. İkincisi, trofoblastların fərqli xüsusiyyətli hüceyrələrin
ifraz etdiyi GnRH, estrogen ve progesteron kimi hormonları tək ba-
şına sintez edə bilir. Deməli bu hüceyrələr xüsusi qabiliyyətə malik,
insan vücudunun ən bacarıqlı hüceyrələridir.
   Mayalanmanın 12-14-cü günü rüşeyimi əhatə edən trofoblast hü-
ceyrələri intensiv bölünərək, dölün ətrafında şaxəli qişa-damar toru
əmələ gətirir.
    İmplantasiyadan sonra uşaqlığın divarında kiçik bir sahədə çö-
kəklik, boşluq əmələ gəlir. Bu boşluq mayalanmanın 2-ci həftəsində
birincili damarsız vorsinlər arasında yaranır. O boşluğa partlamış
desdual damarlardan ananın qanı dolur. Buraya yerləşmiş ziqota ana-


14
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


nın desidual qişasının damarlarından gələn qanla qidalanır. Ana qanı
ilə dolu çökəklikdə ana qanı ilə ruşeyim arasında ilk mübadilə başla-
yır. Şəkil 6-ya diqqət etsək sadə ciftin və embrionun endometriyaya -
desiduaya münasibətini aydın görərik.




                                          Şəkil 6.

    Sonralar döl yumurtasının üzərinə birincili vorsin yaradan trofob-
lastdan barmaq səklində protoplazmatik çıxıntılar - vorsinlər əmələ
gəlir və hərəkət edircəsinə uşaqlığın divarına doğru uzanaraq uşaqlı-
ğın desidua qişasına şəkil 3-də göstərildiyi kimi daxil olur. Bu çıxın-
tılar sitotrofoblast hüceyrə-lərindən ibarət olub damarsızdır, birincili
vorsinlər adlanır. Yuxarıda qeyd etdiyimiz kimi desidual qişaya da-
xil olmuş damar içi trofoblast spiral arteriyaların transformasiyasın-
da və damar xarici trofoblastlar isə əsasən ciftin desiduaya əkilməsi-
nə xidmət edir. Ontogenezin bu dövründə maddələr və qazlar müba-
diləsi sadə diffuziya yolu ilə baş verir. Hamiləliyin ikinci həftəsində
birincili vorsinlərə birləşdirici toxuma daxil olaraq ikincili vorsinlərin
yaranmasına səbəb olur.


                                                                                  15
Əliyeva G.B.




                                Şəkil 7.

    Üçüncü həftədə rüşeyimin angioblastlarından ciftin damarları
əmələ gəlməyə, allantoisin damarları ikincili vorsinlərə daxil olmağa
başlayır. Beləliklə xorionun vaskulyarizasiyası ilə nəticələnən hami-
ləliyin mühüm kritik dövrlərindən biri baş verir.
    Bu baxımdan ciftin inkişafını 2 mərhələyə bölmək olar. Birinci
mərhələdə implantasiya zamanı trofoblastların spiral arteriyalarda
yaratdığı transformasiyadan sonra desiduaya, miometriyanın sərhəd-
dinə qədər irəliləyir. Yəni hamiləliyin 3-cü həftəsindən 20-ci həftəsi-
nədək olan zamanı əhatə edir Bu mərhələni də 2 dövrə ayırmaq olar.
Birinci ilk üçaylığın sonunadək, ikinci isə 20 həftəyədək davam edir.
Ciftin inkişafınının 2-ci mərhələsində trofoblastların spiral arteriya-
larda yaratdığı transformasiyadan sonra miometriyaya qədər davam
edilən invaziya miometriyanın iç 1/3 hissəsinə daxil olur. [151]
   Spiral arteriyaların transformasiyası pozulduqda uşaqlıq qan axı-
mı da pozulduğundan embrionun inkişafdan qalması və ya dölün
bətndaxili inkişafının ləngiməsi baş verir. Yəni ciftin damarlanması
prosesinin çox dəqiq, həssas və ardıcıl davam etməsinin normadan
kənara çıxması hamiləliyin erkən həftələrdə pozulmasına səbəb ola-


16
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


caq. Əgər yuxarıda deyilənlərə bir də ciftin damarlanması prosesi
kimi baxsaq, proseslərin doğrudan da hər anı hesablanmış proqrama
əsasən getdiyinə şahid olarıq. Bu andan ciftin formalaşması başlanır.
Bəzən buna sadə cift də deyilir. Sonralar döl yumurtasının üzərinə
birincili vorsin yaradan trofoblastlardan cift əmələ gəlir.
   Fetoplasentar sistemin digər hissələri göbək ciyəsi amniotik ayaq-
dan əmələ gələrək, 8-ci həftədə amnionla örtülür Ciftin vizualizasi-
yası 7-9 həftəlikdən mümkün olur.




                                          Şəkil 8.

     Desidual qişa 3-parietal, kapsulyar və bazal qatdan ibarətdir. Döl
yumurtası inkişaf etdikcə, kapsulyar və parietal desidual qişalar gəri-
lir, nazikləşir, bir-birinə yaxınlaşır. Bazal desidual qişa qalınlaşır, çox-
lu damarlar əmələ gətirərək ciftin ana hissəsini formalaşdırır. Ciftin


                                                                                  17
Əliyeva G.B.


döl hissəsi isə döl yumurtasının uşaqlıq divarına bitişdiyi yerdə xo-
rionun vorsinlərindən inkişaf edir.




     Şəkil 9. 1 - parietal desidual qişa; uşaqlığın içərisini örtür, 2 - döl, 3 - amnion,
              4 - bazal desidual qişa - döl yumurtasını uşaqlığın divarından ayırır,
              5 - xorion, 6 - kapsulyar desidual qişa - döl yumurtasını uşaqlıq boş-
              luğu tərəfdən örtür.

    Şəkil 9-da parietal, bazal, kapsulyar desidual qişaların döl yumur-
tasına və uşaqlığa münasibəti verilmişdir.




18
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu



    Böyümə faktorlarının ciftin
    inkişafında rolu
   Böyümə faktoru (BF) haqda elmi mülahizələr və araşdırmalar
meydana çıxandan sonra ciftin morfologiyası və inkişafının öyrənil-
məsində yeni istiqamətlər meydana çıxdı. Ciftin gələcək morfologi-
yası, inkişafında mühüm rol oynayan hüceyrə polipeptidi olan böyü-
mə faktoru eyni zamanda cift toxumasının, qan damarlarının, vəzi
toxumasının inkişafını ləngitmək və stimulə etmək qabliyyətinə də
malikdir.
    Deməli, böyümə faktorunun əmələ gəlmə və funksiyasındakı də-
yişikliklər ciftin morfologiyası və funksiyasında dəyişikliklər yaradır.
Beləliklə hamiləliyin erkən vaxtlarında böyümə faktorunda baş ve-
rən dəyişikliklər cift yetərsizliyinin baş verəcəyinin xəbərvericisidir.
    Böyümə faktoru – bioloji aktiv birləşmədir və hüceyrənin mitogen
siqnallarının əsas daşıyıcısı, hüceyrələrin differensasiyası, bölünmə-
sini stimulə və inhibə edir. Hal-hazırda qadının reproduktiv siste-
minə təsir edən onlarla BF aşkarlanıb. [10,90]
    Böyümə faktoru əsas rolu, embriogenez dövründə embrional hü-
ceyrələrin differensasiyasında oynayır. Yerli böyümə faktorlarının tə-
sirindən trofablast hüceyrələrinin proleferasiyası, miqrasiyası və in-
vaziyası aşağıdakı mexanizmlərlə baş verir. [126,127,118]
    1. Autokrin – onu ifraz edən hüceyrənin reseptorları ilə münasibət.
    2. Parakrin – onu ifraz edən hüceyrənin ətrafındakı
                  hüceyrələrlə əlaqə.
    3. İntrakrin – faktor hüceyrənin içində qalır, birbaşa o hüceyrəyə
                   təsir edir.
    4. Endokrin– qan dövranına daxil olaraq, qan vasitəsi ilə təsir edir.
   Bəzən bir hüceyrəyə bir neçə böyümə faktoru təsir edir. Bunlar-
dan biri cift böyümə faktoru (CBF) digəri damar endotelial böyümə


                                                                                  19
Əliyeva G.B.


faktorudur (DEBF). CBF- homodimer 45-50 kD molekul çəkili, qliko-
proteindir. CBF- iki izoformadan CBF-1 və CBF-2 ibarətdir. Bu izo-
merlərdəki polipeptid ardıcıllığı CBF-2-dəki heparinbirləşdirici fraq-
mentdən başqa eynidir. CBF struktur və funksiyasına görə damar
endotelial böyümə faktorları ailəsinə daxil olan angiogenezi stimulə
edən damar endotel böyümə faktorlarına çox oxşardır. [102,139] Cift
böyümə faktorunun hamiləliyin müddəti artdıqca dinamik artdığı
qeyd olunur. [141] Böyümənin damar endotelial faktorunun aktivliyi
hipoksiyanı da göstərir. [133,137,139,142]
    Müxtəlif böyümə faktorları və onların reseptorları da ciftin inki-
şafının müxtəlif səviyyələrində prosesə qoşulub bu inkişafı kontrol
edir. [115,102,139] Beləliklə, böyümə faktorunun cift yetərsizliyi olan
hamilələrdə təyini dölün hipoksiyasının erkən markeri sayıla bilər.
Xüsusilə ciftin böyümə faktorunun implantasiya, plasentasiya, erkən
embriogenez dövründə hüceyrələrin proliferasiyası və differensasi-
yasını təmin etdiyindən son zamanlarda xüsusi diqqət mərkəzində-
dir.
    CBF və DEBF [115] bir tərəfdən angiogenezin stimulyatoru olaraq
damarların ciftdaxili lojadakı keçiriciliyini artırır, digər tərəfdən
autokrin mexanizmin sayəsində ciftin əmələ gəlməsi zamanı trofab-
lastın differensasiya və metobolik aktivliyini requlyasiya edir.
    Müasir təsəvvürə əsasən bu zaman uşaqlıq-cift qan axımının
strukturunun hazırlıq dərəcəsi cift çökəkliyinin spiral arteriyalarının
divarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinin invaziya dərə-
cəsindən asılıdır.
    Bu zona ciftin vorsinlər arası sahəsinin uşaqlığın endometriyasına
kontaktıdır. Hamiləliyin 7-10-cu həftəsində cift çökəkliyinin spiral ar-
teriyalarının divarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinin
invaziyasının birinci dalğası baş verir. 12 həftəlik müddətə qədər bu
proses spiral arteriyaların endometrial seqmentinə yayılır. Nəticədə
daimi cift-uşaqlıq qan mübadiləsi formalaşmış olur. Hamiləliyin 16-
18 həftəsində invaziyanın ikinci dalğası baş verir. Bu zaman vorsin-


20
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


dən xaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrial
seqmentinə yayılır. Sonralar bu uşaqlıq-cift arteriyalarına transfor-
masiya olunur. Hamiləliyin erkən həftələrdə inkişafdan qalması cift
çökəkliyinin spiral arteriyaların hestasiyaya uyğun yenidən qurul-
masının patalogiyası, vorsindən xaric sitotrofoblast hüceyrələrinin
yetərsiz invaziyası ilə əlaqəlidir. Görünür ki, bu proseslərin aktivliyi
yerli böyümə faktorlarının köməyi ilə həyata keçirilir. Əgər invaziya-
nın birinci dalğasında bu yerli böyümə faktorunun requlyasiyasında
pozğunluq olarsa, cift-uşaqlıq qan dövranının yaranmasının bu eta-
pında ləngimə baş verəcək. Endometriyada əmələ gələcək nekrotik
ocaqların hesabına yenicə ivaziyayaya uğramış vorsinlərin və cift çö-
kəkliyinin sıradan çıxması, embrionun ölməsi ilə nəticələnəcək. Əgər
bu patalogiya invaziyanın ikinci dalğasında baş verərsə,vorsindən
xaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrial seq-
mentinə yayılması pozular, beləliklə də ciftin hipoplaziyası, cift ye-
tərsizliyi baş verır. Bu da dölün bətndaxili inkişafının ləngiməsinə
gətirib cıxarır. [44]
    Ciftin ontogenezi hamiləliyin davam müddəti ilə müəyyən olu-
nur və şərti olaraq 2 stadiyaya bölünür. [43] Birinci stadiyaya ciftin
böyüməsi - yəni ciftin kütləsi və səthi ölçüləri sürətlə böyüyür. Bu
böyümə 36 həftəyədək davam edir. Ciftin böyüməsini requlyasiya
edən faktorlar çitoksin, protoonkogenlər, prostoqlandinlər və leykot-
rienlərdir. [112] İkinci-stadiya ciftin morfofunksional yetişkənliyi döv-
rüdür, 37-40 cı həftələri əhatə edir. Ciftin böyüməsini tənzimləyən
böyümə faktorları ciftin yetişməsində rol oynamaya da bilər. Yəni
ciftin yetişməsini kontrol edən faktorların təsir mexanizmi tamamilə
aydın deyil.
    Hamiləliyin davam müddətində cift bir həyat tsikli keçir. Bu həyat
tsikli yaranma, inkişaf, funksional fəaliyyətinin ən yüksək səviyyəsi və
qocalma dövrününü əhatə edir və hamiləliyin sona çatması üçün va-
cib olan bütün funksiyaları yerinə yetirir:


                                                                                  21
Əliyeva G.B.




                                  Şəkil 10.

     Bu zaman kəsiyində ciftin 4 yetkinlik dərəcəsi öyrənilir.

     0 - yetkinlik dərəcəsi     30 həftəliyədək davam edir
     I - yetkinlik dərəcəsi     27- 36 həftəliyədək
     II - yetkinlik dərəcəsi    34-39 həftəyədək
     III - yetkinlik dərəcəsi   37-həftədən sonrakı müddəti əhatə edir.

   30 həftəyədək davam edən 0 - yetkinlik dərəcəsi – birincili struk-
tura, hamar xorionik səthə malikdir.
   I - Yetkinlik dərəcəsində – birincili struktura fonunda xorion löv-
hədə kiçik exogen sahələr meydana gəlir, xorionik lövhə qıvrımlaşır.
   II - Exogen zonalar daha intensiv görünür – xorionik lövhə qıv-
rımları ciftin içərilərinə doğru irəliləyir, ancaq bazal qata çatmır.
    III - Xorionik lövhə qıvrımları ciftin içərilərinə doğru irəliləyir, ba-
zal qata çatır, dairələr cızaraq ciftə paycıqlı şəkil verir. Əgər III-yet-
kinlik dərəcəsinə 38-39 həftəlikdə rast gəlinirsə bu ciftin vaxtından
əvvəl qocalması- yəni cift yetərsizliyidir.
   Hamiləliyin 3-cü ayının axırına, 4-cü ayının başlanğıcına doğru
formalaşmağa başlayan cift, sonralar hamiləlik boyu inkişaf edir. 36-
37 həftəsində 18-20 sm ölçüyə çatan bu orqan 20-40mm qalınlığında


22
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


və 200-dək paycıqdan ibarət olur. 37 həftədən sonra isə ya eyni öl-
çüdə qalır ya da ölçüləri və qalınlığı kiçilir. Yetkin cift dairəvi və ya
oval şəkillidir və bu orqanın 2 səthi ayırd edilir. Uşaqlığın divarına
təmas edən ana səthi və amnional boşluğa baxan döl səthi mövcud-
dur. Ana səthi bozumtul-gilənar rəngli paycıqların hesabına kələkö-
türdür. Döl səthi parıltılı su qişası ilə örtülüdür, hamardır və boz
rəngdədir.




    Şəkil 11. 1 - Amniotik qişa, 2 - Göbək ciyəsi, 3 - Ciftin ana və döl səthi, 4 - Ciftin
              uşaqlıq divarında yerləşməsi, göbək ciyəsi çökəkliyi.

    Ana səthindən görünməyən damarların döl səthində tor əmələ
gətirdiyi aydın görünür. Hamiləlik boyunca ciftin ölçüləri və qalınlı-
ğı dəyişir. Ciftin sahəsi, həcmi obyektiv göstəriciləri olmasına bax-
mayaraq, qiymətləndirilməsi çətindir. Təcrübi mamalıqda ciftin qa-
lınlığı göbək ciyəsi çökəkliyində ölçülür. Ciftin qalınlığı rezus uyğun-
suzluq, dölün ödemi, ananın şəkərli diabeti, infeksion proses zamanı
4,5 sm və daha çox olur, naziklənmə kriteriyası isə 2sm və ondan az
olmasıdır.


                                                                                       23
Əliyeva G.B.




     Şəkil 12. 1-Spiral arteriyalar, 2-Spiral venalar, 3-Vorsinlər arası arteriya və vena-
               lar, 4-Cift, 5-Göbək ciyəsi çökəkliyi, 6-Uşaqlıq divarı, 7-Göbək ciyəsi
               arteriyası, 8-Göbək ciyəsi

    Şəkil 12-də göründüyü kimi ananın qanı zərif uc kapillyarlarda
dövr edir. Vorsinlərin ümumi sahəsi 22 həftədə 2,42-m2, 36 həftədə
isə 10,6 m2 [43] olur.


24
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


   Xatırladaq ki, yaşlı bir insanın bədən səthi 1,5 m2-dır. Belə anato-
mik quruluş dölün boyunu və inkişafını təmin edən ideal quruluşdur.
    Ciftin uşaqlıq boşluğuna münasibətinə nəzər salsaq 20 həftəlik
hamiləliyə qədər cift uşaqlıq boşluğunun yarısını, hamiləliyin axırına
yaxın üçdə birini tutduğunu görürük. Normada ciftin çəkisi dölün
çəkisinin altıda birini, yeddidə birini təşkil edir. Uşaqlıq böyüdükcə
uşaqlıq divarına ˝bitişik˝ cift uşaqlığın dibinə doğru çəkilir, sanki ye-
rini dəyişir, buna ciftin miqrasiyası deyilir.




    Şəkil 13. [Resimli Doğum Bilgisi, Ankara 2003. çeviri S.Günlap]

    Diaqramda dölün çəkisi, dölyanı mayenin miqdarı, ciftin çəkisi bir-
birinə və hamiləliyin həftəsinə nəzərən verilmişdir.


    Ciftin lokalizasiyası
   Hamiləliyin əsas orqanı, dölün bətindaxili inkişafın cavabdehi
olan ciftin lokalizasiyasının dölün inkişafında rolu olmadığı bir qrup
müəllif tərəfindən iddia edilir. Ancaq 25 illik müşahidə və araşdır-


                                                                                  25
Əliyeva G.B.


malarımıza, müraciət etdiyimiz ədəbiyyat icmallarına əsaslanaraq
ciftin lokalizasiyasının dölün bətindaxili inkişafında böyük rolu ol-
duğuna əmin olduq. Perinatal diaqnostikada ciftin qalınlığının, öl-
çüsünün olduğu kimi lokalizasıyasının da rolu danılmazdır.




     Şəkil 14. 1-Uşaqlıq boynu. 2- Uşaqlıq boynunun daxili dəliyi. 3-Cift.

    Normada cift uşaqlığın yuxarı hissəsində, arxa-ön, yan divarla-
rında və uşaqlığın dibində yerləşə bilir. Çox vaxt ön və arxa divarda,
yan divarlardan birinə keçmək şərti ilə yerləşən, cift nadir halda tam
ön və arxa divarda, uşaqlığın dibində və ya gəliş vəziyyətində yer-
ləşir. Ancaq qadının keçirdiyi təkrari abortlar, düşüklər, spesifik və
qeyri-spesifik metroendometrit, uşaqlıq mioması, polipozu zamanı
cift uşaqlığın daha aşağı hissələrində inkişaf edir, beləliklə də ha-
miləliyin gedişini fəsadlaşdırır. Cift aşağı seqmentdə yerləşirsə cift


26
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


gəlişi adlı patologiyanı yaradır, yəni cift uşaqlıq boynu kanalının da-
xili dəliyini tam və ya hissəvi örtür və ya ona yaxın yerləşir. Əgər cift
daxili dəliyi tam örtmüşsə, mərkəzi cift gəlişi, ciftin kənarı daxili də-
liyi qismən örtübsə hissəvi, daxili dəliyin kənarında yerləşibsə, kə-
narı cift gəlişi adlanır.
    Ultrasəs müayinəsi klinik praktikaya daxil olduqdan sonra hami-
lə qadınlarda ciftin yerləşməsi, ölçüləri, strukturası, yetkinlik dərəcə-
si haqda daha dəqiq məlumat almaq mümkün olur. Hamiləliyin I-II
trimestrində təsbit olunmuş cift gəlişinin III trimestrdə 32 həftəlikdə
ancaq 5%-ni təkrar izləmək olur. Hamiləliyin 32 həftədə rast gəlinən,
təkrar izlənən 5%-cift gəlişindən 37 həftədə ancaq ⅓-i qalır. Exoqrafi-
yanın tətbiqi nəticəsində ciftin bir yerə bitişib durduğu deyil, hami-
ləliyin müddəti artdıqca daxili dəliklə ciftin kənarı arasındakı məsafə
artdığını, yəni ciftin miqrasiya etdiyini görürük. [131,135] Cift gəlişi
doğuşların 0,3-0,4%-də rast gəlinir. Cift gəlişi diaqnozu vaxtında
qoyularsa doğuşun taktikasını əvvəlcədən seçmək mümkün olur.
Ciftin belə lokalizasiyası hamiləlik zamanı kiçik – uzun müddətli və
ya profuz qanaxmaya səbəb olduğundan, uşaqlığın dibində, ön və
yan divarlarında yerləşən ciftə nisbətən dölün, hamilə uşaqlığın təz-
yiqinə daha çox məruz qalır. Döl-ana-cift qan dövranında ləngimə
olduğundan, profuz qanaxma olmasa belə bu funksional cift yetər-
sizliyi kimi qəbul edilməlidir. Kiçik qanitirmələr kompensasiya olun-
sa belə, xronik cift yetərsizliyi, profuz qanitirmə isə kəskin cift yetər-
sizliyi kimi qiymətləndirilməli, həm ana bətnindəki dölün, həm də
ananın həyati təhlükəsi nəzərə alınmalıdır.
    Ciftin lokalizasiyası haqda dəqiq məlumat olduqda hamiləliyin II
yarısında qanaxma zamanı differensial diaqnoz aparmaq asan olur.
Ciftin lokalizasiyasının doğuş prosesinin gedişinə, sancıların xarakte-
rinə də təsir edir.




                                                                                  27
Əliyeva G.B.




                                Şəkil 15.

   Cift uşaqlığın dibində yerləşərsə, doğuş yaradıcı tədbirlər 86,7%,
cismində yerləşərsə 63,6%, aşağı seqmentdə yerləşərsə 33,3% aparıl-
dığı qeyd olunur. Ciftin uşaqlığın boynuna yaxın yerləşməsi zamanı
uşaqlıq boynu vaxtından əvvəl yetişir və 45,6 – 62,1% hamiləlik vax-
tından əvvəl başa çatır.
    Aşağı seqmentdə yerləşərsə, vaxtından əvvəl doğuş 43,1%, uşaq-
lığın dibində olarsa 12,5% rast gəlir. Aşağı seqmentdə yerləşmə həm
də perinatal ölümə səbəb olur ki, bunun da 16,2%-i vaxtından əvvəl,
2,3%-i isə vaxtında doğulanların payına düşür. Ciftin arxa divarda
yerləşməsi zamanı hamilə qadının arxası üstə daha çox uzandığı üçün
ciftin və uşaqlığın qidalandırıcı damarlarının sıxılması nəticəsində
funksional cift yetərsizliyi baş verir. Beləliklə də dölün bətndaxili hi-
potrafiyası və hipoksiyası meydana çıxır. Deməli, təkcə ciftin xəstə-
likləri deyil, onun yerləşməsi də perinatal patalogiyaya, doğuşun
vaxtınada və ya vaxtından əvvəl baş verməsinə səbəb olur.



28
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu



    Ciftin funksiyaları
    Cift – hamiləliyin əsas orqanıdır, dölün ağ ciyər, mədə-bağırsaq,
böyrəkləri və dərisinin funksiyasını yerinə yetirir. Cift - hamiləliyin
unikal vəzi olub, çox mürəkkəb biokimyəvi proseslərin iştirakçısıdır.
Cift dölün qidalanmasını, inkişafını, boyunu tənzim edir. Onun fizio-
loji hamiləlik və ya ananın müxtəlif xəstəlikləri ilə gedən hamiləlik
zamanı rolu əvəzolunmaz və çoxşaxəlidir. Cift qişaları, göbək ciyəsi
dölyanı maye birlikdə vahid bir kompleks təşkil edir. O, eyni zaman-
da həm Anaya həm də Dölə aid olan müştərək orqandır. Ana və
dölün qarşılıqlı təsiri ikitərəfli əlaqələrlə həyata keçirilir. Bu ana və
döl arasındakı dörd əsas informasiya kanalının yardımı ilə baş verir.
1. Diaplasentar humoral kanal – düzünə və əksinə mübadilə kana-
   lından anadan dölə O2 və qida maddələri, hormonlar, bioloji aktiv
   maddələr, immun cisimlər keçir. Döldən anaya isə CO2, metabo-
   litlər, immun cisimlər, hormonlar keçir. Bu ən geniş və informativ
   kanaldır.
2. Ekstraplasentar humoral kanal. Bu kanalla immun cisimlər, di-
   gər maddələr ciftdən kənar yolla dölyanı maye, döl qişaları va-
   sitəsi ilə keçir. Bu informativ kanal 1-ciyə nisbətən çox az imkan-
   lara malikdir.
3. Cift- sinir kanalı. Bu kanalla informasiya mübadiləsi Cift-göbək
   ciyəsinin damarlarındakı baro - və ximoreseptorların qıcıqlandı-
   rılması nəticəsində baş verir.
4. Ekstraplasentar - sinir kanalı. Ananın MSS-nə dölün boyu, hərəki
   aktivliyi nəticəsində alınan informasiyanın təsiri, dölə isə ananın
   orqanizmində mexaniki, termiki, kimyəvi faktorların qıcıqlandı-
   rılmasından alınan informasiyadır.
   Çoxşaxəli funksiyalarından biri hormonal orqan olub, hamiləliyin
davamı müddətində qadın orqanizmində baş verən dəyişiklikləri və
dölün inkişafını tənzimləməsi, qadını laktasiyaya hazırlamasıdır. Ey-


                                                                                  29
Əliyeva G.B.


ni zamanda həm də ana ilə bətnindəki dölün qarşılıqlı əlaqəsini ya-
radan- yəni anadan oksigeni və qida maddələrini dölə, dölün həyat
məhsulları olan CO2 və zərərli maddələri isə döldən ana qanına da-
şıyan orqandır.
    Bir tərəfdən onu ana ilə dölü birləşdirən əsas kanal kimi tanıyı-
rıqsa, digər tərəfdən də ana ilə döl arasında baryer olduğunu görü-
rük. Hamiləlik müddətində ciftin yerinə yetirdiyi funksiyalara nəzər
salaq, əsas funksiyaların 3 qrupa bölündüyü aydınlaşır:

1 – mübadilə funksiyası - qida maddələrinin və qazların (oksigen və
    karbon qazı) mübadiləsi, qidalanma və tənəffüs funksiyası
2 – hormonal funksiyası - ciftin hormon və zülal dəsti sintez etmə
    qabliyyəti
3 – baryer funksiyası - qoruyucu və immunoloji funksiyanın köməyi
    ilə dölü xəstəlik törədicilərindən, zərərli maddələrdən, antitellər-
    dən qoruyur.

   Ayrı-ayrılıqda bu 3 funksiyanın öyrəndikdən sonar 20 sm diamet-
rində, 2-3 sm qalınlığında bir neçə ay ömrü olan bu kövrək orqanın
nələrə qadir olduğu bir daha aydınlaşır.
    Ciftin mübadilə funksiyası dedikdə, ana ilə döl arasında qazlar –
O2 – CO2 mübadiləsi, qida maddələri, karbohidrat, yağ və zülal mo-
lekullarının mübadiləsi və s başa düşülür. Bu mübadilə aktiv və pas-
siv keçidlə başa çatır. Qida maddələri və oksigenlə zəngin ana qanı
ciftin ana səthi ilə uşaqlıq divarı arasında təmas səthinə gəlməsinə
baxmayaraq, ananın qanındakı tərkibdə dölə keçmir. Fizioloq, bio-
loq, morfoloq, mama-ginekoloqların tədqiqatlarına görə, cift mürək-
kəb maddələrin mübadiləsi məhsullarını təkcə toplamaq deyil, həm
də dölə lazım olan məhsulları sintez edərək, embrion və dölün mə-
nimsəyə biləcəyi şəklə salmaq qabliyyətinə malik mürəkkəb orqan-
dır. Cift mübadilə funksiyasını aşağıdakı 4 yolla həyata keçirir.
1. Sadə diffuziya yolu ilə - xırda molekullu maddələr və qazlar keçir.


30
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


2. Sürətlənmiş diffuziya yolu ilə - kiçik molekullar, yağda həll olan
   maddələr keçir.
3. Aktiv keçidlə enzimlərin yardımı ilə - suda həll olan vitaminlər,
   aminturşular.
4. Pinositoz yolu ilə - isə kompleks zülallar, antigenlər daşınır.

    Su, oksigen və karbon qazı molekulları ciftdən keçir. Su ciftdən
keçərək dölyanı mayedə, ciftdə, dölün toxuma və orqanlarında sərf
olunur. Suyun keçişi qatılıq qradiyentinin əksinə baş verə bilir və hər
gün dölyanı maye 30-40 ml-dək artır. Oksigenin döl qanına keçmə-
sinə dölün hemoqlobininin artıq olması və hemoqlobinin oksigeni
sürətlə uda bilmə qabiliyyətindən baş verir. Döl qanında oksigen 7,6
mm civə sütunu təzyiqə, hüceyrədən kənar maye mühitdə isə 23mm
c. sütunu təzyiqə malikdir. Karbon qazının da mübadiləsi eynidir.
Qazlar mübadiləsi bu təzyiqlər fərqinə görə baş verir. Qlükoza isə
zülallarla birləşərək, yağda həll olan şəklə düşərək, yüngülləşdirilmiş
diffuziya yolu ilə mənimsənilir. Hamiləliyin erkən aylarında qlikogen
sintezi üçün çoxlu qlükoza cift tərəfindən udulur. Hamiləliyin gec
dövrlərində isə qlikolizə uğrayaraq sərf olunur. Qlükozanın konsen-
trasiyası döldə ana qanındakından çoxdur və döl bu qlükozadan qli-
kogen sintez edərək energetik mübadiləsi üçün istifadə edir.
    Zülal mübadiləsinə nəzər salsaq, döldə bu mübadilənin anadan
10 dəfə aktiv olduğunu görərik. Sərbəst amin turşuların konsentra-
siyası isə ana qanındakından 5 dəfə artıqdır. Sərbəst yağ turşuları
ciftdən asanlıqla keçdiyindən, ana qanındakı ilə eyni səviyyədədir.
Çünki, zülallar aminturşularadək parçalanır, yenidən ciftdə başqa
quruluşda dölə məxsus zülallar şəklində sintez olunur. Lipidlərin da-
şınması isə onların ciftdə fermentativ parçalanması ilə başlanır. Dölə
triqliseridlər şəklində keçir. Ciftin bu xüsusiyyəti xorionun stroma-
sını təşkil edən yüksək inkişaf etmiş birləşdirici toxumadan asılıdır.
Bu mürəkkəb biokimyəvi proses ananın mədə-bağırsaq sistemində
zülal yağ və karbohidratların parçalanma və sintezini xatırladır.


                                                                                  31
Əliyeva G.B.


    Cift vitaminlərin mübadiləsində də böyük rol oynayır. Vit B1, Vit
A və karotin ciftdə depolanaraq dölə keçəcək miqdarı requlyasiya
edilir. Vit B1, fosfor turşusu ilə birləşərək dölə keçir, karotin isə dölün
qara ciyərində Vit A-ya çevrilir.Vitamin D-nin ciftdə miqdarı və dölə
keçməsi isə ana qanında bu vitaminin miqdarından asılıdır və kal-
siumun daşınma və mübadiləsini tənzim edir. Vit K və E ciftdən keç-
mir. Ona görə də çox vaxt yeni doğulmuşa Vit K təyin edilir. Elek-
trolitlərin mübadiləsi paraplasentar və transplasentar yolla gedir.
Kalium, natrium, xloridlər və hidrokarbonatlar sərbəst olaraq dölə və
əksinə keçir. Kalsium, fosfor, dəmir isə döldə və ciftdə depolanır. Cift
dəmiri keçirdiyi və depoladığı üçün döldə hemoqlobinin miqdarı
anada dəmir defisitli anemiya olsa belə, normal olur.
    Ciftdə həm də maddələr mübadiləsində iştirak edən çoxlu fer-
mentlər saxlanılır. Oksidaza, katalaza, dehidrokinaza, karbohidrat
mübadiləsini tənzimləyən amilaza, laktoza, zülal mübadiləsini tən-
zim edən fermentlər, termostabil qələvifosfataza ciftin spesifik fer-
mentləridir. Bu fermentlərin ana qanında təyini ciftin fəaliyyəti haq-
da məlumat verir. Dəmir defisitli anemiya hamilə qadınlarda 40,6%
rast gəlir. Nəticədə tənəffüs fermentlərinin aktivliyi enir, toxuma
hipoksiyası baş verir. [117,80].
    Ana qanı ciftin xovları arasındakı boşluqlarda dolaşaraq, mürək-
kəb biokimyəvi çevrilmələrdən keçir. Xovların sonunda yerləşən fe-
tal arteriyalara yeni quruluşda dölə məxsus olaraq keçir. Beləliklə bu-
radan dölün toxuma, qan qrup və rezus mənsubiyyətinin anadan
fərqli olması, özünəməxsusluğu aydınlaşmış olur. Sanki, cift müba-
dilə funksiyasını yerinə yetirərkən dölün ağ ciyərini və mədə-bağır-
saq sisteminin işini yerinə yetirir. Beləliklə cift – ana və döl arasında
maddələr mübadiləsini təmin edən, dölü ananın immun sistemindən
və infeksion agentlərdən qoruyan, ananı doğuşa, laktasiyaya hazır-
layan hamiləliyin əsas orqanı olduğu bir daha aydınlaşır.




32
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu




    Şəkil 16. 1- cift, 2- göbək venası, 3- göbək arteriyaları.




    Şəkil 17. 1-Yuxarı tənəffüs yolları, 2-Kiçik qan dövranı, 3-Ağ ciyərlər, 4-Ürək,
              5-Böyük qan dövranı, 6-Toxuma kapilyarı.



                                                                                  33
Əliyeva G.B.


    Bundan başqa ciftdə qanın laxtalanma və fibrinoliz faktorları, bio-
loji aktiv maddələr – histamin,histaminaza, xolesterinaza və s. də
mövcuddur. Digər tərəfdən, cift daxili sekresiya vəzidir, hormonal
funksiyanı yerinə yetirir. Hamiləliyin başa çatması, dölün normal
inkişafı, doğuşun başlaması üçün hormonlar dəsti sintez edir. Desi-
dual toxuma sinsito və sitotrofoblast hormonların sintezini və bəzi-
lərinin metabolizmasını yerinə yetirir.
    Endokrin funksiya - Ciftin metabolik funksiyası kimi endokrin
funksiyası da diqqəti cəlb edir. Cift digər endokrin vəzilərdən fərqli
olaraq, həm zülal, həm də steroid mənşəli bir-birindən fərqli hor-
monlar sintez edir. Hamiləliyin ilk-3 ayında aktiv fəaliyyəti dölün
histo və orqanogenez prosesinin əsasını təşkil edir. Bu dövrdə cift
dölü onun inkişafı üçün lazım olan bütün hormonlarla təmin edir.
Cift mənşəli hormon və zülallara-İnsan xorionik qonodotropini (XQ),
insan plasentar laktogeni (PL),və ya insan xorionik samotomammot-
ropin (XS), insan xorionik kortikotropini (XK), fertilliyin alfa-2
mikro-qlobulini (FAMQ), plasentar alfa-1mikroqlobulin (PAMQ),
plasentar protein (PP-5),(PP-12),(PP-14) trofoblastik beta 1 –qliko-
protein (TBQ), onkofetal protein alfa-fetoprotein (AFP) aiddir. [42,54,
55,87] Hamiləliklə assosasiya olunmuş zülalları 3 qrupa bölmək olar:
1. Dölün orqaniznində sintez olunan zülallar - Alfa fetoprotein,
   onkoembrional antigen
2. Ciftdən sintez olunan zülallar-trofoblastik beta 1-qlikoprotein, in-
   san xorionik qonodotropini, insan plasentar laktogeni, plasentar
   termostabil qələvi fosfataza, hamiləliklə əlaqəli zərdab zülalları
   (PAPP-A, PAPP-B)
3. Hamiləlik zamanı və ondan kənar vaxtlarda qan zərdabında rast
   gəlinənlər.
    Dölün bətn daxilində fetoplasentar kompleksdə baş verən müba-
dilə pozğunluğu nəticəsində əziyyət çəkməsi 60-90% postnatal həyat-
da uşağın mərkəzi sinir sistemində kiçik beyin disfunksiyasından


34
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


ağır, dayanıqlı sinir pozğunluğuna qədər gətirib çıxarır. Ona görə də
digər müayinələrlə yanaşı, ciftin spesifik zülallarının təyini dölün bətn
daxilindəki patoloji vəziyyətini öncədən təyini xüsusi əhəmiyyət
kəsb edir. Bu zülallar cift yetərsizliyinin klinik əlamətlərdən əvvəl
təyininə kömək edərək bu riskin qarşısını alır.
    PAMQ – plasentar α-1 mikroqlobulin. Bu zülal da ciftin desidual
hissəsindən sintez olunan əsas zülallardan hesab olunur, bir çox fizi-
oloji proseslərin – ovulyasiya, desidualizasiya, implantasiya və dölün
inkişafının əsas iştirakçısıdır. Eyni zamanda, yumurtalıqların polikis-
tozu, endometriyanın maliqnizasiyası kimi patoloji proseslərin də
iştirakçısıdır. Bu zülala həm də trofoblastın invazivliyini requlyasiya
edən ananın təbii zülalı kimi baxılır. Hamiləlik zamanı ananın qan
zərdabında 40 nq/ml-dən yuxarı çıxmır. Fetoplasentar yetərsizliyin
diaqnostikası üçün 16-17 həftəlik hamiləlikdən başlayaraq, 33-34 həf-
təyədək bu zülalı yoxlamaq məsləhətdir.
   Çox vaxt bu zülalın artımı FMA-lı qadınlarda dölün bətndaxili
hipoksiyasına işarətdir. Bu artım hələ klinik simptomları meydana
çıxmamış cift yetərsizliyinin göstəricisi olduğu üçün kompleks müa-
yinə göstərişdir. Əksər hallarda isə bu zülalın artımı yüksək perinatal
fəsad riskini dölün bətndaxili hipoksiya və hipotrofiyasını göstərir.
   Fertilliyin α-2 mikroqlobulini - Qlikodilin reproduktiv sistemi-
nin spesifik zülalıdır.
    Qadınlarda aybaşının lütein fazasında endometriya vəzilərinin
epitelisində, hamiləlik zamanı isə ciftin desidual toxumasında sintez
olunur. Bu sintez və sekresiya proqesterondan bilavasitə asılıdır. Sağ-
lam hamilə olmayan qadının qan zərdabında 8-40 mkq/ml arasında
olur. Ən yüksək həddi isə lütein fazasına uyğun gəlir. Öz-özünə dü-
şüklərdən sonra uşaqlığın qanlı ifrazatında, α-2 mikroqlobulin gene-
rasiyası 50-100 dəfə normal aybaşı qanının tərkibindəkindən artıq
olur. Belə yüksək artım endometriozda da qeyd olunur. Xronik en-
dometritdə isə normadan 5 dəfə az rast gəlinir.


                                                                                  35
Əliyeva G.B.


    Hamiləlik müddətində qan zərdabında sürətlə artır, 4-6 həftə ara-
sında maksimuma çatır,12-16 həftəyədək yüksək səviyyədə qalır son-
ra isə azalmağa başlayır. Təhlükə törədən düşüklər zamanı hələ klinik
simptomlar meydana çıxmamışdan əvvəl bu zülalın sintezi də azal-
mağa başlayır. Ona görə də, bu zülalı I trimestrdə 2- həftə fasilə ilə 2-
3 dəfə yoxlamaq lazımdır.
    PAPP-A hamiləliklə assosasiya olunmuş A-plazma proteini 1974-
cü ildə hamiləliyin axırıncı həftələrində olan qadının qanında yüksək
fraksiyalı zülal olaraq aşkarlandı. Sonralar tərkibində Zn olan, 800
molekul çəkili metalloqlikoprotein olduğu qeyd edildi. Sinsitotro-
foblastlardan - ciftin xarici qat toxumasından sintez olunur. Ananın
immun cavabını modifikasiya edərək, ciftin inkişafı və yaşaması
üçün şəraiti saxlayır. Son 15 ildə Daun sindromunun diaqnostikasın-
da işlədilən 3-lü testə əlavə edilərək 4-lü test adlandırılaraq effektliyi
90%-ə çatdırmaq mümkün olmuşdur.
    XQ-xorionik qonodotropin 35000 mol çəkili qlikoproteiddir. Ha-
miləliyin ilk həftələrində XQ – lüteotrop funksiyanı yerinə yetirir.
Sarı cismin steroidogenez funksiyasını tənzimləyir və onun hamiləlik
baş vermədikdə 14 gün davam edən ömrünü, hamiləlik zamanı uza-
daraq, hamiləlik sarı cisminə çevrilməsinə xidmət edir. Nəticədə pro-
qesteronun fasiləsiz ifrazı təmin olunmuş olur. XQ-nin, sarı cisim və
steroid hormonlarının sintezi hipofizar qonodotrop hormonların
tsiklik ifrazını tormozlayır.
     Ona görə də hamilələrdə qanda FSH və prolaktinin səviyyəsi
aşağı olur. Hamiləliyin ilk günlərindən, hətta mayalanmanın 8-9-cu
günündən təyin edilən, XQ hamilə qadının immunoloji reaksiyaları-
nı, T- supressor hüceyrələri induksiya edərək tormozlayır. Güclü im-
munosupressiv təsirə malik qlukoproteindir. Yəni hal-hazırda XQ
əsas immunodepressant hesab olunur. Döl-ana arasındakı immuno-
konflikt və embrionun uşaqlıq divarından qopmasına mane olur. Bi-
rinci trimestrdə hər 2-3 gündən bir ikiqat, üçqat artıraq 8-10-cu həf-
tədə maksimuma çatır. Trofoblastın patoloji proseslərində, hamiləli-


36
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


yin pozulma təhlükəsi olanda XQ səviyyəsi enir. Qanda bu hormo-
nun yüksəlməsi çoxdöllü hamiləlik – beçəxor və dölün xromosom
abberasiyası zamanı baş verir. İnkişaf etməmiş hamiləlikdə isə enir.
Ektopik hamiləlikdə miqdarı normal hamiləliklə müqayisədə azdır.
Qanda XQ-dən başqa, onun α və β sərbəst zəncirləri də aşkarlanır.
Eyni zamanda ifraz olunan 3-cü zəncir isə onların - α və β sərbəst
zəncirlərin spesifikliyini təyin edir. Endometriyanın vəzili epitel hü-
ceyrəsindən sekresiya olunur. Hamiləliyin təyini üçün daha həssas,
trofoblastik toxumanın sinsitotrofoblastlarından sintez olunan β - XQ
ni təyin etmək vacibdir.
    XQ – ciftin fəaliyyəti haqda əhəmiyyətli məlumat verməkdə rolu
yoxdur. Çünki, ciftin tam formalaşıb, fəaliyyət göstərdiyi 12-14 həf-
tədə bu hormon azalmış olur. XQ sonsuzluğun müalicəsində tətbiq
edildiyindən, bəzi xəstəliklərdə də aşkarlandığından diaqnostikada
bəzi xətalar verə bildiyindən, hamiləliyin erkən diaqnostikasında, ha-
miləliyin spesifik testi ola bilməz. β XQ isə hamiləliyin dəqiq, səhvsiz
diaqnostik markeri hesab olunur. Hamiləliyin XQ testi ilə müqayisə-
də daha dəqiqdir. Hamiləlik müddəti proqressiv surətdə artan züla-
lın bu artımındakı hər hansı dəyişiklik dölün inkişaf qüsuru, hamilə-
liyin pozulmasının diaqnostikasında əsas rol oynayır.
    Trofoblastik β-1 qlikoprotein (TBQ) ciftin döl hissəsinə aid olan
spesifik markeridir. [54,55] hamiləliyin və onunla əlaqədar olan xəs-
təliklərin – beçəxor və trofoblastik xəstəliklərin spesifik zülalıdır. Sito
və sinsitotrofoblastda sintez olunaraq, ananın qan dövranına daxil
olur. Hamiləlik zamanı ciftin desidual toxumasında sintez olunaraq
Ananın qan zərdabında aşkarlanır. O, hamiləliyin pozulma təhlükə-
sini əvvəlcədən xəbər verir, aparılan müalicənin effektliliyini göstə-
rir. TBQ Y.S. Tatarin tərəfindən 1971-ci ildə qadının qan zərdabında
aşkarlanıb.
   Qadın orqanizmdə müxtəlif bioloji funksiyaları yerinə yetirir.
Ananın limfositlərinin aktivləşməsinə mane olaraq, genetik informa-
siyanın 50%-ini atadan olan dölü - yadlığı ananın immun sistemin-


                                                                                  37
Əliyeva G.B.


dən qoruyur. Cift və trofoblast hüceyrələrinin böyümə proliferasiya-
sını requlə edir. İnkişaf və differensasiyasını kontrol edir. İmmunoloji
prosesləri aktivləşdirir və ya tormozlayır.
    TBQ-nin hamiləlik boyu qandakı konsentrasiyasını aşkarlamaq
üçün aparılan TBQ monitorinqi, fetoplasentar sistem haqda, hamilə-
liyin müxtəlif patologiyalarında isə trofoblastın funksiyası haqda dü-
rüst məlumat verir. TBQ-nin qanda 6 dəfədən çox enməsi hamiləliyin
spontan pozulacağının proqnozunu əvvəlcədən 100% dəqiqliklə gös-
tərir. TBQ-nin 2-4 dəfə enməsi isə 33% halda spontan abortun baş ve-
rəcəyinin göstəricisidir. Əgər 35-40 həftəlik hamiləlikdə TBQ nor-
madan aşağıdırsa, doğuşda ana və döl üçün fəsadlaşmaya işarədir.
[87] Öyrəncəkli düşüklər, cift yetərsizliyi və perinatal patologiya za-
manı TBQ-nin I trimestrdə 5-10 dəfə enməsi, II-III trimestrdə isə art-
mağa meylli olmaması göstərilir. [8] (cədvəl 1-2).
    CMV virus infeksiyası zamanı hamiləliyin ilk həftələrində TBQ 4-
8 dəfə enir. Görünür ki, buna səbəb virus təsirindən trofoblastın çox
hissəsinin məhv olmasıdır. Trofoblast hüceyrələri virusların prolife-
rasiyası üçün münbit toxumadır. Virusların artıb çoxalması isə tro-
foblast hüceyrələrinin məhvi deməkdir. Nəticədə, trofoblastların zü-
lalların biosintezi ilə əlaqəli olan metabolik funksiyası da enir.
   Çox vaxt TBQ, Pl, Plasentar α 1 mikroqlobulin, fertilliyin α2 - mik-
roqlobulini ilə birlikdə təyininin böyük diaqnostik əhəmiyyəti vardır.
30 həftədən sonra TBQ azalır, PAMQ artır, AMQF artır. Bu da ekizlər
üçün təhlükə olduğuna işarədir.
    Fetoplasentar sistemin hamiləlik boyunca obyektiv dəyərləndiril-
məsi TBQ miqdarından asılıdır. Bu monitorinq hələ klinik simptom
bəlli olmamışdan hamiləliyin pozulma təhlükəsindən xəbər verdiyi
kimi, müalicələrin effektli olub-olmadığının, yəni hamiləliyin inkişa-
fının, başa çata biləcəyinin də göstəricisidir.
   Ektopik hamiləliyin diaqnostikasında USM-lə birlikdə təyininin
xüsusi əhəmiyyəti var. Beləki, ektopik hamiləlik zamanı endiyi gö-
rünməkdədir. Hamiləliyin normal inkişafı üçün lazım olan immuno-


38
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


supressiv təsiri göstərir. Hamilə qadının qanında təyini trofoblastın
funksiyasını qiymətləndirir və hələ klinik simptom verməyən düşük
təhlükəsinin olduğundan xəbər verir. I-II trimestirdə artarsa uşaqlıq
boşluğunda iltihabi prosesin olduğunu və ya döl yumurtasının his-
səvi soyulduğunu göstərir. Bütün hamiləlik boyunca aşağı olması
uşaqlıq daxilində xronik infeksiyanın varlığına, ciftdəki distrofik də-
yişikliyə işarədir.
   Kəskin artım isə çoxsululuq, şəkərli diabet, vaxtı ötmüş hamiləlik,
dölün hemolitik xəstəliyi zamanı olur. Ona görə də, hamiləlik boyu
2-4 həftə ara ilə 2-3 dəfə TBQ yoxlanılması perinatal patologiyanın
vaxtında aşkarlanmasına yardım edər.

        Hamiləliyin müddəti                    Hamilə qadının qan zərdabında
        (mayalanma günündən həftə ilə)         TBQ konsentrasiyası (mq/ml)
        2 – 3 həftə                            0,02 – 0,5
        3–5                                    0,5 – 4,5
        6–8                                    5 – 12
        8 – 10                                 5 – 16
        10 – 12                                16 – 26
        12 – 14                                22 – 38
        14 – 16                                38 – 48
        16 – 18                                48 – 50
        18 – 20                                50 – 56
        20 – 22                                56 – 58
        22 – 24                                58 – 65
        24 – 26                                65 – 80
        26 – 28                                80 – 100
        28 – 30                                100 – 150
        32 – 34                                158 – 190
        36 – 38                                210 – 240
        38 – 40                                240 – 250
Cədvəl 1. Fizioloji hamiləlik zamanı qadının qan zərdabında
          TBQ konsentrasiyası


                                                                                  39
Əliyeva G.B.


    1962-ci ildə ciftin, hipofizin böyümə hormonunu və prolaktini xa-
tırladan zülal sintez edildiyi elan olundu. HPL (human plasentar lak-
togen) - insan plasentar laktogen adlanan bu zülal güclü metabolik
təsirə malik olduğu təsdiq edildi. Plasentar laktogen 19 kDa molekul-
yar çəkisi olan qlikoproteid olub, hamiləliyin erkən 5-6 həftələrində
sinsitotrofoblastdan sintez olunur. Karbohidrat - zülal mübadiləsini
tənzimləyir və 1trimestrdə enməsi erkən cift yetərsizliyini göstərir.[7]
    Hamiləlikdə ifrazatı hipofizin böyümə hormondan 100 dəfə artıq-
dır. Normal gedən hamiləlik zamanı 36 həftəyədək proqressiv olaraq
artır, doğuşdan sonra isə enir. Laktotrop, lüteotrop təsiri hüceyrə im-
munitetini inhibə edir, ananın maddələr mübadiləsinə aktiv təsir
edir, anada zülal sintezini azaldaraq aminturşuların ehtiyyatının ya-
ranmasına səbəb olur. Plasentar laktogen insulinin antaqonistidir.
    Qısa yarımparçalanma dövrünün olması sekresiyasının sutkalıq
ritminin olmaması, sintezinin tək bir mənbədən olması ciftin funksi-
yasının birbaşa göstəricisidir. Plasentar laktogen 50% enərsə döl üçün
həyati təhlükə, 80% enərsə antenatal ölümə işarədir. Trofoblastın xəs-
təliklərində - beçəxor, xorionepitelioma zamanı plasentar laktogenin
çox aşağı olması aydınlaşdırılmışdır. Proses nə qədər bədxassəlidir-
sə PL, xorionik qonodotropinə nəzərən bir o qədər çox aşağı olur.
Hamilənin böyrək patalogiyasında yüksəldiyi, hipertoniyası zamanı
isə endiyi də nəzərdən qaçmamalıdır.[136]
    Ciftin erkən yetərsizliyi zamanı enir, dölün bətndaxili ölümü, öz-
özünə düşüklərdən 1-3 gün əvvəl bu enmə kritik həddə çatır. Hami-
ləliyin gec dövrlərində cift yetərsizliyi zamanı 50%-də, dölün bətnda-
xili hipoksiyası zamanı isə 3 dəfə azalır. Beləliklə hamilə qadının qa-
nında PL təyini cift yetərsizliyinin, dölün hipoksiyasının, hipotrofiya-
sının diqanostikasında böyük əhəmiyyəti var.




40
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


  Hamiləliyin            PL– konsentrasi-      Hamiləliyin            PL - konsentrasi-
  müddəti (həftə)        yası nmol/L           müddəti (həftə)        yası nmol/L
  5–6                    2,82 ± 0,65           23 – 24                116,5 ± 5,39
  7–8                    11,77 ± 0,85          25 – 26                162,50 ± 8,77
  9 – 10                 25,45 ± 1,30          27 – 28                207,80 ± 3,31
  11 – 12                37,2 ± 2,20           29 – 30                213,10 ± 12,43
  13 – 14                41,00 ± 3,30          31 – 32                235,50 ± 10,90
  15 – 16                59,70 ± 3,74          33 – 34                244,20 ± 8,61
  17 – 18                89,4 ± 3,27           35 – 36                283,60 ± 3,27
  19 – 20                91,23 ± 4,34          37 – 38                316,3 ± 4,33
  21 – 22                108,7 ± 7,00          39 – 40                392,10 ± 1,13

Cədvəl 2. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Plasentar lak-
          togenin miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə]

    Cift özünü requlyasiya edən, öz muxtariyyatı olan hipofiz – hipo-
talamusun requlyasiyasından asılı olmayan orqandır, hamiləliyin bu
unikal vəzinin hormon sintezi endokrin vəzilərin hormon sintez et-
məsinin kontrol etmə mexanizmləri ilə idarə olunmur. Fetoplasentar
kompleks gözəl endokrin ekspansiya göstərir və ana üzərində tam
hormonal kontrol yaradır. Ciftin hormonları tək Anaya deyil, Dölə
də təsir edir.
    Ana mənşəli steroid hormon – proqesteron, cift və döl mənşəli
hormon – estriol, ana-cift- döl mənşəli hormonlar – estron, estradiol,
sarı cism mənşəli hormon – relaksin bunlardandır. Döl tərəfindən
sintez olunan hormonları, AKTH peptidlərinə yaxın peptid β-
endorfin, β-melanin stimuləedici hormon, Hipotalamik hormonlara
analoji olaraq qonodotropin relizinq hormonu, tireotropin relizinq
hormonu və digərləri misal göstərilə bilər. Aşağıdakı cədvəldə Ali
Çetinin sxemasında bu hormonların sintezi verilmişdir.




                                                                                          41
Əliyeva G.B.



                                                            Dölün böyrəküstü
       Ananın qara ciyəri
                                                                  vəzi
                                                            17 OH - Pregnenolon
           Xolesterol


                                                                    DHEA



                                                                    DHEAS

                        Cift


        LOL xolesterol




         Pregnenolon




        Progesteron


                                                  Ananin qara
                                                    ciyəri
     Estron             Estrodiol



              Estriol




        Androstenedion                                     16 H -DHEAS



         1992 - Ali Cetin sxeması. Ana-döl-cift kompleksində hormon sintezi.
        [Klinikdə Obstetrik və jinekoloji. İstanbul Güneş 95, tip kitap evi, 2007]



42
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


  Fetoplasentar sistemdə estrogen və proqesteron sintezinin əsas
mərhələləri. [79]

 Döl                                            Cift                     Ana

                  Preqnelonon                   Xolesterin                        Xolesterin
                  sulfat



 Böyrəküstü                                     Preqnelonon                  Preqnelonon
 vəzi



                  Dehidroepiandros-             Proqesteron                    Proqesteron
                  teron sulfat

                                                Dehidroepian-               Dihidroepian
                                                drosteron                      drosteron
 Qaraciyər                                                                         sulfat



                  16 α-dehidro                  Estradiol,                         Estradiol
                  epiandosteron                 eston                                Estron
                  sulfat
                                                16 α-dehidro
                                                epiandosteron
                                                sulfat




                                                Estriol                              Estriol

            Cədvəl 2. [Кирюшенков Д.Я. и Тараховский М.Л. М:, 1990.]


   Estrogenlər Cift mənşəli estrogenlərin də 2 əsas funksiyası var.
Əgər bir tərəfdən uşaqlıq əzələsi üzərindəki oksitosin birləşdirici re-
septorların əmələ gəlməsini surətləndirərək doğuşa hazırlıqda rol
oynayırsa, digər tərəfdən süd vəzilərini əmizdirməyə hazırlayır.


                                                                                          43
Əliyeva G.B.


 Hamiləliyin        E2–konsentrasiyası   Hamiləliyin       E2–konsentrasiyası
 müddəti (həftə)    nmol/L               müddəti (həftə)   Nmol /L
 25 – 28            14,6 ± 0,66          33 – 34           33,2 ± 0,41
 27 – 28            18,3 ± 0,43          35 – 36           36,7 ± 0,33
 29 – 30            19,5 ± 0,54          37 – 38           44,5 ± 0,30
 31 – 32            23,0 ± 0,57          39 – 40           66,5 ± 0,79
Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında E2-nin miqdarı
          (nmol/L) [И.П.Ларичева və С.А.Витушко-ya görə]

    Estrogenlər 18 karbon atomlu steroidlərdir. Karbon atomlarına
birləşmiş hidroksil qruplarının sayına görə 3 qrupa bölünürlər.
1. E1- Estron 3-cü karbon atomunun hidroksil qrupu birləşdirməsin-
   dən əmələ gəlir. Zəif estrogendir.
2. E2- Estradiol 3-cü və 17-ci karbona 2 hidroksil qrupu birləşərək
   əmələ gəlir. Güclü estrogendir.
3. E3- Estriol 3-cü, 17-ci və 16-cı karbonun özlərinə 3 hidroksil qru-
   pu ilə birləşdirməsindən alınır. Hamiləlikdə miqdarı digərlərin-
   dən daha çoxdur.
    Estriol və alfa-fetoproteinin təyini, dölün vəziyyəti, plasentar lak-
togen və proqesteron isə ciftin funksiyası haqda məlumat verir. Ana-
döl-cift kompleksində sağlıq indeksi – estriol ilə təyin edilir. Estriolun
hamilə qadının qanında və sidiyində təyin olunması və bu nisbətin
normadan aşağı olması dölün vəziyyətinin ağırlaşmasını, klinik əla-
mətlərdən 2-3 həftə əvvəl xəbər verir. E3 fetoplasentar steroid hor-
mondur, kütləsi 288,4 Da, fetal qaraciyərdə böyrəküstü vəzidə və
ciftdə sintez olunur. Onun miqdarı ciftin funksiyasını və dölün və-
ziyyəyini xarakterizə edir. Qan zərdabında 35% enməsi kəskin cift
yetərsizliyi, dölün bətndaxili ölüm təhlükəsini göstərir.Yüksək riskli
hamiləlik – şəkərli diabet, vaxtı ötmüş hamiləlik, preeklampsiya,
Rezus uyğunsuzluq, dölün bətndaxilində ölümü, anensefaliyası, böy-
rəküstü vəzinin hipoplaziyası zamanı təyini göstərişdir. Sərbəst
estriol qadın cinsi sterod hormonudur hamiləlik vaxtı ciftdən də sin-


44
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


tez olunduğundan, onun səviyyəsi döl-cift ana sistemindəki vəziy-
yətin göstəricisidir.
    Proqesteron hamiləliyi davam etdirən hormondur. Proqesteron
21 karbon atomlu bir hormondur. Hamiləlikdən əvvəl yumurtalıq və
böyrəküstü vəzin qabıq maddəsində sintez olunur. Hamiləlik zamanı
isə 7-8 həftəliyədək sarı cisimdə, bütün hamiləlik boyu isə ciftdən
sintez olunur. 8 həftəyədək sarı cism hamiləliyin inkişafı üçün yetərli
miqdarda proqesteron ifraz edir.

 Hamilələyin          Pr -konsentrasiyası Hamiləliyin                Pr-konsentrasiyası
 müddəti (həftə)      nmol/L              müddəti (həftə)            nmol/L
 5–6                   793 ± 2,4              23 – 24                 260,0 ± 8,1
 7–8                   101,9 ± 2,7            25 – 26                 306,0 ± 10,2
 9 – 10                110,0 ± 3,1            27 – 28                 378,7 ± 1,3
 11 – 12               132,0 ± 4,8            29 – 30                 456,3 ± 12,6

Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Proqesteronun
          miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə]

    Proqesteron hamiləlikdən əvvəl endometriyanı nidasiyaya hazır-
layır, hamiləliyi davam etdirmək üçün qanda miqdarını saxlayır, ha-
miləlik zamanı uşaqlığın yığılmasını əngəlləyir. Hamiləlikdə proqes-
teronun 2 əsas funksiyasını qeyd etmək lazımdır. Embrionun inkişa-
fını davam etdirə bilməsi üçün endometriyanı hazırlayır. Əgər pro-
qesteronun təsiri kəsilərsə hamiləlik pozular. Eyni zamanda uşaqlıq
əzələsinin yığılmasını blokada edərək hamilliyin pozulmasının qar-
şısını alır. Hamiləliyin sonuna yaxın estrogenin artması ilə bu blo-
kada aradan qalxır. Digər tərəfdən proqesteron hipofizin hormonal
funksiyasına təsir edərək, hamiləlik davam etdikcə, yumurtalıqların
yumurta hüceyrə yetişdirməsinə mane olur.
   Ciftin 3-cü funksiyası onun baryer rolunun olmasıdır. Cift həm
də 2 genetik cəhətdən fərqli orqanizmləri bir-birindən qoruyan bar-
yerdir. Ona görə də fizioloji hamiləlikdə ana ilə döl arasında immun
konflikt baş vermir.


                                                                                      45
Əliyeva G.B.


    Ciftin baryer funksiyasını yerinə yetirən lipidlərdən ibarət olan
qişa ana və döl qanını qarışmağa qoymur bəzi xüsusiyyətləri ilə
hemato - ensefalik baryeri xatırladır. Burada da qida maddələri qan-
dan onurğa beyni mayesinə keçir. Ancaq bu keçirmə birtərəflidir
yəni qan-onurğa beyni istiqamətindədir. Cift baryeri isə iki tərəfli-
eyni zamanda anadan–dölə və döldən də anaya istiqamətlənən ke-
çiriciliyə malikdir. Ciftin keçiriciliyi hamiləlik boyu eyni qalmayaraq
dəyişir. Fizioloji hamiləlikdə ciftin keçiriciliyi proqressiv olaraq 32-35
həftəliyədək artır, sonralar isə azalır. Buna səbəb hamiləliyin müxtəlif
dövründə ciftin müxtəlif quruluş və yetkinliyə malik olmasıdır. Fə-
sadlaşmış hamiləliklər zamanı müxtəlif patogen və toksiki səbəblər-
dən ciftin baryer funksiyası pozulur və fizioloji hamiləlik zamanı
keçirmədiyi maddələri keçirir. Cift baryerininin quruluşu aşağıdakı
kimidir:




     Şəkil 18. 1- Terminal vorsinlərin kapillyarlarının endotelisi, 2- Vorsinlərin ka-
               pillyarları, 3- Vorsinlırin stroması, 4- Vorsinlərin epitelial örtüyü
               [www.medison.ru]

   Ciftin baryer qişası da, ciftin özü kimi seçici keçiriciliyə malikdir.
Hər iki tərəfə aid olan bu keçiricilik normal hamiləlik zamanı mole-
kul çəkisi 1000-ə qədər olan maddələr üçün keçiricidir, 1000-dən yu-
xarı molekul çəkisi olanlar isə ciftin baryerdən keçə bilmir. Tədqi-


46
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


qatlar göstərir ki, cift dölə keçəcək maddələri seçir. Yəni elə mad-
dələr var ki, dölə keçir, elə maddələr var ki, onların dölə keçməsinə
mane olur. Dölə ziyan verəcək xəstəlik törədəcək bir çox zərərli mad-
dələr və törədicilər buraxılmır. Ancaq bu o demək deyildir ki, cift
mütləq baryerdir.
 Cift menbranından              Cift menbranından              Cift menbranından
 keçən xeyirli maddələr         keçən zərərli maddələr         keçməyən maddələr
 Oksigen,                       Viruslar :                     Ana mənşəlli xolesterol,
 Karbondioksid                      Rubella                    fosfolipid və
 Qlükoza,                           CMV                        triqliseridlər.
 Amin turşular                      HSV tip 2                  Protein hormonlar
 Sərbəst yağ turşuları              Zoster virusi              (İnsulin)
 Vitaminlər                         Koksaki                    Dərmanlar
 Su                                 Polimielit                 (suksinilxolin, Heparin,
 Natrium                        A vitamini,                    metildofa, amin turşu
 Kalium                         Klomifen,                      qurluşunda olan
 Xlor                           Dietilsitilbesterol,           dərmanlar)
 Kalsium                        Noretilsteron,                 İgA, İgD, İgE, İgM
 Fosfat                         OKS, Nikotin,                  Bakteriyalar
 Bilrubin                       Alkol,
 Cidik cövhəri                  Amikasin,
 Ana-döl ertirositləri          Fenobarbital,
 (zədələnmə olmadıqda           Pentobarbital,
 minimal)                       Valproy turşusu,
 Ana plazma zülaları            Diazepam,
 AFP                            Lorezepam,
 Sterodi hormonlar              Litium,
 İgG                            Xlortiazid,
                                Karbon monoksid,
                                Orqanik Hg, Pl
                                Kalium yodid,
                                Kokain, eroin,
                                Toksomlazma gondii,
                                T.pallidium,
                                Rubella peyvəndi,
                                Anti-Rh antigenləri
    Cədvəl 5. [Tusdata; Fizioloji Histolji Embrioloji dərs notları, Ankara 2005; 235 ]



                                                                                      47
Əliyeva G.B.


   Bəzi dərman preparatları, nikotin, bəzi infeksion xəstəliklərin tö-
rədiciləri ciftdən keçərək dölə zərər verir. O, bir çox virus və infeksion
xəstəliklərin törədiciləri – 300-dək infeksion, patogen və qeyri-patogen
kokklar üçün də keçiricidir. Bu mikrobların cift baryerdən keçməsi
onların həyat məhsulları, ciftdə dəyişikliklər – piy distrofiyası, qan-
sızma, kalsium çöküntüləri, nekroz ocaqları yaradır.
    Cift dölün immun mühafizəsində də böyük rol oynayır. Ciftin im-
munoloji funksiyasının əsas komponenti ananın toxuması ilə kan-
taktda olan hissəsi - fibrinoid toxuma, sialomussin və seromukoid-
dölün antigeni aiddir. Trofoblastlarda ciftin səthində yerləşən yüksək
supressiv təsir edən maddələrə isə XQ, prostaqlandin və steroid hor-
monları misal göstərmək olar. Hamiləliyin 12-ci həftəsindən cift ana-
cift-döl sistemindən immunoqlobulinlərin ötürülməsinə başlayır. 5
sinif immunoqlobulinlərdən ancaq IgG sinifindən olanlar ciftdən ke-
çə bilir. Sonra isə dölün xüsusi immunoqlobulinləri əmələ gəlir. Cift-
də immunal reaksiyanı endirən T və B limfositlər, makrofaq və qra-
nulositlər böyük əhəmiyyət kəsb edir. Trofoblast antigenləri hamilə-
liyin 5-həftəsindən, dölün antigenləri isə 12 həftəlikdən meydana çıxır.


     Cift-döl qan dövranı haqqında
   Hamilə qadının qan dövranına yeni bir dövran cift–uşaqlıq–döl
qan dövranı da əlavə olunur. Hamiləliyin ilk həfələrindən sadə şəkil-
də meydana çıxan bu dövran sonuna yaxın işini çox mükəmməl qu-
ran mürəkkəb sistemə çevrilir. Döğuş başa çatan kimi, döl dünyaya
gələndən bir neçə dəqiqə sonra fəaliyyətini bitirir.




48
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu




    Şəkil 19. 1-Yuxarı boş vena, 2-Oval dəlik, 3-Aşağı boş vena, 4-Venoz axar, 5-
              Portal sinus, 6-Qapı venası, 7-Göbək ciyəsi venası, 8-Göbək ciyəsi
              arteriyası, 9-Cift, 10- Göbək ciyəsi arteriyaları, 11-Arterial axar.
              [www.medison.ru]


                                                                                  49
Əliyeva G.B.


    Uşaqlığı qidalandıran, uşaqlıq və yumurtalıq arteriyalarının son
şaxələri olan spiral arteriyalar vorsinlər arası sahəyə çatır. Ananın qanı
vorsinlər arası sahəyə tökülür. Ananın arterial qanındakı təzyiqin vor-
sinlər arası boşluqdakından çox olduğundan, vorsinləri yuyan qan
xorial lövhəyə çatır, döl qanı ilə qarışmadan oksigeni, qida maddələ-
rini verərək, venoz kapliyarlarla ana qanına qayıdır. Bu kapillyarlar-
dan dölün qanı keçir və daha iri damarlara və nəhayət, göbək vena-
sına çevrilir. Bu venada oksigenlə zəngin arterial qan dölə yetişir. Cift
baryerdən keçən oksigen və qida maddələrinin hesabına ciftin tənəf-
füs, qidalandırma, ifrazat və digər mübadilə funksiyaları həyata keçir.
Nəticədə dölün qanına oksigen daxil olur. Karbon qazı və mübadilə
məhsulları xaric olur. Yuxarıda qeyd edildiyi kimi ciftin baryer qişası
da, ciftin özü kimi, seçici keçiriciliyə malikdir. Hər iki tərəfə aid olan
bu keçiricilik normal hamiləlik zamanı 32-34 həftəliyə qədər artır, son-
ra isə azalmağa başlayır.




     Cift anatomik və funksional cəhətdən amnion qişası ilə əlaqəlidir.


50
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


     Ciftin bu qədər mürəkkəb və incə struktura malik olması ölçüsü-
nün, çəkisinin və ömrünün az olmasına baxmayaraq çox saylı mürək-
kəb fizioloji proseslərin öhdəsindən məharətlə gəlməsinin əsas səbəbi-
dir. Fizioloji hamiləliyin başa çatması ilə öz həyat tsiklini başa vuraraq
- qocalması, dölün dünyaya gəlməsindən nəfəs almasından sonra do-
ğulması insanın yaradılışının proqramlaşdırılmasının xüsusi vacib eta-
pıdır. Bu proqramlaşdırılmadan kənara çıxılmanın -ananın xəstəliklə-
ri, əlverişsiz ekoloji şərait, qadının qidalanmada, həyat tərzində, dav-
ranışlarında fizioloji hamiləlik normativlərindən kənara çıxmalarının
qarşısını almaqla hamiləliyin unikal vəzinin işinə normal şərait yarat-
mış olarıq. Beləliklə də hamiləliyin fəsadlaşması, perinatal patalogiya,
uşaq ölümü və əlilliyinin göstəricilərini xeyli azaltmış olarıq.


    Perinatal patologiya
    Alman mama-ginekoloqu E.Zallinq bətndaxilindəki dölün həyat
fəaliyyətinin öyrənilməsi ideyasını 1967-ci ildə irəli sürdü. Sonra
Perinatoloqların Avropa Elmi Cəmiyyəti yaradıldı. Dünyada sürətlə
inkişaf edən bu ideyaya qoşulan görkəmli rus alimləri Н.Л.Гарма-
шова, Л.С.Персианинов, Г.М.Савельева, И.В.Ильин, В.М.Сидель-
никова, М.В. Федорова və başqaları perinatologiyanın inkişafında
böyük xidmətlər göstərdilər.
    Perinatal patologiya sözü – müxtəlif zamanlarda hamiləliyin müx-
təlif dövründə baş verən patalogiyanı öyrənirdi. Əvvəlcə – dölün ana
bətnindəki inkişafının gec – 28 həftəsindən başlayaraq doğuşa qədər-
ki dövründə baş verən patologiya, sonralar isə hamiləliyin ilk gün-
lərindən doğuşdan sonrakı 7 günədək olan müddətdə hamilə qadına
və yenidoğulmuşa nəzarət olunması qərara alındı. Yəni Perinatolo-
giya təbabətin dölün bətndaxilindəki bütün inkişaf mərhələləri və
doğuşdan sonrakı ilk 7 gününü (168 saat) əhatə edən dövrü öyrənən
sahəsi oldu. Bu dövrdə döldə baş verən xəstəliklər perinatal patolo-
giya adlanır. Perinatal dövr doğuşa qədərki dövr-antenatal, doğuş
prosesinin gedişi dövrü - intranatal və doğuşdan sonrakı neonatal


                                                                                  51
Əliyeva G.B.


dövr adlanan 3 dövrə bölünür. Hal-hazırda bətndaxili inkişafın 22-23
həftəşində, 500 qr çəki ilə doğulan döl yenidoğulmuş hesab olunur.
    Perinatal patologiya dölün bətndaxili inkişafından, ana orqaniz-
mində baş verən maddələr mübadiləsinin səviyyəsindən, ciftin baryer
funksiyasının yüksək seçici və diffuziya qabliyyətindən bir-başa ası-
lıdır. Bu normal şərait pozulduqda metobolizmin pozğunluğuna və
dölün oksigen aclığına səbəb olur. Hamiləliyin əsas – unikal üzvü olan
ciftin əsas funksiylarında dəyişiklik baş verir. Nəticədə dölün bətn-
daxilində inkişafdan geri qalma – simmetrik və ya asimmetrik hipot-
rofiyası, hipoksiyası baş verir. Uzun müddətli hipoksiya dölün MSS-
də geriyə dönməz proseslərə səbəb olur. Hamiləlik uzun müddət xro-
nik hipoksiya fonunda gedərsə nəticədə dölün beyin damarlarındakı
dəyişikliklər doğuş prosesində qansızmaların baş verməsinə səbəb olur.
    Demək olar ki, doğuş prosesində baş verən dölün beyninə qansız-
maların hamısı hipoksik-işemik xarakter daşıyır. Nəticədə postnatal
həyatın müxtəlif dövrlərində zehni inkişafdan geri galma, ağıl zəif-
liyi və digər orqanların orqanik, funksional yetərsizliyi baş verir.
Postnatal həyatın müxtəlif dövrlərində uşağın əlilliyi meydana çıxır.
    ÜST məlumatına əsasən bütün dünyada doğulan uşaqların 2,5%-
ində müxtəlif inkişaf qüsurları aşkar olunur. Rusiya Federasiyasında
isə hər 1000 yeni doğulmuşdan 17-si bir yaşın sonunadək yaşamır. [24]
    Perinatal patologiyanın əsasında duran çoxsaylı səbəblər – istər
ana ilə döl arasında Rh, ABO və ya digər qan sistemi uyğunsuzluğu,
istərsə də ananın ekstragenital, viral, bakterial mənşəli xəstəliklərinin
dölə təsiri hamiləliyin əsas orqanı cift vasitəsi ilə olur.
   Hamiləlik boyu çox sayda mürəkkəb fizioloji funksiyanın öhdə-
sindən gələn, dölün normal inkişafına, hamiləliyin başa çatmasına
birbaşa cavabdeh olan - ciftin əmələ cəlmə və həyat tsiklində baş ve-
rən istənilən orqanik və funksional dəyişikliklər perinatal patalogi-
yaya səbəb olur. Bu patalogiya bəzən hamiləlik və yenidoğulma döv-
ründə kompensasiya olunur, yəni dölün və yenidoğulmuşun az hə-
yat qabliyyətli, xəstə şikəst olması ilə nəticələnmir. Bəzən isə nəinki


52
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


bətndaxilində inkişafdan geri qalma, dölün bətndaxili ölümü, inki-
şaf qüsuru hətta 1-3 və daha yuxarı yaşlarda uşağın fiziki, psixi inki-
şafdan geri qalması ilə nəticələnir.


    Dölün hipoksiyası
   Orqanizmdə hipoksiyanın – oksigen aclığının ümumilikdə 4 növü
aşkarlanır.
1. Hipoksik hipoksiya-hemoqlobinin oksigenlə doyması normal sə-
   viyyədən aşağı olur.
2. Sirkulyator hipoksiya-oksigenin arterial qanda miqdarı və gərgin-
   liyi normal olmasına baxmayaraq toxumalara yetmir.
3. Hemolitik-anemik hipoksiya eritrositlərin sayının azalması eritro-
   sitlərdə hemoqlobinin az olması və ya hemoqlobinin oksigenlə
   birləşmə qabiliyyətinin aşağı olması.
4. Toxuma homeostazının pozulması nəticəsində toxumanın oksi-
   gendən tam istifadə edə bilməməsidir.

    Cift yetərsizliyinin dölə göstərdiyi əsas mənfi təsir dölün hipoksiya-
sıdır. Hipoksiya ana-cift-döl qan dövranında oksigen yetərsizliyidir.
    Dölün hipoksiyası – fetal distres dedikdə isə, dölün ürək döyün-
tülərinin ritmik dəyişikliyi, dölün qanının pH-ındakı dəyişikliklər –
asidoz başa düşülür. Başqa sözlə dölün ana bətnində oksigen yetər-
sizliyi nəticəsində baş verən pataloji halıdır. Dölün ana bətnindəki
oksigen aclığı onun bütün üzv və sistemlərinin funksional və orqanik
dəyişikliyinə səbəb olur. Dölün ana bətnindəki bu halı dölün hipok-
siyası, asfiksiyası və ya distres sindromu da adlanır.
Hipoksiya                  Asidoz                  Asfiksiya                dölün ölümü,
                                                                            uşaq ölümü



Hipotrofiya                         Nevroloji patologiya,
                                    Uşaq əlilliyi



                                                                                      53
Əliyeva G.B.


   Aşağıda Ana–Cift–Döl arasında mübadilə kanallarının pozğun-
luqları nəticəsində dölün bətndaxilindəki asfiksiya və hipoksiyasının
dölün inkişafına təsiri, postnatal həyata adaptasiyasının pozulduğu
göstərilir.
                     Bir neçə funksional sistemin (əsəb, immun, endokrin,
 ANA                        ürək-damar sistemi) və s. patologiyaları



                      Ciftin inkişaf və funksional vəziyyətinin – DNİES
 CİFT              Subkompensator, xronik cift yetərsizliyinin əmələ gəlməsi



                                    Dölün xronik hipoksiyası




 DÖL           Artıq əmələ gəlmə            Aktivləşmə – AOM↑, ARA↑, ÜAA↑, MT,
                                             nitrat-nitrit tənəffüs qoşulması → NO↑


                                         Üzülmə                ARA ↓      MT-ciftə keçməsi
                                         AOM                              ilə depoda MT↓


         Ferment, zülal, nuklein turşusu hüc ion kanal oksid
                                                                               BKİ ↑
                       zədələn ↑ → LPO. →                                      ÜKİ ↑
     Membran funksiyasının pozulması. Apaptozun aktivləşməsi



                                        MT ifrazının azalması DNİES →
YENİDOĞULMUŞ                            Gen ekspressiyasının pozulması
                                        Sinaptik sins və s. formalaşması



                                DBİl –reflektor reaksiyaların geri qalması, tsiklik
                                     yuxunun formalaşmasının pozulması


                                      Postnatal adaptasiyanın pozulması,
                                          yenidoğulmuşun xəstəlikləri



54
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


Perinatal patologiyanın əsas simptomu olan hipoksiyanın döldə
asfiksiya, nevroloji simptomlar, dölün bətndaxili və postnatal dövrdə
ölümü, uzun müddət oksigen ehtiyacı ödənilməyən beyin toxuması-
nın funksional və orqanik yetərsizliyidir. Uşaq ölümü, vaxtından əv-
vəl doğuşlar, uşaq əlilliyinin əsasında duran bu patologiyanin daha
dərindən öyrənilməsi, yeni müayinə və müalicə metodlarının tətbiq
olunması cəhətindən aktual problem olaraq qalmaqdadır.
    Hamiləlik normal gedərsə, yenə də cift yetərsizliyi əmələ gələ
bilə, ancaq kompensasiya olunan bu yetərsizlikdən döl nə hipoksiya,
nə də asidoza məruz qalmır.
   Aşağıdakı sxemdə isə mikrosirkulyasiyanın pozulması, qarışıq hi-
poksiyanın nəticəsində əmələ gələn toxuma dizoksiyasının mexaniz-
mi verilmişdir.




                                                                                  55
Əliyeva G.B.




     [Шабалов.Н.П Асфиксия новорожденных.М.Медицина 1990 стр 69-70]



56
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


     Dölün ağır asfiksiyası qarışıq tip hipoksiya zamanı baş verir. Bun-
lara ana qanından qanın dölə qeyri adekvat keçməsi, ciftin tam və ya
hissəvi ayrılması, göbək ciyəsinin sıxılması nəticəsində dölə gedən
qanın azalması və ya kəsilməsi,dölün kompensator uyğunlaşma qa-
biliyyətinin pozulması nəticəsində oksigenləşmədəki dəyişikliyə uy-
ğunlaşa bilməməsidir. Əvvəlcə kompensator uyğunlaşma mexaniz-
mi normal baş verir. Sonra nekroz qlikolizin sürətlənməsi depolar-
dan qlikogenin mobilizasiyası baş verir, fosfolipaza aktivləşir nəticə-
də toxumaların oksigendən istifadəsi azalır. Dölə oksigenin döldən
karbon qazının daşınması ləngiyir. Beləliklə, döl qanında karbon qa-
zı toplanır. Yəni hipoksiya sonra isə dərinləşmiş metabolik–asidoz
baş verir. Damar tonusu enir, damar divarlarının keçiriciliyi artır.
Əvvəlcə hüceyrə daxili ödem sonra isə toxuma ödemi baş verir.
Prostaqlandinlərin sintezi pozulur. Energetik mənbələrin tükənməsi
nəticəsində ATF-fosfatazanın funksional aktivliyi pozulur. Hüceyrə
membranı depolyarizasiya olunur, hüceyrədən Kalium ionları çıxır,
Natrium ionları isə hüceyrə daxilində toplanır. Kalsium kanalları ar-
tır, hüceyrə daxili Kalsiumun çoxalması nəticəsində A2 fosfolipaza
aktivləşir. Beləliklə də lipidlərin peroksidli oksidləşməsi baş verir.
Əsas hissəsi lipidlərdən ibarət olan hüceyrə membranı zədələnir.
Mikrosirkulyasiya pozulur. Piruvat və süd turşularının ifrazı çoxalır.
Davamlı hipoksiya metabolik orqanik asidoza gətirib çıxarır, sonralar
metabolik və respirator asidoz birlikdə meydana çıxır, dölün beyin
toxumasında əvvəlcə işemik sonranekroz ocaqları əmələ gəlir. Sinir
toxumasında geriyə dönməz proseslər meydana çıxdığından dölün
bətndaxili ölümü baş verir.
   Dölün oksigen yetərsizliyi – əvvəlcə dölün ürək döyüntülərini
bradikardiyaya qədər endirir. Bradikardiya – dölün ürəyinin miokard
əzələsinin hipoksiya şəraitində adaptasiya olunmasıdır, yəni hipok-
siya zamanı dəqiqədə 120-160 vurğu vurmağa gücü yetmədiyindən,
vurğuların sayını 100-ə endirməyə məcbur olur. Diastola uzanır, sol
mədəciyin dolması yaxşılaşır. Beləliklə ürəyin yığılma gücü artır, nor-


                                                                                  57
Əliyeva G.B.


mal arterial təzyiq beyinə qanın yetməsinə səbəb olur. Bu da öz növ-
bəsində beyinin və qabıqaltının normal fəaliyyətini bərpa edir. Dölün
metabolik və hemodinamik dəyişikliklərinin simpatik və parasim-
patik sinir sisteminə təsir etdiyindən dölün bətndaxili hipoksiyası
zamanı dölün ürək vurğularının ritmi və sayı dəyişilir, ritmin art-
ması – akselerasiyası, azalması – deseleraya adlanır. Normal ritm
dəqiqədə 120-160 vurğu arasındadır. 16 həftəyədək 160 vurğudan
çox, 16 həftədən doğuşadək isə tədricən 24 vurğu enir. Dölün ürək
vurğularının dəyişməsinə aşağıdakı çoxlu səbəbləri misal göstərə bi-
lərik: - dölün asfiksiyası, bəzi dərmanların - atropin, trankvilizator-
lar, narkotiklər, barbituratlar, anestetiklərin qəbulu, dölün yuxu döv-
rü, ürək və sinir sisteminin anomaliyaları.
    Dölün ürək vurğularının dəyişməsi, isə aritmiyalar, - bətndaxili
taxikardiya – 160 vurğu/dəqiqədən çox, bətndaxili bradikardiya isə
120 vurğu/dəq az olmasıdır.




58
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


                        Sxem. Dölün hipoksiyasının patogenezi


                              DÖLÜN HİPOKSİYASI




           Böyrəküstü                    Anaerob                      Fermentativ
              vəzin                     proseslərin               aktivliyin – toxuma
          funksiyasında                sürətlənməsi                tənəffüs artması
            aktivləşmə

 a
         Ürək fəaliyyətinin          Mübadilənin turş.               Lizosonal katali-
 k         artması, qan                  məhsul.                    zasiya fermentinin
            dövranının              toplanması - Asidoz                 toplanması
           sürətlənməsi
 t

 i

 v       Hüceyrə membra-                  Su-duz                      Mikrosirkulya-
           nının keçirici-              mübadiləsinin                    siyanın
         liyinin pozulması               pozulması                     pozulması
 l

 ə     tormozlanma


 ş
         Böyrəküstü vəzin                   Elektrolit-                   Toxuma
 m        funksiyasının                        lərin                   tənəffüsünün
              enməsi                        disbalansı                    enməsi
 ə
       desstruktiv
          təsir




                              Sinir-əzələ            Hüceyrə-              Dianedoz
      Ürək fəaliyyəti
                               keçirici-              daxili və           qansızma,
      və hemodina-
                                liyinin                ekstra-           kapillyarların
         mikanın
                              pozulması              vaskulyar            dövrandan
        pozulması
                                                        ödem                çıxması




                                                                                          59
Əliyeva G.B.



     Cift yetərsiziyi
    Cift yetərsizliyi - hepatoplasentar sistemin ananın patoloji vəziy-
yətinə verdiyi mürəkkəb reaksiyanın nəticəsidir. [13] Cift yetərsizliyi
ciftdə dölün bətndaxili xəstələnməsinə səbəb olan morfoloji və funk-
sional dəyişikliklərlə xarakterizə edilən eyni zamanda ananın halını
özündə əks etdirən klinik sindromdur. Ciftin mürəkkəb, incə qurulu-
şu, yerinə yetirdiyi çoxsaylı mürəkkəb fizioloji proseslər zəncirində
bir həlqənin pozulması cift yetərsizliyi deyilən patalogiyaya səbəb
olur. Bu tez-tez rast gələn patologiyadır. Yüksək risk qruplu qadınla-
rın hər üçündən birində, xroniki cift yetərsizliyi rast gəlinir. Yeni-
yetmə evliliyi zamanı 16,7-71,9% halda xroniki cift yetərsizliyinə rast
gəlinir. Cift yetərsizliyi abdominal doğuşlarda yüksək faizlə, 24,2%-
dən 77,4%-dək perinatal ölümə səbəb olur. [22,25,82,83] Hamiləliyin
pozulması təhlükəsi cift yetərsizliyi zamanı 91%-ə çatır.
   Cift yetərsizliyi hər şeydən əvvəl, bu orqanın ana və döl arasın-
dakı adekvat mübadiləni saxlamamasıdır. Beləliklə cift yetərsizliyi
perinatal ölümün və xəstəliklərin əsas səbəblərindən olduğundan,
onun öyrənilməsinə xüsusi diqqət yetirilir.
    Dünyanın görkəmli alimlərinin araşdırmalarında perinatal pato-
logiyaya 20-60% halda səbəb olur. [4,8,14]. Ciftin patologiyası və ye-
tərsizliyi uşaq ölümünün səbəbləri içərisində 20%-dən artıq təşkil
edir [36,45].
    Döl - cift yetərsizliyi haqda ilk dəfə 1973-cu ildə bu problemə həsr
olunmuş birinci simpoziumda söhbət açılıb. Sağlam qadınlarda fə-
sadlaşmamış hamiləliklərdə belə 3-4% halda cift yetərsizliyinə rast
gəlinir. Hamiləliyin patalogiyası olan qadınlarda isə bu rəqəm 24-
46%-ə çatır. Cift yetərsizliyi hamiləlik və doğuş riskinin əsas səbəb-
lərindən biri olub, yüksək faizlə perinatal itkiyə, fiziki və zehni inki-
şaf pozğunluğu ilə uşaqların doğulmasına gətirib çıxarır. [Чуб В.В и
сооавт 2003г] Cift yetərsizliyi, demək olar ki, bütün fəsadlaşmış ha-
miləlikləri müşaiyət edir. Hamiləliklərin başa çatmamasında 50-77%


60
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu


[69,70] hestozlarda, 30,6% digər patologiyalarda 24-35% rast gəlinir.
[41,42 ,61,62,80]
   Çox faktorlu səbəblərdən (ananın xəstəliyi ekoloji faktorlar ana-
döl arasındakı uyğunsuzluq, qeyri düzgün qidalanma, ekstrogenital
və genital xəstəlik) döl-cift-ana arasındakı əlaqə hüceyrə, toxuma sə-
viyyəsində pozulur. Hamiləliyin unikal vəzi olan ciftin daşıyıcı, qida-
landırıcı, endokrin, metobolik, immunoloji, baryer, antitoksik funksi-
yasında pozulmalar baş verir.
    Bu qədər pozğunluq ciftin fəaliyyətindəki yetərsizlik ÜST-ı tərə-
findən 1995-ci ildə Cenevrvədə xəstəliklərin ümümdünya təsnifatın-
da “Cift yetərsizliyi” adı altında qeyd olunub. Patoloji prosesin hansı
struktur vahidində getdiyindən asılı olaraq, cift çatmamazlığı 3 qru-
pa bölünür:
    1. Uşaqlıq – cift, qan baseyndə hemodinamik çatmamazlığın ol-
       duğu zaman.
    2. Metabolit – transport keçiriciliyinin pozulması, cift membran
       çatmamazlığı.
    3. Trofoblastın və ciftin hüceyrə aktivliyinin pozulması ilə əlaqəli
       - hüceyrə parenximatoz yetərsizlik.
   Bir qayda olaraq, 2 və ya 3 çatmamazlıq birlikdə rast gəlməsinə
baxmayaraq, cift yetərsizliyinin əsasını hemodinamik və mikrosirkul-
yator pozğunluq təşkil edir. Cift qan dövranının requlyasiyasınn
müxtəlif səbəblərdən pozulması cift yetərsizliyi əmələ gətirir. Bunlara
    1. Ananın hipotoniyası nəticəsində ciftə gələn qanın azlığı, aşağı
       boş venanın sıxılması sindromu, hipertenziya nəticəsində
       uşaqlıq damarlarının spazmı.
    2. Ciftin orqanik dəyişikliyi- infarktı, hissəvi soyulması, ödemi.
    3. Xoriovorsinlərdə kapillyar qan dövranı pozğunluğu, bətnda-
       xili infeksiyalar, teratogen faktorların təsiri, qanın reoloji və
       koaqulyasion keyfiyyətinin dəyişməsidir.


                                                                                  61
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september

Mais conteúdo relacionado

Semelhante a Cift kitab final_16_september (13)

Afaq
AfaqAfaq
Afaq
 
Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromu
 
Afaaaaaaaaq
AfaaaaaaaaqAfaaaaaaaaq
Afaaaaaaaaq
 
Biologiya (insanın çoxalması)
Biologiya  (insanın çoxalması)Biologiya  (insanın çoxalması)
Biologiya (insanın çoxalması)
 
Embrionların inkişafı və müqayisəli morfologiyası
Embrionların inkişafı və müqayisəli morfologiyası Embrionların inkişafı və müqayisəli morfologiyası
Embrionların inkişafı və müqayisəli morfologiyası
 
7
77
7
 
Biologiya 9 (insanın çoxalma orqanları)
Biologiya 9  (insanın çoxalma orqanları)Biologiya 9  (insanın çoxalma orqanları)
Biologiya 9 (insanın çoxalma orqanları)
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m baba
 
11
1111
11
 
Neyroendokrin Şişlər
Neyroendokrin ŞişlərNeyroendokrin Şişlər
Neyroendokrin Şişlər
 
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptxBeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
 
Rezus konflikt
Rezus konfliktRezus konflikt
Rezus konflikt
 
Bladder exstrophy and caudal duplication
Bladder exstrophy and caudal duplicationBladder exstrophy and caudal duplication
Bladder exstrophy and caudal duplication
 

Cift kitab final_16_september

  • 1. éliyeva G.B. CİFT YETéRSİZLİYİNİN HAMİLéLİYİN FéSADLAŞMASINDA Vé PERİNATAL PATALOGİYADA ROLU
  • 2. Əliyeva G.B. CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN FƏSADLAŞMASINDA VƏ PERİNATAL PATALOGİYADA ROLU Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 iyul 2011-ci il tarixli 1173 saylı əmri ilə tövsiyə olunmuşdur. Bakı – 2011
  • 3. CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN FƏSADLAŞMASINDA VƏ PERİNATAL PATALOGİYADA ROLU Əliyeva Gültəkin Budaq qızı Tibb elimlər namizədi, mama-ginekoloq Dizayn Sahib Kazımov Çap və Cildləmə “Yek Production” Mətbəəsi Ş. Şamil küç., No: 17, Səbail rayonu, Bakı, Azərbaycan Tel: (+994 12) 492 57 74 Bu kitabın Azərbaycanda nəşr hüquqları müəlliflərə aiddir. Müəlliflərin icazəsi olmadan qismən və ya tamamən yenidən nəşr oluna bilməz. © G. B. Əliyeva, Bakı, 2011.
  • 4. Məni həkim görmək istəyən əziz nənəm Səməngül xanımın, elm yoluma çıraq tutan, respublikamızın görkəmli alimləri, əziz Leyla xanım Kərimovanın və Tamara xanım Dadaşovanın unudulmaz xatirələrinə həsr edirəm.
  • 5.
  • 6. Mündəricat İxtisar edilmiş terminlərin siyahısı 7 Giriş 9 Ciftin əmələ gəlməsi 10 Böyümə faktorlarının ciftin inkişafında rolu 19 Ciftin lokalizasiyası 25 Ciftin funksiyaları 29 Cift-döl qan dövranı haqqında 48 Perinatal patologiya 51 Dölün hipoksiyası 53 Cift yetərsiziyi 60 Cift yetərsizliyinin təsnifatı 77 Cift yetərsizliyinin əmələ gəlməsi 81 AFS - antifosfolipid sindrom 83 Mamalıq praktikasında antifosfolipid sindromun klinik təzahürü və kriteriyaları 90 Cift yetərsizliyinin diaqnostikası 93 Dopler müayinəsi 97 Antifosfolipid sindromun diaqnostikası 101 Perinatal diaqnostika 104 Alfa-fetoprotein – AFP 116 Perinatal diaqnostikadainvaziv metodlar 118 Cift yetərsiliyinin konpensasiyası 127 Dölün bətndaxili hipoksiyasının müalicəsi 136 Plazmoferezin tətbiqi 137 Antifosfolipid sindromun müalicəsi 140 Profilaktika 143 Nəticələr 146 Əlavələr 149 Ədəbiyyat siyahısı 151
  • 7.
  • 8. İxtisar edilmiş terminlərin siyahısı: AMH Aşağı molekullu heparin. AMQF Fertilliyin alfa-2mikroqlobulini. AKTH Adrenokortikotrop hormon. AFS Antifosfolipid sindrom. AFA Antifosfolipid antiteli. AKA Antikardiolipin antiteli. BF Böyümə faktoru. CBF 1,2 Cift böyümə faktoru -1,2. DEBF Damar endotelial böyümə faktoru. İXQ(XQ) Xorionik Qonodotrapin. PL, XS Plasentar laktogen və ya Xorionik Samodotropin. XK Xorionik Kortikotropin. LF Laktoferrin. NK Natural Killer. PAPP-A,B Hamiləliklə assosasiya olunmuş A vəB zərdab zülalı. PAMQ Plasentar alfa1mikroqlobiulin. TBQ Trofoblastik beta 1qlikoprotein. E1 Estron. E2 Estradiol. E3 Estriol. DHEASO4 Dihidroepiandrosteron sulfat. OBA Orta beyin arteriyası. PZR Polimeraz zəncirvari reaksiya. THS Tənəffüs hərəkətlərinin sayı. DHA Dölün hərəki aktivliyi. AFP Alfafetoprotein. NST Non stres test-sakitlik testi. GCA Göbək ciyəsi arteriyası. UA Uşaqlıq arteriyası. ÜDS Ürək döyüntülərinin sayı. 7
  • 9. TSH Tənəffüs hərəkətlərinin sayı. DMİ Dölyanı maye indeksi. BKİ Beyin kriotinkinaza izofermenti. ÜKİ Ürək kreatinkiaza izofermenti. NO Azot oksidi. AOM Antioksidant müdafiə. ARA Antiradikal aktivlik. OAF Oksigenin aktiv formaları. DNİES Diffuz neyro-immuno-endokrin sistem. DBİL Dölün bətndaxili immun ləngiməsi. MT Melatonin. ÜAA Ümumi antioksidləşmə aktivliyi. LPO Lipidlərin peroksidli oksidləşməsi. 8
  • 10. Giriş Mamalıq və perinatologiya elminin əsas müştərək məqsədinin - təhlükəsiz analıq, doğuşun qoruyucu üsullarla başa çatdırılması, yet- kin, sağlam həyat qabiliyyətli uşaqların doğulmasına şərait yaratmaq olduğu bir zamanda bu problemə diqqət yetirmək problemin hələ də aktuallığını qoruyub saxladığını göstərir. Gələcək nəslin sağlamlığının əsas zəmini olan perinatal dövrdən bu problemin həllinə başlamaq artıq dövlət və milli proyektlərlə hə- yata keçirilir. [37,43,44,61,89, 103.] Müasir dövrdə mamalıq və perinatalogiya elminin sürətlə inki- şafı hamiləliyin gedişinə nəzarətdə, dölün antenatal müdafiəsində geniş imkanlar yaratmışdır. Gələcək nəslin sağlamlığının təminatı üçün ana bətnində ikən dölün xəstəliklərinin diaqnozunu qoymaq, ana bətnindəki körpəni qoruma altına almaq artıq vacib şərtlərdən biri olmuşdur. Perinatal patologiyanın çox saylı səbəbləri içərisində xüsusi yeri olan çift yetərsizliyinə diqqət yetirmək məqsədi ilə uzun illərdir ki, təcrübi mamalıqda diqqətdən qaçırmadığımız cift yetərsizliyi üzərin- də durmağı qarşımızda məqsəd qoyduq. Əgər cift yetərsizliyinin uşaq ölümü səbəbləri içərisində 20%, hamiləliyin başa çatmamasında 50- 77%, rast gəldiyini həzərə alsaq bu mövzunun hələ də aktuallığını qoruyan bir problem olduğu aydınlaşır. Perinatal patologiyanın, ölümün, neonatal xəstələnmənin əsas səbəbi cift yetərsizliyi və dölün bətndaxili inkişafının ləngiməsidir deyən Савельева Г.М., Стрижаков А.Н., Тимохина Т.Ф kimi gör- kəmli alimlərin fikirlərindən yola çıxaraq hamiləliyi fəsadlaşan - az həyat qabliyyətli, ölü, şikəst, az çəkili uşaqlar dünyaya gətirən qadın- ların müayinə və müalicəsinə diqqət ayırdıq. Bəs cift necə yaranır, hamiləlikdə rolu nədir, yetərsizliyi hamiləliyin gedişinə və bətndaxi- lindəki dölə necə təsir edir? Aşağıda bunlara aydınlıq gətirməyə ça- lışmışıq. 9
  • 11. Əliyeva G.B. Ciftin əmələ gəlməsi Hamiləlik mayalanma anından başlanmış hesab olunur. Maya- lanmış yumurta hüceyrə borunun sekretı ilə qidalanaraq blastosit- lərə bölünərək hərəkət edir. Onun hərəkətinə borunun peristaltikası, epitel toxumasının kipriciklərinin nizamlı hərəkəti və borunun sekre- tinin yaratdığı sürüşkənlik yardım edir. Şəkil 1. Mayalanmış yumurta hüceyrənin mayalanmadan implantasiya anına qədərki əsas inkişaf etapları. a - yumurta hüceyrə mayalanma anında, b, c, d, e - mayalanmış yumurta hüceyrə mayalanmadan 12-24, 30, 40-50 və 60 saat sonra, f – mayalanma- dan 3-4 gün sonra - morula, g – blastosit, z - implantasiyanı başlanğıcı mayalanmanın 6-cı günü, 1 - uşaqlıqboruları, 2 - uşaqlıq boşluğu, 3 - uşaq- lığın selikli qişası. Mayalanmadan 30 saat sonra yumurta hüceyrə 2 eyni ölçüdə qız hüceyrəyə bölünür. 10 saat sonra 2-ci bölünmə baş verir və 4 yeni hüceyrə əmələ gəlir. Mayalanmadan təxminən 50-60 saat sonra 16 hüceyrədən ibarət morula adlanan hüceyrə toplusu əmələ gəlir. 10
  • 12. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 2. (Белоусов.Л.В. Введение в общую эмбриологию. М. 1980. Гилберт С.Биология развития.тт. 1-3 М. 1993, 1994, 1995) İmplantasiya ovulyasiyadan 9-10 gün sonra baş verir. [9,17] İkinci həftənin başlanğıcında döl yumurtasının uşaqlığın selikli qişa- sına, nidasiya və ya implantasiya olunma prosesi başlanır. İlk 24 saatda ziqota yarıyadək 40 saatdan sonra isə tamamilə uşaqlığın se- likli qişasına daxil olur. 11
  • 13. Əliyeva G.B. Şəkil 3. 1 - Endometriya (Desidua). 2 - Kapliyar damarlar. 3 - Uşaqlıq boşluğu. 4 - Daxili hüceyrə toplusu. 5 - Xarici hüceyrə toplusu. 6 - Daxili hüceyrə toplusu. Trofoblastın ifraz etdiyi proteolitik, qlikolitik və digər fermentlə- rin selikli qişanı lizisə uğratması nəticəsində əmələ gələn zülal, kar- bohidrat, vitaminlər və digər maddələri özündə saxlayan embriotrof Şəkil 4. 1-Trofoblast, 2-Embrioblast. 12
  • 14. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu ilk vaxtlarda ziqotani qidalandırır. İmplantasiyadan sonra trofo və embrioblastların intensiv inkişafı başlanır. Amnion, xorion və desidual qişalar əmələ gəlməyə başlayır. Bu kürəyə bənzəyən hüceyrə toplu- sunun qeyri bərabər bölünməsi ilə həyata keçirilir. Morulanın xarici hüceyrə qatı daxildəki hüceyrələrdən sürətlə bölünür. Xarici hüceyrə qatı trofablast içəridəki hüceyrə toplusundan ayrılır, yalnız kiçik bir sahədə əlaqə qalır. İri tünd blastomerlərdən embrioblast əmələ gəlir. Bu embrion və embriondan kənar hissələrin inkişafına başlanğıc verir. Kiçik şəffaf blastomerlər tədricən embrioblastı hər tərəfdən əhatə edir. Bunlar trofoblasta başlanğıc verir. Erkən differensasiyaya uğrayan trofoblast toxuması sonralar implantasiyanı və embrionun qidalanmasını təmin edir. Sonralar əmələ gələn embrioblast və trofoblast qatlarının ara- sındakı kiçik boşluğa maye toplanır. Hamiləlikdə endometriya qatı desidua adlanır. Onun histaloji quruluşu böyük, çoxbucaqlı sekretor hüceyrələrin varlığı ilə təsdiq edilir. Əslində bu epitelə bənzər hü- ceyrələr dəyişikliyə uğramış endometriyal hüceyrələrdir. Bu dəyişik- liklərdən sonra endometrium damarlanması da artır. Uşaqlığın təbii killer (NK) hüceyrələri, qranulyar leykositlər artır, coxnüvəli leyko- sitlər və B hüceyrələri azalır. Şəkil 5. 13
  • 15. Əliyeva G.B. Desidual qişaya daxil olmuş trofoblast damar içi və damar xarici olaraq ikiyə ayrılır. Damar xarici trofoblastlar əsasən ciftin desiduaya əkilməsinə yardım edir. Damar içi trofoblastlar isə spiral arteriyala- rın transformasiyasında iştirak edir. Spiral arteriyalar miyometriyal arteriyaların endometriyanı qidalandıran şaxələridir. Trofoblastlar spiral arterya divarındakı endotel hücrelerinin yerinə keçir. Histoloji müayinədə spiral arteriyaların və qismən venaların orta qatının yox olduğu görünür. Trofoblastlar arteriyaların içərisində da- ha dərinə deyil, ancaq iç 1/3 nə qədər irəliləyir. Buna da spiral arteri- yaların transformasiyası deyilir. Ciftin əsasında 100-ə qədər spiral arteriyanın içinə girən trofoblastlar damar divarının iç 1/3 hissəsində dəyişiklik yaradaraq sanki arteriyaların bu hissəsində bir vena əmələ gətirir. Nəticədə bu damarlardan qan axarkən müqavimətə az rast gəlir. Bu da arteriyanın içindən keçən qan miqdarının çox artmasına səbəb olur. Ciftdən keçən qanın miqdarı 500 mL/dk çatır. Bu cift- uşaqlıq qan axımı adlanır. Trofoblast hüceyrələrinin desidua və mio- metriyaya daxil olanları isə hamiləlik zamanı ciftin vaxtından əvvəl ayrılmasına mane olur, doğuşdan sonra isə uşaqlığın involyusiyası zamanı yox olurlar. Bu hüceyrələrin çox vacib iki funksiyasına diqqət yetirərək buna əmin ola bilərik. Birincisi, trofoblastlar fərqli toxuma- lar içərisinə girərək o toxumanın hüceyrələrindən biri kimi özünü apara bilir. İkincisi, trofoblastların fərqli xüsusiyyətli hüceyrələrin ifraz etdiyi GnRH, estrogen ve progesteron kimi hormonları tək ba- şına sintez edə bilir. Deməli bu hüceyrələr xüsusi qabiliyyətə malik, insan vücudunun ən bacarıqlı hüceyrələridir. Mayalanmanın 12-14-cü günü rüşeyimi əhatə edən trofoblast hü- ceyrələri intensiv bölünərək, dölün ətrafında şaxəli qişa-damar toru əmələ gətirir. İmplantasiyadan sonra uşaqlığın divarında kiçik bir sahədə çö- kəklik, boşluq əmələ gəlir. Bu boşluq mayalanmanın 2-ci həftəsində birincili damarsız vorsinlər arasında yaranır. O boşluğa partlamış desdual damarlardan ananın qanı dolur. Buraya yerləşmiş ziqota ana- 14
  • 16. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu nın desidual qişasının damarlarından gələn qanla qidalanır. Ana qanı ilə dolu çökəklikdə ana qanı ilə ruşeyim arasında ilk mübadilə başla- yır. Şəkil 6-ya diqqət etsək sadə ciftin və embrionun endometriyaya - desiduaya münasibətini aydın görərik. Şəkil 6. Sonralar döl yumurtasının üzərinə birincili vorsin yaradan trofob- lastdan barmaq səklində protoplazmatik çıxıntılar - vorsinlər əmələ gəlir və hərəkət edircəsinə uşaqlığın divarına doğru uzanaraq uşaqlı- ğın desidua qişasına şəkil 3-də göstərildiyi kimi daxil olur. Bu çıxın- tılar sitotrofoblast hüceyrə-lərindən ibarət olub damarsızdır, birincili vorsinlər adlanır. Yuxarıda qeyd etdiyimiz kimi desidual qişaya da- xil olmuş damar içi trofoblast spiral arteriyaların transformasiyasın- da və damar xarici trofoblastlar isə əsasən ciftin desiduaya əkilməsi- nə xidmət edir. Ontogenezin bu dövründə maddələr və qazlar müba- diləsi sadə diffuziya yolu ilə baş verir. Hamiləliyin ikinci həftəsində birincili vorsinlərə birləşdirici toxuma daxil olaraq ikincili vorsinlərin yaranmasına səbəb olur. 15
  • 17. Əliyeva G.B. Şəkil 7. Üçüncü həftədə rüşeyimin angioblastlarından ciftin damarları əmələ gəlməyə, allantoisin damarları ikincili vorsinlərə daxil olmağa başlayır. Beləliklə xorionun vaskulyarizasiyası ilə nəticələnən hami- ləliyin mühüm kritik dövrlərindən biri baş verir. Bu baxımdan ciftin inkişafını 2 mərhələyə bölmək olar. Birinci mərhələdə implantasiya zamanı trofoblastların spiral arteriyalarda yaratdığı transformasiyadan sonra desiduaya, miometriyanın sərhəd- dinə qədər irəliləyir. Yəni hamiləliyin 3-cü həftəsindən 20-ci həftəsi- nədək olan zamanı əhatə edir Bu mərhələni də 2 dövrə ayırmaq olar. Birinci ilk üçaylığın sonunadək, ikinci isə 20 həftəyədək davam edir. Ciftin inkişafınının 2-ci mərhələsində trofoblastların spiral arteriya- larda yaratdığı transformasiyadan sonra miometriyaya qədər davam edilən invaziya miometriyanın iç 1/3 hissəsinə daxil olur. [151] Spiral arteriyaların transformasiyası pozulduqda uşaqlıq qan axı- mı da pozulduğundan embrionun inkişafdan qalması və ya dölün bətndaxili inkişafının ləngiməsi baş verir. Yəni ciftin damarlanması prosesinin çox dəqiq, həssas və ardıcıl davam etməsinin normadan kənara çıxması hamiləliyin erkən həftələrdə pozulmasına səbəb ola- 16
  • 18. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu caq. Əgər yuxarıda deyilənlərə bir də ciftin damarlanması prosesi kimi baxsaq, proseslərin doğrudan da hər anı hesablanmış proqrama əsasən getdiyinə şahid olarıq. Bu andan ciftin formalaşması başlanır. Bəzən buna sadə cift də deyilir. Sonralar döl yumurtasının üzərinə birincili vorsin yaradan trofoblastlardan cift əmələ gəlir. Fetoplasentar sistemin digər hissələri göbək ciyəsi amniotik ayaq- dan əmələ gələrək, 8-ci həftədə amnionla örtülür Ciftin vizualizasi- yası 7-9 həftəlikdən mümkün olur. Şəkil 8. Desidual qişa 3-parietal, kapsulyar və bazal qatdan ibarətdir. Döl yumurtası inkişaf etdikcə, kapsulyar və parietal desidual qişalar gəri- lir, nazikləşir, bir-birinə yaxınlaşır. Bazal desidual qişa qalınlaşır, çox- lu damarlar əmələ gətirərək ciftin ana hissəsini formalaşdırır. Ciftin 17
  • 19. Əliyeva G.B. döl hissəsi isə döl yumurtasının uşaqlıq divarına bitişdiyi yerdə xo- rionun vorsinlərindən inkişaf edir. Şəkil 9. 1 - parietal desidual qişa; uşaqlığın içərisini örtür, 2 - döl, 3 - amnion, 4 - bazal desidual qişa - döl yumurtasını uşaqlığın divarından ayırır, 5 - xorion, 6 - kapsulyar desidual qişa - döl yumurtasını uşaqlıq boş- luğu tərəfdən örtür. Şəkil 9-da parietal, bazal, kapsulyar desidual qişaların döl yumur- tasına və uşaqlığa münasibəti verilmişdir. 18
  • 20. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Böyümə faktorlarının ciftin inkişafında rolu Böyümə faktoru (BF) haqda elmi mülahizələr və araşdırmalar meydana çıxandan sonra ciftin morfologiyası və inkişafının öyrənil- məsində yeni istiqamətlər meydana çıxdı. Ciftin gələcək morfologi- yası, inkişafında mühüm rol oynayan hüceyrə polipeptidi olan böyü- mə faktoru eyni zamanda cift toxumasının, qan damarlarının, vəzi toxumasının inkişafını ləngitmək və stimulə etmək qabliyyətinə də malikdir. Deməli, böyümə faktorunun əmələ gəlmə və funksiyasındakı də- yişikliklər ciftin morfologiyası və funksiyasında dəyişikliklər yaradır. Beləliklə hamiləliyin erkən vaxtlarında böyümə faktorunda baş ve- rən dəyişikliklər cift yetərsizliyinin baş verəcəyinin xəbərvericisidir. Böyümə faktoru – bioloji aktiv birləşmədir və hüceyrənin mitogen siqnallarının əsas daşıyıcısı, hüceyrələrin differensasiyası, bölünmə- sini stimulə və inhibə edir. Hal-hazırda qadının reproduktiv siste- minə təsir edən onlarla BF aşkarlanıb. [10,90] Böyümə faktoru əsas rolu, embriogenez dövründə embrional hü- ceyrələrin differensasiyasında oynayır. Yerli böyümə faktorlarının tə- sirindən trofablast hüceyrələrinin proleferasiyası, miqrasiyası və in- vaziyası aşağıdakı mexanizmlərlə baş verir. [126,127,118] 1. Autokrin – onu ifraz edən hüceyrənin reseptorları ilə münasibət. 2. Parakrin – onu ifraz edən hüceyrənin ətrafındakı hüceyrələrlə əlaqə. 3. İntrakrin – faktor hüceyrənin içində qalır, birbaşa o hüceyrəyə təsir edir. 4. Endokrin– qan dövranına daxil olaraq, qan vasitəsi ilə təsir edir. Bəzən bir hüceyrəyə bir neçə böyümə faktoru təsir edir. Bunlar- dan biri cift böyümə faktoru (CBF) digəri damar endotelial böyümə 19
  • 21. Əliyeva G.B. faktorudur (DEBF). CBF- homodimer 45-50 kD molekul çəkili, qliko- proteindir. CBF- iki izoformadan CBF-1 və CBF-2 ibarətdir. Bu izo- merlərdəki polipeptid ardıcıllığı CBF-2-dəki heparinbirləşdirici fraq- mentdən başqa eynidir. CBF struktur və funksiyasına görə damar endotelial böyümə faktorları ailəsinə daxil olan angiogenezi stimulə edən damar endotel böyümə faktorlarına çox oxşardır. [102,139] Cift böyümə faktorunun hamiləliyin müddəti artdıqca dinamik artdığı qeyd olunur. [141] Böyümənin damar endotelial faktorunun aktivliyi hipoksiyanı da göstərir. [133,137,139,142] Müxtəlif böyümə faktorları və onların reseptorları da ciftin inki- şafının müxtəlif səviyyələrində prosesə qoşulub bu inkişafı kontrol edir. [115,102,139] Beləliklə, böyümə faktorunun cift yetərsizliyi olan hamilələrdə təyini dölün hipoksiyasının erkən markeri sayıla bilər. Xüsusilə ciftin böyümə faktorunun implantasiya, plasentasiya, erkən embriogenez dövründə hüceyrələrin proliferasiyası və differensasi- yasını təmin etdiyindən son zamanlarda xüsusi diqqət mərkəzində- dir. CBF və DEBF [115] bir tərəfdən angiogenezin stimulyatoru olaraq damarların ciftdaxili lojadakı keçiriciliyini artırır, digər tərəfdən autokrin mexanizmin sayəsində ciftin əmələ gəlməsi zamanı trofab- lastın differensasiya və metobolik aktivliyini requlyasiya edir. Müasir təsəvvürə əsasən bu zaman uşaqlıq-cift qan axımının strukturunun hazırlıq dərəcəsi cift çökəkliyinin spiral arteriyalarının divarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinin invaziya dərə- cəsindən asılıdır. Bu zona ciftin vorsinlər arası sahəsinin uşaqlığın endometriyasına kontaktıdır. Hamiləliyin 7-10-cu həftəsində cift çökəkliyinin spiral ar- teriyalarının divarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinin invaziyasının birinci dalğası baş verir. 12 həftəlik müddətə qədər bu proses spiral arteriyaların endometrial seqmentinə yayılır. Nəticədə daimi cift-uşaqlıq qan mübadiləsi formalaşmış olur. Hamiləliyin 16- 18 həftəsində invaziyanın ikinci dalğası baş verir. Bu zaman vorsin- 20
  • 22. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu dən xaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrial seqmentinə yayılır. Sonralar bu uşaqlıq-cift arteriyalarına transfor- masiya olunur. Hamiləliyin erkən həftələrdə inkişafdan qalması cift çökəkliyinin spiral arteriyaların hestasiyaya uyğun yenidən qurul- masının patalogiyası, vorsindən xaric sitotrofoblast hüceyrələrinin yetərsiz invaziyası ilə əlaqəlidir. Görünür ki, bu proseslərin aktivliyi yerli böyümə faktorlarının köməyi ilə həyata keçirilir. Əgər invaziya- nın birinci dalğasında bu yerli böyümə faktorunun requlyasiyasında pozğunluq olarsa, cift-uşaqlıq qan dövranının yaranmasının bu eta- pında ləngimə baş verəcək. Endometriyada əmələ gələcək nekrotik ocaqların hesabına yenicə ivaziyayaya uğramış vorsinlərin və cift çö- kəkliyinin sıradan çıxması, embrionun ölməsi ilə nəticələnəcək. Əgər bu patalogiya invaziyanın ikinci dalğasında baş verərsə,vorsindən xaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrial seq- mentinə yayılması pozular, beləliklə də ciftin hipoplaziyası, cift ye- tərsizliyi baş verır. Bu da dölün bətndaxili inkişafının ləngiməsinə gətirib cıxarır. [44] Ciftin ontogenezi hamiləliyin davam müddəti ilə müəyyən olu- nur və şərti olaraq 2 stadiyaya bölünür. [43] Birinci stadiyaya ciftin böyüməsi - yəni ciftin kütləsi və səthi ölçüləri sürətlə böyüyür. Bu böyümə 36 həftəyədək davam edir. Ciftin böyüməsini requlyasiya edən faktorlar çitoksin, protoonkogenlər, prostoqlandinlər və leykot- rienlərdir. [112] İkinci-stadiya ciftin morfofunksional yetişkənliyi döv- rüdür, 37-40 cı həftələri əhatə edir. Ciftin böyüməsini tənzimləyən böyümə faktorları ciftin yetişməsində rol oynamaya da bilər. Yəni ciftin yetişməsini kontrol edən faktorların təsir mexanizmi tamamilə aydın deyil. Hamiləliyin davam müddətində cift bir həyat tsikli keçir. Bu həyat tsikli yaranma, inkişaf, funksional fəaliyyətinin ən yüksək səviyyəsi və qocalma dövrününü əhatə edir və hamiləliyin sona çatması üçün va- cib olan bütün funksiyaları yerinə yetirir: 21
  • 23. Əliyeva G.B. Şəkil 10. Bu zaman kəsiyində ciftin 4 yetkinlik dərəcəsi öyrənilir. 0 - yetkinlik dərəcəsi 30 həftəliyədək davam edir I - yetkinlik dərəcəsi 27- 36 həftəliyədək II - yetkinlik dərəcəsi 34-39 həftəyədək III - yetkinlik dərəcəsi 37-həftədən sonrakı müddəti əhatə edir. 30 həftəyədək davam edən 0 - yetkinlik dərəcəsi – birincili struk- tura, hamar xorionik səthə malikdir. I - Yetkinlik dərəcəsində – birincili struktura fonunda xorion löv- hədə kiçik exogen sahələr meydana gəlir, xorionik lövhə qıvrımlaşır. II - Exogen zonalar daha intensiv görünür – xorionik lövhə qıv- rımları ciftin içərilərinə doğru irəliləyir, ancaq bazal qata çatmır. III - Xorionik lövhə qıvrımları ciftin içərilərinə doğru irəliləyir, ba- zal qata çatır, dairələr cızaraq ciftə paycıqlı şəkil verir. Əgər III-yet- kinlik dərəcəsinə 38-39 həftəlikdə rast gəlinirsə bu ciftin vaxtından əvvəl qocalması- yəni cift yetərsizliyidir. Hamiləliyin 3-cü ayının axırına, 4-cü ayının başlanğıcına doğru formalaşmağa başlayan cift, sonralar hamiləlik boyu inkişaf edir. 36- 37 həftəsində 18-20 sm ölçüyə çatan bu orqan 20-40mm qalınlığında 22
  • 24. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu və 200-dək paycıqdan ibarət olur. 37 həftədən sonra isə ya eyni öl- çüdə qalır ya da ölçüləri və qalınlığı kiçilir. Yetkin cift dairəvi və ya oval şəkillidir və bu orqanın 2 səthi ayırd edilir. Uşaqlığın divarına təmas edən ana səthi və amnional boşluğa baxan döl səthi mövcud- dur. Ana səthi bozumtul-gilənar rəngli paycıqların hesabına kələkö- türdür. Döl səthi parıltılı su qişası ilə örtülüdür, hamardır və boz rəngdədir. Şəkil 11. 1 - Amniotik qişa, 2 - Göbək ciyəsi, 3 - Ciftin ana və döl səthi, 4 - Ciftin uşaqlıq divarında yerləşməsi, göbək ciyəsi çökəkliyi. Ana səthindən görünməyən damarların döl səthində tor əmələ gətirdiyi aydın görünür. Hamiləlik boyunca ciftin ölçüləri və qalınlı- ğı dəyişir. Ciftin sahəsi, həcmi obyektiv göstəriciləri olmasına bax- mayaraq, qiymətləndirilməsi çətindir. Təcrübi mamalıqda ciftin qa- lınlığı göbək ciyəsi çökəkliyində ölçülür. Ciftin qalınlığı rezus uyğun- suzluq, dölün ödemi, ananın şəkərli diabeti, infeksion proses zamanı 4,5 sm və daha çox olur, naziklənmə kriteriyası isə 2sm və ondan az olmasıdır. 23
  • 25. Əliyeva G.B. Şəkil 12. 1-Spiral arteriyalar, 2-Spiral venalar, 3-Vorsinlər arası arteriya və vena- lar, 4-Cift, 5-Göbək ciyəsi çökəkliyi, 6-Uşaqlıq divarı, 7-Göbək ciyəsi arteriyası, 8-Göbək ciyəsi Şəkil 12-də göründüyü kimi ananın qanı zərif uc kapillyarlarda dövr edir. Vorsinlərin ümumi sahəsi 22 həftədə 2,42-m2, 36 həftədə isə 10,6 m2 [43] olur. 24
  • 26. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Xatırladaq ki, yaşlı bir insanın bədən səthi 1,5 m2-dır. Belə anato- mik quruluş dölün boyunu və inkişafını təmin edən ideal quruluşdur. Ciftin uşaqlıq boşluğuna münasibətinə nəzər salsaq 20 həftəlik hamiləliyə qədər cift uşaqlıq boşluğunun yarısını, hamiləliyin axırına yaxın üçdə birini tutduğunu görürük. Normada ciftin çəkisi dölün çəkisinin altıda birini, yeddidə birini təşkil edir. Uşaqlıq böyüdükcə uşaqlıq divarına ˝bitişik˝ cift uşaqlığın dibinə doğru çəkilir, sanki ye- rini dəyişir, buna ciftin miqrasiyası deyilir. Şəkil 13. [Resimli Doğum Bilgisi, Ankara 2003. çeviri S.Günlap] Diaqramda dölün çəkisi, dölyanı mayenin miqdarı, ciftin çəkisi bir- birinə və hamiləliyin həftəsinə nəzərən verilmişdir. Ciftin lokalizasiyası Hamiləliyin əsas orqanı, dölün bətindaxili inkişafın cavabdehi olan ciftin lokalizasiyasının dölün inkişafında rolu olmadığı bir qrup müəllif tərəfindən iddia edilir. Ancaq 25 illik müşahidə və araşdır- 25
  • 27. Əliyeva G.B. malarımıza, müraciət etdiyimiz ədəbiyyat icmallarına əsaslanaraq ciftin lokalizasiyasının dölün bətindaxili inkişafında böyük rolu ol- duğuna əmin olduq. Perinatal diaqnostikada ciftin qalınlığının, öl- çüsünün olduğu kimi lokalizasıyasının da rolu danılmazdır. Şəkil 14. 1-Uşaqlıq boynu. 2- Uşaqlıq boynunun daxili dəliyi. 3-Cift. Normada cift uşaqlığın yuxarı hissəsində, arxa-ön, yan divarla- rında və uşaqlığın dibində yerləşə bilir. Çox vaxt ön və arxa divarda, yan divarlardan birinə keçmək şərti ilə yerləşən, cift nadir halda tam ön və arxa divarda, uşaqlığın dibində və ya gəliş vəziyyətində yer- ləşir. Ancaq qadının keçirdiyi təkrari abortlar, düşüklər, spesifik və qeyri-spesifik metroendometrit, uşaqlıq mioması, polipozu zamanı cift uşaqlığın daha aşağı hissələrində inkişaf edir, beləliklə də ha- miləliyin gedişini fəsadlaşdırır. Cift aşağı seqmentdə yerləşirsə cift 26
  • 28. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu gəlişi adlı patologiyanı yaradır, yəni cift uşaqlıq boynu kanalının da- xili dəliyini tam və ya hissəvi örtür və ya ona yaxın yerləşir. Əgər cift daxili dəliyi tam örtmüşsə, mərkəzi cift gəlişi, ciftin kənarı daxili də- liyi qismən örtübsə hissəvi, daxili dəliyin kənarında yerləşibsə, kə- narı cift gəlişi adlanır. Ultrasəs müayinəsi klinik praktikaya daxil olduqdan sonra hami- lə qadınlarda ciftin yerləşməsi, ölçüləri, strukturası, yetkinlik dərəcə- si haqda daha dəqiq məlumat almaq mümkün olur. Hamiləliyin I-II trimestrində təsbit olunmuş cift gəlişinin III trimestrdə 32 həftəlikdə ancaq 5%-ni təkrar izləmək olur. Hamiləliyin 32 həftədə rast gəlinən, təkrar izlənən 5%-cift gəlişindən 37 həftədə ancaq ⅓-i qalır. Exoqrafi- yanın tətbiqi nəticəsində ciftin bir yerə bitişib durduğu deyil, hami- ləliyin müddəti artdıqca daxili dəliklə ciftin kənarı arasındakı məsafə artdığını, yəni ciftin miqrasiya etdiyini görürük. [131,135] Cift gəlişi doğuşların 0,3-0,4%-də rast gəlinir. Cift gəlişi diaqnozu vaxtında qoyularsa doğuşun taktikasını əvvəlcədən seçmək mümkün olur. Ciftin belə lokalizasiyası hamiləlik zamanı kiçik – uzun müddətli və ya profuz qanaxmaya səbəb olduğundan, uşaqlığın dibində, ön və yan divarlarında yerləşən ciftə nisbətən dölün, hamilə uşaqlığın təz- yiqinə daha çox məruz qalır. Döl-ana-cift qan dövranında ləngimə olduğundan, profuz qanaxma olmasa belə bu funksional cift yetər- sizliyi kimi qəbul edilməlidir. Kiçik qanitirmələr kompensasiya olun- sa belə, xronik cift yetərsizliyi, profuz qanitirmə isə kəskin cift yetər- sizliyi kimi qiymətləndirilməli, həm ana bətnindəki dölün, həm də ananın həyati təhlükəsi nəzərə alınmalıdır. Ciftin lokalizasiyası haqda dəqiq məlumat olduqda hamiləliyin II yarısında qanaxma zamanı differensial diaqnoz aparmaq asan olur. Ciftin lokalizasiyasının doğuş prosesinin gedişinə, sancıların xarakte- rinə də təsir edir. 27
  • 29. Əliyeva G.B. Şəkil 15. Cift uşaqlığın dibində yerləşərsə, doğuş yaradıcı tədbirlər 86,7%, cismində yerləşərsə 63,6%, aşağı seqmentdə yerləşərsə 33,3% aparıl- dığı qeyd olunur. Ciftin uşaqlığın boynuna yaxın yerləşməsi zamanı uşaqlıq boynu vaxtından əvvəl yetişir və 45,6 – 62,1% hamiləlik vax- tından əvvəl başa çatır. Aşağı seqmentdə yerləşərsə, vaxtından əvvəl doğuş 43,1%, uşaq- lığın dibində olarsa 12,5% rast gəlir. Aşağı seqmentdə yerləşmə həm də perinatal ölümə səbəb olur ki, bunun da 16,2%-i vaxtından əvvəl, 2,3%-i isə vaxtında doğulanların payına düşür. Ciftin arxa divarda yerləşməsi zamanı hamilə qadının arxası üstə daha çox uzandığı üçün ciftin və uşaqlığın qidalandırıcı damarlarının sıxılması nəticəsində funksional cift yetərsizliyi baş verir. Beləliklə də dölün bətndaxili hi- potrafiyası və hipoksiyası meydana çıxır. Deməli, təkcə ciftin xəstə- likləri deyil, onun yerləşməsi də perinatal patalogiyaya, doğuşun vaxtınada və ya vaxtından əvvəl baş verməsinə səbəb olur. 28
  • 30. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Ciftin funksiyaları Cift – hamiləliyin əsas orqanıdır, dölün ağ ciyər, mədə-bağırsaq, böyrəkləri və dərisinin funksiyasını yerinə yetirir. Cift - hamiləliyin unikal vəzi olub, çox mürəkkəb biokimyəvi proseslərin iştirakçısıdır. Cift dölün qidalanmasını, inkişafını, boyunu tənzim edir. Onun fizio- loji hamiləlik və ya ananın müxtəlif xəstəlikləri ilə gedən hamiləlik zamanı rolu əvəzolunmaz və çoxşaxəlidir. Cift qişaları, göbək ciyəsi dölyanı maye birlikdə vahid bir kompleks təşkil edir. O, eyni zaman- da həm Anaya həm də Dölə aid olan müştərək orqandır. Ana və dölün qarşılıqlı təsiri ikitərəfli əlaqələrlə həyata keçirilir. Bu ana və döl arasındakı dörd əsas informasiya kanalının yardımı ilə baş verir. 1. Diaplasentar humoral kanal – düzünə və əksinə mübadilə kana- lından anadan dölə O2 və qida maddələri, hormonlar, bioloji aktiv maddələr, immun cisimlər keçir. Döldən anaya isə CO2, metabo- litlər, immun cisimlər, hormonlar keçir. Bu ən geniş və informativ kanaldır. 2. Ekstraplasentar humoral kanal. Bu kanalla immun cisimlər, di- gər maddələr ciftdən kənar yolla dölyanı maye, döl qişaları va- sitəsi ilə keçir. Bu informativ kanal 1-ciyə nisbətən çox az imkan- lara malikdir. 3. Cift- sinir kanalı. Bu kanalla informasiya mübadiləsi Cift-göbək ciyəsinin damarlarındakı baro - və ximoreseptorların qıcıqlandı- rılması nəticəsində baş verir. 4. Ekstraplasentar - sinir kanalı. Ananın MSS-nə dölün boyu, hərəki aktivliyi nəticəsində alınan informasiyanın təsiri, dölə isə ananın orqanizmində mexaniki, termiki, kimyəvi faktorların qıcıqlandı- rılmasından alınan informasiyadır. Çoxşaxəli funksiyalarından biri hormonal orqan olub, hamiləliyin davamı müddətində qadın orqanizmində baş verən dəyişiklikləri və dölün inkişafını tənzimləməsi, qadını laktasiyaya hazırlamasıdır. Ey- 29
  • 31. Əliyeva G.B. ni zamanda həm də ana ilə bətnindəki dölün qarşılıqlı əlaqəsini ya- radan- yəni anadan oksigeni və qida maddələrini dölə, dölün həyat məhsulları olan CO2 və zərərli maddələri isə döldən ana qanına da- şıyan orqandır. Bir tərəfdən onu ana ilə dölü birləşdirən əsas kanal kimi tanıyı- rıqsa, digər tərəfdən də ana ilə döl arasında baryer olduğunu görü- rük. Hamiləlik müddətində ciftin yerinə yetirdiyi funksiyalara nəzər salaq, əsas funksiyaların 3 qrupa bölündüyü aydınlaşır: 1 – mübadilə funksiyası - qida maddələrinin və qazların (oksigen və karbon qazı) mübadiləsi, qidalanma və tənəffüs funksiyası 2 – hormonal funksiyası - ciftin hormon və zülal dəsti sintez etmə qabliyyəti 3 – baryer funksiyası - qoruyucu və immunoloji funksiyanın köməyi ilə dölü xəstəlik törədicilərindən, zərərli maddələrdən, antitellər- dən qoruyur. Ayrı-ayrılıqda bu 3 funksiyanın öyrəndikdən sonar 20 sm diamet- rində, 2-3 sm qalınlığında bir neçə ay ömrü olan bu kövrək orqanın nələrə qadir olduğu bir daha aydınlaşır. Ciftin mübadilə funksiyası dedikdə, ana ilə döl arasında qazlar – O2 – CO2 mübadiləsi, qida maddələri, karbohidrat, yağ və zülal mo- lekullarının mübadiləsi və s başa düşülür. Bu mübadilə aktiv və pas- siv keçidlə başa çatır. Qida maddələri və oksigenlə zəngin ana qanı ciftin ana səthi ilə uşaqlıq divarı arasında təmas səthinə gəlməsinə baxmayaraq, ananın qanındakı tərkibdə dölə keçmir. Fizioloq, bio- loq, morfoloq, mama-ginekoloqların tədqiqatlarına görə, cift mürək- kəb maddələrin mübadiləsi məhsullarını təkcə toplamaq deyil, həm də dölə lazım olan məhsulları sintez edərək, embrion və dölün mə- nimsəyə biləcəyi şəklə salmaq qabliyyətinə malik mürəkkəb orqan- dır. Cift mübadilə funksiyasını aşağıdakı 4 yolla həyata keçirir. 1. Sadə diffuziya yolu ilə - xırda molekullu maddələr və qazlar keçir. 30
  • 32. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu 2. Sürətlənmiş diffuziya yolu ilə - kiçik molekullar, yağda həll olan maddələr keçir. 3. Aktiv keçidlə enzimlərin yardımı ilə - suda həll olan vitaminlər, aminturşular. 4. Pinositoz yolu ilə - isə kompleks zülallar, antigenlər daşınır. Su, oksigen və karbon qazı molekulları ciftdən keçir. Su ciftdən keçərək dölyanı mayedə, ciftdə, dölün toxuma və orqanlarında sərf olunur. Suyun keçişi qatılıq qradiyentinin əksinə baş verə bilir və hər gün dölyanı maye 30-40 ml-dək artır. Oksigenin döl qanına keçmə- sinə dölün hemoqlobininin artıq olması və hemoqlobinin oksigeni sürətlə uda bilmə qabiliyyətindən baş verir. Döl qanında oksigen 7,6 mm civə sütunu təzyiqə, hüceyrədən kənar maye mühitdə isə 23mm c. sütunu təzyiqə malikdir. Karbon qazının da mübadiləsi eynidir. Qazlar mübadiləsi bu təzyiqlər fərqinə görə baş verir. Qlükoza isə zülallarla birləşərək, yağda həll olan şəklə düşərək, yüngülləşdirilmiş diffuziya yolu ilə mənimsənilir. Hamiləliyin erkən aylarında qlikogen sintezi üçün çoxlu qlükoza cift tərəfindən udulur. Hamiləliyin gec dövrlərində isə qlikolizə uğrayaraq sərf olunur. Qlükozanın konsen- trasiyası döldə ana qanındakından çoxdur və döl bu qlükozadan qli- kogen sintez edərək energetik mübadiləsi üçün istifadə edir. Zülal mübadiləsinə nəzər salsaq, döldə bu mübadilənin anadan 10 dəfə aktiv olduğunu görərik. Sərbəst amin turşuların konsentra- siyası isə ana qanındakından 5 dəfə artıqdır. Sərbəst yağ turşuları ciftdən asanlıqla keçdiyindən, ana qanındakı ilə eyni səviyyədədir. Çünki, zülallar aminturşularadək parçalanır, yenidən ciftdə başqa quruluşda dölə məxsus zülallar şəklində sintez olunur. Lipidlərin da- şınması isə onların ciftdə fermentativ parçalanması ilə başlanır. Dölə triqliseridlər şəklində keçir. Ciftin bu xüsusiyyəti xorionun stroma- sını təşkil edən yüksək inkişaf etmiş birləşdirici toxumadan asılıdır. Bu mürəkkəb biokimyəvi proses ananın mədə-bağırsaq sistemində zülal yağ və karbohidratların parçalanma və sintezini xatırladır. 31
  • 33. Əliyeva G.B. Cift vitaminlərin mübadiləsində də böyük rol oynayır. Vit B1, Vit A və karotin ciftdə depolanaraq dölə keçəcək miqdarı requlyasiya edilir. Vit B1, fosfor turşusu ilə birləşərək dölə keçir, karotin isə dölün qara ciyərində Vit A-ya çevrilir.Vitamin D-nin ciftdə miqdarı və dölə keçməsi isə ana qanında bu vitaminin miqdarından asılıdır və kal- siumun daşınma və mübadiləsini tənzim edir. Vit K və E ciftdən keç- mir. Ona görə də çox vaxt yeni doğulmuşa Vit K təyin edilir. Elek- trolitlərin mübadiləsi paraplasentar və transplasentar yolla gedir. Kalium, natrium, xloridlər və hidrokarbonatlar sərbəst olaraq dölə və əksinə keçir. Kalsium, fosfor, dəmir isə döldə və ciftdə depolanır. Cift dəmiri keçirdiyi və depoladığı üçün döldə hemoqlobinin miqdarı anada dəmir defisitli anemiya olsa belə, normal olur. Ciftdə həm də maddələr mübadiləsində iştirak edən çoxlu fer- mentlər saxlanılır. Oksidaza, katalaza, dehidrokinaza, karbohidrat mübadiləsini tənzimləyən amilaza, laktoza, zülal mübadiləsini tən- zim edən fermentlər, termostabil qələvifosfataza ciftin spesifik fer- mentləridir. Bu fermentlərin ana qanında təyini ciftin fəaliyyəti haq- da məlumat verir. Dəmir defisitli anemiya hamilə qadınlarda 40,6% rast gəlir. Nəticədə tənəffüs fermentlərinin aktivliyi enir, toxuma hipoksiyası baş verir. [117,80]. Ana qanı ciftin xovları arasındakı boşluqlarda dolaşaraq, mürək- kəb biokimyəvi çevrilmələrdən keçir. Xovların sonunda yerləşən fe- tal arteriyalara yeni quruluşda dölə məxsus olaraq keçir. Beləliklə bu- radan dölün toxuma, qan qrup və rezus mənsubiyyətinin anadan fərqli olması, özünəməxsusluğu aydınlaşmış olur. Sanki, cift müba- dilə funksiyasını yerinə yetirərkən dölün ağ ciyərini və mədə-bağır- saq sisteminin işini yerinə yetirir. Beləliklə cift – ana və döl arasında maddələr mübadiləsini təmin edən, dölü ananın immun sistemindən və infeksion agentlərdən qoruyan, ananı doğuşa, laktasiyaya hazır- layan hamiləliyin əsas orqanı olduğu bir daha aydınlaşır. 32
  • 34. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 16. 1- cift, 2- göbək venası, 3- göbək arteriyaları. Şəkil 17. 1-Yuxarı tənəffüs yolları, 2-Kiçik qan dövranı, 3-Ağ ciyərlər, 4-Ürək, 5-Böyük qan dövranı, 6-Toxuma kapilyarı. 33
  • 35. Əliyeva G.B. Bundan başqa ciftdə qanın laxtalanma və fibrinoliz faktorları, bio- loji aktiv maddələr – histamin,histaminaza, xolesterinaza və s. də mövcuddur. Digər tərəfdən, cift daxili sekresiya vəzidir, hormonal funksiyanı yerinə yetirir. Hamiləliyin başa çatması, dölün normal inkişafı, doğuşun başlaması üçün hormonlar dəsti sintez edir. Desi- dual toxuma sinsito və sitotrofoblast hormonların sintezini və bəzi- lərinin metabolizmasını yerinə yetirir. Endokrin funksiya - Ciftin metabolik funksiyası kimi endokrin funksiyası da diqqəti cəlb edir. Cift digər endokrin vəzilərdən fərqli olaraq, həm zülal, həm də steroid mənşəli bir-birindən fərqli hor- monlar sintez edir. Hamiləliyin ilk-3 ayında aktiv fəaliyyəti dölün histo və orqanogenez prosesinin əsasını təşkil edir. Bu dövrdə cift dölü onun inkişafı üçün lazım olan bütün hormonlarla təmin edir. Cift mənşəli hormon və zülallara-İnsan xorionik qonodotropini (XQ), insan plasentar laktogeni (PL),və ya insan xorionik samotomammot- ropin (XS), insan xorionik kortikotropini (XK), fertilliyin alfa-2 mikro-qlobulini (FAMQ), plasentar alfa-1mikroqlobulin (PAMQ), plasentar protein (PP-5),(PP-12),(PP-14) trofoblastik beta 1 –qliko- protein (TBQ), onkofetal protein alfa-fetoprotein (AFP) aiddir. [42,54, 55,87] Hamiləliklə assosasiya olunmuş zülalları 3 qrupa bölmək olar: 1. Dölün orqaniznində sintez olunan zülallar - Alfa fetoprotein, onkoembrional antigen 2. Ciftdən sintez olunan zülallar-trofoblastik beta 1-qlikoprotein, in- san xorionik qonodotropini, insan plasentar laktogeni, plasentar termostabil qələvi fosfataza, hamiləliklə əlaqəli zərdab zülalları (PAPP-A, PAPP-B) 3. Hamiləlik zamanı və ondan kənar vaxtlarda qan zərdabında rast gəlinənlər. Dölün bətn daxilində fetoplasentar kompleksdə baş verən müba- dilə pozğunluğu nəticəsində əziyyət çəkməsi 60-90% postnatal həyat- da uşağın mərkəzi sinir sistemində kiçik beyin disfunksiyasından 34
  • 36. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu ağır, dayanıqlı sinir pozğunluğuna qədər gətirib çıxarır. Ona görə də digər müayinələrlə yanaşı, ciftin spesifik zülallarının təyini dölün bətn daxilindəki patoloji vəziyyətini öncədən təyini xüsusi əhəmiyyət kəsb edir. Bu zülallar cift yetərsizliyinin klinik əlamətlərdən əvvəl təyininə kömək edərək bu riskin qarşısını alır. PAMQ – plasentar α-1 mikroqlobulin. Bu zülal da ciftin desidual hissəsindən sintez olunan əsas zülallardan hesab olunur, bir çox fizi- oloji proseslərin – ovulyasiya, desidualizasiya, implantasiya və dölün inkişafının əsas iştirakçısıdır. Eyni zamanda, yumurtalıqların polikis- tozu, endometriyanın maliqnizasiyası kimi patoloji proseslərin də iştirakçısıdır. Bu zülala həm də trofoblastın invazivliyini requlyasiya edən ananın təbii zülalı kimi baxılır. Hamiləlik zamanı ananın qan zərdabında 40 nq/ml-dən yuxarı çıxmır. Fetoplasentar yetərsizliyin diaqnostikası üçün 16-17 həftəlik hamiləlikdən başlayaraq, 33-34 həf- təyədək bu zülalı yoxlamaq məsləhətdir. Çox vaxt bu zülalın artımı FMA-lı qadınlarda dölün bətndaxili hipoksiyasına işarətdir. Bu artım hələ klinik simptomları meydana çıxmamış cift yetərsizliyinin göstəricisi olduğu üçün kompleks müa- yinə göstərişdir. Əksər hallarda isə bu zülalın artımı yüksək perinatal fəsad riskini dölün bətndaxili hipoksiya və hipotrofiyasını göstərir. Fertilliyin α-2 mikroqlobulini - Qlikodilin reproduktiv sistemi- nin spesifik zülalıdır. Qadınlarda aybaşının lütein fazasında endometriya vəzilərinin epitelisində, hamiləlik zamanı isə ciftin desidual toxumasında sintez olunur. Bu sintez və sekresiya proqesterondan bilavasitə asılıdır. Sağ- lam hamilə olmayan qadının qan zərdabında 8-40 mkq/ml arasında olur. Ən yüksək həddi isə lütein fazasına uyğun gəlir. Öz-özünə dü- şüklərdən sonra uşaqlığın qanlı ifrazatında, α-2 mikroqlobulin gene- rasiyası 50-100 dəfə normal aybaşı qanının tərkibindəkindən artıq olur. Belə yüksək artım endometriozda da qeyd olunur. Xronik en- dometritdə isə normadan 5 dəfə az rast gəlinir. 35
  • 37. Əliyeva G.B. Hamiləlik müddətində qan zərdabında sürətlə artır, 4-6 həftə ara- sında maksimuma çatır,12-16 həftəyədək yüksək səviyyədə qalır son- ra isə azalmağa başlayır. Təhlükə törədən düşüklər zamanı hələ klinik simptomlar meydana çıxmamışdan əvvəl bu zülalın sintezi də azal- mağa başlayır. Ona görə də, bu zülalı I trimestrdə 2- həftə fasilə ilə 2- 3 dəfə yoxlamaq lazımdır. PAPP-A hamiləliklə assosasiya olunmuş A-plazma proteini 1974- cü ildə hamiləliyin axırıncı həftələrində olan qadının qanında yüksək fraksiyalı zülal olaraq aşkarlandı. Sonralar tərkibində Zn olan, 800 molekul çəkili metalloqlikoprotein olduğu qeyd edildi. Sinsitotro- foblastlardan - ciftin xarici qat toxumasından sintez olunur. Ananın immun cavabını modifikasiya edərək, ciftin inkişafı və yaşaması üçün şəraiti saxlayır. Son 15 ildə Daun sindromunun diaqnostikasın- da işlədilən 3-lü testə əlavə edilərək 4-lü test adlandırılaraq effektliyi 90%-ə çatdırmaq mümkün olmuşdur. XQ-xorionik qonodotropin 35000 mol çəkili qlikoproteiddir. Ha- miləliyin ilk həftələrində XQ – lüteotrop funksiyanı yerinə yetirir. Sarı cismin steroidogenez funksiyasını tənzimləyir və onun hamiləlik baş vermədikdə 14 gün davam edən ömrünü, hamiləlik zamanı uza- daraq, hamiləlik sarı cisminə çevrilməsinə xidmət edir. Nəticədə pro- qesteronun fasiləsiz ifrazı təmin olunmuş olur. XQ-nin, sarı cisim və steroid hormonlarının sintezi hipofizar qonodotrop hormonların tsiklik ifrazını tormozlayır. Ona görə də hamilələrdə qanda FSH və prolaktinin səviyyəsi aşağı olur. Hamiləliyin ilk günlərindən, hətta mayalanmanın 8-9-cu günündən təyin edilən, XQ hamilə qadının immunoloji reaksiyaları- nı, T- supressor hüceyrələri induksiya edərək tormozlayır. Güclü im- munosupressiv təsirə malik qlukoproteindir. Yəni hal-hazırda XQ əsas immunodepressant hesab olunur. Döl-ana arasındakı immuno- konflikt və embrionun uşaqlıq divarından qopmasına mane olur. Bi- rinci trimestrdə hər 2-3 gündən bir ikiqat, üçqat artıraq 8-10-cu həf- tədə maksimuma çatır. Trofoblastın patoloji proseslərində, hamiləli- 36
  • 38. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu yin pozulma təhlükəsi olanda XQ səviyyəsi enir. Qanda bu hormo- nun yüksəlməsi çoxdöllü hamiləlik – beçəxor və dölün xromosom abberasiyası zamanı baş verir. İnkişaf etməmiş hamiləlikdə isə enir. Ektopik hamiləlikdə miqdarı normal hamiləliklə müqayisədə azdır. Qanda XQ-dən başqa, onun α və β sərbəst zəncirləri də aşkarlanır. Eyni zamanda ifraz olunan 3-cü zəncir isə onların - α və β sərbəst zəncirlərin spesifikliyini təyin edir. Endometriyanın vəzili epitel hü- ceyrəsindən sekresiya olunur. Hamiləliyin təyini üçün daha həssas, trofoblastik toxumanın sinsitotrofoblastlarından sintez olunan β - XQ ni təyin etmək vacibdir. XQ – ciftin fəaliyyəti haqda əhəmiyyətli məlumat verməkdə rolu yoxdur. Çünki, ciftin tam formalaşıb, fəaliyyət göstərdiyi 12-14 həf- tədə bu hormon azalmış olur. XQ sonsuzluğun müalicəsində tətbiq edildiyindən, bəzi xəstəliklərdə də aşkarlandığından diaqnostikada bəzi xətalar verə bildiyindən, hamiləliyin erkən diaqnostikasında, ha- miləliyin spesifik testi ola bilməz. β XQ isə hamiləliyin dəqiq, səhvsiz diaqnostik markeri hesab olunur. Hamiləliyin XQ testi ilə müqayisə- də daha dəqiqdir. Hamiləlik müddəti proqressiv surətdə artan züla- lın bu artımındakı hər hansı dəyişiklik dölün inkişaf qüsuru, hamilə- liyin pozulmasının diaqnostikasında əsas rol oynayır. Trofoblastik β-1 qlikoprotein (TBQ) ciftin döl hissəsinə aid olan spesifik markeridir. [54,55] hamiləliyin və onunla əlaqədar olan xəs- təliklərin – beçəxor və trofoblastik xəstəliklərin spesifik zülalıdır. Sito və sinsitotrofoblastda sintez olunaraq, ananın qan dövranına daxil olur. Hamiləlik zamanı ciftin desidual toxumasında sintez olunaraq Ananın qan zərdabında aşkarlanır. O, hamiləliyin pozulma təhlükə- sini əvvəlcədən xəbər verir, aparılan müalicənin effektliliyini göstə- rir. TBQ Y.S. Tatarin tərəfindən 1971-ci ildə qadının qan zərdabında aşkarlanıb. Qadın orqanizmdə müxtəlif bioloji funksiyaları yerinə yetirir. Ananın limfositlərinin aktivləşməsinə mane olaraq, genetik informa- siyanın 50%-ini atadan olan dölü - yadlığı ananın immun sistemin- 37
  • 39. Əliyeva G.B. dən qoruyur. Cift və trofoblast hüceyrələrinin böyümə proliferasiya- sını requlə edir. İnkişaf və differensasiyasını kontrol edir. İmmunoloji prosesləri aktivləşdirir və ya tormozlayır. TBQ-nin hamiləlik boyu qandakı konsentrasiyasını aşkarlamaq üçün aparılan TBQ monitorinqi, fetoplasentar sistem haqda, hamilə- liyin müxtəlif patologiyalarında isə trofoblastın funksiyası haqda dü- rüst məlumat verir. TBQ-nin qanda 6 dəfədən çox enməsi hamiləliyin spontan pozulacağının proqnozunu əvvəlcədən 100% dəqiqliklə gös- tərir. TBQ-nin 2-4 dəfə enməsi isə 33% halda spontan abortun baş ve- rəcəyinin göstəricisidir. Əgər 35-40 həftəlik hamiləlikdə TBQ nor- madan aşağıdırsa, doğuşda ana və döl üçün fəsadlaşmaya işarədir. [87] Öyrəncəkli düşüklər, cift yetərsizliyi və perinatal patologiya za- manı TBQ-nin I trimestrdə 5-10 dəfə enməsi, II-III trimestrdə isə art- mağa meylli olmaması göstərilir. [8] (cədvəl 1-2). CMV virus infeksiyası zamanı hamiləliyin ilk həftələrində TBQ 4- 8 dəfə enir. Görünür ki, buna səbəb virus təsirindən trofoblastın çox hissəsinin məhv olmasıdır. Trofoblast hüceyrələri virusların prolife- rasiyası üçün münbit toxumadır. Virusların artıb çoxalması isə tro- foblast hüceyrələrinin məhvi deməkdir. Nəticədə, trofoblastların zü- lalların biosintezi ilə əlaqəli olan metabolik funksiyası da enir. Çox vaxt TBQ, Pl, Plasentar α 1 mikroqlobulin, fertilliyin α2 - mik- roqlobulini ilə birlikdə təyininin böyük diaqnostik əhəmiyyəti vardır. 30 həftədən sonra TBQ azalır, PAMQ artır, AMQF artır. Bu da ekizlər üçün təhlükə olduğuna işarədir. Fetoplasentar sistemin hamiləlik boyunca obyektiv dəyərləndiril- məsi TBQ miqdarından asılıdır. Bu monitorinq hələ klinik simptom bəlli olmamışdan hamiləliyin pozulma təhlükəsindən xəbər verdiyi kimi, müalicələrin effektli olub-olmadığının, yəni hamiləliyin inkişa- fının, başa çata biləcəyinin də göstəricisidir. Ektopik hamiləliyin diaqnostikasında USM-lə birlikdə təyininin xüsusi əhəmiyyəti var. Beləki, ektopik hamiləlik zamanı endiyi gö- rünməkdədir. Hamiləliyin normal inkişafı üçün lazım olan immuno- 38
  • 40. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu supressiv təsiri göstərir. Hamilə qadının qanında təyini trofoblastın funksiyasını qiymətləndirir və hələ klinik simptom verməyən düşük təhlükəsinin olduğundan xəbər verir. I-II trimestirdə artarsa uşaqlıq boşluğunda iltihabi prosesin olduğunu və ya döl yumurtasının his- səvi soyulduğunu göstərir. Bütün hamiləlik boyunca aşağı olması uşaqlıq daxilində xronik infeksiyanın varlığına, ciftdəki distrofik də- yişikliyə işarədir. Kəskin artım isə çoxsululuq, şəkərli diabet, vaxtı ötmüş hamiləlik, dölün hemolitik xəstəliyi zamanı olur. Ona görə də, hamiləlik boyu 2-4 həftə ara ilə 2-3 dəfə TBQ yoxlanılması perinatal patologiyanın vaxtında aşkarlanmasına yardım edər. Hamiləliyin müddəti Hamilə qadının qan zərdabında (mayalanma günündən həftə ilə) TBQ konsentrasiyası (mq/ml) 2 – 3 həftə 0,02 – 0,5 3–5 0,5 – 4,5 6–8 5 – 12 8 – 10 5 – 16 10 – 12 16 – 26 12 – 14 22 – 38 14 – 16 38 – 48 16 – 18 48 – 50 18 – 20 50 – 56 20 – 22 56 – 58 22 – 24 58 – 65 24 – 26 65 – 80 26 – 28 80 – 100 28 – 30 100 – 150 32 – 34 158 – 190 36 – 38 210 – 240 38 – 40 240 – 250 Cədvəl 1. Fizioloji hamiləlik zamanı qadının qan zərdabında TBQ konsentrasiyası 39
  • 41. Əliyeva G.B. 1962-ci ildə ciftin, hipofizin böyümə hormonunu və prolaktini xa- tırladan zülal sintez edildiyi elan olundu. HPL (human plasentar lak- togen) - insan plasentar laktogen adlanan bu zülal güclü metabolik təsirə malik olduğu təsdiq edildi. Plasentar laktogen 19 kDa molekul- yar çəkisi olan qlikoproteid olub, hamiləliyin erkən 5-6 həftələrində sinsitotrofoblastdan sintez olunur. Karbohidrat - zülal mübadiləsini tənzimləyir və 1trimestrdə enməsi erkən cift yetərsizliyini göstərir.[7] Hamiləlikdə ifrazatı hipofizin böyümə hormondan 100 dəfə artıq- dır. Normal gedən hamiləlik zamanı 36 həftəyədək proqressiv olaraq artır, doğuşdan sonra isə enir. Laktotrop, lüteotrop təsiri hüceyrə im- munitetini inhibə edir, ananın maddələr mübadiləsinə aktiv təsir edir, anada zülal sintezini azaldaraq aminturşuların ehtiyyatının ya- ranmasına səbəb olur. Plasentar laktogen insulinin antaqonistidir. Qısa yarımparçalanma dövrünün olması sekresiyasının sutkalıq ritminin olmaması, sintezinin tək bir mənbədən olması ciftin funksi- yasının birbaşa göstəricisidir. Plasentar laktogen 50% enərsə döl üçün həyati təhlükə, 80% enərsə antenatal ölümə işarədir. Trofoblastın xəs- təliklərində - beçəxor, xorionepitelioma zamanı plasentar laktogenin çox aşağı olması aydınlaşdırılmışdır. Proses nə qədər bədxassəlidir- sə PL, xorionik qonodotropinə nəzərən bir o qədər çox aşağı olur. Hamilənin böyrək patalogiyasında yüksəldiyi, hipertoniyası zamanı isə endiyi də nəzərdən qaçmamalıdır.[136] Ciftin erkən yetərsizliyi zamanı enir, dölün bətndaxili ölümü, öz- özünə düşüklərdən 1-3 gün əvvəl bu enmə kritik həddə çatır. Hami- ləliyin gec dövrlərində cift yetərsizliyi zamanı 50%-də, dölün bətnda- xili hipoksiyası zamanı isə 3 dəfə azalır. Beləliklə hamilə qadının qa- nında PL təyini cift yetərsizliyinin, dölün hipoksiyasının, hipotrofiya- sının diqanostikasında böyük əhəmiyyəti var. 40
  • 42. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Hamiləliyin PL– konsentrasi- Hamiləliyin PL - konsentrasi- müddəti (həftə) yası nmol/L müddəti (həftə) yası nmol/L 5–6 2,82 ± 0,65 23 – 24 116,5 ± 5,39 7–8 11,77 ± 0,85 25 – 26 162,50 ± 8,77 9 – 10 25,45 ± 1,30 27 – 28 207,80 ± 3,31 11 – 12 37,2 ± 2,20 29 – 30 213,10 ± 12,43 13 – 14 41,00 ± 3,30 31 – 32 235,50 ± 10,90 15 – 16 59,70 ± 3,74 33 – 34 244,20 ± 8,61 17 – 18 89,4 ± 3,27 35 – 36 283,60 ± 3,27 19 – 20 91,23 ± 4,34 37 – 38 316,3 ± 4,33 21 – 22 108,7 ± 7,00 39 – 40 392,10 ± 1,13 Cədvəl 2. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Plasentar lak- togenin miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Cift özünü requlyasiya edən, öz muxtariyyatı olan hipofiz – hipo- talamusun requlyasiyasından asılı olmayan orqandır, hamiləliyin bu unikal vəzinin hormon sintezi endokrin vəzilərin hormon sintez et- məsinin kontrol etmə mexanizmləri ilə idarə olunmur. Fetoplasentar kompleks gözəl endokrin ekspansiya göstərir və ana üzərində tam hormonal kontrol yaradır. Ciftin hormonları tək Anaya deyil, Dölə də təsir edir. Ana mənşəli steroid hormon – proqesteron, cift və döl mənşəli hormon – estriol, ana-cift- döl mənşəli hormonlar – estron, estradiol, sarı cism mənşəli hormon – relaksin bunlardandır. Döl tərəfindən sintez olunan hormonları, AKTH peptidlərinə yaxın peptid β- endorfin, β-melanin stimuləedici hormon, Hipotalamik hormonlara analoji olaraq qonodotropin relizinq hormonu, tireotropin relizinq hormonu və digərləri misal göstərilə bilər. Aşağıdakı cədvəldə Ali Çetinin sxemasında bu hormonların sintezi verilmişdir. 41
  • 43. Əliyeva G.B. Dölün böyrəküstü Ananın qara ciyəri vəzi 17 OH - Pregnenolon Xolesterol DHEA DHEAS Cift LOL xolesterol Pregnenolon Progesteron Ananin qara ciyəri Estron Estrodiol Estriol Androstenedion 16 H -DHEAS 1992 - Ali Cetin sxeması. Ana-döl-cift kompleksində hormon sintezi. [Klinikdə Obstetrik və jinekoloji. İstanbul Güneş 95, tip kitap evi, 2007] 42
  • 44. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Fetoplasentar sistemdə estrogen və proqesteron sintezinin əsas mərhələləri. [79] Döl Cift Ana Preqnelonon Xolesterin Xolesterin sulfat Böyrəküstü Preqnelonon Preqnelonon vəzi Dehidroepiandros- Proqesteron Proqesteron teron sulfat Dehidroepian- Dihidroepian drosteron drosteron Qaraciyər sulfat 16 α-dehidro Estradiol, Estradiol epiandosteron eston Estron sulfat 16 α-dehidro epiandosteron sulfat Estriol Estriol Cədvəl 2. [Кирюшенков Д.Я. и Тараховский М.Л. М:, 1990.] Estrogenlər Cift mənşəli estrogenlərin də 2 əsas funksiyası var. Əgər bir tərəfdən uşaqlıq əzələsi üzərindəki oksitosin birləşdirici re- septorların əmələ gəlməsini surətləndirərək doğuşa hazırlıqda rol oynayırsa, digər tərəfdən süd vəzilərini əmizdirməyə hazırlayır. 43
  • 45. Əliyeva G.B. Hamiləliyin E2–konsentrasiyası Hamiləliyin E2–konsentrasiyası müddəti (həftə) nmol/L müddəti (həftə) Nmol /L 25 – 28 14,6 ± 0,66 33 – 34 33,2 ± 0,41 27 – 28 18,3 ± 0,43 35 – 36 36,7 ± 0,33 29 – 30 19,5 ± 0,54 37 – 38 44,5 ± 0,30 31 – 32 23,0 ± 0,57 39 – 40 66,5 ± 0,79 Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında E2-nin miqdarı (nmol/L) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Estrogenlər 18 karbon atomlu steroidlərdir. Karbon atomlarına birləşmiş hidroksil qruplarının sayına görə 3 qrupa bölünürlər. 1. E1- Estron 3-cü karbon atomunun hidroksil qrupu birləşdirməsin- dən əmələ gəlir. Zəif estrogendir. 2. E2- Estradiol 3-cü və 17-ci karbona 2 hidroksil qrupu birləşərək əmələ gəlir. Güclü estrogendir. 3. E3- Estriol 3-cü, 17-ci və 16-cı karbonun özlərinə 3 hidroksil qru- pu ilə birləşdirməsindən alınır. Hamiləlikdə miqdarı digərlərin- dən daha çoxdur. Estriol və alfa-fetoproteinin təyini, dölün vəziyyəti, plasentar lak- togen və proqesteron isə ciftin funksiyası haqda məlumat verir. Ana- döl-cift kompleksində sağlıq indeksi – estriol ilə təyin edilir. Estriolun hamilə qadının qanında və sidiyində təyin olunması və bu nisbətin normadan aşağı olması dölün vəziyyətinin ağırlaşmasını, klinik əla- mətlərdən 2-3 həftə əvvəl xəbər verir. E3 fetoplasentar steroid hor- mondur, kütləsi 288,4 Da, fetal qaraciyərdə böyrəküstü vəzidə və ciftdə sintez olunur. Onun miqdarı ciftin funksiyasını və dölün və- ziyyəyini xarakterizə edir. Qan zərdabında 35% enməsi kəskin cift yetərsizliyi, dölün bətndaxili ölüm təhlükəsini göstərir.Yüksək riskli hamiləlik – şəkərli diabet, vaxtı ötmüş hamiləlik, preeklampsiya, Rezus uyğunsuzluq, dölün bətndaxilində ölümü, anensefaliyası, böy- rəküstü vəzinin hipoplaziyası zamanı təyini göstərişdir. Sərbəst estriol qadın cinsi sterod hormonudur hamiləlik vaxtı ciftdən də sin- 44
  • 46. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu tez olunduğundan, onun səviyyəsi döl-cift ana sistemindəki vəziy- yətin göstəricisidir. Proqesteron hamiləliyi davam etdirən hormondur. Proqesteron 21 karbon atomlu bir hormondur. Hamiləlikdən əvvəl yumurtalıq və böyrəküstü vəzin qabıq maddəsində sintez olunur. Hamiləlik zamanı isə 7-8 həftəliyədək sarı cisimdə, bütün hamiləlik boyu isə ciftdən sintez olunur. 8 həftəyədək sarı cism hamiləliyin inkişafı üçün yetərli miqdarda proqesteron ifraz edir. Hamilələyin Pr -konsentrasiyası Hamiləliyin Pr-konsentrasiyası müddəti (həftə) nmol/L müddəti (həftə) nmol/L 5–6 793 ± 2,4 23 – 24 260,0 ± 8,1 7–8 101,9 ± 2,7 25 – 26 306,0 ± 10,2 9 – 10 110,0 ± 3,1 27 – 28 378,7 ± 1,3 11 – 12 132,0 ± 4,8 29 – 30 456,3 ± 12,6 Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Proqesteronun miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Proqesteron hamiləlikdən əvvəl endometriyanı nidasiyaya hazır- layır, hamiləliyi davam etdirmək üçün qanda miqdarını saxlayır, ha- miləlik zamanı uşaqlığın yığılmasını əngəlləyir. Hamiləlikdə proqes- teronun 2 əsas funksiyasını qeyd etmək lazımdır. Embrionun inkişa- fını davam etdirə bilməsi üçün endometriyanı hazırlayır. Əgər pro- qesteronun təsiri kəsilərsə hamiləlik pozular. Eyni zamanda uşaqlıq əzələsinin yığılmasını blokada edərək hamilliyin pozulmasının qar- şısını alır. Hamiləliyin sonuna yaxın estrogenin artması ilə bu blo- kada aradan qalxır. Digər tərəfdən proqesteron hipofizin hormonal funksiyasına təsir edərək, hamiləlik davam etdikcə, yumurtalıqların yumurta hüceyrə yetişdirməsinə mane olur. Ciftin 3-cü funksiyası onun baryer rolunun olmasıdır. Cift həm də 2 genetik cəhətdən fərqli orqanizmləri bir-birindən qoruyan bar- yerdir. Ona görə də fizioloji hamiləlikdə ana ilə döl arasında immun konflikt baş vermir. 45
  • 47. Əliyeva G.B. Ciftin baryer funksiyasını yerinə yetirən lipidlərdən ibarət olan qişa ana və döl qanını qarışmağa qoymur bəzi xüsusiyyətləri ilə hemato - ensefalik baryeri xatırladır. Burada da qida maddələri qan- dan onurğa beyni mayesinə keçir. Ancaq bu keçirmə birtərəflidir yəni qan-onurğa beyni istiqamətindədir. Cift baryeri isə iki tərəfli- eyni zamanda anadan–dölə və döldən də anaya istiqamətlənən ke- çiriciliyə malikdir. Ciftin keçiriciliyi hamiləlik boyu eyni qalmayaraq dəyişir. Fizioloji hamiləlikdə ciftin keçiriciliyi proqressiv olaraq 32-35 həftəliyədək artır, sonralar isə azalır. Buna səbəb hamiləliyin müxtəlif dövründə ciftin müxtəlif quruluş və yetkinliyə malik olmasıdır. Fə- sadlaşmış hamiləliklər zamanı müxtəlif patogen və toksiki səbəblər- dən ciftin baryer funksiyası pozulur və fizioloji hamiləlik zamanı keçirmədiyi maddələri keçirir. Cift baryerininin quruluşu aşağıdakı kimidir: Şəkil 18. 1- Terminal vorsinlərin kapillyarlarının endotelisi, 2- Vorsinlərin ka- pillyarları, 3- Vorsinlırin stroması, 4- Vorsinlərin epitelial örtüyü [www.medison.ru] Ciftin baryer qişası da, ciftin özü kimi seçici keçiriciliyə malikdir. Hər iki tərəfə aid olan bu keçiricilik normal hamiləlik zamanı mole- kul çəkisi 1000-ə qədər olan maddələr üçün keçiricidir, 1000-dən yu- xarı molekul çəkisi olanlar isə ciftin baryerdən keçə bilmir. Tədqi- 46
  • 48. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu qatlar göstərir ki, cift dölə keçəcək maddələri seçir. Yəni elə mad- dələr var ki, dölə keçir, elə maddələr var ki, onların dölə keçməsinə mane olur. Dölə ziyan verəcək xəstəlik törədəcək bir çox zərərli mad- dələr və törədicilər buraxılmır. Ancaq bu o demək deyildir ki, cift mütləq baryerdir. Cift menbranından Cift menbranından Cift menbranından keçən xeyirli maddələr keçən zərərli maddələr keçməyən maddələr Oksigen, Viruslar : Ana mənşəlli xolesterol, Karbondioksid Rubella fosfolipid və Qlükoza, CMV triqliseridlər. Amin turşular HSV tip 2 Protein hormonlar Sərbəst yağ turşuları Zoster virusi (İnsulin) Vitaminlər Koksaki Dərmanlar Su Polimielit (suksinilxolin, Heparin, Natrium A vitamini, metildofa, amin turşu Kalium Klomifen, qurluşunda olan Xlor Dietilsitilbesterol, dərmanlar) Kalsium Noretilsteron, İgA, İgD, İgE, İgM Fosfat OKS, Nikotin, Bakteriyalar Bilrubin Alkol, Cidik cövhəri Amikasin, Ana-döl ertirositləri Fenobarbital, (zədələnmə olmadıqda Pentobarbital, minimal) Valproy turşusu, Ana plazma zülaları Diazepam, AFP Lorezepam, Sterodi hormonlar Litium, İgG Xlortiazid, Karbon monoksid, Orqanik Hg, Pl Kalium yodid, Kokain, eroin, Toksomlazma gondii, T.pallidium, Rubella peyvəndi, Anti-Rh antigenləri Cədvəl 5. [Tusdata; Fizioloji Histolji Embrioloji dərs notları, Ankara 2005; 235 ] 47
  • 49. Əliyeva G.B. Bəzi dərman preparatları, nikotin, bəzi infeksion xəstəliklərin tö- rədiciləri ciftdən keçərək dölə zərər verir. O, bir çox virus və infeksion xəstəliklərin törədiciləri – 300-dək infeksion, patogen və qeyri-patogen kokklar üçün də keçiricidir. Bu mikrobların cift baryerdən keçməsi onların həyat məhsulları, ciftdə dəyişikliklər – piy distrofiyası, qan- sızma, kalsium çöküntüləri, nekroz ocaqları yaradır. Cift dölün immun mühafizəsində də böyük rol oynayır. Ciftin im- munoloji funksiyasının əsas komponenti ananın toxuması ilə kan- taktda olan hissəsi - fibrinoid toxuma, sialomussin və seromukoid- dölün antigeni aiddir. Trofoblastlarda ciftin səthində yerləşən yüksək supressiv təsir edən maddələrə isə XQ, prostaqlandin və steroid hor- monları misal göstərmək olar. Hamiləliyin 12-ci həftəsindən cift ana- cift-döl sistemindən immunoqlobulinlərin ötürülməsinə başlayır. 5 sinif immunoqlobulinlərdən ancaq IgG sinifindən olanlar ciftdən ke- çə bilir. Sonra isə dölün xüsusi immunoqlobulinləri əmələ gəlir. Cift- də immunal reaksiyanı endirən T və B limfositlər, makrofaq və qra- nulositlər böyük əhəmiyyət kəsb edir. Trofoblast antigenləri hamilə- liyin 5-həftəsindən, dölün antigenləri isə 12 həftəlikdən meydana çıxır. Cift-döl qan dövranı haqqında Hamilə qadının qan dövranına yeni bir dövran cift–uşaqlıq–döl qan dövranı da əlavə olunur. Hamiləliyin ilk həfələrindən sadə şəkil- də meydana çıxan bu dövran sonuna yaxın işini çox mükəmməl qu- ran mürəkkəb sistemə çevrilir. Döğuş başa çatan kimi, döl dünyaya gələndən bir neçə dəqiqə sonra fəaliyyətini bitirir. 48
  • 50. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 19. 1-Yuxarı boş vena, 2-Oval dəlik, 3-Aşağı boş vena, 4-Venoz axar, 5- Portal sinus, 6-Qapı venası, 7-Göbək ciyəsi venası, 8-Göbək ciyəsi arteriyası, 9-Cift, 10- Göbək ciyəsi arteriyaları, 11-Arterial axar. [www.medison.ru] 49
  • 51. Əliyeva G.B. Uşaqlığı qidalandıran, uşaqlıq və yumurtalıq arteriyalarının son şaxələri olan spiral arteriyalar vorsinlər arası sahəyə çatır. Ananın qanı vorsinlər arası sahəyə tökülür. Ananın arterial qanındakı təzyiqin vor- sinlər arası boşluqdakından çox olduğundan, vorsinləri yuyan qan xorial lövhəyə çatır, döl qanı ilə qarışmadan oksigeni, qida maddələ- rini verərək, venoz kapliyarlarla ana qanına qayıdır. Bu kapillyarlar- dan dölün qanı keçir və daha iri damarlara və nəhayət, göbək vena- sına çevrilir. Bu venada oksigenlə zəngin arterial qan dölə yetişir. Cift baryerdən keçən oksigen və qida maddələrinin hesabına ciftin tənəf- füs, qidalandırma, ifrazat və digər mübadilə funksiyaları həyata keçir. Nəticədə dölün qanına oksigen daxil olur. Karbon qazı və mübadilə məhsulları xaric olur. Yuxarıda qeyd edildiyi kimi ciftin baryer qişası da, ciftin özü kimi, seçici keçiriciliyə malikdir. Hər iki tərəfə aid olan bu keçiricilik normal hamiləlik zamanı 32-34 həftəliyə qədər artır, son- ra isə azalmağa başlayır. Cift anatomik və funksional cəhətdən amnion qişası ilə əlaqəlidir. 50
  • 52. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Ciftin bu qədər mürəkkəb və incə struktura malik olması ölçüsü- nün, çəkisinin və ömrünün az olmasına baxmayaraq çox saylı mürək- kəb fizioloji proseslərin öhdəsindən məharətlə gəlməsinin əsas səbəbi- dir. Fizioloji hamiləliyin başa çatması ilə öz həyat tsiklini başa vuraraq - qocalması, dölün dünyaya gəlməsindən nəfəs almasından sonra do- ğulması insanın yaradılışının proqramlaşdırılmasının xüsusi vacib eta- pıdır. Bu proqramlaşdırılmadan kənara çıxılmanın -ananın xəstəliklə- ri, əlverişsiz ekoloji şərait, qadının qidalanmada, həyat tərzində, dav- ranışlarında fizioloji hamiləlik normativlərindən kənara çıxmalarının qarşısını almaqla hamiləliyin unikal vəzinin işinə normal şərait yarat- mış olarıq. Beləliklə də hamiləliyin fəsadlaşması, perinatal patalogiya, uşaq ölümü və əlilliyinin göstəricilərini xeyli azaltmış olarıq. Perinatal patologiya Alman mama-ginekoloqu E.Zallinq bətndaxilindəki dölün həyat fəaliyyətinin öyrənilməsi ideyasını 1967-ci ildə irəli sürdü. Sonra Perinatoloqların Avropa Elmi Cəmiyyəti yaradıldı. Dünyada sürətlə inkişaf edən bu ideyaya qoşulan görkəmli rus alimləri Н.Л.Гарма- шова, Л.С.Персианинов, Г.М.Савельева, И.В.Ильин, В.М.Сидель- никова, М.В. Федорова və başqaları perinatologiyanın inkişafında böyük xidmətlər göstərdilər. Perinatal patologiya sözü – müxtəlif zamanlarda hamiləliyin müx- təlif dövründə baş verən patalogiyanı öyrənirdi. Əvvəlcə – dölün ana bətnindəki inkişafının gec – 28 həftəsindən başlayaraq doğuşa qədər- ki dövründə baş verən patologiya, sonralar isə hamiləliyin ilk gün- lərindən doğuşdan sonrakı 7 günədək olan müddətdə hamilə qadına və yenidoğulmuşa nəzarət olunması qərara alındı. Yəni Perinatolo- giya təbabətin dölün bətndaxilindəki bütün inkişaf mərhələləri və doğuşdan sonrakı ilk 7 gününü (168 saat) əhatə edən dövrü öyrənən sahəsi oldu. Bu dövrdə döldə baş verən xəstəliklər perinatal patolo- giya adlanır. Perinatal dövr doğuşa qədərki dövr-antenatal, doğuş prosesinin gedişi dövrü - intranatal və doğuşdan sonrakı neonatal 51
  • 53. Əliyeva G.B. dövr adlanan 3 dövrə bölünür. Hal-hazırda bətndaxili inkişafın 22-23 həftəşində, 500 qr çəki ilə doğulan döl yenidoğulmuş hesab olunur. Perinatal patologiya dölün bətndaxili inkişafından, ana orqaniz- mində baş verən maddələr mübadiləsinin səviyyəsindən, ciftin baryer funksiyasının yüksək seçici və diffuziya qabliyyətindən bir-başa ası- lıdır. Bu normal şərait pozulduqda metobolizmin pozğunluğuna və dölün oksigen aclığına səbəb olur. Hamiləliyin əsas – unikal üzvü olan ciftin əsas funksiylarında dəyişiklik baş verir. Nəticədə dölün bətn- daxilində inkişafdan geri qalma – simmetrik və ya asimmetrik hipot- rofiyası, hipoksiyası baş verir. Uzun müddətli hipoksiya dölün MSS- də geriyə dönməz proseslərə səbəb olur. Hamiləlik uzun müddət xro- nik hipoksiya fonunda gedərsə nəticədə dölün beyin damarlarındakı dəyişikliklər doğuş prosesində qansızmaların baş verməsinə səbəb olur. Demək olar ki, doğuş prosesində baş verən dölün beyninə qansız- maların hamısı hipoksik-işemik xarakter daşıyır. Nəticədə postnatal həyatın müxtəlif dövrlərində zehni inkişafdan geri galma, ağıl zəif- liyi və digər orqanların orqanik, funksional yetərsizliyi baş verir. Postnatal həyatın müxtəlif dövrlərində uşağın əlilliyi meydana çıxır. ÜST məlumatına əsasən bütün dünyada doğulan uşaqların 2,5%- ində müxtəlif inkişaf qüsurları aşkar olunur. Rusiya Federasiyasında isə hər 1000 yeni doğulmuşdan 17-si bir yaşın sonunadək yaşamır. [24] Perinatal patologiyanın əsasında duran çoxsaylı səbəblər – istər ana ilə döl arasında Rh, ABO və ya digər qan sistemi uyğunsuzluğu, istərsə də ananın ekstragenital, viral, bakterial mənşəli xəstəliklərinin dölə təsiri hamiləliyin əsas orqanı cift vasitəsi ilə olur. Hamiləlik boyu çox sayda mürəkkəb fizioloji funksiyanın öhdə- sindən gələn, dölün normal inkişafına, hamiləliyin başa çatmasına birbaşa cavabdeh olan - ciftin əmələ cəlmə və həyat tsiklində baş ve- rən istənilən orqanik və funksional dəyişikliklər perinatal patalogi- yaya səbəb olur. Bu patalogiya bəzən hamiləlik və yenidoğulma döv- ründə kompensasiya olunur, yəni dölün və yenidoğulmuşun az hə- yat qabliyyətli, xəstə şikəst olması ilə nəticələnmir. Bəzən isə nəinki 52
  • 54. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu bətndaxilində inkişafdan geri qalma, dölün bətndaxili ölümü, inki- şaf qüsuru hətta 1-3 və daha yuxarı yaşlarda uşağın fiziki, psixi inki- şafdan geri qalması ilə nəticələnir. Dölün hipoksiyası Orqanizmdə hipoksiyanın – oksigen aclığının ümumilikdə 4 növü aşkarlanır. 1. Hipoksik hipoksiya-hemoqlobinin oksigenlə doyması normal sə- viyyədən aşağı olur. 2. Sirkulyator hipoksiya-oksigenin arterial qanda miqdarı və gərgin- liyi normal olmasına baxmayaraq toxumalara yetmir. 3. Hemolitik-anemik hipoksiya eritrositlərin sayının azalması eritro- sitlərdə hemoqlobinin az olması və ya hemoqlobinin oksigenlə birləşmə qabiliyyətinin aşağı olması. 4. Toxuma homeostazının pozulması nəticəsində toxumanın oksi- gendən tam istifadə edə bilməməsidir. Cift yetərsizliyinin dölə göstərdiyi əsas mənfi təsir dölün hipoksiya- sıdır. Hipoksiya ana-cift-döl qan dövranında oksigen yetərsizliyidir. Dölün hipoksiyası – fetal distres dedikdə isə, dölün ürək döyün- tülərinin ritmik dəyişikliyi, dölün qanının pH-ındakı dəyişikliklər – asidoz başa düşülür. Başqa sözlə dölün ana bətnində oksigen yetər- sizliyi nəticəsində baş verən pataloji halıdır. Dölün ana bətnindəki oksigen aclığı onun bütün üzv və sistemlərinin funksional və orqanik dəyişikliyinə səbəb olur. Dölün ana bətnindəki bu halı dölün hipok- siyası, asfiksiyası və ya distres sindromu da adlanır. Hipoksiya Asidoz Asfiksiya dölün ölümü, uşaq ölümü Hipotrofiya Nevroloji patologiya, Uşaq əlilliyi 53
  • 55. Əliyeva G.B. Aşağıda Ana–Cift–Döl arasında mübadilə kanallarının pozğun- luqları nəticəsində dölün bətndaxilindəki asfiksiya və hipoksiyasının dölün inkişafına təsiri, postnatal həyata adaptasiyasının pozulduğu göstərilir. Bir neçə funksional sistemin (əsəb, immun, endokrin, ANA ürək-damar sistemi) və s. patologiyaları Ciftin inkişaf və funksional vəziyyətinin – DNİES CİFT Subkompensator, xronik cift yetərsizliyinin əmələ gəlməsi Dölün xronik hipoksiyası DÖL Artıq əmələ gəlmə Aktivləşmə – AOM↑, ARA↑, ÜAA↑, MT, nitrat-nitrit tənəffüs qoşulması → NO↑ Üzülmə ARA ↓ MT-ciftə keçməsi AOM ilə depoda MT↓ Ferment, zülal, nuklein turşusu hüc ion kanal oksid BKİ ↑ zədələn ↑ → LPO. → ÜKİ ↑ Membran funksiyasının pozulması. Apaptozun aktivləşməsi MT ifrazının azalması DNİES → YENİDOĞULMUŞ Gen ekspressiyasının pozulması Sinaptik sins və s. formalaşması DBİl –reflektor reaksiyaların geri qalması, tsiklik yuxunun formalaşmasının pozulması Postnatal adaptasiyanın pozulması, yenidoğulmuşun xəstəlikləri 54
  • 56. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Perinatal patologiyanın əsas simptomu olan hipoksiyanın döldə asfiksiya, nevroloji simptomlar, dölün bətndaxili və postnatal dövrdə ölümü, uzun müddət oksigen ehtiyacı ödənilməyən beyin toxuması- nın funksional və orqanik yetərsizliyidir. Uşaq ölümü, vaxtından əv- vəl doğuşlar, uşaq əlilliyinin əsasında duran bu patologiyanin daha dərindən öyrənilməsi, yeni müayinə və müalicə metodlarının tətbiq olunması cəhətindən aktual problem olaraq qalmaqdadır. Hamiləlik normal gedərsə, yenə də cift yetərsizliyi əmələ gələ bilə, ancaq kompensasiya olunan bu yetərsizlikdən döl nə hipoksiya, nə də asidoza məruz qalmır. Aşağıdakı sxemdə isə mikrosirkulyasiyanın pozulması, qarışıq hi- poksiyanın nəticəsində əmələ gələn toxuma dizoksiyasının mexaniz- mi verilmişdir. 55
  • 57. Əliyeva G.B. [Шабалов.Н.П Асфиксия новорожденных.М.Медицина 1990 стр 69-70] 56
  • 58. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Dölün ağır asfiksiyası qarışıq tip hipoksiya zamanı baş verir. Bun- lara ana qanından qanın dölə qeyri adekvat keçməsi, ciftin tam və ya hissəvi ayrılması, göbək ciyəsinin sıxılması nəticəsində dölə gedən qanın azalması və ya kəsilməsi,dölün kompensator uyğunlaşma qa- biliyyətinin pozulması nəticəsində oksigenləşmədəki dəyişikliyə uy- ğunlaşa bilməməsidir. Əvvəlcə kompensator uyğunlaşma mexaniz- mi normal baş verir. Sonra nekroz qlikolizin sürətlənməsi depolar- dan qlikogenin mobilizasiyası baş verir, fosfolipaza aktivləşir nəticə- də toxumaların oksigendən istifadəsi azalır. Dölə oksigenin döldən karbon qazının daşınması ləngiyir. Beləliklə, döl qanında karbon qa- zı toplanır. Yəni hipoksiya sonra isə dərinləşmiş metabolik–asidoz baş verir. Damar tonusu enir, damar divarlarının keçiriciliyi artır. Əvvəlcə hüceyrə daxili ödem sonra isə toxuma ödemi baş verir. Prostaqlandinlərin sintezi pozulur. Energetik mənbələrin tükənməsi nəticəsində ATF-fosfatazanın funksional aktivliyi pozulur. Hüceyrə membranı depolyarizasiya olunur, hüceyrədən Kalium ionları çıxır, Natrium ionları isə hüceyrə daxilində toplanır. Kalsium kanalları ar- tır, hüceyrə daxili Kalsiumun çoxalması nəticəsində A2 fosfolipaza aktivləşir. Beləliklə də lipidlərin peroksidli oksidləşməsi baş verir. Əsas hissəsi lipidlərdən ibarət olan hüceyrə membranı zədələnir. Mikrosirkulyasiya pozulur. Piruvat və süd turşularının ifrazı çoxalır. Davamlı hipoksiya metabolik orqanik asidoza gətirib çıxarır, sonralar metabolik və respirator asidoz birlikdə meydana çıxır, dölün beyin toxumasında əvvəlcə işemik sonranekroz ocaqları əmələ gəlir. Sinir toxumasında geriyə dönməz proseslər meydana çıxdığından dölün bətndaxili ölümü baş verir. Dölün oksigen yetərsizliyi – əvvəlcə dölün ürək döyüntülərini bradikardiyaya qədər endirir. Bradikardiya – dölün ürəyinin miokard əzələsinin hipoksiya şəraitində adaptasiya olunmasıdır, yəni hipok- siya zamanı dəqiqədə 120-160 vurğu vurmağa gücü yetmədiyindən, vurğuların sayını 100-ə endirməyə məcbur olur. Diastola uzanır, sol mədəciyin dolması yaxşılaşır. Beləliklə ürəyin yığılma gücü artır, nor- 57
  • 59. Əliyeva G.B. mal arterial təzyiq beyinə qanın yetməsinə səbəb olur. Bu da öz növ- bəsində beyinin və qabıqaltının normal fəaliyyətini bərpa edir. Dölün metabolik və hemodinamik dəyişikliklərinin simpatik və parasim- patik sinir sisteminə təsir etdiyindən dölün bətndaxili hipoksiyası zamanı dölün ürək vurğularının ritmi və sayı dəyişilir, ritmin art- ması – akselerasiyası, azalması – deseleraya adlanır. Normal ritm dəqiqədə 120-160 vurğu arasındadır. 16 həftəyədək 160 vurğudan çox, 16 həftədən doğuşadək isə tədricən 24 vurğu enir. Dölün ürək vurğularının dəyişməsinə aşağıdakı çoxlu səbəbləri misal göstərə bi- lərik: - dölün asfiksiyası, bəzi dərmanların - atropin, trankvilizator- lar, narkotiklər, barbituratlar, anestetiklərin qəbulu, dölün yuxu döv- rü, ürək və sinir sisteminin anomaliyaları. Dölün ürək vurğularının dəyişməsi, isə aritmiyalar, - bətndaxili taxikardiya – 160 vurğu/dəqiqədən çox, bətndaxili bradikardiya isə 120 vurğu/dəq az olmasıdır. 58
  • 60. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Sxem. Dölün hipoksiyasının patogenezi DÖLÜN HİPOKSİYASI Böyrəküstü Anaerob Fermentativ vəzin proseslərin aktivliyin – toxuma funksiyasında sürətlənməsi tənəffüs artması aktivləşmə a Ürək fəaliyyətinin Mübadilənin turş. Lizosonal katali- k artması, qan məhsul. zasiya fermentinin dövranının toplanması - Asidoz toplanması sürətlənməsi t i v Hüceyrə membra- Su-duz Mikrosirkulya- nının keçirici- mübadiləsinin siyanın liyinin pozulması pozulması pozulması l ə tormozlanma ş Böyrəküstü vəzin Elektrolit- Toxuma m funksiyasının lərin tənəffüsünün enməsi disbalansı enməsi ə desstruktiv təsir Sinir-əzələ Hüceyrə- Dianedoz Ürək fəaliyyəti keçirici- daxili və qansızma, və hemodina- liyinin ekstra- kapillyarların mikanın pozulması vaskulyar dövrandan pozulması ödem çıxması 59
  • 61. Əliyeva G.B. Cift yetərsiziyi Cift yetərsizliyi - hepatoplasentar sistemin ananın patoloji vəziy- yətinə verdiyi mürəkkəb reaksiyanın nəticəsidir. [13] Cift yetərsizliyi ciftdə dölün bətndaxili xəstələnməsinə səbəb olan morfoloji və funk- sional dəyişikliklərlə xarakterizə edilən eyni zamanda ananın halını özündə əks etdirən klinik sindromdur. Ciftin mürəkkəb, incə qurulu- şu, yerinə yetirdiyi çoxsaylı mürəkkəb fizioloji proseslər zəncirində bir həlqənin pozulması cift yetərsizliyi deyilən patalogiyaya səbəb olur. Bu tez-tez rast gələn patologiyadır. Yüksək risk qruplu qadınla- rın hər üçündən birində, xroniki cift yetərsizliyi rast gəlinir. Yeni- yetmə evliliyi zamanı 16,7-71,9% halda xroniki cift yetərsizliyinə rast gəlinir. Cift yetərsizliyi abdominal doğuşlarda yüksək faizlə, 24,2%- dən 77,4%-dək perinatal ölümə səbəb olur. [22,25,82,83] Hamiləliyin pozulması təhlükəsi cift yetərsizliyi zamanı 91%-ə çatır. Cift yetərsizliyi hər şeydən əvvəl, bu orqanın ana və döl arasın- dakı adekvat mübadiləni saxlamamasıdır. Beləliklə cift yetərsizliyi perinatal ölümün və xəstəliklərin əsas səbəblərindən olduğundan, onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Dünyanın görkəmli alimlərinin araşdırmalarında perinatal pato- logiyaya 20-60% halda səbəb olur. [4,8,14]. Ciftin patologiyası və ye- tərsizliyi uşaq ölümünün səbəbləri içərisində 20%-dən artıq təşkil edir [36,45]. Döl - cift yetərsizliyi haqda ilk dəfə 1973-cu ildə bu problemə həsr olunmuş birinci simpoziumda söhbət açılıb. Sağlam qadınlarda fə- sadlaşmamış hamiləliklərdə belə 3-4% halda cift yetərsizliyinə rast gəlinir. Hamiləliyin patalogiyası olan qadınlarda isə bu rəqəm 24- 46%-ə çatır. Cift yetərsizliyi hamiləlik və doğuş riskinin əsas səbəb- lərindən biri olub, yüksək faizlə perinatal itkiyə, fiziki və zehni inki- şaf pozğunluğu ilə uşaqların doğulmasına gətirib çıxarır. [Чуб В.В и сооавт 2003г] Cift yetərsizliyi, demək olar ki, bütün fəsadlaşmış ha- miləlikləri müşaiyət edir. Hamiləliklərin başa çatmamasında 50-77% 60
  • 62. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu [69,70] hestozlarda, 30,6% digər patologiyalarda 24-35% rast gəlinir. [41,42 ,61,62,80] Çox faktorlu səbəblərdən (ananın xəstəliyi ekoloji faktorlar ana- döl arasındakı uyğunsuzluq, qeyri düzgün qidalanma, ekstrogenital və genital xəstəlik) döl-cift-ana arasındakı əlaqə hüceyrə, toxuma sə- viyyəsində pozulur. Hamiləliyin unikal vəzi olan ciftin daşıyıcı, qida- landırıcı, endokrin, metobolik, immunoloji, baryer, antitoksik funksi- yasında pozulmalar baş verir. Bu qədər pozğunluq ciftin fəaliyyətindəki yetərsizlik ÜST-ı tərə- findən 1995-ci ildə Cenevrvədə xəstəliklərin ümümdünya təsnifatın- da “Cift yetərsizliyi” adı altında qeyd olunub. Patoloji prosesin hansı struktur vahidində getdiyindən asılı olaraq, cift çatmamazlığı 3 qru- pa bölünür: 1. Uşaqlıq – cift, qan baseyndə hemodinamik çatmamazlığın ol- duğu zaman. 2. Metabolit – transport keçiriciliyinin pozulması, cift membran çatmamazlığı. 3. Trofoblastın və ciftin hüceyrə aktivliyinin pozulması ilə əlaqəli - hüceyrə parenximatoz yetərsizlik. Bir qayda olaraq, 2 və ya 3 çatmamazlıq birlikdə rast gəlməsinə baxmayaraq, cift yetərsizliyinin əsasını hemodinamik və mikrosirkul- yator pozğunluq təşkil edir. Cift qan dövranının requlyasiyasınn müxtəlif səbəblərdən pozulması cift yetərsizliyi əmələ gətirir. Bunlara 1. Ananın hipotoniyası nəticəsində ciftə gələn qanın azlığı, aşağı boş venanın sıxılması sindromu, hipertenziya nəticəsində uşaqlıq damarlarının spazmı. 2. Ciftin orqanik dəyişikliyi- infarktı, hissəvi soyulması, ödemi. 3. Xoriovorsinlərdə kapillyar qan dövranı pozğunluğu, bətnda- xili infeksiyalar, teratogen faktorların təsiri, qanın reoloji və koaqulyasion keyfiyyətinin dəyişməsidir. 61