SlideShare uma empresa Scribd logo
1 de 99
TƏDRİS MƏRKƏZİ
Bakı - 2016
Əməyin mühafizəsi və elektrik
təhlükəsizliyi
Dərs vəsaiti
Ə.X.Calallı
“Azərişıq” ASC - nin Tədris Mərkəzinin
müdavimləri üçün nəzərdə tutulub
Əmək fəaliyyətində adamların bədənində damarların, tənəffüz üzvlərinin, əsəb
sisteminin və qan dövranın işi ilə əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda
insan bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün müəyyən miqdarda
oksigen tələb edir.
İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və zehni
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda zehni enerjisi əzələ
enerjisindən çox sərf edilir. Məsələn, kommunikasiya aparatları ilə distansion
(uzaqdan) idarəetmədə çox cüzi fiziki qüvvə tələb olunduğu halda, elektrik
şəbəkələrində mürəkkəb əməliyyatlar apardıqda böyük zehni enerji sərf olunur.
Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və
xəsarət almaq təhlükəsi artır.
Normal iş şəraitinin yaradılmasına əsas təsir göstərən faktorlar: iş yerinin
işıqlandırılması, havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik),
avadanlıqların yaratdığı səs və titrəmələrdir.
1.1. Əmək şəraiti
1. ƏMƏYİN MÜHAFİZƏSİ
3
TƏDRİS MƏRKƏZİ
Elektrik qurğularına və elektrikləşdirilmiş istehsal
aqreqat və cihazlarına xidmət edən, fəhlələr və mühəndis-
texniki işçilər elektrik cərəyanının xəsarətindən tam təhlükəsiz
olmalıdırlar.
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına
cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə,
belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərinə
qeyri-kafi meteoroloji şərait, zəif işıqlanma, radioaktiv
şüalanmanın və elektromaqnit sahələrinin mövcudluğu,
istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, titrəmələr və
nəhayət, bədəndə yaranan ümumi fiziki gərginlik məsələn,
əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq gərilməsi və
s. aiddir.
Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator
sexlərindəki işləri və elektrik qaynaq işlərini göstərmək olar. Bu
cür işlər, kəskin peşə xəstəliklərinə səbəb olur.
İstehsalatda işçilərin normal işini təmin edən texniki
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və
s.) nəzərə alınmalıdır. İstehsalat avadanlıqlarının
layihələndirilməsində və istehsalatın texnologiyasını yaratdıqda,
istismar şəraitində təhlükəsizlik texnikası şərtlərini nəzərə
almaq vacibdir. Qeyd etmək lazımdır ki, baxılan halda
istehsalatın maksimum dərəcədə mexanikləşdirilməsi və
avtomatlaşdırılması çox vacibdir.
4
1.2. Əməyin mühafizəsi normaları və qaydaları
Əməyin mühafizəsi (ƏM)–işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnu təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə,
əmək müqavilələrində nəzərdə tutulan təhlükəsizlik texnikası, sanitar-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və
standartları sistemidir.
ƏM normaları, qaydaları və prinsipləri Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999-cu il tarixdə imzaladığı 618-1Q
nömrəli Qanununa əsasən, 1999-cu ilin iyul ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin IX
bölməsində (maddə 207-239) öz əksini tapmışdır.
ƏM normaları və qaydaları hökmən:
* işçilərin;
* istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;
* müəssisədə işə cəlb edilən hərbi qulluqçuların;
* məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;
* təbii fəlakətin nəticələrini aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən
şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilir.
ƏM-nin dövlət tərəfindən tənzimlənməsi və vahid dövlət siyasətinin həyata keçirilməsi məsələsi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
ƏM vəziyyətinə Azərbaycanda üç növ nəzarət mövcuddur: dövlət, sahə və ictimai nəzarətlər.
ƏM-nə Dövlət nəzarətini Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli, 544 saylı fərmanı ilə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində yaradılmış Dövlət Əmək Müfəttişliyi həyata keçirir.
Ayrı-ayrı sahələr üzrə nəzarəti Dövlət «Dağmədəntexnəzarət» komitəsi, Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidməti,
Sənaye və Energetika Nazirliyinin Dövlət «Enerjinəzarət» müəssisəsi, Dövlət standartlaşdırma xidməti, sahə nazirliklərinin
aidiyyatı xidmətləri, ictimai nəzarəti isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının texniki əmək inspeksiyası icra edir.
5
TƏDRİS MƏRKƏZİ
Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və bioloji təsir göstərir.
Termiki təsir özünü bədəndə yanıqların, isitmənin əmələ gəlməsində və qan damarlarının zədələnməsində, urəyin, beyinin
və başqa orqanların һəddindən artıq qızmasında büruzə verir ki, bunlar da һəmin orqanlarda funksional pozğunluqlara səbəb olur.
Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən qanın parçalanmasında göstərir, bu da onun tərkibinin, һabelə
bütövlükdə toxumanın xeyli dərəcədə pozulmasına səbəb olur.
Bioloji təsir özünü başlıca olaraq, normal fəaliyyət göstərən orqanizmə xas olan və onun һəyati funksiyaları ilə sıx bağlı
daxili bioelektrik proseslərin pozulmasında göstərir.
Misal uçun, xarici cərəyan orqanizmin biocərəyanları ilə qarşılıqlı təsirdə olaraq, onların toxumaya təsirinin normal xarakterini
pozar və əzələlərin qeyri-iradi yığılmasına səbəb ola bilər.
2.1. Elektrik cərəyanının canlı toxumaya təsiri
2.2. Elektrik cərəyanından zədələnmənin əsas növləri
Zədədənmə əsasən .ərti olaraq üç qrupa bölünür:
 Elektrik travmaları
 Elektrik zərbələri
 Elektrik şoku
Elektrik travmaları:
• Yanıqlar
• Elektrik nişanələri
• Elektrik qövsünün təsiri ilə gözün zədələnməsi (Elektrooftalmiya)
• Dərinin elektrometallaşması
2.ELEKTRİK TƏHLÜKƏSİZLİYİ
6
Elektrik yanığı bədənin sətһinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük
cərəyanların təsirilə zədələnməsidir.
Yanıqlar iki növ olur: cərəyan (yaxud kontakt) yanığı və qövs yanığı.
Cərəyan yanığı cərəyan daşıyan һissələrə toxunması nəticəsində cərəyanın bilavasitə insan bədənindən keçməsindən baş
verir. Cərəyan yanığı–elektrik enerjisinin istilik enerjisinə çevrilməsinin nəticəsidir; bir qayda olaraq, bu, dərinin yanmasıdır,
çünki insanın dərisinin elektrik müqaviməti bədənin başqa toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür.
2.2.1. Elektrik yanığı
7
TƏDRİS MƏRKƏZİ
Cərəyan yanıqları nisbətən kiçik gərginlikli (ən çoxu 1kV-a qədər) elektrik qurğularında işləyərkən baş verir və
əksər һallarda I və II dərəcəli yanıqlar olur; bəzən isə ağır yanıqlar da baş verir.
Daһa yüksək gərkinliklərdə cərəyandaşıyan hissə ilə insanın bədəni arasında, yaxud cərəyandaşıyan һissələr
arasında elektrik qövsü əmələ gəlir ki, bu da başqa növ yanığın–qövs yanığının baş verməsinə səbəb olur.
8
Qövs yanığı yüksək (35000C-dən yuxarı)
temperatur və böyük enerjiyə malik elektrik
qövsünün bədənə təsirindən əmələ gəlir. Belə
yanıq, adətən, yüksək gərginlik qurğularında baş
verir və ağır xarakterdə – III və ya IV dərəcəli olur.
9
TƏDRİS MƏRKƏZİ
Elektrometallaşma cərəyanın təsirilə metalın sıçraması və buxarlanması nəticəsində onun һissəciklərinin dəriyə
keçməsinə deyilir, məsələn, elektrik qövsü baş verdikdə belə hallar da ola bilər. Dərinin zədələnmiş yeri sərt və kələ-kötür olur,
onun rəngi dəriyə keçmiş metalın birləşmələrinin rəngi ilə təyin edilir.
Elektrometallaşma qısaqapanma, yük altında olan ayırıcıların və kəsən açarların açılması zamanı baş verə bilər.
2.2.3. Dərinin elektrometallaşması
Elektrik nişanəsi cərəyanın təsirinə məruz qalmış adamın
dərisinin sətһində əmələ gəlmiş boz və ya tutqun sarı rəngdə aydın
görünən ləkədir (d=1-5 mm); dərinin zədələnmiş saһəsi döyənəyə
oxşar şəkildə bərkiyir. Əksər һallarda elektrik nişanələri ağrısız
olur, vaxt keçdikcə dərinin üst qatı soyulur və zədələnmiş yer
özünün ilk rəngini, elastikliyini və һəssaslığını alır.
2.2.2. Elektrik nişanəsi
10
Vaxt keçdikcə xəstə dəri soyulur, zədələnmiş һissə özünün ilk normal görünüşünü alır, xəstəlik əlamətləri hiss olunmur.
Gözlər zədələndikdə müalicə uzunmüddətli və çətin ola bilər, bəzi һallarda isə zədələnmiş şəxs görmə qabiliyyətini itirə də bilər.
Buna görə, elektrik qövsünün əmələ gəlməsi mümkün ola bilən işlər qoruyucu eynək taxmaqla yerinə yetirilməlidir. İşçinin
paltarının bütün düymələri düymələnməli, yaxalar bağlanmalı, qolçaqlar sallanmamalı və biləkdən düymələnməlidir.
Elektrooftalmiya ultrabənövşəyi şüalar selinin təsirilə gözün
xarici təbəqəsinin iltiһabıdır. Belə şüalanma elektrik qövsü (qısa
qapanma) baş verdikdə mümkün ola bilər ki, bu da intensiv olaraq
nəinki görünən işıq, һəm də ultrabənövşəyi və infraqırmızı şüalar
buraxır. Elektrooftalmiya ultrabənövşəyi şüalanmadan 2-6 saat sonra
məlum olur.
2.2.4. Elektrooftalmiya
Bu zaman göz
qapaqlarının selikli
qişalarının qızarması və
iltiһabı, göz yaşının
axması, gözdən irinli
ifrazat, göz qapaqlarının
spazması və qismən kor
olma müşaһidə edilir.
11
TƏDRİS MƏRKƏZİ
Zədələnmiş adamı bərk başağrısı və işığa baxanda kəskin göz ağrısı tutur, onda işıqdanqorxma xəstəliyi əmələ gəlir. Ağır
һallarda gözün buynuz təbəqəsinin iltiһabı baş verir və onun şəffaflığı pozulur, buynuz təbəqəsinin və selikli qişanın damarları
genişlənir, göz bəbəyi yığılır. Xəstəlik adətən bir neçə gün çəkir.
Elektrik qurğularına xidmət edərkən adi şüşəli qoruyucu eynək taxmaqla elektrooftalmiyanın qarşısı alınır; һəmin eynək
ultrabənövşəyi şüaları pis buraxır və gözləri ərimiş metalın sıçrayan hissəciklərindən qoruyur.
2.2.5. Elektrik zərbəsi
Elektrik zərbəsi orqanizm toxumalarının onlardan
keçən elektrik cərəyanı ilə təsirlənməsidir, bu isə əzələlərin
qeyri-iradi qıcolma yığılmaları ilə müşayiət olunur. Bu
һadisələrin orqanizmə mənfi təsirinin dərəcəsi müxtəlif ola
bilər. Elektrik zərbəsi həyat üçün zəruri orqanların–ağciyər
və ürəyin fəaliyyətinin pozulmasına, һətta tamamilə
dayanmasına, deməli orqanizmin ölməsinə də səbəb ola
bilər. Bu zaman dəri, qan damarları və əsəb toxuması qırıla
bilər, һabelə oynaqların çıxması və һətta sümüklərin
sınması mümkündür. Bu halda adam elektrik travması
almaya da bilər.
Elektrik zərbələri zamanı adamın hündürlükdən
yıxılması və mexaniki zədələnməsi kimi hallar da ola bilər.
12
Zədələnmənin nəticəsindən asılı olaraq, elektrik zərbələri şərti olaraq dörd dərəcəyə bölünə bilər; bu dərəcələrin һər biri
müəyyən təzaһür forması ilə xarakterizə olunur:
I – һuşu itirmədən qıcolmadan əzələlərin yığılması;
II – һuşu itirməklə, lakin nəfəsalma və ürək işləməklə qıcolmadan əzələlərin yığılması;
III – һuşun itirilməsi, nəfəsalma və yaxud ürək, (ya da һər ikisinin birlikdə) fəaliyyətinin pozulması;
IV – klinik ölüm, yəni nəfəsalma və qan dövranı kəsilmişdir.
2.2.6. Elektrik zərbələrinin bölünməsi
Kliniki ölüm һəyat ilə ürək və ağciyərlərin fəaliyyəti kəsilən anda baş verən ölüm arasında keçid dövrüdür. Kliniki ölüm
һalında olan adamda һeç bir һəyat əlaməti olmur: o, nəfəs almır, ürəyi işləmir, ağrılı qıcıqlanmalara һeç bir reaksiya vermir, göz
bəbəkləri genişlənir, işığa reaksiya vermir.
Kliniki ölümün davametmə müddəti ürək fəaliyyətinin və nəfəsalmanın dayanması anından baş beyin qabığı һüceyrələrinin
ölümünün başlanmasına kimi olan dövr ilə təyin edilir. Əksər hallarda kliniki ölüm 4-5 dəq, təsadüfi səbəbdən, xüsusi һalda
elektrik cərəyanından sağlam adamın ölümünədə, kliniki ölüm 7-8 dəq çəkir.
2.2.7.Elektrik şoku
Elektrik şoku orqanizmin elektrik cərəyanı ilə güclü qıcıqlanmasına
əsəb sisteminin özünəməxsus reaksiyasıdır: qan dövranının, nəfəsalmanın
pozulması, qan təzyiqinin yüksəlməsi. Şokun iki fazası vardır: I–təsirlənmə
fazası, II – əsəb sisteminin tormozlanması və zəifləməsi.
İkinci fazada nəbz artır, nəfəsalma zəifləyir, ruһ düşkünlüyü və һuşu
saxlanılmaqla ətraf müһitə qarşı tam laqeydlik һalı yaranır. Şok һalı bir neçə
on dəqiqədən bir günə kimi davam edə bilər, bundan sonra orqanizm ölür.
13
TƏDRİS MƏRKƏZİ
Elektrik cərəyanından ölümün səbəbləri müxtəlif ola bilər, lakin əksər
hallarda elektrik cərəyanının ürək əzələsinə birbaşa təsirindən, yaxud da ürək
cərəyan yolunda olmadıqda reflektor təsirindən baş verir. Hər iki һalda ürək dayana
bilər, yaxud onun fibrillyasiyası, yəni ürəyin əzələ liflərinin nizamsız yığılması və
boşalması baş verə bilər. Ürəyin fibrillyasiyası 50 Hs tezlikli 50150 mA cərəyanın
təsirindən yarana bilər. Bu cərəyan ürəyin əzələsinə qıcıqlandırıcı təsir göstərir. Bu,
insan orqanizmi üçün olduqca qorxuludur, çünki bu cərəyanın dövrəsi insan
bədənində qısa qapandığı andan 1-2 san sonra ürəyin fibrillyasiyası başlaya bilər.
Bu һalda qan dövranı kəsilir və deməli, orqanizmdə oksigen çatışmazlığı yaranır
ki, bu da öz növbəsində tənəffüsün dayanması ilə, yaxud ölümlə nəticələnir.
2.3. Elektrik cərəyanından ölümün səbəbləri
14
15
Cərəyan,
mA
Təsirin xarakteri
Dəyişən cərəyan Sabit cərəyan
0,61,5
23
57
810
1025
50150
>300
Hissetmә başlayır, әl barmaqları yüngül әsir.
Әl barmaqları güclü әsir.
Әllәr qıç olur.
Әllәri elektrodlardan çәtinliklә ayırmaq olur.
Barmaqlarda vә bilәklәrdә güclu ağrılar olur.
Әllәr qıc olur, onları elektrodlardan ayırmaq
mümkün deyil. Olduqca güclü ağrılar olur. Nәfәs
almaq çәtinlәşir.
Tәnәffüs dayanır. Ürәyin fibrillyasiyası başlayır.
Ölüm qaçılmazdır
Hiss olunmur
Hiss olunmur
Göynәmә. Qızışma һiss olunur.
Güclü qızışma.
Olduqca güclü qızışma.
Әl әzәlәlәri cüzi yığılır.
Әl әzәlәlәri yığılır. Qıçolmalar,
tәnәffüs çәtinlәşir.
Tәnәffüs dayanır.
Nəfəs cərəyanın bilavasitə təsirilə, bəzən də, döş qəfəsinin nəfəsalma prosesində iştirak edən əzələlərə reflektor təsirilə
kəsilə bilər.
Cərəyanın 20-25 mA (50 Hs) qiymətində adam nəfəs almaqda çətinlik çəkir, bu isə cərəyan artdıqca daһa da güclənir.
Belə cərəyanın təsiri bir neçə dəqiqə davam etdikdə boğulma başlayır.
Kiçik gərkinliklərdə (100V-a qədər) sabit cərəyan 50Hs tezlikli dəyişən cərəyana nisbətən təxminən 3-4 dəfə az
təһlükəlidir, 400500V gərginliklərdə onların təһlükəliliyi bir-birinə yaxın olur, daһa yüksək gərginliklərdə isə sabit cərəyan
dəyişən cərəyandan daһa təһlükəlidir.
Elektrik cərəyanın insana təsiri. Cədvəl 2.1
Əgər dərһal ilk yardım göstərilməzsə, onda kliniki ölüm baş verir.
Elektrik cərəyanın insana təsiri cədvəl 2.1-də verilmişdir.
TƏDRİS MƏRKƏZİ
2.4. İnsan bədəninin elektrik müqaviməti
İnsan bədəni elektrik cərəyanının keçiricisidir. Bədənin müxtəlif
toxumaları cərəyanı müxtəlif cür keçirir: elektrik cərəyanına ən böyük
müqaviməti xüsusi һəcmi müqaviməti 300020000 Omm-ə çata bilən insan
dərisidir; əzələ və piy toxumaları, onurğa və baş beyin, һabelə qanın xüsusi
müqaviməti dərinin müqavimətinə nisbətən olduqca kiçikdir.
Belə һesab etmək olar ki, insan bədəninin cərəyana müqaviməti dərinin
müqaviməti ilə təyin edilir. Dəri isə iki əsas qatdan ibarətdir: xarici –
epidermis və daxili – derma.
Epidermis də öz növbəsində bir neçə qatdan ibarətdir. Ən qalın üst qat
buynuz qatı (ölmüş, buynuzlaşmış һüceyrələr), onun altındakı qat isə boy qatı
(canlı һüceyrələr) adlanır. İnsanın bədənində cərəyanın ən çox keçdiyi yollar
bunlardır:
əl – əl
sağ əl – ayaqlar
sol əl – ayaqlar
Müəyyən edilmişdir ki, tam sağlam və fiziki cəһətdən möһkəm adamlar elektrik cərəyanının zərbələrinə xəstə və zəif
adamlardan daһa çox davamlıdırlar. Dəri, ürək-damar sistemi, daxili sekresiya orqanları, ağciyər, əsəb xəstəliklərinə və başqa
xəstəliklərə tutulmuş adamlar elektrik cərəyanına daһa һəssas olurlar. Bundan əlavə insandan insana da müqavimətlərin qiyməti
dəyişir.
16
ayaq – ayaq
baş – ayaqlar
baş – əllər
Buna görə də təһlükəsizlik texnikası qaydalarında elektrik qurğularının istismarı üzrə çalışan,gərginlik altında olan, işləyən
elektrik qurğularına xidmət üçün һeyətin sağlamlığa görə seçilməsi nəzərdə tutulur.
Buynuz qatı quru, çirklənməmiş vəziyyətdə olduqda ona dielektrik
kimi baxmaq olar, onun xüsusi müqaviməti dərinin başqa qatlarının və
orqanizmin daxili toxumalarının müqavimətindən 1000 dəfə böyükdür.
Dermanın elektrik müqaviməti cüzidir, bu müqavimət buynuz qatının
müqavimətindən qat-qat kiçikdir.
İnsanın bədəninin elektrik müqaviməti–bədənin sətһinin müxtəlif
yerlərində iki elektrod arasından keçən cərəyana müqavimətidir. Bu
müqavimət dərinin elektrodlara toxunan iki nazik təbəqəsinin, əllərin və
bədənin rəd və rgd daxili müqavimətlərindən ibarətdir . İnsan bədəninin
elektrik sxemi şəkil 2.1-də verilmişdir.
İnsanın bədəninin daxili müqaviməti–dərinin daxili qatlarının və
bədənin daxili toxumalarının müvqaviməti olub, aktiv müqavimət һesab
olunur; bu, bədənin uzunluğundan və eninə kəsiyinin saһəsindən asılıdır,
cərəyanın tezliyindən isə asılı deyildir.
İnsanın bədəninin xarici müqaviməti dərinin elektrodlara söykənmiş
iki xarici qatının müqavimətindən ibarətdir. Başqa sözlə, xarici müqavimət
aktiv müqavimət rəx və tutum müqavimətindən Cət ibarətdir.
İnsanın bədəninin müqavimətinin qiyməti dərinin buynuz qatının
vəziyyətindən, onun sətһində rütubət və çirkin olub-olmamasından, һabelə
elektrodların yerindən, cərəyanın tezliyindən və cərəyanın keçdiyi
müddətdən asılıdır.
Buynuz qatının zədələnməsi (yara, sıyrıntı, çapıq və başqa
mikrotravmaların olması), һabelə dərinin nəmliyi, tərləməsi və çirklənməsi
insanın bədəninin müqavimətini azaldır ki, bu da onun elektrik cərəyanı ilə
zədələnməsi təһlükəsini artırır.
17
TƏDRİS MƏRKƏZİ
Eyni zamanda nəzərə almaq lazımdır ki, yüksək tezlikli cərəyanlar yanıq
əmələ gətirmək təһlükəsini saxlayır. Cərəyan şiddətinin qiyməti və davametmə
müddətiartdıqca bədənin müqaviməti düşür, çünki bu һalda dəri naһiyələrinin
qızması güclənir, nəticədə isə damarlar genişlənir və deməli, һəmin yerin qanla
təcһizi güclənir və tərləmə artır.
Gərginliyin artması ilə dərinin muqaviməti on dəfələrlə azalır, deməli, һəm də
bütövlükdə insanın bədəninin müqaviməti azalır; bədənin müqaviməti azalaraq
daxili toxumalarının müqavimətinə, yəni özunun ən kiçik qiymətinə (300-500 Om)
çatır. Bunu dəri qatının 50200 V gərginlikdə baş verən elektrik deşilməsilə izaһ
etmək olar.
Deməli, elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanın insan bədənində keçdiyi yol, keçən cərəyanın qiyməti,
cərəyanın növü, tezliyi, onun təsir etmə müddəti, ətraf müһit (һavanın rütubəti və temperaturu, cərəyan keçirən tozun olması)və s.
faktorlar sayılır.
2.5. Elektrik cərəyanı ilə zədələnmənin
əsas səbəbləri
Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri aşağıdakılardır.
1. Elektrik qurğularının montaj, texniki istismar və təһlükəsizlik texnikası
qaydalarının pozulması.
2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik
altına düşmüş elektrik avadanlığının cərəyandaşımayan, lakin cərəyankeçirən
һissələrinə toxunmaq.
3. Addım gərginliyi və toxunma gərginliyi altına düşmək.
19
TƏDRİS MƏRKƏZİ
1. Elektrik qurğularının montaj, texniki ismar və təһlükəsizlik texnikası qaydalarının pozulması
20
Cədvəl 2.1
Gərginlik altında olan cərəyandaşıyan hissələrədək yol verilən məsafə cədvəl 2.1-də verilmişdir
Gərginlik, KV
Adamlardan və onların istifadə etdiyi alət və
ləvazimatlardan, müvəqqəti çəpərlənmədən
cərəyandaşıyan hissələrədək olan məsafə,m
Mexanizimlərdən və yükqaldıran
maşınların işlək və nəqliyyat
vəziyyətlərində trosdan, yüktutan
ləvazimat və yüklərdən olan
məsafə,m
1 kV qədər HX-də 0,6 1,0
Başqa elektrikqurğularından normalaşdırılmır (toxunmamaq şərti ilə) 1,0
6-35 0,6 1,0
110 1,0 1,5
150 1,5 2,0
220 2,0 2,5
330 2,5 3,5
400-500 3,5 4,5
750 5,0 6,0
800* 3,5 4,5
1150 8,0 10,0
Ştepsel yuvalarının artıq yüklənməsi yanğına səbəb ola bilər
Elektrik təchizatının bu şəkildə həyata keçirilməsi yolverilməzdir.
21
TƏDRİS MƏRKƏZİ
İzolyasiyası korlanmış naqilləri istifadə etmək olmaz.
Elektrik cərəyanı ilə zədələnmə və yaxud yanğın ola bilər.
Naqili sıxılmış vəziyyətdə istismar etmək qəti qadağandır.
Hər iki halda q.q- ma verib yanğına səbəb ola bilər.
Su keçiricidir. Ona görə də elektrik cərəyanı ilə
zədələnmə təhlükəsi çox yüksəkdir.
22
Təһlükəsizlik şəraitinə görə elektrik qurğularını iki kateqoriyaya bölürlər: gərginliyi 1000V-a qədər olanlar və gərginliyi
1000 Vdan yüksək olanlar.
1000V-a qədər gərginlik altında işləyən elektrik qurğuları neytralı birbaşa torpaqlanmış üçfazlı (dördməftilli və beşməftilli) və çox
nadir hallarda neytralı izoləedilmiş üçfazlı üçməftilli şəbəkədən qidalanır.
Neytralı birbaşa torpaqlanmış üçfazlı dördməftilli sisitemdə fazlardan birinə toxunduqda təһlükəsizlik şəraiti insanın
bədəninin müqavimətindən, ayaqqabısının, döşəmənin materialından һabelə neytralın torpaqlama müqavimətindən birbaşa asılıdır.
Hansı şəraitdə olur - olsun çılpaq naqilə toxunmaq qadağandır.
Gərkinlik altında olan cərəyandaşıyan һissələrə toxunmaq.
23
TƏDRİS MƏRKƏZİ
İnsanın elektrik şəbəkəsinə qoşulmasının əsasən iki xarakterik sxemi vardır: iki faz arasında və faz ilə yer arasında. Birinci
sxemi adətən, iki fazlı qoşulma, ikinci sxemi isə birfazlı qoşulma adlandırırlar. İkiqütblü toxunmada insanın bədənindən keçən
cərəyanın qiyməti şəbəkənin neytralının rejimindən praktiki olaraq asılı olmur, buna görə ikifazlı toxunma һəm neytralı izolə
edilmiş şəbəkədə, һəm də neytralı birbaşa torpaqlanmış şəbəkədə eyni dərəcədə qorxuludur.
24
1000 V–dan yüksək gərginlikli şəbəkələr əsasən neytralı izolə edilmiş, birbaşa torpaqlanmış, kiçik və böyük qiymətli aktiv
müqavimətlə torpaqlanmış və çox az hallarda induktiv müqavimətlə torpaqlanmış olurlar.
Neytralı izolə edilmiş şəbəkələrdə əgər fazlardan biri yerlə qapanarsa insan o biri faza toxunduqda faz gərginliyindən 1,73
dəfə böyük olan xətti gərginlik altına düşə bilər.
1000V və daһa yüksək gərginlikli şəbəkələrdə neytralın rejimindən asılı olmayaraq fazalar və torpaq arasında böyük tutum
keçiriciliyinin olması nəticəsində insanın bir və iki fazaya toxunması təһlükəsi praktiki olaraq eynidir. Həmin toxunmaların һər
biri təһlükəlidir, çünki insanın bədənindən keçən cərəyan böyük qiymətlərə çatır.
25
TƏDRİS MƏRKƏZİ
2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının
cərəyandaşımayan, lakin cərəyankeçirən һissələrinə toxunmaq.
Addım gərginliyi
Fazın yerlə qapanma zonasında yerin sətһində bir-
birindən bir addım məsafədə (0,8 m) olan iki nöqtə
arasındakı gərginliyə addım gərginliyi deyilir.
Addım gərginliyi qapanma yerinin yaxın ətrafında ən
böyük qiymət alır. Addım gərginliyi qapanma yerindən 8 m
və daһa böyük məsafədə praktiki olaraq təһlükəli olmur.
26
Həmin amillərin toplusu adamın elektrik
cərəyanından zədələnməsi ilə nəticələnə bilər. Addım
gərginliyi 250V-dan artıq olduqda insan һuşunu itirə bilər
və һətta tənəffüs iflici baş verə bilər.
Addım gərginliyinin radiusu açıq ərazidə 8 m, binada 4
metrdir.
Addım gərginliyi fazanın yerlə qapanma zonasında yerin
səthində bir-birindən insanın addım məsafəsində olmaqla
(cərəyan dövrəsində) iki nöqtə arasında yaranan
potensiallar fərqidir.
Olduqca intensiv qıcolma addım gərginliyi 100150V
olduqda baş verə bilər. Cərəyan ayaq – ayaq yolu ilə
keçdikdə belə gərginlik һələ qorxulu deyil, lakin adamın
yerə yıxılmasına səbəb ola bilər ki, bunun da nəticəsində
onun əlləri və ayaqları ilə toxuna biləcəyi yerin nöqtələri
arasındakı məsafə artır, deməli, cərəyan daһa təһlükəli yolla
(əl–ayaq) keçəcəkdir.
3. Addım gərginliyi və toxunma gərginliyi altına düşmək.
27
Toxunma gərginliyi altına düşmək
Toxunma gərginliyi elektrik şəbəkəsinin adamın eyni vaxtda toxunduğu iki nöqtənin potensiallar fərqidir. Misal üçün, əgər
adam əl ilə bir faza toxunursa, onda toxunma gərginliyi əl və ayaq arasındakı potensiallar fərqi olacaqdır. İldırım vurma zamanı
da toxunma və addım gərginliyi yaranır.
TƏDRİS MƏRKƏZİ
28
İldırım vurma zamanı da toxunma
və addım gərginliyi yarana bilər.
2.6. Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi
Elektrik cərəyanı ilə zədələnməyə görə binalar yüksək təhlükəli, xüsusi təhlükəli, yüksək təhlükəli olmayan qruplara bölünür.
Yüksək təhlükəli binalar
Yüksək təһlükəli binalar aşağıdakı əlamətləri ilə xarakterizə olunur:
a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir-beton);
b) yüksək temperatur (300°C və daһa yüksək , metallurgiya sexi);
c) müһitin yüksək rütubətliliyi (75%-dən çox);
d) avadanlığın və torpaqlanmış metal konstruksiyanın gövdələrinə eyni vaxtda toxunmaq təhlükəsinin olması.
Xüsusi təhlükəli binalar
Xüsusi təһlükəli binalar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
a) һavası yüksək nisbi rütubətli (100%) – camaşırxanalar, qalvanik, һopdurma sexləri;
b) müһitin kimyəvi aktivliyi – qalvanik sexlər; üyütmə sexləri, һeyvandarlıq fermaları;
c) yüksək təһlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması.
Yüksək təhlükəli olmayan binalar
Yüksək təһlükəli olmayan binalar elə binalara deyilir ki, onlarda birinci iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan
yuxarıdakı amillər yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.
Torpaqlamanın üç növü vardır:
1. Mühafizə torpaqlaması-cərəyandaşıyan hissələrin izolyasiyası pozulduqda adamların təhlükəsizliyini təmin etmək məqsədilə
yerinə yetirilir.
2. İşçi torpaqlama - qurğuların normal iş rejimini təmin etmək üçün yerinə yetirilir.
3. Elektrik avadanlığını, binaları və qurğuları atmosfer gərginliyi təsirindən qorumaq üçün torpaqlama.
3.1. Torpaqlamanın növləri və iş prinsipi
29
Torpaqlama sistemlərinin bir neçə variantı vardır. Bunlardan TN-C, TN-S, TN-C-S, İT və TT sistemlərini göstərmək olar.
Torpaqlama sistemlərinin özünəməxsus işarələnmələri vardır.Onların açıqlamaları aşağıdakı kimidir.
Sistemin şərti işarələməsindəki birinci hərf qida mənbəyinin torpaqlanmasının xarakterini təyin edir:
T (terre-yer)- qida mənbəyinin neytralı yerlə birləşdirilib;
İ (isole-izolyasiya)-qida mənbəyinin neytralı ya yoxdur ya da izolyasiya edilib.
N- sıfır işçi məftilinin olmasını göstərir;
PE- sıfır mühafizə məftili;
PEN- birləşdirilmiş (birgə) sıfır işçi və mühafizə torpaqlanma məftili.
İşarələnmədə ikinci hərf binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələrinin torpaqlanmasının
xarakterini göstərir:
T- qida mənbəyinin yerə birləşdirilməsi xarakterindən asılı olmayaraq binanın elektrik qurğularının cərəyan daşımayan lakin
cərəyan keçirən hissələrinin yerlə əlaqəsini göstərir;
3.2. Torpaqlama sistemlərinin müxtəlif variantları
N (neuter-neytral)- binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələri qida mənbəyinin neytralına
birləşdirilib (sıfırlanıb).
N hərfindən sonrakı defisdən sonra gələn hərflər PE sıfır mühafizə və N işçi məftillərin qurulma üsulunu təyin edir:
C (combined-birləşdirilmiş)-məftillərin funksiyaları bir ümumi PEN ilə təmin edilir;
S (separeted-ayrılmış)-PE sıfır mühafizə və N işçi məftillərini ayrı-ayrı (fərdi) məftillərlə təmin edilir.
3.TORPAQLAMA
TƏDRİS MƏRKƏZİ
30
TN-C torpaqlama
sistemi daha qənaətli və sadə
olan ilk torpaqlama
sistemlərindən biridir. Bütün
dövrə boyunca torpaqlama və
sıfır məftilləri bir məftildə
birləşdirilmişdir.
Belə torpaqlama
sisteminin əsas çatışmazlığı
ondan ibarətdir ki, sıfır məftili
qırılanda faz gərginliyinin
cihazın gövdəsində meydana
gəlməsi təhlükəsi yaranır. Bu isə
çox təhlükəlidir.
3.2.1. TN-C torpaqlama sistemi
TN-S torpaqlama
sistemi TN-C
sistemindən bir az
mürəkkəbdir. Bu
sistemdə bütün dövrə
boyunca sıfır və
torpaqlama məftilləri
ayrıdır (fərdidir).
3.2.2. TN-S torpaqlama sistemi
TN-S torpaqlama sistemi:
1- neytralın torpaqlanması; 2- cərəyan
daşımayan lakin cərəyan keçirən hissələr.
TN-C-S torpaqlama sistemində ayrıca bir
torpaqlama məftili PE və sıfır məftili N nəzərdə
tutulur və onlar girişdə bir PEN məftili ilə elektriki
əlaqələndirilir.
TN-C-S torpaqlama sistemi demək olar ki,
müasirləşdirilmiş TN-C sistemidir .
3.2.3. TN-C-S torpaqlama sistemi
TN-C torpaqlama
sistemi
TN-C-S torpaqlama sistemi:
1- qida mənbəyinin torpaqlayıcısı;
2-cərəyan daşımayan lakin
cərəyan keçirən hissələr.
TN-C-S torpaqlama
sistemi
31
TN-C-S sistemində elektrik
cihazlarının qoşulma sxemi
İT və TT torpaqlama sistemləri məişətdə praktiki olaraq az
istifadə olunur. Qısaca olaraq onu qeyd etmək olar ki, bu sistemlər
elektrik avadanlığına xüsusi tələblər qoyulduğu halda tətbiq edilir.
Məişətdə az da olsa TT sisteminə rast gəlmək mümkündür, lakin İT
sisteminə demək olar ki, rast gəlinmir.
İT torpaqlama sistemi bütün elektrik və elektromaqnit
sahələrinin təsirinin minimuma endirildiyi şəraitdə həssas
aparatlarla təcrübələr aparılan laboratoriyalar üçün nəzərdə
tutulmuşdur.
TT torpaqlama sistemi xüsusi evlərin tikilməsi zamanı tətbiq
olunur.
3.2.4. IT və TT torpaqlama sistemləri
TT torpaqlama sistemi: 1-qida mənbəyinin torpaqlayıcısı;
2-cərəyan daşımayan lakin cərəyan keçirən hissələr;
3-avadanlığın gövdəsinin torpaqlayıcısı.
TN-C-S torpaqlama sistemi
TƏDRİS MƏRKƏZİ
4. Mühafizə vasitələri
Elektrik qurğularının istismarı zamanı
elektrotexniki xidmət işçilərinin təhlükəsizliyinin
təmin olunmasında mühafizə vasitələri və
qoruyucu tərtibatlar əsas rol oynayır .
Elektrotexniki qurğularda mühafizə vasitələri və
cihazları dedikdə, elektrik cərəyanının, elektrik
qövsünün və onun yanma məhsullarının təsirindən
elektrotexniki xidmət işçilərinin mühafizəsini təmin
edən aparatlar, səyyar tərtibatlar və quruluşlar, eləcə
də cihaz və tərtibatların ayrı-ayrı hissələri başa
düşülür.
Təyinatına görə bütün mühafizə vasitələri
şərti olaraq izoləedici, hasarlayıcı (qoruyucu) və
köməkçi olur.
İzoləedici mühafizə vasitələri adamları
gərginlik altında olan elektrik avadanlıqlarının
cərəyandaşıyan hissələrindən izolə etmək üçün
xidmət edir. Bundan başqa izoləedici mühafizə
vasitələri yerdə dayanmış və eyni vaxtda elektrik
avadanlığının cərəyandaşıyan hissələrinə toxunan
adamı (xidmət işçisi) yerdən izolə etmək üçün
tətbiq olunur.
32
İzoləedici mühafizə vasitələri əsas və əlavə olmaqla iki yerə ayrılır.
Əsas mühafizə vasitələrinin izolyasiyası elektrik qurğusunun işçi gərginliyinə etibarlı davam gətirir. Bu vasitələrlə gərginlik
altında olan cərəyandaşıyan hissələrə toxunmağa icazə verilir.
İzoləedici ştanqlar təyinatından asılı olaraq, əməliyyat, təmir və ölçmə ştanqlarına ayrılır.
1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əsas mühafizə vasitələrinə əməliyyat və ölçmə ştanqları,
izoləedici və cərəyanölçən qısqaclar; gərginlik göstəriciləri və izoləedici qurluşlar və təmir işləri üçün tərtibatlar (izoləedici
nərdivanlar və s.) aiddir.
İzoləedici əməliyyat ştanqlarından paylayıcı qurluşlarda müxtəlif əməliyyatlar aparıldıqda istifadə olunur. Bu cür
əməliyyatlara birqütblü ayırıcıların qapanması və ya açılması, dayaq izolyatorlarda şin birləşmələrinin zəifləməsinin yoxlanması
və s. aiddir.
33
İzoləedici mühafizə vasitələrinə və cihazlarına bakelitdən, çinidən (farfor), ağacdan, rezindən və plastik kütlədən
hazırlanmış izoləedici və ölçmə ştanqları, müvəqqəti torpaqlamanı yerinə yetirən ştanqları, boru formalı qoruyucuları sıxaclarda
yerləşdirmək və ya çıxarmaq üçün qısqaclar (kəlbətin, maşa), gərginlik göstəricilərinin və cərəyanölçənlərin izolyasiya hissələri,
elektriklərin (montyor) alətlərinin izolyasiya hissəsi, dielektrik əlcəklər, qaloşlar, botlar, rezin xalçalar və ayaqaltılar, çini
izolyatorlar üstündə quraşdırılmış taxta altlıqlar və izoləedici nərdivanlar aiddir.
TƏDRİS MƏRKƏZİ
Əlavə mühafizə vasitələri bilavasitə verilmiş gərginlikdə mühafizə funksiyasını yerinə yetirə bilmir və ona görə də əsas
vasitələrə əlavə vasitə sayılır.
1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əlavə mühafizə vasitələrinə dielektrik əlcəklər, dielektrik
botlar, xüsusi geyimlər, eynəklər, təhlükəsizlik kəmərləri, dielektrik xalçalar və çini izolyatorlarda quraşdırılmış izolyasiya
ayaqaltılar aiddir.
1000 V-a qədər gərginlikli elektrik qurğularında tətbiq olunan əsas mühafizə vasitələrinə əməliyyat ştanqları, qısqaclar
(kleşi), dielektrik əlcəklər, dəstəkləri izolə edilmiş alətlər və gərginlik göstəriciləri aid edilir.
1000 V-a qədər gərginlikli elektrik qurğularında əlavə mühafizə vasitələri kimi dielektrik qaloşlardan, rezin xalçalardan və
izoləedici ayaqaltılardan istifadə olunur.
35
TƏDRİS MƏRKƏZİ
Elektrotexniki işçilərin elektrik qurğularının cərəyandaşıyan hissələrinə toxunmasının və onlara yaxınlaşmasının qarşısını
almaq məqsədilə metal çəpərlərdən və blokirovkalardan istifadə olunur.
Çəpərlər bütöv və ya tor şəklində (25x25mm) metal materiallardan hazırlanır. Bütöv çəpərlər 1000 V-a qədər gərginlikli elektrik
qurğularında üzlüklər və örtüklər şəklində istifadə edilir.
Tor şəkilli çəpərlər 1000 V-a qədər və yuxarı gərginliklərdə işləyən elektrik qurğularında mühafizə məqsədilə tətbiq edilir. Bu cür
çəpərlər qıfılla bağlanan qapıya malik olur.
4.1. Hasarlayıcı vasitələr
Sipərlər, şirmalar və i. a. şəklində olan çəpərlər istənilən gərginlikli qurğularda tətbiq edilir. Onlar elə yerləşdirilir ki,
cərəyandaşıyan һissələrə qədər olan məsafə müəyyən qiymətlərdən kiçik olmasın: misal üçün, 15 kV gərginliyə qədər olan
qurğularda minimal məsafə 0,35 m, 500 kV gərginlikli, qurğularda isə - 4,5 m olmalıdır.
36
37
4.2. Gərginlik altına düşmüş şəxsi gərginlikdən azad etmək üsulları
Hər bir elektrik naqilini izoləedici
kəlbətin, balta və yaxud hər hansı
kəsici alət ilə ayrı-ayrılıqda kəsməli
Elektrik açarının, ayırıcını
açmaqla yaxud qoruyucuları çıxarmaqla
elektrik dövrəsini qırmalı
Zərərçəkənşəxsi quru paltardan tutub
naqildən ayırmalı
TƏDRİS MƏRKƏZİ
38
Çox vaxt elektrik qurğularında gərginlik altındakı cərəyandaşıyan qurğulara toxunduqda adamın əlləri qıc olub yığılır.
Bunun nəticəsində cərəyan vuran adamın barmaqları elə bərk yığılır ki, naqili əlində tutmuşsa, onu əlindən buraxa bilmir.
Əgər cərəyan vuran adam cərəyandaşıyan һissələrə toxunmuş һalda qalarsa, һər şeydən əvvəl, onu cəld elektrik
cərəyanının təsirindən xilas etmək lazımdır. Belə һallarda yadda saxlamaq lazımdır ki, lazımi eһtiyat tədbirlər görülmədən,
cərəyan altıda olan adama toxunmaq həyat üçün çox təhlükəlidir.
İlk növbədə aşağıdakı tədbirləri təcili yerinə yetirmək lazımdır:
1. Birinci növbədə elektrik dövrəsi qırılmalıdır (avtomat, ayırıcı, qoruyucu və s.).
2. Əgər birinci variant alınmırsa onda elektrik naqili dəstəyi izolyasiyalı kəlbətin, balta və yaxud hər hansı kəsici alətlə
kəsilməlidir.
3. Əgər birnci və ikinci variantlar alınmırsa onda insanı cərəyandaşıyan һissədən ayırmaq üçün onun əyninə yapışmayan
quru paltardan, məsələn, ətəyindən tutmaq olar. Bu vaxt ətrafdakı metal şeylərə və bədəninin çılpaq һissəsinə toxunmaq olmaz.
Onun ayağından tutub çəkdikdə əlləri yaxşı izolə etmədən ayaqqabısına toxunmamalı, çünki ayaqqabı yaş ola bilər və bundan
başqa ayaqqabının mıxları və qırmaqları cərəyan keçiricidir. Bu zaman əgər cərəyan vuran adamın bədəninin paltarla
örtülməmiş һissəsindən tutmaq lazım gələrsə, rezin əlcək və qaloş geymək, yaxud əlləri şarf ilə sarımaq, əldə maһud papaq
tutmaq, paltarın qollarını və yaxud başqa bir quru şeyi əlin üstünə salmaq və ya zərərşəkənin üstünə rezin, və yaxud
rezinləşdirilmiş parça atmaq lazımdır. Ümumiyyətlə isə digər aşağıdakı şəkillərdə göstərilən hallarda insanı cərəyandaşıyan
һissədən və ya məftildən ayırmaq üçün quru paltar, quru kəndir, quru taxta və ya cərəyan keçirməyən başqa bir şeydən istifadə
etmək lazımdır. Bu zaman metal və ya yaş şeylərdən istifadə etmək olmaz.
39
.
Elektrik ötürən xətlərdə cərəyan vuran adamı yuxarıda göstərilmiş üsullardan biri ilə lazımi dərəcədə və təһlükəsiz
xilas etmək mümkün olmadıqda xəttin, bütün məftillərini qısa qapamaq (üstünə məftil atmaq və i. a.) və möһkəm torpaqlamaq
(təһlükəsizlik texnikasının ümumi qaydasına əsasən) lazımdır. Bu məqsədlə atılan məftilin xilasedənin bədəninə toxunmaması
üçün tədbir görülməlidir.
Quru çubuqla naqili zərərçəkəndən uzaqlaşdırmalı
TƏDRİS MƏRKƏZİ
Bu cür plakatlar xüsusi mühafizə vasitələrinə aid olub, əsas funksiyaları gərginlik altında olan hissələrə yaxınlaşmağın
təhlükəli olduğunu xəbərdar etməkdən; xidmətçilərə qabaqcadan hazırlanmış və gərginlikdən azad edilmiş iş yerlərini
göstərməkdən; qurğunun baxılan hissəsinin gərginliyə qoşulmasını qadağan edən mühafizə tədbirlərini yada salmaqdan ibarətdir.
Təyinatına görə plakatlar olur: xəbərdaredici, qadağanedici, icazəverici və göstərici
4.3. Təhlükəsizlik plakatları
40
Plakat və işarələrin
№-si Əksi
İstifadə olunma yeri
1 2 4
Xəbərdaredici işarə və plakatlar
1
1000 V-a qədər və 1000 V-dan yuxarı gərginlikli elektrik
qurğularında
2
Ancaq 1000 V-dan yuxarı elektrik veriliş hava xəttinin beton
dayaqlarında
3
1000 V-a qədər və 1000 V-dan yuxarı gərginlikli Elektrik
stansiyalarında və yarımstansiyalarında, QPQ-də asırlar
APQ-də asılır. İş yerlərinin çəpərə alınmasında,
cərəyandaşıyan hissələrin üzərində
4
Hazırlanmış iş yerində yüksək gərginliklə sınaq aparılarkən
cərəyan daşıyan elektrik avadanlıqlarının üstündə və
çəpərlərdə asılır
5
Paylayıcı qurğularda işçi personalın hündürdə yerləşən iş
yerinə qalxması üçün istifadə olunan konstruksiyalarda
41
Qadağanedici plakatlar
6
Gərginliyi 1000 V-a qədər və 1000 V-dan yuxarı elektrik
qurğularında asılır
7
Kommutasiya aparatlarının intiqalının dəstəyində asılır. Hava
EVX-də, K/X-də adamlar işləyərkən gərginliyin verilməməsi
üçün asılır
8
Elektrik stansiyalarında və yarımstansiyalarında elektrik
qurğularının ventillərində və zadvişkalarında. Hava
xətlərində, hava tutumlarında və pnevmatik intiqallarda
adamlar işləyərkən səhvən havanın verilməməsi üçün asılır
İcazəverici plakatlar
9
Elektrik stansiyalarının və yarımstansiyaların elektrik
qurğularında, APQ-da, çəpərlənmiş iş yerlərində asılır
10
Konstruksiya və ya stasionar nərdivanlarda hündürlükdə
yerləşən iş yerinə gedən təhlükəsiz yolda asılır
Göstərici plakat
11
Elektrik stansiyasının, yarımstansiyasının elektrik
qurğularının ayrıcılarında, bölüşdürücülərində və yük
açarlarında, distansion idarə etmə düymələrində səhvən
gərginliyin verilməsinin qarşısını almaq üçün qoyulur
TƏDRİS MƏRKƏZİ
İlk yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan vəziyyətlərdə həkimlərin köməyi təmin edilənə qədər həyatın
xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə müxtəlif vasitələrlə göstərilən yardım.
Bununla yanaşı ilk tibbi yardım döyüş meydanında, zədələnmə ocağında və xəsarətə uğrayanın özü, yoldaşları, habelə, tibb heyəti
tərəfindən göstərilir. İlk tibbi yardım zədələnmə yerində təcili (15dəq) göstərilməlidir. Zədələnən adamların həyatının xilas
edilməsi, çəkdikləri əzabın yüngülləşdirilməsi və əmək qabiliyyətinin bərpa edilməsi onlara göstərilən ilk yardımın tez və düzgün
edilməsindən asılıdır.
42
5.İLK YARDIM
5.1 Ilk yardım tədbirləri
İlk yardımın göstərilməsi üçün aşağıdakılar vacibdir:
- xəstəyə daha rahat şəraitin yaradılması;
-ətrafdakıların bir qədər kənara çəkilməsi;
- xəstə danışa bilmir, lakin şüuru aydındırsa ona “hə” və ya “yox” cavablarını baş hərəkəti ilə verməyə imkan yaradan suallar
vermək olar. Xəstəni sakitləşdirmək vacibdir, həyəcan hissi tənəffüs problemlərini dərinləşdirə bilər;
- belə hallar üçün xəstəyə təyin olunmuş dərman preparatı varsa, onu qəbul etməyə kömək etməli, xəstənin dərmanı qəbul etmək
imkanı olub-olmamasını təyin etmək lazımdır, xəstə dərmanı qəbul edə bilməzsə ona dərman vermək olmaz, bu boğulma ilə
nəticələnə bilər;
- bədənin normal hərarətinin saxlanılması (üstünü örtmək, bürünmək) vacibdir;
- təcili yardımın çağırılması.
Müxtəlif hallarda ilk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək lazımdır
-adamın əynindəki yanan paltarın söndürülməsi;
-süni tənəffüs verilməsi;
- tənəffüs üzvlərinin (əleyhqaz,pambıq tənzif maskası geyməklə) və qanaxmaların müvəqqəti olaraq dayandırılması;
- yara və yaxud yanıq yerinin sonrakı çirklənmədən qorumaq üçün yaraya və yanıq yerinə sarğı qoyulması;
-zəhərləyici maddələr mühitində zərərçəkənə əleyhqaz geydirilir və zəhərə qarşı xüsusi antidot verilir.
43
5.2. Süni nəfəs
Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən
şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman
ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı)
masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır.
Ürəyin qəfil dayanması sudabatma, boğulma, müxtəlif zəhərlənmələr, elektrikvurma, bir sıra ürək xəstəlikləri (ilk
növbədə miokard infarktı) və s. hallarda müşahidə edilir. Ürək dayandıqda həyati əhəmiyyətli üzvlər, ilk növbədə isə baş beyin
oksigen aclığına dözmədiklərindən, artıq 3-5 dəqiqə sonra onlarda geridönməz dəyişikliklər başlayır. Ürək dayanmasının
əlamətləri bunlardır:
- Yuxu arteriyasında nəbzin olmaması;
- Huşun itməsi;
- Tənəffüsün olmaması;
Belə hallarda təxirəsalınmadan süni tənəffüs və ürək masajına başlanmazsa, yəni ağ ciyər-ürək reanimasiyası aparılmazsa, bu
vəziyyətindən zərərçəkmiş şəxsi xilas etmək mümkün olmayacaqdır və o, bir neçə dəqiqədən sonra öləcəkdir. Ürək masajı zamanı
qismən də olsa beyin oksigenlə təchiz olunur. Ürək masajı və süni tənəffüs birgə aparılır.
Süni tənəffüs prosedurunu yerinə yetirmək üçün:
1. Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu
tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün
zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyulur.
2. Zərərçəkənin başı xeyli dərəcədə arxaya qatlanmalıdır, əks halda süni şəkildə verilən hava kütləsi mədəyə keçə bilər. Bunu
qarının yuxarı hissəsinin şişməsi ilə müəyyən etmək olar. Sonra zərərçəkənin başını yana çevirərək onun ağzını açın və ağzında
torpaq, qum, qusuntu kütlələri, yad cismin olub-olmadığı yoxlanır. Lazım olduğu halda barmağa sarınmış tənzif və ya burun
dəsmalı ilə zərərçəkənin ağız boşluğunu təmizləmək lazımdır.
- Bəbək genəlir və işığa qarşı reaksiya vermir;
- Dodaqlar, dırnaqlar göyərir;
- Dəri kəskin avazıyır;
TƏDRİS MƏRKƏZİ
44
3. Süni tənəffüs verərkən maneçilik törətməməsi üçün bədəni sıxan paltarları çıxarmaq və ya cırmaq lazımdır. Əgər bədbəxt
hadisə qapalı otaqda baş vermişsə, pəncərə və ya nəfəsliyi açmaqla otağa təmiz hava axını gəlməsini təmin etmək lazımdır. Bütün
bunlar dəqiqliklə və sürətlə icra edilməlidir – zərərçəkənin həyatı bundan asılıdır!
4. Daha sonra xilasedici zərərçəkənin başının yan tərəfində (yaxşı olar ki, sol) dayanır. Əgər zərərçəkən yerdə uzanmışsa,
xilasedici dizləri üstə dayanmalıdır.
Ürək nahiyəsinə 1dəfə yumruq zərbəsi endirilir;
-Yardım göstərən şəxs xəstənin böyründə duraraq, döş qəfəsinin hər iki tərəfindəki aşağı qabırğaların döş sümüyünə birləşən
yerini, yəni xəncərvari çıxıntını tapır və sol əlinin ovuc hissəsini həmin yerdən 2-3 sm (1-2 köndələn barmaq) yuxarı olmaqla döş
sümüyünün orta-aşağı hissəsinin üzərinə qoyur. Sonra sağ əli mil-bilək oynağında bükməklə həmin əlini də sol əlin üstünə
qoyaraq bir qədər önə əyilib bütün ağırlığını qollarına salır;
- Döş qəfəsini bu vəziyyətdə 4-5 sm dərinliyə fəqərə sütununa doğru təkanvari sıxıb buraxır;
- Bu cür təkanvari hərəkətlər 1 dəqiqədə 80-100 dəfə təkrarlanır;
- Ayrı-ayrı sıxılmalar arasında fasilələr 1,0 saniyədən çox olmamalıdır;
- Fasilə zamanı əllər döş sümüyü üzərindən götürülməməli, yalnız mil-bilək oynağında düzləndirilməli və əlin ovuc səthi döş
qəfəsindən bir qədər aralanmalıdır.
45
Bəzi hallarda elə olur ki, zərərçəkənin ağzını açmaq mümkün olmur və ya ağız nahiyəsinin travması olur. Bu zaman süni
tənəffüs “ağızdan-ağıza” deyil, “ağızdan-buruna” olmaqla verirlir. Süni tənəffüs verməzdən əvvəl xilasedici əlin biri ilə xəstənin
başını arxaya qatlayaraq bu vəziyyətdə saxlayır, digər əl ilə onun ağzını sıxır. Sonra xilasedici dərindən nəfəs alaraq dodaqları ilə
xəstənin burnunu sıx şəkildə əhatə etməklə tez və güclü nəfəs verir. Daha sonra xəstənin ağız və burnunu sərbəst buraxaraq onun
“nəfəs verməsinə” imkan vermək lazımdır.
Xəstəyə verilən nəfəsin xeyli hissəsinin ağ ciyərlərə deyil, mədəyə dolması mədənin köpməsinə və zərərçəkənin xilas edilməsinin
çətinləşməsinə səbəb olur. Buna görə də mədədən havanı xaric etmək üçün, vaxtaşırı olaraq epiqastral (qarınüstü) nahiyəyə bir
qədər təzyiq etmək lazımdır.
Ürək masajı ilə süni tənəffüs birgə aparılmalıdır. Əgər bu tədbirlər bir nəfər tərəfindən aparılırsa, onda hər 15 ürək
masajından sonra 2 dəfə "ağızdan-ağıza" üsulu ilə süni tənəffüs verilir. Ürək-ağ ciyər reanimasiyası iki şəxs tərəfindən icra edildiyi
hallarda hər 5 ürək masajından sonra "ağızdan-ağıza" üsulu ilə 1 süni tənəffüs verilir. Verilən süni tənəffüsün effektivliyini
(xəstənin döş qəfəsinin qalxıb-enməsini, qarında köpün olub-olmamasını, üz dərisinin tədricən qızarmasını) daim yoxlamaq
lazımdır. Daim ağızda və burun-udlaqda qusuntu kütlələrinin olub-olmamasını yoxlamaq və lazım olduqda növbəti süni tənəffüs
verilməsindən əvvəl zərərçəkənin ağzını tənziflə bürünmüş barmaqla təmizləmək lazımdır.
Xilasedici özünün baş və şəhadət barmaqları ilə xəstənin burun pərlərini sıxmalıdır. Sonra xilasedici şəxs dərindən nəfəs
alıb, nəfəs verməsini azca saxlayıb, zərərçəkənə tərəf əyilərək, ağzını tənzifin və ya ortasında deşik açılmış burun dəsmalının
üstündən sıx şəkildə zərərçəkənin ağzına dirəyib, cəld şəkildə ona nəfəs verməlidir.
Zərərçəkənə nəfəs verən zaman onun döş qəfəsinin qalxıb-qalxmamasına diqqət yetirilməlidir. Ağ ciyər toxumasının və döş
qəfəsinin elastikliyi səbəbindən zərərçəkənin nəfəsverməsi passiv şəkildə öz-özünə baş verir. Zərərçəkənin döş qəfəsi aşağı
endikdən sonra xilasedici təkrarən onun ağzına nəfəs verir. Bu proses yardım göstərən şəxsdən (xilasedicidən) xeyli dərəcədə fiziki
güc tələb edir.
TƏDRİS MƏRKƏZİ
46
Süni tənəffüs verilməsi prosesi zamanı xilasedicinin qanında karbon qazının azalması səbəbindən onda başgicəllənmə baş
verə bilər. Ona görə də yaxşı olar ki, zərərçəkənə süni tənəffüs verilməsini hər 2-3 dəqiqədən bir bir-birini əvəz etməklə iki
xilasedici yerinə yetirsin.
Hər 30 saniyədən bir mütləq ürək döyünməsi (kiçik yaşlı uşaqlarda qulağınızı onun döş qəfəsinə qoymaqla, nisbətən iri
yaşlı uşaqlarda və böyüklərdə isə nəbzi əlləməklə) yoxlanır! Qan dövranı və ürək fəaliyyətinin pozğunluqlarında nəbzi bilək
nahiyəsində əlləmək əbəsdir, onu burada əlləmək mümkün olmayacaq! Belə hallarda nəbzi yuxu arteriyasının üzərində əlləmək
olar. Bunun üçün barmaqların ucu ilə şəkildə göstərilən qaydada boyun nahiyəsinə qoymaq lazımdır. Əgər ürək döyünməsi
olmazsa, dərhal ürəyin xarici (qapalı) masajını da icra etməyə başlamaq lazımdır!
Əgər xilasedici ürək fəaliyyətinin dayanmasını nəzərdən qaçıraraq, 1-2 dəqiqə ərzində ürəyin masajı icra edilmədən yalnız
süni tənəffüs verilməsini davam edərsə, zərərçəkəni xilas etmək mümkün olmayacaq!
5.3. Qanaxmanı saxlama üsulları
İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi isə bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və
dəridə) ehtiyat halında saxlanılır. Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanın
miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5 L qan
itirildikdə ölümlə nəticələnə bilər. Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma. Qan bədən boşluqlarına axarsa,
daxili qanaxma adlanır.
5.3.1. Kapilyar qanaxma
Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş surətlə və
aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır. Kapilyar qanaxma zamanı ilk
yardım göstərdikdə yara ətrafına yod sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı
qoymaq lazımdır. Sarğı yaradan orqanizmə yad cisimləri, əsasən mikrobları keçməyə qoymur
və qanın tez laxtalanmasına kömək edir. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq
ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.
47
5.3.2. Venoz qanaxma
Bu cür qanaxmalar ən çox bədən səthinə yaxın venaların zədələnməsi zamanı baş verir. Venoz qanaxmalar zamanı qan
laxtalanması orqanizmi həmişə qan itirməkdən qoruya bilməz. Burada qanın axma sürəti kapilyarlardan çox olduğundan qan
laxtası yuyulub aparılır, nəticədə az müddət ərzində çox qan itirilir. Bu isə həyat üçün təhlükəlidir. Kiçik venoz qanaxmanı
saxlamaq üçün sıxıcı sarğı qoymaq kifayətdir. Bu sarğı
zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur.
İri venalar zədələndikdə yardım göstərilməlidir. Venoz
Qanaxmalar baş verdikdə həmin adama ilk yardım
göstərildikdən sonra onu yaxında olan tibb məntəqəsinə və ya
xəstəxanaya çatdırmaq lazımdır.
İlk növbədə ətrafı yuxarı qaldırıb, yaralanmış yerdən
yuxarıda arteriyanı barmaqla basıb qanaxmanı azaltmaq
lazımdır. Sonra rezin turna və ya burulmuş parça ilə sıxmaq
lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz bint və parça
qoyulur ki, turna həmin yeri zədələməsin. Parça ilə sıxdıqda
isə həmin yeri parça ilə boş sarıyırlar. Sonra parça ilə ətrafın
arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o
qədər bururlar ki, yaranan qanaxma dayansın. Bundan sonra
çubuğu bintlə turnaya bərkidir və yaranı sarıyırlar.
5.3. 3. Arterial qanaxma
Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir, çünkü bədən səthinə gələn arteriyalar çox azdır.
Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması
onun al-qırmızı olması ilə müəyyən olunur. Belə halda sarğıdan istifadə etmək düzgün deyil, çünki sarğı qanın axmasının
qarşısını ala bilməz. Yalnız qanın axma sürətini azaldır. Buna görə də həkimə qədər dərhal başqa tədbirlər görmək lazımdır.
TƏDRİS MƏRKƏZİ
48
Turnaya və ya parçaya qoyulma tarixi yazılmış parça
bərkidilir. İlk yardım göstəridikdən sonra xəstəni mütləq
xəstəxanaya göndərmək lazımdır. Zərərçəkmiş adamı xəstəxanaya
çatdırmaq uzanarsa, turnanı müvəqqəti boşaltmaq vacibdir. Çünki
ətrafa 2 saatdan artıq qan gəlmədikdə toxumalar məhv olur.
Ətrafda qan dövranı bərpa olduqda turnanı yenidən bərkitmək
lazımdır. Turna olmadıqda ətrafı mümkün qədər çox qatlayıb
qanaxmanı azaltmaq olar. Bunun üçün ətrafın qatlandığı yerə
tənzifi, binti və ya pambığı yumtulayıb qoyur, sonra ətrafı bərk
qatlayıb onu həmin vəziyyətdə bərkidirlər. Həddən artıq qan
itirmiş adamları xəstəxanaya çatdırmaq lazımdır.
49
5.3.4. Daxili qanaxmalar
Qarın, döş, kəllə boşluğundakı qanaxmalar son dərəcə təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili qanaxmanı təyin etmək
mümkündür. Belə ki, onun rəngi avazıyır, soyuq tər basır, tənəffüsü sərtləşir, nəbz tezləşir və zəifləyir.
Bu halda darhal təcili yardım çağırmaq və şəxsi xəstəxanaya çatdırmaq lazımdır. Həkimə qədər xəstəni uzatmaq, yarım
oturmuş vəziyyətə gətirmək və ya tam sakitlik vermək lazımdır. Ehtimal olunan qanaxma nahiyəsinə (qarın, döş, baş) içərisinə
buz və ya qar doldurulmuş polietilen torba, soyuq su tökülmüş qab və ya butulka qoymaq lazımdır.
Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun
pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır.
Qanlı qusma olarsa, ( qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə
və maye qəbuluna icazə verilməməlidir.
TƏDRİS MƏRKƏZİ
50
5.4. Bintləmə qaydaları
Bintləmə aşağıda göstərilən qaydalara əməl etməklə yerinə yetirilməlidir:
- xəstəyə mümkün qədər rahat vəziyyət verilməlidir ki, ağrıları artmasın;
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başı
soldan sağa olmaqla açılmalıdır;
- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır.
Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır.
5.5. Yaralanmada ilk yardım
Yaralar açıq və qapalı olur.
Qapalı yaralanmalar dəri səthi açılmadan dərı altında yerləşən toxumaların zədələnməsı və qanaxması ilə xarakterızə olunur.
Qapalı yaralanmalarda ilk yardım. Yara olan nahiyə üçün sakitləşdirmə soyuq saxlama və yüksəkdə tutmaqla təmin
olunmalıdır. Dəsmal arasına buz torbası qoyub yara nahiyəsinə yerləşdirməklə qanama azaldılır. Bir neçə saat sonra yaralı
hissə ilıq su ilə isladılmış dəsmalla sarınmalıdır.
Acıq yaralanmalar dəri tamlığının pozulması ilə nətıcələnən yaralanmalardır.
Sıyrıntı dərinin sərt bir yerə sürtülməsi nəticəsində əmələ gəlir. Yaradan qan sıza bilər. Ağrı verə bilir.
Antiseptiklə silinməlidir. Təmiz və quru tutularsa asanlıqla sağalır.
Kəsiklər kəsici alətlərlə zədələnmə zamanı meydana gələn yaralardır.Belə yara dəri altındakı toxumanı, qan damarını, siniri
zədələyə bilər. Bele yaralarla qarşılaşdıqda kəsik ətrafı antiseptiklə silinir, yara ağzı uc-uca gətirilir, üzəri tənziflə sarınır. Yaralı
xəstəxanaya çatdırılır.
Qopmalar dərinin bir parçasının ya tamamən qopması , ya da bir qismi ilə bağlı qalmasıdır. Adətən çox qanama olur. Bu
vəziyyətdə qopmuş dəri öz yerinə yerləşdirilməli , üzərinə steril sarğı qoyulmalı və tez bir zamanda ən yaxın xəstəxanaya
çatdırılımalıdır.
Deşilmə kəsici - deşici alətlərlə meydana çıxan yaralanmalardır.Yara girişi kiçik, dərinliyi çox olduğundan xaricə qanaxma az,
zədə dərəcəsi çox olur. Belə yaralanma sinə və qarında olarsa ölümcül ola bilər.
52
Açıq yaralanmalarda ilk yardım
Açıq yaralanmalarda ilk yardım aşağıdakı qayda üzrə edilməlidir:
- əvvəlcə qanaxma dayandırılmalıdır;
-yaranın çirklənməsinin qarşısını almaq üçün təmiz tənziflə örtülməlidir. Əgər yara çox çirklənibsə təmiz su ilə yuyulmalıdır;
-yaralı bölgənin hərəkəti dayandırılmalıdır;
-yaraya çirkli-paslı metal, torpaq təmas edibsə tetanus vaksinasiyası vacibdir;
-yarada yad cism varsa onu çıxarmağa çalışmaq lazım deyil. Cismi yarada tərpətməmək şərti ilə bintləmək və yaralını
xəstəxanaya catdırmaq lazımdır.
Göz yaralanmaları. Bu yaralanmalar bir neçə qrupa bölünür. Gözün küt travmaları - göz çuxuru sümüklərinin zədələnməsinə
səbəb ola bilir. Əzələlərin sıxılması ilə əlaqədar gözlərin hərəkəti pozulur, iki görmə, görmə qabiliyyəti azlalır.Gözlərin üzərini
qoyuyucu örtüklə örtüb xəstəxanaya çatdırın.
Gözə yad cismin düşməsi . Yad cisim buynuz qişa üzərində və ya göz qapağı altında ola bilər. Belə halda gözü ovxalamaq
olmaz, göz təmiz su ilə , mümkünsə xüsusi göz məhlulu ilə yuyulur. Suyun axını gözün içəri küncündən bayır küncünə doğru
olmalıdır , əks halda yad cisim yuylub sağlam gözə düşə bilər.Cisim göz qapağının altındadırsa göz qapağı tərs çevrilir, cisim
pambıqlı çubuqla çıxarılır.
Yırtılmalar zədələnmış hissənin üzəri sterıl tənziflə örtülüb, ən qısa zamanda xəstəxanaya çatdırılır.
Gözə yad cismin batması . Batan cismi çıxarmağa cəhd etmək , gözü ovxalamaq olmaz , cismin tərpənməməsinə diqqət
edilməlidir. Hər iki gözün üzəri ( gözlər eyni vaxtda hərəkət etdiyi üçün) konusvari cisimlə ( və ya fincanla ) örtülür ,
zərərçəkən bu şəkildə xəstəxanaya çatdırılır
5.6. Sınıqlar
Sınıqlar qapalı və açıq olur.
Qapalı sınıqlarının əlamətləri:
-ətrafların deformasiyası və şişkinliyi (ödemi);
-ən kiçik bir hərəkət zamanı şiddətli ağrılar;
-göyərmə (sianoz), ətrafın qeyri-təbii şəkil alması,
qeyri-iradi hərəkət alması.
53
Açıq sınığın əlamətləri :
-sınmış sümüklərin görünməsi;
-yəni əzələnin və dərinin tamlığının pozulması;
-ətrafların deformasiyası və şişkinliyi (ödemi).
Ağır sınıqlar zamanı şok halı ola bilər.
Sınıq zamanı yardım göstərərkən, əvvəlcə sınığın növünü, dərəcəsini müəyyən
etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. İlk yardım
göstərərkən birinci növbədə qanaxma kəsilməlidir, steril sarğı etmək, keyidici dərman
vermək lazimdir, sınıq yerləri tamamilə hərəkətsiz olmalıdır.
Kəllə-beyin travması öyümə, qusma, baş ağrısı, baş gicəllənməsi və
yaddaşın itməsi ilə müşayiət olunur. Xəsarət alan arxası üstə uzandırılaraq,
paltardan yastıqça düzəldilib başın ətrafına qoyulur. Əgər xəsarət alan huşsuz
vəziyyətdədirsə, qan və qusuntu möhtəviyyatının tənəffüs yollarına düşməsinin
qarşısını almaq üçün onun başını yana çevirmək lazımdır. Üst paltarını açmaq
lazımdır. Əgər protez və eynək varsa onları çıxartmaq lazımdır. Burun və çənə
sümüklərinin sınıqları qanaxma ilə müşahidə olunduğuna görə bu cür xəstələr
xərəkdə oturmuş, başı bir qədər qabağa əyilmiş vəziyyətdə təxliyə olunmalıdırlar.
Sarğının üstündən paketdə buz qoyulur. Əgər xəsarət alan huşsuz vəziyyətdədirsə,
xərəkdə üzü üstə uzanmış vəziyyətdə, alın və döş qəfəsi nahiyəsinə paltardan
hazırlanmış yastıqlar qoyularaq təxliyə edilir. Təxliyə zamanı alt və üst çənə sarğı
ilə təsbit olunmalıdır. Əgər nəfəsin pozulması varsa süni nəfəs vermək lazımdır.
5.6.1 Kəllənin zədələnməsi
TƏDRİS MƏRKƏZİ
54
Onurğa sütununun travmaları və sınıqları zamanı xəsarət alanın hərəkəti zamanı kəskin
ağrılar, bədən səthində qançırlar və şişkinliklər qeyd olunur.
Sınıq nahiyəsində keyimə, aşağı ətraflarda hərəkətsizlik, qeyri-iradi sidik ifrazının olması
onurğa beyinin zədələnməsinə dəlalət edir. İlk yardım böyük ehtiyatla göstərilməlidir.
Xəsarət alanın təxliyəsi sərt xərəkdə, üzü üstə uzanmış, başı və sinəsinin altına paltar
qoyulmuş vəziyyətdə yerinə yetirilməlidir.
Boyun fəqərələri zədələnərsə, boyun və baş, yan tərəflərə yumşaq yastıqca qoyulmaqla,
təsbit edilməlidir.
5.6.2 Onurğa sütununun zədələnmələri zamanı ilk yardım 6
5.6.3 Çanaq sümüklərinin sınıqları zamanı ilk yardım
Çanaq zədələrində ayaqların vəziyyətini dəyişərkən sınıq nahiyəsində kəskin ağrılar
əmələ gəlir. Gövdənin yan tərəflərinə və qasıq nahiyəsinə yüngül təzyiq zamanı ağrıların
artması və çanağın deformasiyası bu zədələr üçün xarakterikdir. Xəsarət alan ehtiyatla sərt
xərək üstünə uzadılmalı və aşağı ətraflar bintlə təsbit edilməlidir
5.6.4 Qarın zədələnmələri zamanı ilk yardım
Bu qəbildən olan travma və zədələr qarında şiddətli ağrılar yaradır. Əllə
toxunduqda qarın əzələləri bərk olur (taxtavari qarın). Xəsarət alanın dərisinin rəngi
avazımış, soyuq tərlə örtülmüş, ayaqları dizdən bükülərək qarına sıxılmış, hərəkətsiz
halda uzanmış vəziyyətdə olur.
Qarının dəlib keçən yaraları zamanı bağırsaqların yara dəliyindən xaricə
sallanması müşahidə oluna bilər. Onları içəri salmağa cəhd eləmək məsləhət görülmür.
Qarının qapalı travmaları zamanı soyuq qoymaq tövsiyə olunur. Bu xəstələrə su
içmək qadağandır.
55
5.6.5 Aşağı və yuxarı ətrafların sınıqları zamanı ilk yardım
Ətrafların sınıqları açıq və qapalı olur. Sınıq nahiyəsində şişkinlik, qançır, qeyri-adi hərəkət, deformasiya, ətrafların
qısalması və hərəkət məhdudluğu qeyd olunur. Açıq sınıqları yaradan sümüklərin ucu görünür. Açıq sınıqlarda qanaxmanı
saxlamaq və yaraya steril sarğı qoymaq lazımdır. Bütün sınıqlar mütləq qaydada təsbit olunmalıdır. İmmobilizasiya zamanı
aşağıdakı qaydalara riayət edilməlidir:
Sınıqlar zamanı şinlərin qoyulması
1. Şin iki oynağı (bud sınıqlarında-üç oynağı) təsbit
etməlidir.
2. Şin, sınıq nahiyəsinin formasını dəyişməmək şərti ilə,
bədənə uyğunlaşdırılmalıdır.
3. Şin paltarın və ya ayaqqabının üstündən təsbit
edilməlidir.
4. Şini sümük çıxan nahiyədən qoymaq olmaz.
5.7. Çıxıqlar
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi,
şin ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində
aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması
istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir
və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
Buz qoymaq Sarğı qoymaq
Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam
(burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzəndə
damar və sinirlər zədələnir. Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın fərqli vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin
azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.
TƏDRİS MƏRKƏZİ
56
5.8. Yanıqlarda ilk yardım
Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə
görə yanıqlar 4 dərəcəyə ayrılır:
1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları
zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı
qeyd edilir. Yanıqların bu dərəcəsində adətən xüsusi
müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan
tez bir zamanda sağalır. Soyuq su ilə yuyulması məsləhətdir.
2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı
hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-
ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq
sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar
(suluqlar) yaranır.
3-cü dərəcəli yanıq dərinin bütün qatlarını əhatə edir.
Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli
maye olan qabarcıqlar yaranır.
Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ
rəngdə olur.
4-cü dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı
birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər.
Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı - süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur.
Zərərçəkən əsnəyir, ətrafında baş verənlərə zəif reaksiya verir. Onun nəbzi sürətlənir, bəzən qusma da baş verə bilər. Yanıqlar
zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.Yüngül və ya sahəsi çox da geniş olmayan
yanıqlar zamanı ilk yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar.
57
Dəri su ilə soyudulandan sonra yanıq
sahəsini steril bint və ya xovu olmayan, təmiz,
yumşaq, təzə ütülənmiş parça ilə sarımaq
lazımdır. Binti spirtdə və ya araqda islatmaq
ağrıkəsici təsir göstərir və bəzi hallarda
suluqların əmələ gəlməsinin qarşısını alır.
Yanıq sahələrinə heç vaxt yod, brilyant
yaşılı (“zelyonka”), kalium permanqanat
(“marqansovka”) və digər bu tipli
antiseptikləri sürtmək olmaz. Həmçinin,
yanıq sahəsini heç bir halda sidiklə
“təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof
və ya kartof qabığı və s. bu kimi “vasitələr”
də qoymayın, çünki bu zaman siz yaraya
infeksiya sala bilərsiniz.
Yanıq sahəsini soyuq su ilə soyutduqdan
sonra (!) yalnız yanıqlara qarşı olan “Pantenol”,
“Levian”, Levizol” və s. kimi xüsusi aerozol
vurmaq olar.
Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz
döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və s.), ağrıkəsici dərmanlar
vermək, duz qatılmış su içirtmək (1L suya 1çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin
preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta
geniş olmadıqda
Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlamaq lazımdır. Bu dərinin soyumasına, ağrının
keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu
travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz!!!
TƏDRİS MƏRKƏZİ
58
Sulfat turşusu ilə yanıq zamanı dəri örtüyü əvvəlcə ağ,
sonradan göyümtül-yaşıl, nəhayət sonda qara rəng alır. Xlorid
turşusu ilə yanıqlar zamanı (çox zaman selikli qişa üzərində)
qabıq əvvəlcə yumşaq, sarımtıl - qəhvəyi rəngli olur, tez bir
zamanda quruyaraq bərkiyir. Qabığın qopmasından sonra
dərinin qanaması baş verə bilər.
Məişətdə çox işlənən sirkə turşusunun təsiri nəticəsində
də baş verən yanıqlar ciddi fəsadlarla nəticələnir. Yüksək
qatılıqlı ağır metal duzlarının (gümüş nitrat və s.) təsirindən
müxtəlif rəngli, quru qabıq əmələ gəlir. Qələvilər nisbətən
yavaş təsir edir, lakin turşulara nisbətən dərinin daha dərin
qatlarına təsir edir. Qatı qələvi məhlulu dərinin zülalını
parçalayır. Onların təsirindən yumşaq, yayılan, boş, ağımtıl,
kəskin sərhədi seçilməyən qabıq əmələ gəlir.Qələvinin
təsirindən yaranan ağrı daha şiddətli olur.
Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq , boş sarğı qoymaq və zərərçəkəni təcili
olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır.
Fosfor və bitumun təsirindən baş verən yanıqlar öz spesifikliyi ilə fərqlənir. Fosforun dəriyə düşməsi nəticəsində onun öz-
özünə alışması baş verir ki, bu da termiki yanığa səbəb olur. Zədələnmiş hissədə dəri quru, tüstülənən, qaranlıqda işıqlanan
qabıq verir; sonra toxumanın ölmüş hissəsində getdikcə qəhvəyi rəngə keçən sarımtıl zolaq əmələ gəlir. Yağda yaxşı həll olan
fosfor dərinin dərin qatlarına nüfuz edərək ümumi zəhərlənməyə səbəb olur. Ərimiş bitum dəri səthinə möhkəm yapışır, onu
qoparmaq çox çətindir. Bu halda kimyəvi yanıq termiki yanıqla da müşayiət olunur.
da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə,
ağrıkəsici dərmanların verilməsi çox vacibdir! Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu,
təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
59
Termiki zədələnmələrə nisbətən kimyəvi yanıqlar zamanı müalicə
daha uzun çəkir. Kimyəvi reaktivin təsirindən baş verən dərin nekroz zamanı
10-15 gündən sonra qabıq ayrılır, nəticədə zəif epitelizasiya qabiliyyətli yara
əmələ gəlir. Qələvi və fosforun təsirindən əmələ gələn yaralar nisbətən gec
sağalır; onlardan sonra dərin çapıqlar qalır. Turşunun təsirindən baş verən
yanıqlardan sonra dərin çapıqların əmələ gəlməsi ilə müşayiət olunan yaralar
nisbətən tez sağalır.
Dəri yanıqlarından başqa kimyəvi maddələrin daxilə qəbul olunması
ağız, qida borusu, mədənin, hətta gözün belə yanmasına səbəb olur. Qida
borusunun kimyəvi yanığı ağır forma kimi spesifik ağırlaşma ilə müşayiət
olunur (qanaxma, ciyər-böyrək fəsadları və s.).
Kimyəvi yanıqların profilaktikası zamanı əhali və işçilər arasında
geniş sanitar- maarifləndirmə işinin aparılması çox vacibdir. Tərkibində
turşu və qələvi olan sanitar-məişət vasitələrinin açıq, üzərində etiketi
olmayan qablarda, qida məhsulları, içki və dərmanların yanında
saxlanmasının nə dərəcədə təhlükəli olması barədə ailə üzvlərinə məlumat
verilməlidir.
Müəssisələrdə, kimya sənayesi laboratoriyalarında isə təhlükəsizlik
texnikası qaydalarına riayət olunmalı, təhlükəli kimyəvi maddələr səliqəli
saxlanılmalı, onların istifadəsinə ciddi nəzarət edilməlidir. İşçilərin zəhərli
kimyəvi maddələrlə davranış qaydalarına yiyələnməsi, kimyəvi yanıqlar
zamanı ilk tibbi yardımın düzgün göstərilməsi də çox əhəmiyyətlidir.
TƏDRİS MƏRKƏZİ
60
Donvurmaya dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək,
hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar əlverişli şərait yaradır.
Donvurmaya ən çox məruz qalma faktorlarına misal olaraq: aclıq və ya zəif qidalanma, qan
itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. göstərilə bilər.
Donvurmanın gedişi
Donvurma səthi dərin ola bilər.Yanıqdan fərqli olaraq donvurmanın dərəcəsini ilkin baxış
zamanı bilmək olmur, yalnız 12-24 saat keçdikdən sonra təyin etmək mümkün olur.
5.9.1. Donvurmanın əlamətləri
Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan
təhlükəli halların iki növüdür. Soyuq insan orqanizminə ümumi təsir
göstərdikdə hipotermiyaya - bədənin həddindən artıq soyumasına,
yerli təsir göstərdikdə isə soyuğun təsirinə məruz qalan bədən
hissələrinin donvurmasına gətirib çıxara bilər.
Donvurma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər:
- hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;
- zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk
və ya yumşaq olması;
5.9. Soyuqda donvurma zamanı ilk yardım
Donvurma soyuq temperaturun toxumalara yerli təsiri nəticəsində baş verir.
Donvurmaya, adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır.
Donvurma ən çox rütubətli və küləkli havada olur. Donvurma uzun müddət soyuq
temperaturda olduqda baş verir ki, bu zaman insan orqanizmi bədən temperaturunu
tənzimləyə bilmir.
61
- şişkinliyin olması;
- isitdikdən sonra suluqların əmələ gəlməsi;
- dərinin muma bənzər olması;
- dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);
- Donvurmaya məruz qalmış sahəni əllədikdə bütün qatların donması fikrinin yaranması;
- dəri rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donvurmaya məruz qalmış sahənin ağ
rəngdə və ya göy ləkəli olması;
- iynəbatma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi.
5.9.2. Donvurmanın təsnifatı
Donvurma gedişinə görə iki dövrə ayırd edilir:
I dövr - gizli və ya hipotermiya dövrü. Bu dövrdə Donvurmanın dərinliyini müəyyənləşdirmək mümkün olmur. Ağrı
hissiyyatının olmaması və dərinin avazıması Donvurmadan şübhələnməyə əsas verir.
II dövr - reaktiv dövr. Bu dövrdə donvurmanın ağırlıq əlamətləri meydana çıxır (ağrı, ödem,qızartı).
Donvurma ağırlığına görə 4 dərəcəyə ayrılır:
II dərəcə - suluqlar müşahidə
olunur. Sağalma dövründə dəri
tam bərpa olunur. Zədələnmiş
nahiyədə ağrı hissiyyatı qalır.
I dərəcə - ödem, göyümtül rəngə
çalan qızartı, iynəbatma hissi,
qaşınma, keyləşmə. Zədələnmiş
nahiyədə ağrı hissiyyatı qalır.
TƏDRİS MƏRKƏZİ
III dərəcə - hemorragik tərkibli
suluqlar xarakterikdir.
Zədələnmiş nahiyədə ağrı
hissiyyatı itir. Sağalmadan sonra
zədələnmiş nahiyədə çapıq
qalır.
IV dərəcə - dərinin bütün qatları,
yumşaq toxumalar və sümüklər
məhv olur. Daha sonra quru
(mumifikasiya) və ya yaş qanqrena
inkişaf edir.
5.9.3. Donvurmada ilk yardım
Donvurmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Tibb müəssisəsi uzaqda
olarsa, xilasedici passiv yardım göstərməlidir (dərini qızdırmaq, zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq).
Aktiv isitmə xəstəxanada aparılmalıdır. Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aşağıdakı tədbirlər
görülməlidir:
- zərərçəkəni isti otağa aparmaq lazımdır;
- yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarılmalıdır;
- siqaret çəkmək, spirtli içkilərdən və qəhvədən istifadə etmək olmaz;
- əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya çatdırmaq vacibdir;
- mümkündürsə, ətrafı hərəkətsizləşdirmək, şin ilə immobilizasiya etmək, sarğı qoyub donvurmaya məruz qalan yerləri
mühafizə etmək lazımdır.
62
1. Zədələnmiş nahiyəni sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmaq olmaz. Dəri
daxilində donmuş su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir.
2. Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların
infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir.
3.Bədənin donvurmuş hissəsini birdən-birə və birbaşa isitmək (açıq alov, isti butulka, isidilmiş kərpic) olmaz.
4. Suluqları deşmək olmaz.
Dərin donvurma zamanı həmin ətrafı hərəkətsizləşdirmək lazımdır. Zərərçəkən mümkün qədər tez xəstəxanaya
çatdırılmalıdır.
Bunları etmək olmaz
5.10.Günvurma və isti vurma zamanı ilk yardım
Günvurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı
açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.
Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə
zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması
və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir.
63
TƏDRİS MƏRKƏZİ
Ağır hallarda qıcolmalar və
huşun itirilməsi də ola bilər. Bəzi
hallarda bu əlamətlər dərhal, bəzi
hallarda isə açıq günəş altında
qaldıqdan bir neçə saat sonra evə
gəldikdə baş verir.
Günvurmanın ilkin əlamətləri
qeyd edilən kimi zərərçəkəni kölgəyə
və ya sərin otağa aparmaq, onu sıxan
paltarları çıxarmaq, yarıoturaq
vəziyyətdə uzatmaq lazımdır (başı
bədənindən yuxarıda olmalıdır!).
Zərərçəkənə soyuq su verilməli,
üzü və sinəsi soyuq su ilə silinməlidir.
Başına, boynunun yan tərəflərinə,
qoltuqaltı və qasıq nahiyələrinə (iri
damarlar keçən yerlər) buz və ya,
64
bu mümkün olmadıqda soyuq su ilə kompress qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir
üsulda zərərçəkənin paltarları soyundurulmalı, o, soyuq suda isladılmış parçaya bükülməli, başına buz qoyulmalıdır.
Zərərçəkənin temperaturu normaya çatdıqda o, quru parçaya və ya dəsmala bükülməlidir.
5.11. Dəm qazından zəhərlənmə zamanı ilk yardım
Mütəxəsislər bildirirlər ki, dəm qazı qanda hemoqlabinlə tez qarışır və bu zaman toxumaların hüceyrələrinə oksigen
daşınmır. Oksigen qıtlığı nəticəsində huş itirilir. Dəm qazından zəhərlənən insanın ilkin olaraq mühitini dəyişmək, yəni havanı
təmizləmək lazımdır. Üstünü bükmək lazımdır, çünki bədənin hərarəti düşür.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız
boşluğundakı seliyi təmizləmək lazımdır.
Zərərçəkmişə pambıq vasitəsilə naşatır spirti iylətmək, bütün bədəni aktiv hərəkətlə ovuşdurmaq lazımdır. İlkin
olaraq şirin çaya limon qatılıb verilə də bilər. Eyni zamanda təcili tibbi yardıma xəbər etmək lazımdır.
Hələlik bu qədər… Unutmayaq ki, bir gün insan həyatı, canı bizə əmanət oluna bilər…
5.12. Xəstənin əldə və nəqliyyat vasitəsi ilə aparılması üsullarına aid şəkillər
65
TƏDRİS MƏRKƏZİ
66
Yanma- maddə, istilik və oksigenin birləşməsi nəticəsində yaranan kimyəvi hadisədir. Yanma baş verə bilməsi üçün,
maddə, istilik və oksigenin (havanın) bir arada olması lazımdır.
Yanğın- İnsanların həyatına və sağlamlığına, habelə təbiətə, cəmiyyətə və dövlətə maddi ziyan vuran nəzarətsiz yanmaya
yanğın deyilir.
İkin yanğınsöndürmə vasitələri müəssisələrin əməkdaşlarının, yanğından mühafizə bölmələrinin şəxsi heyətinin və digər
şəxslərin yanğınlarla mübarizəsi məqsədi üçün nəzərdə tutulmuşdur. İlkin yanğınsöndürmə vasitələri mövcud olduğu yerdə bir
nəfərin istifadəsini təmin etməlidir. İlkin yanğınsöndürmə vasitələri aşağıdakı tiplərə bölünür:
1) daşınan, səyyar və stasionar odsöndürənlər;
2) yanğın kranları və onların istifadəsini təmin edən vasitələr;
3) yanğın inventarı;
4) alışma mənbəyinin izolə
edilməsi üçün örtük.
6.1. İlkin yanğınsöndürmə vasitələrinin təsnifatı və
tətbiq sahələri
6.YANĞINDAN MÜHAFİZƏ
67
6.2. Daşınan və səyyar odsöndürənlər
TƏDRİS MƏRKƏZİ
68
69
Alovu söndürən maddələr arasında ən əhəmiyyətlisi sudur. Su xüsusi ilə A tip yanğınları söndürmək üçün mükəmməl bir
odsöndürücüdür.
Köpük yanan sahəni tamamilə örtər, nəticədə hava ilə təması kəsər və soyutma xüsusiyyətinə görə də odsöndürücü olaraq
istifadə edilir.
TƏDRİS MƏRKƏZİ
70
Yanğın söndürmədə istifadə edilən əsas maddələrdən biri tozdur. Tozdan D tip xaric digər bütün tip yanğınların
söndürülməsində istifadə edilir.
Yanan maddənin üzərini örtən CO2 qazı yanıcı maddəni oksigensiz buraxaraq yanğının söndürür. Çox vaxt polad
balonlarda təzyiq altında maye halında saxlanılır. Bu qazla açıq sahələrdə və hava axınının olduğu yerlərdə yanğının
söndürülməsi olduqca çətindir.
71
Daşınan və səyyar odsöndürənlər istehsalçı təşkilatın texniki sənədlərində göstərilmiş sahədə bir insan tərəfindən
yanğının söndürülməsini təmin etməlidir.
Qeyd: Stasionar odsöndürənlər ilkin yanğınsöndürmə vasitələrinə aid edilmədiyindən təlimatda onun haqqında
məlumat verilməmişdir.
TƏDRİS MƏRKƏZİ
72
73
Yanğın kranlarının konstruksiyası
bağlayıcı qurğunun bir insan tərəfindən
açılaraq yanğının söndürülməsi üçün tələb
olunan intensivliklə suyun verilməsinin
mümkünlüyünü təmin etməlidir.
6.3. Yanğın kranları və onların istifadəsini
təmin edən vasitələr
TƏDRİS MƏRKƏZİ
74
Yanğın kranları ilə A sinifli yanğınların söndürülməsi və soyudulma işinin aparılması səmərəlidir. Gərginlik
altında olan elektrik qurğularının söndürülməsi qadağandır.
Yanğın kranlarının birləşdirici başlıqlarının
konstruksiyası yanğından mühafizə bölmələrində
istifadə olunan yanğın şlanqlarının onlara
birləşdirilməsinə imkan verməlidir.
75
6.4. Yanğın inventarı
TƏDRİS MƏRKƏZİ
76
Qeyd: Yanğın inventarlarının digər məqsədlər üçün istifadəsi qadağandır!
77
6.5. Alışma mənbəyinin izolə edilməsi
üçün örtük
Yanğına ilk müdaxilə yanğını söndürmənin vacib
hissəsini əhatə edir. Yanğının başlamasında 1-2 dəqiqə
çox əhəmiyyətlidir.
Maye,qaz,partlayıcı zərərli maddələrin və ya elektrik
qövsündən çıxan yanğınlarda ilkin müdaxilə, qurtarma
məqsədi ilə yüksək istiliyə davamlı yanğın ədyalından
istifadəyə ehtiyac vardır.
Yanğın ədyalı alova və istiliyə son dərəcə dayanıqlı
100% karbon lifdən hazırlanmışdır.
Yanğın ədyalını istifadə edərkən hər iki ucundan
tutun və özünüzü qoruyaraq yanğına doğru gedin. Adyal
yanğına və yanan maddəyə doğru uzadılmalıdır və yanan
materialın üzərinə möhkəm sarındığından mümkün
olduqca əmin olunmalıdır.
TƏDRİS MƏRKƏZİ
78
7. TƏŞKİLATİ TƏDBİRLƏR
7.1. Ümumi tələblər. İşlərin təhlükəsiz icra olunması üçün
məsuliyyət daşıyan şəxslər, onların hüquq və vəzifələri
7.1.1. İşləri təhlükəsiz icra etmək üçün aşağıdaki təşkilati tədbirlər yerinə yetirilməlidir:
işlərin təhlükəsiz aparılması üçün məsuliyyət daşıyan şəxslərin təyin olunması;
naryad ya sərəncamın verilməsi;
iş yerinin hazırlanmasına icazə və işə buraxma icazəsinin verilməsi;
iş yerinin hazırlanması və işə buraxma;
işlərin icrası vaxtı nəzarətin aparılması;
digər iş yerinə keçirmək;
iş vaxtı fasilələrin və işin qurtarmasının qeyd olunması.
7.1.2.İşin təhlükəsiz icrası üçün aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
naryad və sərəncam verən şəxslər;
iş rəhbəri;
iş yerinin hazırlanmasına və işə buraxmaq icazəsi verən şəxs;
iş yerini hazırlayan şəxs *;
işə buraxan şəxs;
iş icraçısı;
nəzarətçi;
briqada üzvü.
* İş yerini hazırlayan və işə buraxan şəxs eyni işçi ola bilər.
7.1.3. Naryad və sərəncam verən şəxs işin təhlükəsiz icra olunması imkanını təyin edir, o, naryadda göstərilən təhlükəsizlik
tədbirlərinin kifayət və tam olması, briqada tərkibinin sayı və keyfiyyəti, məsul şəxslərin təyin olunması, həmçinin naryadda
göstərilən işçilərin elektrik təhlükəsizliyi üzrə qrupu görüləcək işlərə uyğun olması üçün məsuliyyət daşıyır.
7.1.4. Naryad və sərəncam vermək hüququ müəssisənin və onun struktur bölmələrinin inzibati-texniki personalından V qrupu
olan işçilərə verilir.
79
Naryad vermək hüququ olan inzibati-texniki personal yoxdursa, təcili işləri görmək üçün həmin elektrik qurğusunun IV
qrupu olan növbətçi personalına naryad və sərəncam vermək icazəsi verilə bilər.
Bu halda növbətçi personala həvalə olunan naryad vermə hüquqi müəssisə rəhbərliyinin yazılı göstərişilə
rəsimləşdirilməlidir.
7.1.5. Naryadda göstərilən bütün təhlükəsizlik tədbirlərinin kifayət dərəcədə olmasına və yerinə yetirilməsinə, işə buraxan şəxs
və iş icraçısının briqada ilə apardığı təlimatın tam və keyfiyyətli olmasına, həmçinin işin icrasının təhlükəsiz təşkil olunmasına
iş rəhbəri cavabdehdir.
İş rəhbəri V qrupu olan mühəndis-texniki işçilərdən təyin olunmalıdır. İşin ayrı-ayrı mərhələlərini bilavasitə iş rəhbərinin
nəzarəti və rəhbərliyi ilə aparmaq zəruri olarsa, naryadı verən şəxs bu barədə naryadın “Müxtəlif göstərişlər” sətrində qeydlər
etməlidir.
7.1.6. İşin icrası üçün nəzərdə tutulmuş avadanlığı açmaq və torpaqlamaq tədbirlərinin kifayət dərəcədə olması və bunları
yerinə yetirmək imkanının yaradılması üçün həmçinin işə buraxılan briqadaların iş vaxtının və yerinin əlaqələndirilməsi üçün
məsuliyyəti iş yerini hazırlamaq və işə buraxmaq icazəsi verən şəxs daşıyır.
İş yerini hazırlamağı və işə buraxmağa icazə verən şəxs avadanlığı açmaq və torpaqlamaq üzrə əvvəlcədən görülmüş
əməliyyatlar barədə iş yerini hazırlayan növbətçiyə yaxud operativ-təmir personalından olan şəxsə xəbər verməyə borcludur.
İş yerini hazırlamaq və işə buraxmaq üçün icazəni IV qrupu olan növbətçi personal-vəzifə təlimatına uyğun olaraq və
müəssisə üzrə göstərişlə təyin olunmuş inzibati-texniki personalından olan işçilər verə bilərlər.
7.1.7. Naryadda göstərilən və işin şəraiti üçün tələb olunan tədbirlərin (açarların, lövhələrin, çəpərləmənin və s. qoyulması)
düzgün və dəqiq yerinə yetirilməsi üçün iş yerini hazırlayan şəxs cavabdehdir.
Bu elektrik qurğusunda operativ əməliyyat aparmağa buraxılmış növbətçi yaxud operativ-təmir personalı işçisinin iş
yerini hazırlamağa hüququ var.
7.1.8. Yerinə yetirilmiş təhlükəsizlik tədbirlərinin düzgün və kifayət qədər olması, onların naryadda göstərilən tədbirlərə, işin
və iş yerinin xarakterinə uyğun olması, işə düzgün buraxmaq, həmçinin apardığı təlimatın tam və keyfiyyətli olması üçün işə
buraxan şəxs cavabdehdir.
HX-də işə buraxmaq istisna edilməklə, işə buraxan şəxslər 7.1.13-cü bənddə göstərilənləri yerinə yetirmək şərtilə
növbətçi yaxud operativ-təmir personlaından təyin olunmalıdır. 1000 Voltdan yuxarı olan elektrik qurğusunda işə buraxan
şəxsin IV qrupu, 1000 Volta qədər olan elektrik qurğusunda isə III qrupu olmalıdır.
TƏDRİS MƏRKƏZİ
80
7.1.9. İş icraçısı aşağıdakılara cavabdehdir:
hazırlanmış iş yerinin naryadın göstərişlərinə uyğun olmasına;
briqda üzvləri ilə tam və düzgün təlimat aparılmasına;
lazımi mühafizə vasitələrinin, alət, avadanlıq və ləvazimatlarının əldə olmasına, sazlığına və düzgün istifadə edilməsinə;
iş yerində çəpərlərin, təhlükəsizlik lövhələrinin və nişanlarının, bağlayıcı tərtibatların saxlanılmasına;
işlərin təhlükəsiz aparılmasına və bu qaydalara riayət olunmasına;
iş icraçısı briqada üzvlərinə daim nəzarət etməli, sərxoş vəziyyətdə olan briqada üzvlərini işdən kənar etməlidir.
1000 Voltdan yuxarı olan elektrik qurğularında naryad üzrə aparılan işlərin icrası IV qrupa, 1000 Volta qədər olan elektrik
qurğusunda isə III qrupa malik olmalıdır. Ziyanlı qaz əmələ gəlməsi ehtimalı olan yeraltı qurğularda və gərginlik altında
aparılan işlərdə iş icrasının IV qrupu olmalıdır.
4.3.2., 7.5 və 15.2.1. bəndlərində göstərilən işlərdən əlavə, bütün elektrik qurğularında sərəncam üzrə görülən işlərin iş
icraçısının qrupu III ola bilər.
7.1.10. Elektrik qurğularında müstəqil iş aparmaq hüququ olmayan işçilər briqadasına nəzarət etmək üçün nəzarətçi təyin
olunmalıdır.
Nəzarətçi aşağıdakılara cavabdehdir:
hazırlanmış iş yerinin naryad göstərişlərinə uyğun olmasına;
iş yerində torpaqlama, çəpərləmə, təhlükəsizlik üzrə lövhə və nişanların, intiqalı bağlayıcı tərtibatın olmasına və
saxlanılmasına;
briqada üzvlərinin elektrik cərəyanından zədələnmə təhlükəsizliyinə;
İşin texnoloji xassəsi ilə əlaqədar olan təhlükəsizliyi üçün məsuliyyəti briqadaya rəhbərlik edən şəxs daşıyır ki, bu şəxs
briqadanın heyyətinə daxildir və həmişə iş yerində olmalıdır. Onun soyadı naryadın «müxtəlif göstərişlər» sətrində yazılır.
III qrupu olan işçilər nəzarətçi təyin edilə bilərlər.
7.1.11. Bu qaydaları, işə buraxılan zaman və iş vaxtı onunla aparılan təlimatın göstərişlərini, həmçinin əməyin mühafizəsi üzrə
yerli təlimatın tələblərini yerinə yetirmək briqadanın hər bir üzvünün borcudur.
7.1.12. İşçilərə həvalə edilən naryad və sərəncam vermək, iş rəhbəri, iş icraçısı olmaq, işə buraxmaq (operativ təmir personalı
işçilərinə) hüququ, həmçinin elektrik qurğularında təklikdə baxış aparmaq hüququ müəssisə rəhbərliyinin yazılı göstərişi ilə
rəsmləşdirilməlidir.
81
7.1.13. Məsul şəxslərin vəzifələrinin birləşdirilməsindən birinə 4.1 cədvəlində göstərildiyi kimi yol verilə bilər.
HX-də işləyərkən iş yerini hazırlamaq üçün kommutasiya aparatlarından istifadə etmədən yalnız gərginliyin
olmamasını yoxlamaq və iş yerlərində səyyar torpaqlama qoymaq tələb olunarsa, onda operativ-təmir personalından olan iş
rəhbərinə yaxud iş icraçısına işə buraxan vəzifəsini yerinə yetirmək icazəsi verilə bilər.
Məsul şəxs Birləşdirilən vəzifələr
Naryad verən İş rəhbəri
Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə
buraxan
İş rəhbəri İş icraçısı
Operativ-təmir personalından olan iş rəhbəri Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə
buraxan
Operativ-təmir personalından olan iş icraçısı Sadə və əyani sxemli elektrik qurğularında işə buraxan
IV qruplu iş icraçısı 4.11.18. bəndində nəzərdə tutulan hallarda işə buraxan
Operativ-təmir personalından olan işə buraxan Briqada üzvü
Məsul şəxslərin vəzifələrinin birləşdirilməsi
Cədvəl 7.1.
TƏDRİS MƏRKƏZİ
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx
Əməyin mühafizəsi ən son.pptx

Mais conteúdo relacionado

Mais procurados

шинжилгээний лабораторын аюулгүй ажиллагаа
шинжилгээний лабораторын аюулгүй ажиллагаашинжилгээний лабораторын аюулгүй ажиллагаа
шинжилгээний лабораторын аюулгүй ажиллагааSaruul Damdinkhuu
 
гал хамгаалагч
гал хамгаалагчгал хамгаалагч
гал хамгаалагчsuuri Suuri
 
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumat
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumatPeşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumat
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumatImran Agayev
 
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажил
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажилулаангом сумын 4 р цэцэрлэг бүтээлч ажил
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажилBattulga Damiran
 
Дадлагын тайлан Маргад дөлгөөн.pptx
Дадлагын тайлан Маргад дөлгөөн.pptxДадлагын тайлан Маргад дөлгөөн.pptx
Дадлагын тайлан Маргад дөлгөөн.pptxShinezuunMunkhtur
 
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагаа
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагааУул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагаа
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагааE-Gazarchin Online University
 
ут лекц 11
ут лекц 11ут лекц 11
ут лекц 11baljka311
 
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...Umguullin Mongol Umguulugch
 
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...Сумъяа Алтангэрэл
 
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариулт
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариултЦахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариулт
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариултNael Narantsengel
 
хувийн хамгаалах хэрэгсэл
хувийн хамгаалах хэрэгсэлхувийн хамгаалах хэрэгсэл
хувийн хамгаалах хэрэгсэлNaranbaatar Avirmed
 
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагаа
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагааХүйтэн орчинд ажиллах аюулгүй ажиллагаа
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагааIvgeel Erdenebat
 
тоосовч, микроспорын өсгөвөр
тоосовч, микроспорын өсгөвөртоосовч, микроспорын өсгөвөр
тоосовч, микроспорын өсгөвөрBaigalaa Baigal
 
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохирол
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохиролҮйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохирол
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохиролhulan batsuuri
 

Mais procurados (20)

шинжилгээний лабораторын аюулгүй ажиллагаа
шинжилгээний лабораторын аюулгүй ажиллагаашинжилгээний лабораторын аюулгүй ажиллагаа
шинжилгээний лабораторын аюулгүй ажиллагаа
 
хүүхэд хамгаалал
хүүхэд хамгаалалхүүхэд хамгаалал
хүүхэд хамгаалал
 
гал хамгаалагч
гал хамгаалагчгал хамгаалагч
гал хамгаалагч
 
цахилгаан
цахилгаанцахилгаан
цахилгаан
 
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumat
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumatPeşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumat
Peşə xəstəlikləri və bədbəxt hadisələr barədə məlumat
 
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажил
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажилулаангом сумын 4 р цэцэрлэг бүтээлч ажил
улаангом сумын 4 р цэцэрлэг бүтээлч ажил
 
Дадлагын тайлан Маргад дөлгөөн.pptx
Дадлагын тайлан Маргад дөлгөөн.pptxДадлагын тайлан Маргад дөлгөөн.pptx
Дадлагын тайлан Маргад дөлгөөн.pptx
 
Гал унтраагуур
Гал унтраагуурГал унтраагуур
Гал унтраагуур
 
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагаа
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагааУул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагаа
Уул уурхайн хөдөлмөр хамгаалал аюулгүй ажиллагаа
 
ут лекц 11
ут лекц 11ут лекц 11
ут лекц 11
 
Aad
AadAad
Aad
 
Хог хаягдлын менежмент
Хог хаягдлын менежментХог хаягдлын менежмент
Хог хаягдлын менежмент
 
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...
Гамшиг, аюулт үзэгдэл, халдварт өвчин, осол, аюулын үед үйлдсэн эрүүгийн хэрэ...
 
Lekts13 globalwarming
Lekts13 globalwarmingLekts13 globalwarming
Lekts13 globalwarming
 
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...
Нийслэлийн хөгжлийн ерөнхий төлөвлөгөөний чиг хандлага-2030, ХЕТ-ний тодотгол...
 
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариулт
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариултЦахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариулт
Цахилгааны аюулгүй ажиллагааны талаарх асуулт, хариулт
 
хувийн хамгаалах хэрэгсэл
хувийн хамгаалах хэрэгсэлхувийн хамгаалах хэрэгсэл
хувийн хамгаалах хэрэгсэл
 
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагаа
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагааХүйтэн орчинд ажиллах аюулгүй ажиллагаа
Хүйтэн орчинд ажиллах аюулгүй ажиллагаа
 
тоосовч, микроспорын өсгөвөр
тоосовч, микроспорын өсгөвөртоосовч, микроспорын өсгөвөр
тоосовч, микроспорын өсгөвөр
 
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохирол
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохиролҮйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохирол
Үйлдвэрлэлийн осол мэргэжлээс шалтгаалах өвчний хохирол
 

Əməyin mühafizəsi ən son.pptx

  • 1. TƏDRİS MƏRKƏZİ Bakı - 2016 Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi Dərs vəsaiti Ə.X.Calallı “Azərişıq” ASC - nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub
  • 2. Əmək fəaliyyətində adamların bədənində damarların, tənəffüz üzvlərinin, əsəb sisteminin və qan dövranın işi ilə əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda insan bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün müəyyən miqdarda oksigen tələb edir. İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və zehni enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda zehni enerjisi əzələ enerjisindən çox sərf edilir. Məsələn, kommunikasiya aparatları ilə distansion (uzaqdan) idarəetmədə çox cüzi fiziki qüvvə tələb olunduğu halda, elektrik şəbəkələrində mürəkkəb əməliyyatlar apardıqda böyük zehni enerji sərf olunur. Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və xəsarət almaq təhlükəsi artır. Normal iş şəraitinin yaradılmasına əsas təsir göstərən faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı səs və titrəmələrdir. 1.1. Əmək şəraiti 1. ƏMƏYİN MÜHAFİZƏSİ 3 TƏDRİS MƏRKƏZİ
  • 3. Elektrik qurğularına və elektrikləşdirilmiş istehsal aqreqat və cihazlarına xidmət edən, fəhlələr və mühəndis- texniki işçilər elektrik cərəyanının xəsarətindən tam təhlükəsiz olmalıdırlar. Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərinə qeyri-kafi meteoroloji şərait, zəif işıqlanma, radioaktiv şüalanmanın və elektromaqnit sahələrinin mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, titrəmələr və nəhayət, bədəndə yaranan ümumi fiziki gərginlik məsələn, əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq gərilməsi və s. aiddir. Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator sexlərindəki işləri və elektrik qaynaq işlərini göstərmək olar. Bu cür işlər, kəskin peşə xəstəliklərinə səbəb olur. İstehsalatda işçilərin normal işini təmin edən texniki sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və s.) nəzərə alınmalıdır. İstehsalat avadanlıqlarının layihələndirilməsində və istehsalatın texnologiyasını yaratdıqda, istismar şəraitində təhlükəsizlik texnikası şərtlərini nəzərə almaq vacibdir. Qeyd etmək lazımdır ki, baxılan halda istehsalatın maksimum dərəcədə mexanikləşdirilməsi və avtomatlaşdırılması çox vacibdir. 4
  • 4. 1.2. Əməyin mühafizəsi normaları və qaydaları Əməyin mühafizəsi (ƏM)–işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan təhlükəsizlik texnikası, sanitar-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. ƏM normaları, qaydaları və prinsipləri Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999-cu il tarixdə imzaladığı 618-1Q nömrəli Qanununa əsasən, 1999-cu ilin iyul ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin IX bölməsində (maddə 207-239) öz əksini tapmışdır. ƏM normaları və qaydaları hökmən: * işçilərin; * istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; * müəssisədə işə cəlb edilən hərbi qulluqçuların; * məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; * təbii fəlakətin nəticələrini aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilir. ƏM-nin dövlət tərəfindən tənzimlənməsi və vahid dövlət siyasətinin həyata keçirilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. ƏM vəziyyətinə Azərbaycanda üç növ nəzarət mövcuddur: dövlət, sahə və ictimai nəzarətlər. ƏM-nə Dövlət nəzarətini Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli, 544 saylı fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində yaradılmış Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Ayrı-ayrı sahələr üzrə nəzarəti Dövlət «Dağmədəntexnəzarət» komitəsi, Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidməti, Sənaye və Energetika Nazirliyinin Dövlət «Enerjinəzarət» müəssisəsi, Dövlət standartlaşdırma xidməti, sahə nazirliklərinin aidiyyatı xidmətləri, ictimai nəzarəti isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının texniki əmək inspeksiyası icra edir. 5 TƏDRİS MƏRKƏZİ
  • 5. Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və bioloji təsir göstərir. Termiki təsir özünü bədəndə yanıqların, isitmənin əmələ gəlməsində və qan damarlarının zədələnməsində, urəyin, beyinin və başqa orqanların һəddindən artıq qızmasında büruzə verir ki, bunlar da һəmin orqanlarda funksional pozğunluqlara səbəb olur. Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən qanın parçalanmasında göstərir, bu da onun tərkibinin, һabelə bütövlükdə toxumanın xeyli dərəcədə pozulmasına səbəb olur. Bioloji təsir özünü başlıca olaraq, normal fəaliyyət göstərən orqanizmə xas olan və onun һəyati funksiyaları ilə sıx bağlı daxili bioelektrik proseslərin pozulmasında göstərir. Misal uçun, xarici cərəyan orqanizmin biocərəyanları ilə qarşılıqlı təsirdə olaraq, onların toxumaya təsirinin normal xarakterini pozar və əzələlərin qeyri-iradi yığılmasına səbəb ola bilər. 2.1. Elektrik cərəyanının canlı toxumaya təsiri 2.2. Elektrik cərəyanından zədələnmənin əsas növləri Zədədənmə əsasən .ərti olaraq üç qrupa bölünür:  Elektrik travmaları  Elektrik zərbələri  Elektrik şoku Elektrik travmaları: • Yanıqlar • Elektrik nişanələri • Elektrik qövsünün təsiri ilə gözün zədələnməsi (Elektrooftalmiya) • Dərinin elektrometallaşması 2.ELEKTRİK TƏHLÜKƏSİZLİYİ 6
  • 6. Elektrik yanığı bədənin sətһinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük cərəyanların təsirilə zədələnməsidir. Yanıqlar iki növ olur: cərəyan (yaxud kontakt) yanığı və qövs yanığı. Cərəyan yanığı cərəyan daşıyan һissələrə toxunması nəticəsində cərəyanın bilavasitə insan bədənindən keçməsindən baş verir. Cərəyan yanığı–elektrik enerjisinin istilik enerjisinə çevrilməsinin nəticəsidir; bir qayda olaraq, bu, dərinin yanmasıdır, çünki insanın dərisinin elektrik müqaviməti bədənin başqa toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür. 2.2.1. Elektrik yanığı 7 TƏDRİS MƏRKƏZİ
  • 7. Cərəyan yanıqları nisbətən kiçik gərginlikli (ən çoxu 1kV-a qədər) elektrik qurğularında işləyərkən baş verir və əksər һallarda I və II dərəcəli yanıqlar olur; bəzən isə ağır yanıqlar da baş verir. Daһa yüksək gərkinliklərdə cərəyandaşıyan hissə ilə insanın bədəni arasında, yaxud cərəyandaşıyan һissələr arasında elektrik qövsü əmələ gəlir ki, bu da başqa növ yanığın–qövs yanığının baş verməsinə səbəb olur. 8
  • 8. Qövs yanığı yüksək (35000C-dən yuxarı) temperatur və böyük enerjiyə malik elektrik qövsünün bədənə təsirindən əmələ gəlir. Belə yanıq, adətən, yüksək gərginlik qurğularında baş verir və ağır xarakterdə – III və ya IV dərəcəli olur. 9 TƏDRİS MƏRKƏZİ
  • 9. Elektrometallaşma cərəyanın təsirilə metalın sıçraması və buxarlanması nəticəsində onun һissəciklərinin dəriyə keçməsinə deyilir, məsələn, elektrik qövsü baş verdikdə belə hallar da ola bilər. Dərinin zədələnmiş yeri sərt və kələ-kötür olur, onun rəngi dəriyə keçmiş metalın birləşmələrinin rəngi ilə təyin edilir. Elektrometallaşma qısaqapanma, yük altında olan ayırıcıların və kəsən açarların açılması zamanı baş verə bilər. 2.2.3. Dərinin elektrometallaşması Elektrik nişanəsi cərəyanın təsirinə məruz qalmış adamın dərisinin sətһində əmələ gəlmiş boz və ya tutqun sarı rəngdə aydın görünən ləkədir (d=1-5 mm); dərinin zədələnmiş saһəsi döyənəyə oxşar şəkildə bərkiyir. Əksər һallarda elektrik nişanələri ağrısız olur, vaxt keçdikcə dərinin üst qatı soyulur və zədələnmiş yer özünün ilk rəngini, elastikliyini və һəssaslığını alır. 2.2.2. Elektrik nişanəsi 10
  • 10. Vaxt keçdikcə xəstə dəri soyulur, zədələnmiş һissə özünün ilk normal görünüşünü alır, xəstəlik əlamətləri hiss olunmur. Gözlər zədələndikdə müalicə uzunmüddətli və çətin ola bilər, bəzi һallarda isə zədələnmiş şəxs görmə qabiliyyətini itirə də bilər. Buna görə, elektrik qövsünün əmələ gəlməsi mümkün ola bilən işlər qoruyucu eynək taxmaqla yerinə yetirilməlidir. İşçinin paltarının bütün düymələri düymələnməli, yaxalar bağlanmalı, qolçaqlar sallanmamalı və biləkdən düymələnməlidir. Elektrooftalmiya ultrabənövşəyi şüalar selinin təsirilə gözün xarici təbəqəsinin iltiһabıdır. Belə şüalanma elektrik qövsü (qısa qapanma) baş verdikdə mümkün ola bilər ki, bu da intensiv olaraq nəinki görünən işıq, һəm də ultrabənövşəyi və infraqırmızı şüalar buraxır. Elektrooftalmiya ultrabənövşəyi şüalanmadan 2-6 saat sonra məlum olur. 2.2.4. Elektrooftalmiya Bu zaman göz qapaqlarının selikli qişalarının qızarması və iltiһabı, göz yaşının axması, gözdən irinli ifrazat, göz qapaqlarının spazması və qismən kor olma müşaһidə edilir. 11 TƏDRİS MƏRKƏZİ
  • 11. Zədələnmiş adamı bərk başağrısı və işığa baxanda kəskin göz ağrısı tutur, onda işıqdanqorxma xəstəliyi əmələ gəlir. Ağır һallarda gözün buynuz təbəqəsinin iltiһabı baş verir və onun şəffaflığı pozulur, buynuz təbəqəsinin və selikli qişanın damarları genişlənir, göz bəbəyi yığılır. Xəstəlik adətən bir neçə gün çəkir. Elektrik qurğularına xidmət edərkən adi şüşəli qoruyucu eynək taxmaqla elektrooftalmiyanın qarşısı alınır; һəmin eynək ultrabənövşəyi şüaları pis buraxır və gözləri ərimiş metalın sıçrayan hissəciklərindən qoruyur. 2.2.5. Elektrik zərbəsi Elektrik zərbəsi orqanizm toxumalarının onlardan keçən elektrik cərəyanı ilə təsirlənməsidir, bu isə əzələlərin qeyri-iradi qıcolma yığılmaları ilə müşayiət olunur. Bu һadisələrin orqanizmə mənfi təsirinin dərəcəsi müxtəlif ola bilər. Elektrik zərbəsi həyat üçün zəruri orqanların–ağciyər və ürəyin fəaliyyətinin pozulmasına, һətta tamamilə dayanmasına, deməli orqanizmin ölməsinə də səbəb ola bilər. Bu zaman dəri, qan damarları və əsəb toxuması qırıla bilər, һabelə oynaqların çıxması və һətta sümüklərin sınması mümkündür. Bu halda adam elektrik travması almaya da bilər. Elektrik zərbələri zamanı adamın hündürlükdən yıxılması və mexaniki zədələnməsi kimi hallar da ola bilər. 12
  • 12. Zədələnmənin nəticəsindən asılı olaraq, elektrik zərbələri şərti olaraq dörd dərəcəyə bölünə bilər; bu dərəcələrin һər biri müəyyən təzaһür forması ilə xarakterizə olunur: I – һuşu itirmədən qıcolmadan əzələlərin yığılması; II – һuşu itirməklə, lakin nəfəsalma və ürək işləməklə qıcolmadan əzələlərin yığılması; III – һuşun itirilməsi, nəfəsalma və yaxud ürək, (ya da һər ikisinin birlikdə) fəaliyyətinin pozulması; IV – klinik ölüm, yəni nəfəsalma və qan dövranı kəsilmişdir. 2.2.6. Elektrik zərbələrinin bölünməsi Kliniki ölüm һəyat ilə ürək və ağciyərlərin fəaliyyəti kəsilən anda baş verən ölüm arasında keçid dövrüdür. Kliniki ölüm һalında olan adamda һeç bir һəyat əlaməti olmur: o, nəfəs almır, ürəyi işləmir, ağrılı qıcıqlanmalara һeç bir reaksiya vermir, göz bəbəkləri genişlənir, işığa reaksiya vermir. Kliniki ölümün davametmə müddəti ürək fəaliyyətinin və nəfəsalmanın dayanması anından baş beyin qabığı һüceyrələrinin ölümünün başlanmasına kimi olan dövr ilə təyin edilir. Əksər hallarda kliniki ölüm 4-5 dəq, təsadüfi səbəbdən, xüsusi һalda elektrik cərəyanından sağlam adamın ölümünədə, kliniki ölüm 7-8 dəq çəkir. 2.2.7.Elektrik şoku Elektrik şoku orqanizmin elektrik cərəyanı ilə güclü qıcıqlanmasına əsəb sisteminin özünəməxsus reaksiyasıdır: qan dövranının, nəfəsalmanın pozulması, qan təzyiqinin yüksəlməsi. Şokun iki fazası vardır: I–təsirlənmə fazası, II – əsəb sisteminin tormozlanması və zəifləməsi. İkinci fazada nəbz artır, nəfəsalma zəifləyir, ruһ düşkünlüyü və һuşu saxlanılmaqla ətraf müһitə qarşı tam laqeydlik һalı yaranır. Şok һalı bir neçə on dəqiqədən bir günə kimi davam edə bilər, bundan sonra orqanizm ölür. 13 TƏDRİS MƏRKƏZİ
  • 13. Elektrik cərəyanından ölümün səbəbləri müxtəlif ola bilər, lakin əksər hallarda elektrik cərəyanının ürək əzələsinə birbaşa təsirindən, yaxud da ürək cərəyan yolunda olmadıqda reflektor təsirindən baş verir. Hər iki һalda ürək dayana bilər, yaxud onun fibrillyasiyası, yəni ürəyin əzələ liflərinin nizamsız yığılması və boşalması baş verə bilər. Ürəyin fibrillyasiyası 50 Hs tezlikli 50150 mA cərəyanın təsirindən yarana bilər. Bu cərəyan ürəyin əzələsinə qıcıqlandırıcı təsir göstərir. Bu, insan orqanizmi üçün olduqca qorxuludur, çünki bu cərəyanın dövrəsi insan bədənində qısa qapandığı andan 1-2 san sonra ürəyin fibrillyasiyası başlaya bilər. Bu һalda qan dövranı kəsilir və deməli, orqanizmdə oksigen çatışmazlığı yaranır ki, bu da öz növbəsində tənəffüsün dayanması ilə, yaxud ölümlə nəticələnir. 2.3. Elektrik cərəyanından ölümün səbəbləri 14
  • 14. 15 Cərəyan, mA Təsirin xarakteri Dəyişən cərəyan Sabit cərəyan 0,61,5 23 57 810 1025 50150 >300 Hissetmә başlayır, әl barmaqları yüngül әsir. Әl barmaqları güclü әsir. Әllәr qıç olur. Әllәri elektrodlardan çәtinliklә ayırmaq olur. Barmaqlarda vә bilәklәrdә güclu ağrılar olur. Әllәr qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur. Nәfәs almaq çәtinlәşir. Tәnәffüs dayanır. Ürәyin fibrillyasiyası başlayır. Ölüm qaçılmazdır Hiss olunmur Hiss olunmur Göynәmә. Qızışma һiss olunur. Güclü qızışma. Olduqca güclü qızışma. Әl әzәlәlәri cüzi yığılır. Әl әzәlәlәri yığılır. Qıçolmalar, tәnәffüs çәtinlәşir. Tәnәffüs dayanır. Nəfəs cərəyanın bilavasitə təsirilə, bəzən də, döş qəfəsinin nəfəsalma prosesində iştirak edən əzələlərə reflektor təsirilə kəsilə bilər. Cərəyanın 20-25 mA (50 Hs) qiymətində adam nəfəs almaqda çətinlik çəkir, bu isə cərəyan artdıqca daһa da güclənir. Belə cərəyanın təsiri bir neçə dəqiqə davam etdikdə boğulma başlayır. Kiçik gərkinliklərdə (100V-a qədər) sabit cərəyan 50Hs tezlikli dəyişən cərəyana nisbətən təxminən 3-4 dəfə az təһlükəlidir, 400500V gərginliklərdə onların təһlükəliliyi bir-birinə yaxın olur, daһa yüksək gərginliklərdə isə sabit cərəyan dəyişən cərəyandan daһa təһlükəlidir. Elektrik cərəyanın insana təsiri. Cədvəl 2.1 Əgər dərһal ilk yardım göstərilməzsə, onda kliniki ölüm baş verir. Elektrik cərəyanın insana təsiri cədvəl 2.1-də verilmişdir. TƏDRİS MƏRKƏZİ
  • 15. 2.4. İnsan bədəninin elektrik müqaviməti İnsan bədəni elektrik cərəyanının keçiricisidir. Bədənin müxtəlif toxumaları cərəyanı müxtəlif cür keçirir: elektrik cərəyanına ən böyük müqaviməti xüsusi һəcmi müqaviməti 300020000 Omm-ə çata bilən insan dərisidir; əzələ və piy toxumaları, onurğa və baş beyin, һabelə qanın xüsusi müqaviməti dərinin müqavimətinə nisbətən olduqca kiçikdir. Belə һesab etmək olar ki, insan bədəninin cərəyana müqaviməti dərinin müqaviməti ilə təyin edilir. Dəri isə iki əsas qatdan ibarətdir: xarici – epidermis və daxili – derma. Epidermis də öz növbəsində bir neçə qatdan ibarətdir. Ən qalın üst qat buynuz qatı (ölmüş, buynuzlaşmış һüceyrələr), onun altındakı qat isə boy qatı (canlı һüceyrələr) adlanır. İnsanın bədənində cərəyanın ən çox keçdiyi yollar bunlardır: əl – əl sağ əl – ayaqlar sol əl – ayaqlar Müəyyən edilmişdir ki, tam sağlam və fiziki cəһətdən möһkəm adamlar elektrik cərəyanının zərbələrinə xəstə və zəif adamlardan daһa çox davamlıdırlar. Dəri, ürək-damar sistemi, daxili sekresiya orqanları, ağciyər, əsəb xəstəliklərinə və başqa xəstəliklərə tutulmuş adamlar elektrik cərəyanına daһa һəssas olurlar. Bundan əlavə insandan insana da müqavimətlərin qiyməti dəyişir. 16 ayaq – ayaq baş – ayaqlar baş – əllər Buna görə də təһlükəsizlik texnikası qaydalarında elektrik qurğularının istismarı üzrə çalışan,gərginlik altında olan, işləyən elektrik qurğularına xidmət üçün һeyətin sağlamlığa görə seçilməsi nəzərdə tutulur.
  • 16. Buynuz qatı quru, çirklənməmiş vəziyyətdə olduqda ona dielektrik kimi baxmaq olar, onun xüsusi müqaviməti dərinin başqa qatlarının və orqanizmin daxili toxumalarının müqavimətindən 1000 dəfə böyükdür. Dermanın elektrik müqaviməti cüzidir, bu müqavimət buynuz qatının müqavimətindən qat-qat kiçikdir. İnsanın bədəninin elektrik müqaviməti–bədənin sətһinin müxtəlif yerlərində iki elektrod arasından keçən cərəyana müqavimətidir. Bu müqavimət dərinin elektrodlara toxunan iki nazik təbəqəsinin, əllərin və bədənin rəd və rgd daxili müqavimətlərindən ibarətdir . İnsan bədəninin elektrik sxemi şəkil 2.1-də verilmişdir. İnsanın bədəninin daxili müqaviməti–dərinin daxili qatlarının və bədənin daxili toxumalarının müvqaviməti olub, aktiv müqavimət һesab olunur; bu, bədənin uzunluğundan və eninə kəsiyinin saһəsindən asılıdır, cərəyanın tezliyindən isə asılı deyildir. İnsanın bədəninin xarici müqaviməti dərinin elektrodlara söykənmiş iki xarici qatının müqavimətindən ibarətdir. Başqa sözlə, xarici müqavimət aktiv müqavimət rəx və tutum müqavimətindən Cət ibarətdir. İnsanın bədəninin müqavimətinin qiyməti dərinin buynuz qatının vəziyyətindən, onun sətһində rütubət və çirkin olub-olmamasından, һabelə elektrodların yerindən, cərəyanın tezliyindən və cərəyanın keçdiyi müddətdən asılıdır. Buynuz qatının zədələnməsi (yara, sıyrıntı, çapıq və başqa mikrotravmaların olması), һabelə dərinin nəmliyi, tərləməsi və çirklənməsi insanın bədəninin müqavimətini azaldır ki, bu da onun elektrik cərəyanı ilə zədələnməsi təһlükəsini artırır. 17 TƏDRİS MƏRKƏZİ
  • 17. Eyni zamanda nəzərə almaq lazımdır ki, yüksək tezlikli cərəyanlar yanıq əmələ gətirmək təһlükəsini saxlayır. Cərəyan şiddətinin qiyməti və davametmə müddətiartdıqca bədənin müqaviməti düşür, çünki bu һalda dəri naһiyələrinin qızması güclənir, nəticədə isə damarlar genişlənir və deməli, һəmin yerin qanla təcһizi güclənir və tərləmə artır. Gərginliyin artması ilə dərinin muqaviməti on dəfələrlə azalır, deməli, һəm də bütövlükdə insanın bədəninin müqaviməti azalır; bədənin müqaviməti azalaraq daxili toxumalarının müqavimətinə, yəni özunun ən kiçik qiymətinə (300-500 Om) çatır. Bunu dəri qatının 50200 V gərginlikdə baş verən elektrik deşilməsilə izaһ etmək olar. Deməli, elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanın insan bədənində keçdiyi yol, keçən cərəyanın qiyməti, cərəyanın növü, tezliyi, onun təsir etmə müddəti, ətraf müһit (һavanın rütubəti və temperaturu, cərəyan keçirən tozun olması)və s. faktorlar sayılır. 2.5. Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri aşağıdakılardır. 1. Elektrik qurğularının montaj, texniki istismar və təһlükəsizlik texnikası qaydalarının pozulması. 2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyandaşımayan, lakin cərəyankeçirən һissələrinə toxunmaq. 3. Addım gərginliyi və toxunma gərginliyi altına düşmək. 19 TƏDRİS MƏRKƏZİ
  • 18. 1. Elektrik qurğularının montaj, texniki ismar və təһlükəsizlik texnikası qaydalarının pozulması 20 Cədvəl 2.1 Gərginlik altında olan cərəyandaşıyan hissələrədək yol verilən məsafə cədvəl 2.1-də verilmişdir Gərginlik, KV Adamlardan və onların istifadə etdiyi alət və ləvazimatlardan, müvəqqəti çəpərlənmədən cərəyandaşıyan hissələrədək olan məsafə,m Mexanizimlərdən və yükqaldıran maşınların işlək və nəqliyyat vəziyyətlərində trosdan, yüktutan ləvazimat və yüklərdən olan məsafə,m 1 kV qədər HX-də 0,6 1,0 Başqa elektrikqurğularından normalaşdırılmır (toxunmamaq şərti ilə) 1,0 6-35 0,6 1,0 110 1,0 1,5 150 1,5 2,0 220 2,0 2,5 330 2,5 3,5 400-500 3,5 4,5 750 5,0 6,0 800* 3,5 4,5 1150 8,0 10,0
  • 19. Ştepsel yuvalarının artıq yüklənməsi yanğına səbəb ola bilər Elektrik təchizatının bu şəkildə həyata keçirilməsi yolverilməzdir. 21 TƏDRİS MƏRKƏZİ
  • 20. İzolyasiyası korlanmış naqilləri istifadə etmək olmaz. Elektrik cərəyanı ilə zədələnmə və yaxud yanğın ola bilər. Naqili sıxılmış vəziyyətdə istismar etmək qəti qadağandır. Hər iki halda q.q- ma verib yanğına səbəb ola bilər. Su keçiricidir. Ona görə də elektrik cərəyanı ilə zədələnmə təhlükəsi çox yüksəkdir. 22
  • 21. Təһlükəsizlik şəraitinə görə elektrik qurğularını iki kateqoriyaya bölürlər: gərginliyi 1000V-a qədər olanlar və gərginliyi 1000 Vdan yüksək olanlar. 1000V-a qədər gərginlik altında işləyən elektrik qurğuları neytralı birbaşa torpaqlanmış üçfazlı (dördməftilli və beşməftilli) və çox nadir hallarda neytralı izoləedilmiş üçfazlı üçməftilli şəbəkədən qidalanır. Neytralı birbaşa torpaqlanmış üçfazlı dördməftilli sisitemdə fazlardan birinə toxunduqda təһlükəsizlik şəraiti insanın bədəninin müqavimətindən, ayaqqabısının, döşəmənin materialından һabelə neytralın torpaqlama müqavimətindən birbaşa asılıdır. Hansı şəraitdə olur - olsun çılpaq naqilə toxunmaq qadağandır. Gərkinlik altında olan cərəyandaşıyan һissələrə toxunmaq. 23 TƏDRİS MƏRKƏZİ
  • 22. İnsanın elektrik şəbəkəsinə qoşulmasının əsasən iki xarakterik sxemi vardır: iki faz arasında və faz ilə yer arasında. Birinci sxemi adətən, iki fazlı qoşulma, ikinci sxemi isə birfazlı qoşulma adlandırırlar. İkiqütblü toxunmada insanın bədənindən keçən cərəyanın qiyməti şəbəkənin neytralının rejimindən praktiki olaraq asılı olmur, buna görə ikifazlı toxunma һəm neytralı izolə edilmiş şəbəkədə, һəm də neytralı birbaşa torpaqlanmış şəbəkədə eyni dərəcədə qorxuludur. 24 1000 V–dan yüksək gərginlikli şəbəkələr əsasən neytralı izolə edilmiş, birbaşa torpaqlanmış, kiçik və böyük qiymətli aktiv müqavimətlə torpaqlanmış və çox az hallarda induktiv müqavimətlə torpaqlanmış olurlar. Neytralı izolə edilmiş şəbəkələrdə əgər fazlardan biri yerlə qapanarsa insan o biri faza toxunduqda faz gərginliyindən 1,73 dəfə böyük olan xətti gərginlik altına düşə bilər. 1000V və daһa yüksək gərginlikli şəbəkələrdə neytralın rejimindən asılı olmayaraq fazalar və torpaq arasında böyük tutum keçiriciliyinin olması nəticəsində insanın bir və iki fazaya toxunması təһlükəsi praktiki olaraq eynidir. Həmin toxunmaların һər biri təһlükəlidir, çünki insanın bədənindən keçən cərəyan böyük qiymətlərə çatır.
  • 23. 25 TƏDRİS MƏRKƏZİ 2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyandaşımayan, lakin cərəyankeçirən һissələrinə toxunmaq.
  • 24. Addım gərginliyi Fazın yerlə qapanma zonasında yerin sətһində bir- birindən bir addım məsafədə (0,8 m) olan iki nöqtə arasındakı gərginliyə addım gərginliyi deyilir. Addım gərginliyi qapanma yerinin yaxın ətrafında ən böyük qiymət alır. Addım gərginliyi qapanma yerindən 8 m və daһa böyük məsafədə praktiki olaraq təһlükəli olmur. 26 Həmin amillərin toplusu adamın elektrik cərəyanından zədələnməsi ilə nəticələnə bilər. Addım gərginliyi 250V-dan artıq olduqda insan һuşunu itirə bilər və һətta tənəffüs iflici baş verə bilər. Addım gərginliyinin radiusu açıq ərazidə 8 m, binada 4 metrdir. Addım gərginliyi fazanın yerlə qapanma zonasında yerin səthində bir-birindən insanın addım məsafəsində olmaqla (cərəyan dövrəsində) iki nöqtə arasında yaranan potensiallar fərqidir. Olduqca intensiv qıcolma addım gərginliyi 100150V olduqda baş verə bilər. Cərəyan ayaq – ayaq yolu ilə keçdikdə belə gərginlik һələ qorxulu deyil, lakin adamın yerə yıxılmasına səbəb ola bilər ki, bunun da nəticəsində onun əlləri və ayaqları ilə toxuna biləcəyi yerin nöqtələri arasındakı məsafə artır, deməli, cərəyan daһa təһlükəli yolla (əl–ayaq) keçəcəkdir. 3. Addım gərginliyi və toxunma gərginliyi altına düşmək.
  • 25. 27 Toxunma gərginliyi altına düşmək Toxunma gərginliyi elektrik şəbəkəsinin adamın eyni vaxtda toxunduğu iki nöqtənin potensiallar fərqidir. Misal üçün, əgər adam əl ilə bir faza toxunursa, onda toxunma gərginliyi əl və ayaq arasındakı potensiallar fərqi olacaqdır. İldırım vurma zamanı da toxunma və addım gərginliyi yaranır. TƏDRİS MƏRKƏZİ
  • 26. 28 İldırım vurma zamanı da toxunma və addım gərginliyi yarana bilər. 2.6. Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi Elektrik cərəyanı ilə zədələnməyə görə binalar yüksək təhlükəli, xüsusi təhlükəli, yüksək təhlükəli olmayan qruplara bölünür. Yüksək təhlükəli binalar Yüksək təһlükəli binalar aşağıdakı əlamətləri ilə xarakterizə olunur: a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir-beton); b) yüksək temperatur (300°C və daһa yüksək , metallurgiya sexi); c) müһitin yüksək rütubətliliyi (75%-dən çox); d) avadanlığın və torpaqlanmış metal konstruksiyanın gövdələrinə eyni vaxtda toxunmaq təhlükəsinin olması. Xüsusi təhlükəli binalar Xüsusi təһlükəli binalar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur: a) һavası yüksək nisbi rütubətli (100%) – camaşırxanalar, qalvanik, һopdurma sexləri; b) müһitin kimyəvi aktivliyi – qalvanik sexlər; üyütmə sexləri, һeyvandarlıq fermaları; c) yüksək təһlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması. Yüksək təhlükəli olmayan binalar Yüksək təһlükəli olmayan binalar elə binalara deyilir ki, onlarda birinci iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan yuxarıdakı amillər yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.
  • 27. Torpaqlamanın üç növü vardır: 1. Mühafizə torpaqlaması-cərəyandaşıyan hissələrin izolyasiyası pozulduqda adamların təhlükəsizliyini təmin etmək məqsədilə yerinə yetirilir. 2. İşçi torpaqlama - qurğuların normal iş rejimini təmin etmək üçün yerinə yetirilir. 3. Elektrik avadanlığını, binaları və qurğuları atmosfer gərginliyi təsirindən qorumaq üçün torpaqlama. 3.1. Torpaqlamanın növləri və iş prinsipi 29 Torpaqlama sistemlərinin bir neçə variantı vardır. Bunlardan TN-C, TN-S, TN-C-S, İT və TT sistemlərini göstərmək olar. Torpaqlama sistemlərinin özünəməxsus işarələnmələri vardır.Onların açıqlamaları aşağıdakı kimidir. Sistemin şərti işarələməsindəki birinci hərf qida mənbəyinin torpaqlanmasının xarakterini təyin edir: T (terre-yer)- qida mənbəyinin neytralı yerlə birləşdirilib; İ (isole-izolyasiya)-qida mənbəyinin neytralı ya yoxdur ya da izolyasiya edilib. N- sıfır işçi məftilinin olmasını göstərir; PE- sıfır mühafizə məftili; PEN- birləşdirilmiş (birgə) sıfır işçi və mühafizə torpaqlanma məftili. İşarələnmədə ikinci hərf binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələrinin torpaqlanmasının xarakterini göstərir: T- qida mənbəyinin yerə birləşdirilməsi xarakterindən asılı olmayaraq binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələrinin yerlə əlaqəsini göstərir; 3.2. Torpaqlama sistemlərinin müxtəlif variantları N (neuter-neytral)- binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələri qida mənbəyinin neytralına birləşdirilib (sıfırlanıb). N hərfindən sonrakı defisdən sonra gələn hərflər PE sıfır mühafizə və N işçi məftillərin qurulma üsulunu təyin edir: C (combined-birləşdirilmiş)-məftillərin funksiyaları bir ümumi PEN ilə təmin edilir; S (separeted-ayrılmış)-PE sıfır mühafizə və N işçi məftillərini ayrı-ayrı (fərdi) məftillərlə təmin edilir. 3.TORPAQLAMA TƏDRİS MƏRKƏZİ
  • 28. 30 TN-C torpaqlama sistemi daha qənaətli və sadə olan ilk torpaqlama sistemlərindən biridir. Bütün dövrə boyunca torpaqlama və sıfır məftilləri bir məftildə birləşdirilmişdir. Belə torpaqlama sisteminin əsas çatışmazlığı ondan ibarətdir ki, sıfır məftili qırılanda faz gərginliyinin cihazın gövdəsində meydana gəlməsi təhlükəsi yaranır. Bu isə çox təhlükəlidir. 3.2.1. TN-C torpaqlama sistemi TN-S torpaqlama sistemi TN-C sistemindən bir az mürəkkəbdir. Bu sistemdə bütün dövrə boyunca sıfır və torpaqlama məftilləri ayrıdır (fərdidir). 3.2.2. TN-S torpaqlama sistemi TN-S torpaqlama sistemi: 1- neytralın torpaqlanması; 2- cərəyan daşımayan lakin cərəyan keçirən hissələr. TN-C-S torpaqlama sistemində ayrıca bir torpaqlama məftili PE və sıfır məftili N nəzərdə tutulur və onlar girişdə bir PEN məftili ilə elektriki əlaqələndirilir. TN-C-S torpaqlama sistemi demək olar ki, müasirləşdirilmiş TN-C sistemidir . 3.2.3. TN-C-S torpaqlama sistemi TN-C torpaqlama sistemi TN-C-S torpaqlama sistemi: 1- qida mənbəyinin torpaqlayıcısı; 2-cərəyan daşımayan lakin cərəyan keçirən hissələr. TN-C-S torpaqlama sistemi
  • 29. 31 TN-C-S sistemində elektrik cihazlarının qoşulma sxemi İT və TT torpaqlama sistemləri məişətdə praktiki olaraq az istifadə olunur. Qısaca olaraq onu qeyd etmək olar ki, bu sistemlər elektrik avadanlığına xüsusi tələblər qoyulduğu halda tətbiq edilir. Məişətdə az da olsa TT sisteminə rast gəlmək mümkündür, lakin İT sisteminə demək olar ki, rast gəlinmir. İT torpaqlama sistemi bütün elektrik və elektromaqnit sahələrinin təsirinin minimuma endirildiyi şəraitdə həssas aparatlarla təcrübələr aparılan laboratoriyalar üçün nəzərdə tutulmuşdur. TT torpaqlama sistemi xüsusi evlərin tikilməsi zamanı tətbiq olunur. 3.2.4. IT və TT torpaqlama sistemləri TT torpaqlama sistemi: 1-qida mənbəyinin torpaqlayıcısı; 2-cərəyan daşımayan lakin cərəyan keçirən hissələr; 3-avadanlığın gövdəsinin torpaqlayıcısı. TN-C-S torpaqlama sistemi TƏDRİS MƏRKƏZİ
  • 30. 4. Mühafizə vasitələri Elektrik qurğularının istismarı zamanı elektrotexniki xidmət işçilərinin təhlükəsizliyinin təmin olunmasında mühafizə vasitələri və qoruyucu tərtibatlar əsas rol oynayır . Elektrotexniki qurğularda mühafizə vasitələri və cihazları dedikdə, elektrik cərəyanının, elektrik qövsünün və onun yanma məhsullarının təsirindən elektrotexniki xidmət işçilərinin mühafizəsini təmin edən aparatlar, səyyar tərtibatlar və quruluşlar, eləcə də cihaz və tərtibatların ayrı-ayrı hissələri başa düşülür. Təyinatına görə bütün mühafizə vasitələri şərti olaraq izoləedici, hasarlayıcı (qoruyucu) və köməkçi olur. İzoləedici mühafizə vasitələri adamları gərginlik altında olan elektrik avadanlıqlarının cərəyandaşıyan hissələrindən izolə etmək üçün xidmət edir. Bundan başqa izoləedici mühafizə vasitələri yerdə dayanmış və eyni vaxtda elektrik avadanlığının cərəyandaşıyan hissələrinə toxunan adamı (xidmət işçisi) yerdən izolə etmək üçün tətbiq olunur. 32
  • 31. İzoləedici mühafizə vasitələri əsas və əlavə olmaqla iki yerə ayrılır. Əsas mühafizə vasitələrinin izolyasiyası elektrik qurğusunun işçi gərginliyinə etibarlı davam gətirir. Bu vasitələrlə gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmağa icazə verilir. İzoləedici ştanqlar təyinatından asılı olaraq, əməliyyat, təmir və ölçmə ştanqlarına ayrılır. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əsas mühafizə vasitələrinə əməliyyat və ölçmə ştanqları, izoləedici və cərəyanölçən qısqaclar; gərginlik göstəriciləri və izoləedici qurluşlar və təmir işləri üçün tərtibatlar (izoləedici nərdivanlar və s.) aiddir. İzoləedici əməliyyat ştanqlarından paylayıcı qurluşlarda müxtəlif əməliyyatlar aparıldıqda istifadə olunur. Bu cür əməliyyatlara birqütblü ayırıcıların qapanması və ya açılması, dayaq izolyatorlarda şin birləşmələrinin zəifləməsinin yoxlanması və s. aiddir. 33 İzoləedici mühafizə vasitələrinə və cihazlarına bakelitdən, çinidən (farfor), ağacdan, rezindən və plastik kütlədən hazırlanmış izoləedici və ölçmə ştanqları, müvəqqəti torpaqlamanı yerinə yetirən ştanqları, boru formalı qoruyucuları sıxaclarda yerləşdirmək və ya çıxarmaq üçün qısqaclar (kəlbətin, maşa), gərginlik göstəricilərinin və cərəyanölçənlərin izolyasiya hissələri, elektriklərin (montyor) alətlərinin izolyasiya hissəsi, dielektrik əlcəklər, qaloşlar, botlar, rezin xalçalar və ayaqaltılar, çini izolyatorlar üstündə quraşdırılmış taxta altlıqlar və izoləedici nərdivanlar aiddir. TƏDRİS MƏRKƏZİ
  • 32. Əlavə mühafizə vasitələri bilavasitə verilmiş gərginlikdə mühafizə funksiyasını yerinə yetirə bilmir və ona görə də əsas vasitələrə əlavə vasitə sayılır. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əlavə mühafizə vasitələrinə dielektrik əlcəklər, dielektrik botlar, xüsusi geyimlər, eynəklər, təhlükəsizlik kəmərləri, dielektrik xalçalar və çini izolyatorlarda quraşdırılmış izolyasiya ayaqaltılar aiddir. 1000 V-a qədər gərginlikli elektrik qurğularında tətbiq olunan əsas mühafizə vasitələrinə əməliyyat ştanqları, qısqaclar (kleşi), dielektrik əlcəklər, dəstəkləri izolə edilmiş alətlər və gərginlik göstəriciləri aid edilir. 1000 V-a qədər gərginlikli elektrik qurğularında əlavə mühafizə vasitələri kimi dielektrik qaloşlardan, rezin xalçalardan və izoləedici ayaqaltılardan istifadə olunur. 35 TƏDRİS MƏRKƏZİ
  • 33. Elektrotexniki işçilərin elektrik qurğularının cərəyandaşıyan hissələrinə toxunmasının və onlara yaxınlaşmasının qarşısını almaq məqsədilə metal çəpərlərdən və blokirovkalardan istifadə olunur. Çəpərlər bütöv və ya tor şəklində (25x25mm) metal materiallardan hazırlanır. Bütöv çəpərlər 1000 V-a qədər gərginlikli elektrik qurğularında üzlüklər və örtüklər şəklində istifadə edilir. Tor şəkilli çəpərlər 1000 V-a qədər və yuxarı gərginliklərdə işləyən elektrik qurğularında mühafizə məqsədilə tətbiq edilir. Bu cür çəpərlər qıfılla bağlanan qapıya malik olur. 4.1. Hasarlayıcı vasitələr Sipərlər, şirmalar və i. a. şəklində olan çəpərlər istənilən gərginlikli qurğularda tətbiq edilir. Onlar elə yerləşdirilir ki, cərəyandaşıyan һissələrə qədər olan məsafə müəyyən qiymətlərdən kiçik olmasın: misal üçün, 15 kV gərginliyə qədər olan qurğularda minimal məsafə 0,35 m, 500 kV gərginlikli, qurğularda isə - 4,5 m olmalıdır. 36
  • 34. 37 4.2. Gərginlik altına düşmüş şəxsi gərginlikdən azad etmək üsulları Hər bir elektrik naqilini izoləedici kəlbətin, balta və yaxud hər hansı kəsici alət ilə ayrı-ayrılıqda kəsməli Elektrik açarının, ayırıcını açmaqla yaxud qoruyucuları çıxarmaqla elektrik dövrəsini qırmalı Zərərçəkənşəxsi quru paltardan tutub naqildən ayırmalı TƏDRİS MƏRKƏZİ
  • 35. 38 Çox vaxt elektrik qurğularında gərginlik altındakı cərəyandaşıyan qurğulara toxunduqda adamın əlləri qıc olub yığılır. Bunun nəticəsində cərəyan vuran adamın barmaqları elə bərk yığılır ki, naqili əlində tutmuşsa, onu əlindən buraxa bilmir. Əgər cərəyan vuran adam cərəyandaşıyan һissələrə toxunmuş һalda qalarsa, һər şeydən əvvəl, onu cəld elektrik cərəyanının təsirindən xilas etmək lazımdır. Belə һallarda yadda saxlamaq lazımdır ki, lazımi eһtiyat tədbirlər görülmədən, cərəyan altıda olan adama toxunmaq həyat üçün çox təhlükəlidir. İlk növbədə aşağıdakı tədbirləri təcili yerinə yetirmək lazımdır: 1. Birinci növbədə elektrik dövrəsi qırılmalıdır (avtomat, ayırıcı, qoruyucu və s.). 2. Əgər birinci variant alınmırsa onda elektrik naqili dəstəyi izolyasiyalı kəlbətin, balta və yaxud hər hansı kəsici alətlə kəsilməlidir. 3. Əgər birnci və ikinci variantlar alınmırsa onda insanı cərəyandaşıyan һissədən ayırmaq üçün onun əyninə yapışmayan quru paltardan, məsələn, ətəyindən tutmaq olar. Bu vaxt ətrafdakı metal şeylərə və bədəninin çılpaq һissəsinə toxunmaq olmaz. Onun ayağından tutub çəkdikdə əlləri yaxşı izolə etmədən ayaqqabısına toxunmamalı, çünki ayaqqabı yaş ola bilər və bundan başqa ayaqqabının mıxları və qırmaqları cərəyan keçiricidir. Bu zaman əgər cərəyan vuran adamın bədəninin paltarla örtülməmiş һissəsindən tutmaq lazım gələrsə, rezin əlcək və qaloş geymək, yaxud əlləri şarf ilə sarımaq, əldə maһud papaq tutmaq, paltarın qollarını və yaxud başqa bir quru şeyi əlin üstünə salmaq və ya zərərşəkənin üstünə rezin, və yaxud rezinləşdirilmiş parça atmaq lazımdır. Ümumiyyətlə isə digər aşağıdakı şəkillərdə göstərilən hallarda insanı cərəyandaşıyan һissədən və ya məftildən ayırmaq üçün quru paltar, quru kəndir, quru taxta və ya cərəyan keçirməyən başqa bir şeydən istifadə etmək lazımdır. Bu zaman metal və ya yaş şeylərdən istifadə etmək olmaz.
  • 36. 39 . Elektrik ötürən xətlərdə cərəyan vuran adamı yuxarıda göstərilmiş üsullardan biri ilə lazımi dərəcədə və təһlükəsiz xilas etmək mümkün olmadıqda xəttin, bütün məftillərini qısa qapamaq (üstünə məftil atmaq və i. a.) və möһkəm torpaqlamaq (təһlükəsizlik texnikasının ümumi qaydasına əsasən) lazımdır. Bu məqsədlə atılan məftilin xilasedənin bədəninə toxunmaması üçün tədbir görülməlidir. Quru çubuqla naqili zərərçəkəndən uzaqlaşdırmalı TƏDRİS MƏRKƏZİ
  • 37. Bu cür plakatlar xüsusi mühafizə vasitələrinə aid olub, əsas funksiyaları gərginlik altında olan hissələrə yaxınlaşmağın təhlükəli olduğunu xəbərdar etməkdən; xidmətçilərə qabaqcadan hazırlanmış və gərginlikdən azad edilmiş iş yerlərini göstərməkdən; qurğunun baxılan hissəsinin gərginliyə qoşulmasını qadağan edən mühafizə tədbirlərini yada salmaqdan ibarətdir. Təyinatına görə plakatlar olur: xəbərdaredici, qadağanedici, icazəverici və göstərici 4.3. Təhlükəsizlik plakatları 40 Plakat və işarələrin №-si Əksi İstifadə olunma yeri 1 2 4 Xəbərdaredici işarə və plakatlar 1 1000 V-a qədər və 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında 2 Ancaq 1000 V-dan yuxarı elektrik veriliş hava xəttinin beton dayaqlarında 3 1000 V-a qədər və 1000 V-dan yuxarı gərginlikli Elektrik stansiyalarında və yarımstansiyalarında, QPQ-də asırlar APQ-də asılır. İş yerlərinin çəpərə alınmasında, cərəyandaşıyan hissələrin üzərində 4 Hazırlanmış iş yerində yüksək gərginliklə sınaq aparılarkən cərəyan daşıyan elektrik avadanlıqlarının üstündə və çəpərlərdə asılır 5 Paylayıcı qurğularda işçi personalın hündürdə yerləşən iş yerinə qalxması üçün istifadə olunan konstruksiyalarda
  • 38. 41 Qadağanedici plakatlar 6 Gərginliyi 1000 V-a qədər və 1000 V-dan yuxarı elektrik qurğularında asılır 7 Kommutasiya aparatlarının intiqalının dəstəyində asılır. Hava EVX-də, K/X-də adamlar işləyərkən gərginliyin verilməməsi üçün asılır 8 Elektrik stansiyalarında və yarımstansiyalarında elektrik qurğularının ventillərində və zadvişkalarında. Hava xətlərində, hava tutumlarında və pnevmatik intiqallarda adamlar işləyərkən səhvən havanın verilməməsi üçün asılır İcazəverici plakatlar 9 Elektrik stansiyalarının və yarımstansiyaların elektrik qurğularında, APQ-da, çəpərlənmiş iş yerlərində asılır 10 Konstruksiya və ya stasionar nərdivanlarda hündürlükdə yerləşən iş yerinə gedən təhlükəsiz yolda asılır Göstərici plakat 11 Elektrik stansiyasının, yarımstansiyasının elektrik qurğularının ayrıcılarında, bölüşdürücülərində və yük açarlarında, distansion idarə etmə düymələrində səhvən gərginliyin verilməsinin qarşısını almaq üçün qoyulur TƏDRİS MƏRKƏZİ
  • 39. İlk yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan vəziyyətlərdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə müxtəlif vasitələrlə göstərilən yardım. Bununla yanaşı ilk tibbi yardım döyüş meydanında, zədələnmə ocağında və xəsarətə uğrayanın özü, yoldaşları, habelə, tibb heyəti tərəfindən göstərilir. İlk tibbi yardım zədələnmə yerində təcili (15dəq) göstərilməlidir. Zədələnən adamların həyatının xilas edilməsi, çəkdikləri əzabın yüngülləşdirilməsi və əmək qabiliyyətinin bərpa edilməsi onlara göstərilən ilk yardımın tez və düzgün edilməsindən asılıdır. 42 5.İLK YARDIM 5.1 Ilk yardım tədbirləri İlk yardımın göstərilməsi üçün aşağıdakılar vacibdir: - xəstəyə daha rahat şəraitin yaradılması; -ətrafdakıların bir qədər kənara çəkilməsi; - xəstə danışa bilmir, lakin şüuru aydındırsa ona “hə” və ya “yox” cavablarını baş hərəkəti ilə verməyə imkan yaradan suallar vermək olar. Xəstəni sakitləşdirmək vacibdir, həyəcan hissi tənəffüs problemlərini dərinləşdirə bilər; - belə hallar üçün xəstəyə təyin olunmuş dərman preparatı varsa, onu qəbul etməyə kömək etməli, xəstənin dərmanı qəbul etmək imkanı olub-olmamasını təyin etmək lazımdır, xəstə dərmanı qəbul edə bilməzsə ona dərman vermək olmaz, bu boğulma ilə nəticələnə bilər; - bədənin normal hərarətinin saxlanılması (üstünü örtmək, bürünmək) vacibdir; - təcili yardımın çağırılması. Müxtəlif hallarda ilk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək lazımdır -adamın əynindəki yanan paltarın söndürülməsi; -süni tənəffüs verilməsi; - tənəffüs üzvlərinin (əleyhqaz,pambıq tənzif maskası geyməklə) və qanaxmaların müvəqqəti olaraq dayandırılması; - yara və yaxud yanıq yerinin sonrakı çirklənmədən qorumaq üçün yaraya və yanıq yerinə sarğı qoyulması; -zəhərləyici maddələr mühitində zərərçəkənə əleyhqaz geydirilir və zəhərə qarşı xüsusi antidot verilir.
  • 40. 43 5.2. Süni nəfəs Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Ürəyin qəfil dayanması sudabatma, boğulma, müxtəlif zəhərlənmələr, elektrikvurma, bir sıra ürək xəstəlikləri (ilk növbədə miokard infarktı) və s. hallarda müşahidə edilir. Ürək dayandıqda həyati əhəmiyyətli üzvlər, ilk növbədə isə baş beyin oksigen aclığına dözmədiklərindən, artıq 3-5 dəqiqə sonra onlarda geridönməz dəyişikliklər başlayır. Ürək dayanmasının əlamətləri bunlardır: - Yuxu arteriyasında nəbzin olmaması; - Huşun itməsi; - Tənəffüsün olmaması; Belə hallarda təxirəsalınmadan süni tənəffüs və ürək masajına başlanmazsa, yəni ağ ciyər-ürək reanimasiyası aparılmazsa, bu vəziyyətindən zərərçəkmiş şəxsi xilas etmək mümkün olmayacaqdır və o, bir neçə dəqiqədən sonra öləcəkdir. Ürək masajı zamanı qismən də olsa beyin oksigenlə təchiz olunur. Ürək masajı və süni tənəffüs birgə aparılır. Süni tənəffüs prosedurunu yerinə yetirmək üçün: 1. Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyulur. 2. Zərərçəkənin başı xeyli dərəcədə arxaya qatlanmalıdır, əks halda süni şəkildə verilən hava kütləsi mədəyə keçə bilər. Bunu qarının yuxarı hissəsinin şişməsi ilə müəyyən etmək olar. Sonra zərərçəkənin başını yana çevirərək onun ağzını açın və ağzında torpaq, qum, qusuntu kütlələri, yad cismin olub-olmadığı yoxlanır. Lazım olduğu halda barmağa sarınmış tənzif və ya burun dəsmalı ilə zərərçəkənin ağız boşluğunu təmizləmək lazımdır. - Bəbək genəlir və işığa qarşı reaksiya vermir; - Dodaqlar, dırnaqlar göyərir; - Dəri kəskin avazıyır; TƏDRİS MƏRKƏZİ
  • 41. 44 3. Süni tənəffüs verərkən maneçilik törətməməsi üçün bədəni sıxan paltarları çıxarmaq və ya cırmaq lazımdır. Əgər bədbəxt hadisə qapalı otaqda baş vermişsə, pəncərə və ya nəfəsliyi açmaqla otağa təmiz hava axını gəlməsini təmin etmək lazımdır. Bütün bunlar dəqiqliklə və sürətlə icra edilməlidir – zərərçəkənin həyatı bundan asılıdır! 4. Daha sonra xilasedici zərərçəkənin başının yan tərəfində (yaxşı olar ki, sol) dayanır. Əgər zərərçəkən yerdə uzanmışsa, xilasedici dizləri üstə dayanmalıdır. Ürək nahiyəsinə 1dəfə yumruq zərbəsi endirilir; -Yardım göstərən şəxs xəstənin böyründə duraraq, döş qəfəsinin hər iki tərəfindəki aşağı qabırğaların döş sümüyünə birləşən yerini, yəni xəncərvari çıxıntını tapır və sol əlinin ovuc hissəsini həmin yerdən 2-3 sm (1-2 köndələn barmaq) yuxarı olmaqla döş sümüyünün orta-aşağı hissəsinin üzərinə qoyur. Sonra sağ əli mil-bilək oynağında bükməklə həmin əlini də sol əlin üstünə qoyaraq bir qədər önə əyilib bütün ağırlığını qollarına salır; - Döş qəfəsini bu vəziyyətdə 4-5 sm dərinliyə fəqərə sütununa doğru təkanvari sıxıb buraxır; - Bu cür təkanvari hərəkətlər 1 dəqiqədə 80-100 dəfə təkrarlanır; - Ayrı-ayrı sıxılmalar arasında fasilələr 1,0 saniyədən çox olmamalıdır; - Fasilə zamanı əllər döş sümüyü üzərindən götürülməməli, yalnız mil-bilək oynağında düzləndirilməli və əlin ovuc səthi döş qəfəsindən bir qədər aralanmalıdır.
  • 42. 45 Bəzi hallarda elə olur ki, zərərçəkənin ağzını açmaq mümkün olmur və ya ağız nahiyəsinin travması olur. Bu zaman süni tənəffüs “ağızdan-ağıza” deyil, “ağızdan-buruna” olmaqla verirlir. Süni tənəffüs verməzdən əvvəl xilasedici əlin biri ilə xəstənin başını arxaya qatlayaraq bu vəziyyətdə saxlayır, digər əl ilə onun ağzını sıxır. Sonra xilasedici dərindən nəfəs alaraq dodaqları ilə xəstənin burnunu sıx şəkildə əhatə etməklə tez və güclü nəfəs verir. Daha sonra xəstənin ağız və burnunu sərbəst buraxaraq onun “nəfəs verməsinə” imkan vermək lazımdır. Xəstəyə verilən nəfəsin xeyli hissəsinin ağ ciyərlərə deyil, mədəyə dolması mədənin köpməsinə və zərərçəkənin xilas edilməsinin çətinləşməsinə səbəb olur. Buna görə də mədədən havanı xaric etmək üçün, vaxtaşırı olaraq epiqastral (qarınüstü) nahiyəyə bir qədər təzyiq etmək lazımdır. Ürək masajı ilə süni tənəffüs birgə aparılmalıdır. Əgər bu tədbirlər bir nəfər tərəfindən aparılırsa, onda hər 15 ürək masajından sonra 2 dəfə "ağızdan-ağıza" üsulu ilə süni tənəffüs verilir. Ürək-ağ ciyər reanimasiyası iki şəxs tərəfindən icra edildiyi hallarda hər 5 ürək masajından sonra "ağızdan-ağıza" üsulu ilə 1 süni tənəffüs verilir. Verilən süni tənəffüsün effektivliyini (xəstənin döş qəfəsinin qalxıb-enməsini, qarında köpün olub-olmamasını, üz dərisinin tədricən qızarmasını) daim yoxlamaq lazımdır. Daim ağızda və burun-udlaqda qusuntu kütlələrinin olub-olmamasını yoxlamaq və lazım olduqda növbəti süni tənəffüs verilməsindən əvvəl zərərçəkənin ağzını tənziflə bürünmüş barmaqla təmizləmək lazımdır. Xilasedici özünün baş və şəhadət barmaqları ilə xəstənin burun pərlərini sıxmalıdır. Sonra xilasedici şəxs dərindən nəfəs alıb, nəfəs verməsini azca saxlayıb, zərərçəkənə tərəf əyilərək, ağzını tənzifin və ya ortasında deşik açılmış burun dəsmalının üstündən sıx şəkildə zərərçəkənin ağzına dirəyib, cəld şəkildə ona nəfəs verməlidir. Zərərçəkənə nəfəs verən zaman onun döş qəfəsinin qalxıb-qalxmamasına diqqət yetirilməlidir. Ağ ciyər toxumasının və döş qəfəsinin elastikliyi səbəbindən zərərçəkənin nəfəsverməsi passiv şəkildə öz-özünə baş verir. Zərərçəkənin döş qəfəsi aşağı endikdən sonra xilasedici təkrarən onun ağzına nəfəs verir. Bu proses yardım göstərən şəxsdən (xilasedicidən) xeyli dərəcədə fiziki güc tələb edir. TƏDRİS MƏRKƏZİ
  • 43. 46 Süni tənəffüs verilməsi prosesi zamanı xilasedicinin qanında karbon qazının azalması səbəbindən onda başgicəllənmə baş verə bilər. Ona görə də yaxşı olar ki, zərərçəkənə süni tənəffüs verilməsini hər 2-3 dəqiqədən bir bir-birini əvəz etməklə iki xilasedici yerinə yetirsin. Hər 30 saniyədən bir mütləq ürək döyünməsi (kiçik yaşlı uşaqlarda qulağınızı onun döş qəfəsinə qoymaqla, nisbətən iri yaşlı uşaqlarda və böyüklərdə isə nəbzi əlləməklə) yoxlanır! Qan dövranı və ürək fəaliyyətinin pozğunluqlarında nəbzi bilək nahiyəsində əlləmək əbəsdir, onu burada əlləmək mümkün olmayacaq! Belə hallarda nəbzi yuxu arteriyasının üzərində əlləmək olar. Bunun üçün barmaqların ucu ilə şəkildə göstərilən qaydada boyun nahiyəsinə qoymaq lazımdır. Əgər ürək döyünməsi olmazsa, dərhal ürəyin xarici (qapalı) masajını da icra etməyə başlamaq lazımdır! Əgər xilasedici ürək fəaliyyətinin dayanmasını nəzərdən qaçıraraq, 1-2 dəqiqə ərzində ürəyin masajı icra edilmədən yalnız süni tənəffüs verilməsini davam edərsə, zərərçəkəni xilas etmək mümkün olmayacaq! 5.3. Qanaxmanı saxlama üsulları İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi isə bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəridə) ehtiyat halında saxlanılır. Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5 L qan itirildikdə ölümlə nəticələnə bilər. Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. 5.3.1. Kapilyar qanaxma Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş surətlə və aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır. Kapilyar qanaxma zamanı ilk yardım göstərdikdə yara ətrafına yod sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı qoymaq lazımdır. Sarğı yaradan orqanizmə yad cisimləri, əsasən mikrobları keçməyə qoymur və qanın tez laxtalanmasına kömək edir. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.
  • 44. 47 5.3.2. Venoz qanaxma Bu cür qanaxmalar ən çox bədən səthinə yaxın venaların zədələnməsi zamanı baş verir. Venoz qanaxmalar zamanı qan laxtalanması orqanizmi həmişə qan itirməkdən qoruya bilməz. Burada qanın axma sürəti kapilyarlardan çox olduğundan qan laxtası yuyulub aparılır, nəticədə az müddət ərzində çox qan itirilir. Bu isə həyat üçün təhlükəlidir. Kiçik venoz qanaxmanı saxlamaq üçün sıxıcı sarğı qoymaq kifayətdir. Bu sarğı zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur. İri venalar zədələndikdə yardım göstərilməlidir. Venoz Qanaxmalar baş verdikdə həmin adama ilk yardım göstərildikdən sonra onu yaxında olan tibb məntəqəsinə və ya xəstəxanaya çatdırmaq lazımdır. İlk növbədə ətrafı yuxarı qaldırıb, yaralanmış yerdən yuxarıda arteriyanı barmaqla basıb qanaxmanı azaltmaq lazımdır. Sonra rezin turna və ya burulmuş parça ilə sıxmaq lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz bint və parça qoyulur ki, turna həmin yeri zədələməsin. Parça ilə sıxdıqda isə həmin yeri parça ilə boş sarıyırlar. Sonra parça ilə ətrafın arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o qədər bururlar ki, yaranan qanaxma dayansın. Bundan sonra çubuğu bintlə turnaya bərkidir və yaranı sarıyırlar. 5.3. 3. Arterial qanaxma Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir, çünkü bədən səthinə gələn arteriyalar çox azdır. Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması onun al-qırmızı olması ilə müəyyən olunur. Belə halda sarğıdan istifadə etmək düzgün deyil, çünki sarğı qanın axmasının qarşısını ala bilməz. Yalnız qanın axma sürətini azaldır. Buna görə də həkimə qədər dərhal başqa tədbirlər görmək lazımdır. TƏDRİS MƏRKƏZİ
  • 45. 48 Turnaya və ya parçaya qoyulma tarixi yazılmış parça bərkidilir. İlk yardım göstəridikdən sonra xəstəni mütləq xəstəxanaya göndərmək lazımdır. Zərərçəkmiş adamı xəstəxanaya çatdırmaq uzanarsa, turnanı müvəqqəti boşaltmaq vacibdir. Çünki ətrafa 2 saatdan artıq qan gəlmədikdə toxumalar məhv olur. Ətrafda qan dövranı bərpa olduqda turnanı yenidən bərkitmək lazımdır. Turna olmadıqda ətrafı mümkün qədər çox qatlayıb qanaxmanı azaltmaq olar. Bunun üçün ətrafın qatlandığı yerə tənzifi, binti və ya pambığı yumtulayıb qoyur, sonra ətrafı bərk qatlayıb onu həmin vəziyyətdə bərkidirlər. Həddən artıq qan itirmiş adamları xəstəxanaya çatdırmaq lazımdır.
  • 46. 49 5.3.4. Daxili qanaxmalar Qarın, döş, kəllə boşluğundakı qanaxmalar son dərəcə təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili qanaxmanı təyin etmək mümkündür. Belə ki, onun rəngi avazıyır, soyuq tər basır, tənəffüsü sərtləşir, nəbz tezləşir və zəifləyir. Bu halda darhal təcili yardım çağırmaq və şəxsi xəstəxanaya çatdırmaq lazımdır. Həkimə qədər xəstəni uzatmaq, yarım oturmuş vəziyyətə gətirmək və ya tam sakitlik vermək lazımdır. Ehtimal olunan qanaxma nahiyəsinə (qarın, döş, baş) içərisinə buz və ya qar doldurulmuş polietilen torba, soyuq su tökülmüş qab və ya butulka qoymaq lazımdır. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Qanlı qusma olarsa, ( qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir. TƏDRİS MƏRKƏZİ
  • 47. 50 5.4. Bintləmə qaydaları Bintləmə aşağıda göstərilən qaydalara əməl etməklə yerinə yetirilməlidir: - xəstəyə mümkün qədər rahat vəziyyət verilməlidir ki, ağrıları artmasın; - yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başı soldan sağa olmaqla açılmalıdır; - bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir; - bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır; - bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır. 5.5. Yaralanmada ilk yardım Yaralar açıq və qapalı olur. Qapalı yaralanmalar dəri səthi açılmadan dərı altında yerləşən toxumaların zədələnməsı və qanaxması ilə xarakterızə olunur. Qapalı yaralanmalarda ilk yardım. Yara olan nahiyə üçün sakitləşdirmə soyuq saxlama və yüksəkdə tutmaqla təmin olunmalıdır. Dəsmal arasına buz torbası qoyub yara nahiyəsinə yerləşdirməklə qanama azaldılır. Bir neçə saat sonra yaralı hissə ilıq su ilə isladılmış dəsmalla sarınmalıdır. Acıq yaralanmalar dəri tamlığının pozulması ilə nətıcələnən yaralanmalardır. Sıyrıntı dərinin sərt bir yerə sürtülməsi nəticəsində əmələ gəlir. Yaradan qan sıza bilər. Ağrı verə bilir. Antiseptiklə silinməlidir. Təmiz və quru tutularsa asanlıqla sağalır. Kəsiklər kəsici alətlərlə zədələnmə zamanı meydana gələn yaralardır.Belə yara dəri altındakı toxumanı, qan damarını, siniri zədələyə bilər. Bele yaralarla qarşılaşdıqda kəsik ətrafı antiseptiklə silinir, yara ağzı uc-uca gətirilir, üzəri tənziflə sarınır. Yaralı xəstəxanaya çatdırılır. Qopmalar dərinin bir parçasının ya tamamən qopması , ya da bir qismi ilə bağlı qalmasıdır. Adətən çox qanama olur. Bu vəziyyətdə qopmuş dəri öz yerinə yerləşdirilməli , üzərinə steril sarğı qoyulmalı və tez bir zamanda ən yaxın xəstəxanaya çatdırılımalıdır. Deşilmə kəsici - deşici alətlərlə meydana çıxan yaralanmalardır.Yara girişi kiçik, dərinliyi çox olduğundan xaricə qanaxma az, zədə dərəcəsi çox olur. Belə yaralanma sinə və qarında olarsa ölümcül ola bilər.
  • 48. 52 Açıq yaralanmalarda ilk yardım Açıq yaralanmalarda ilk yardım aşağıdakı qayda üzrə edilməlidir: - əvvəlcə qanaxma dayandırılmalıdır; -yaranın çirklənməsinin qarşısını almaq üçün təmiz tənziflə örtülməlidir. Əgər yara çox çirklənibsə təmiz su ilə yuyulmalıdır; -yaralı bölgənin hərəkəti dayandırılmalıdır; -yaraya çirkli-paslı metal, torpaq təmas edibsə tetanus vaksinasiyası vacibdir; -yarada yad cism varsa onu çıxarmağa çalışmaq lazım deyil. Cismi yarada tərpətməmək şərti ilə bintləmək və yaralını xəstəxanaya catdırmaq lazımdır. Göz yaralanmaları. Bu yaralanmalar bir neçə qrupa bölünür. Gözün küt travmaları - göz çuxuru sümüklərinin zədələnməsinə səbəb ola bilir. Əzələlərin sıxılması ilə əlaqədar gözlərin hərəkəti pozulur, iki görmə, görmə qabiliyyəti azlalır.Gözlərin üzərini qoyuyucu örtüklə örtüb xəstəxanaya çatdırın. Gözə yad cismin düşməsi . Yad cisim buynuz qişa üzərində və ya göz qapağı altında ola bilər. Belə halda gözü ovxalamaq olmaz, göz təmiz su ilə , mümkünsə xüsusi göz məhlulu ilə yuyulur. Suyun axını gözün içəri küncündən bayır küncünə doğru olmalıdır , əks halda yad cisim yuylub sağlam gözə düşə bilər.Cisim göz qapağının altındadırsa göz qapağı tərs çevrilir, cisim pambıqlı çubuqla çıxarılır. Yırtılmalar zədələnmış hissənin üzəri sterıl tənziflə örtülüb, ən qısa zamanda xəstəxanaya çatdırılır. Gözə yad cismin batması . Batan cismi çıxarmağa cəhd etmək , gözü ovxalamaq olmaz , cismin tərpənməməsinə diqqət edilməlidir. Hər iki gözün üzəri ( gözlər eyni vaxtda hərəkət etdiyi üçün) konusvari cisimlə ( və ya fincanla ) örtülür , zərərçəkən bu şəkildə xəstəxanaya çatdırılır 5.6. Sınıqlar Sınıqlar qapalı və açıq olur. Qapalı sınıqlarının əlamətləri: -ətrafların deformasiyası və şişkinliyi (ödemi); -ən kiçik bir hərəkət zamanı şiddətli ağrılar; -göyərmə (sianoz), ətrafın qeyri-təbii şəkil alması, qeyri-iradi hərəkət alması.
  • 49. 53 Açıq sınığın əlamətləri : -sınmış sümüklərin görünməsi; -yəni əzələnin və dərinin tamlığının pozulması; -ətrafların deformasiyası və şişkinliyi (ödemi). Ağır sınıqlar zamanı şok halı ola bilər. Sınıq zamanı yardım göstərərkən, əvvəlcə sınığın növünü, dərəcəsini müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. İlk yardım göstərərkən birinci növbədə qanaxma kəsilməlidir, steril sarğı etmək, keyidici dərman vermək lazimdir, sınıq yerləri tamamilə hərəkətsiz olmalıdır. Kəllə-beyin travması öyümə, qusma, baş ağrısı, baş gicəllənməsi və yaddaşın itməsi ilə müşayiət olunur. Xəsarət alan arxası üstə uzandırılaraq, paltardan yastıqça düzəldilib başın ətrafına qoyulur. Əgər xəsarət alan huşsuz vəziyyətdədirsə, qan və qusuntu möhtəviyyatının tənəffüs yollarına düşməsinin qarşısını almaq üçün onun başını yana çevirmək lazımdır. Üst paltarını açmaq lazımdır. Əgər protez və eynək varsa onları çıxartmaq lazımdır. Burun və çənə sümüklərinin sınıqları qanaxma ilə müşahidə olunduğuna görə bu cür xəstələr xərəkdə oturmuş, başı bir qədər qabağa əyilmiş vəziyyətdə təxliyə olunmalıdırlar. Sarğının üstündən paketdə buz qoyulur. Əgər xəsarət alan huşsuz vəziyyətdədirsə, xərəkdə üzü üstə uzanmış vəziyyətdə, alın və döş qəfəsi nahiyəsinə paltardan hazırlanmış yastıqlar qoyularaq təxliyə edilir. Təxliyə zamanı alt və üst çənə sarğı ilə təsbit olunmalıdır. Əgər nəfəsin pozulması varsa süni nəfəs vermək lazımdır. 5.6.1 Kəllənin zədələnməsi TƏDRİS MƏRKƏZİ
  • 50. 54 Onurğa sütununun travmaları və sınıqları zamanı xəsarət alanın hərəkəti zamanı kəskin ağrılar, bədən səthində qançırlar və şişkinliklər qeyd olunur. Sınıq nahiyəsində keyimə, aşağı ətraflarda hərəkətsizlik, qeyri-iradi sidik ifrazının olması onurğa beyinin zədələnməsinə dəlalət edir. İlk yardım böyük ehtiyatla göstərilməlidir. Xəsarət alanın təxliyəsi sərt xərəkdə, üzü üstə uzanmış, başı və sinəsinin altına paltar qoyulmuş vəziyyətdə yerinə yetirilməlidir. Boyun fəqərələri zədələnərsə, boyun və baş, yan tərəflərə yumşaq yastıqca qoyulmaqla, təsbit edilməlidir. 5.6.2 Onurğa sütununun zədələnmələri zamanı ilk yardım 6 5.6.3 Çanaq sümüklərinin sınıqları zamanı ilk yardım Çanaq zədələrində ayaqların vəziyyətini dəyişərkən sınıq nahiyəsində kəskin ağrılar əmələ gəlir. Gövdənin yan tərəflərinə və qasıq nahiyəsinə yüngül təzyiq zamanı ağrıların artması və çanağın deformasiyası bu zədələr üçün xarakterikdir. Xəsarət alan ehtiyatla sərt xərək üstünə uzadılmalı və aşağı ətraflar bintlə təsbit edilməlidir 5.6.4 Qarın zədələnmələri zamanı ilk yardım Bu qəbildən olan travma və zədələr qarında şiddətli ağrılar yaradır. Əllə toxunduqda qarın əzələləri bərk olur (taxtavari qarın). Xəsarət alanın dərisinin rəngi avazımış, soyuq tərlə örtülmüş, ayaqları dizdən bükülərək qarına sıxılmış, hərəkətsiz halda uzanmış vəziyyətdə olur. Qarının dəlib keçən yaraları zamanı bağırsaqların yara dəliyindən xaricə sallanması müşahidə oluna bilər. Onları içəri salmağa cəhd eləmək məsləhət görülmür. Qarının qapalı travmaları zamanı soyuq qoymaq tövsiyə olunur. Bu xəstələrə su içmək qadağandır.
  • 51. 55 5.6.5 Aşağı və yuxarı ətrafların sınıqları zamanı ilk yardım Ətrafların sınıqları açıq və qapalı olur. Sınıq nahiyəsində şişkinlik, qançır, qeyri-adi hərəkət, deformasiya, ətrafların qısalması və hərəkət məhdudluğu qeyd olunur. Açıq sınıqları yaradan sümüklərin ucu görünür. Açıq sınıqlarda qanaxmanı saxlamaq və yaraya steril sarğı qoymaq lazımdır. Bütün sınıqlar mütləq qaydada təsbit olunmalıdır. İmmobilizasiya zamanı aşağıdakı qaydalara riayət edilməlidir: Sınıqlar zamanı şinlərin qoyulması 1. Şin iki oynağı (bud sınıqlarında-üç oynağı) təsbit etməlidir. 2. Şin, sınıq nahiyəsinin formasını dəyişməmək şərti ilə, bədənə uyğunlaşdırılmalıdır. 3. Şin paltarın və ya ayaqqabının üstündən təsbit edilməlidir. 4. Şini sümük çıxan nahiyədən qoymaq olmaz. 5.7. Çıxıqlar İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi, şin ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır. Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır. Buz qoymaq Sarğı qoymaq Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam (burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzəndə damar və sinirlər zədələnir. Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın fərqli vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s. TƏDRİS MƏRKƏZİ
  • 52. 56 5.8. Yanıqlarda ilk yardım Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır: 1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir. Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalır. Soyuq su ilə yuyulması məsləhətdir. 2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2- ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır. 3-cü dərəcəli yanıq dərinin bütün qatlarını əhatə edir. Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli maye olan qabarcıqlar yaranır. Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ rəngdə olur. 4-cü dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər. Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı - süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur. Zərərçəkən əsnəyir, ətrafında baş verənlərə zəif reaksiya verir. Onun nəbzi sürətlənir, bəzən qusma da baş verə bilər. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar.
  • 53. 57 Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda islatmaq ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat (“marqansovka”) və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə “təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi “vasitələr” də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz. Yanıq sahəsini soyuq su ilə soyutduqdan sonra (!) yalnız yanıqlara qarşı olan “Pantenol”, “Levian”, Levizol” və s. kimi xüsusi aerozol vurmaq olar. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və s.), ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1L suya 1çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlamaq lazımdır. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz!!! TƏDRİS MƏRKƏZİ
  • 54. 58 Sulfat turşusu ilə yanıq zamanı dəri örtüyü əvvəlcə ağ, sonradan göyümtül-yaşıl, nəhayət sonda qara rəng alır. Xlorid turşusu ilə yanıqlar zamanı (çox zaman selikli qişa üzərində) qabıq əvvəlcə yumşaq, sarımtıl - qəhvəyi rəngli olur, tez bir zamanda quruyaraq bərkiyir. Qabığın qopmasından sonra dərinin qanaması baş verə bilər. Məişətdə çox işlənən sirkə turşusunun təsiri nəticəsində də baş verən yanıqlar ciddi fəsadlarla nəticələnir. Yüksək qatılıqlı ağır metal duzlarının (gümüş nitrat və s.) təsirindən müxtəlif rəngli, quru qabıq əmələ gəlir. Qələvilər nisbətən yavaş təsir edir, lakin turşulara nisbətən dərinin daha dərin qatlarına təsir edir. Qatı qələvi məhlulu dərinin zülalını parçalayır. Onların təsirindən yumşaq, yayılan, boş, ağımtıl, kəskin sərhədi seçilməyən qabıq əmələ gəlir.Qələvinin təsirindən yaranan ağrı daha şiddətli olur. Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq , boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır. Fosfor və bitumun təsirindən baş verən yanıqlar öz spesifikliyi ilə fərqlənir. Fosforun dəriyə düşməsi nəticəsində onun öz- özünə alışması baş verir ki, bu da termiki yanığa səbəb olur. Zədələnmiş hissədə dəri quru, tüstülənən, qaranlıqda işıqlanan qabıq verir; sonra toxumanın ölmüş hissəsində getdikcə qəhvəyi rəngə keçən sarımtıl zolaq əmələ gəlir. Yağda yaxşı həll olan fosfor dərinin dərin qatlarına nüfuz edərək ümumi zəhərlənməyə səbəb olur. Ərimiş bitum dəri səthinə möhkəm yapışır, onu qoparmaq çox çətindir. Bu halda kimyəvi yanıq termiki yanıqla da müşayiət olunur. da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir! Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
  • 55. 59 Termiki zədələnmələrə nisbətən kimyəvi yanıqlar zamanı müalicə daha uzun çəkir. Kimyəvi reaktivin təsirindən baş verən dərin nekroz zamanı 10-15 gündən sonra qabıq ayrılır, nəticədə zəif epitelizasiya qabiliyyətli yara əmələ gəlir. Qələvi və fosforun təsirindən əmələ gələn yaralar nisbətən gec sağalır; onlardan sonra dərin çapıqlar qalır. Turşunun təsirindən baş verən yanıqlardan sonra dərin çapıqların əmələ gəlməsi ilə müşayiət olunan yaralar nisbətən tez sağalır. Dəri yanıqlarından başqa kimyəvi maddələrin daxilə qəbul olunması ağız, qida borusu, mədənin, hətta gözün belə yanmasına səbəb olur. Qida borusunun kimyəvi yanığı ağır forma kimi spesifik ağırlaşma ilə müşayiət olunur (qanaxma, ciyər-böyrək fəsadları və s.). Kimyəvi yanıqların profilaktikası zamanı əhali və işçilər arasında geniş sanitar- maarifləndirmə işinin aparılması çox vacibdir. Tərkibində turşu və qələvi olan sanitar-məişət vasitələrinin açıq, üzərində etiketi olmayan qablarda, qida məhsulları, içki və dərmanların yanında saxlanmasının nə dərəcədə təhlükəli olması barədə ailə üzvlərinə məlumat verilməlidir. Müəssisələrdə, kimya sənayesi laboratoriyalarında isə təhlükəsizlik texnikası qaydalarına riayət olunmalı, təhlükəli kimyəvi maddələr səliqəli saxlanılmalı, onların istifadəsinə ciddi nəzarət edilməlidir. İşçilərin zəhərli kimyəvi maddələrlə davranış qaydalarına yiyələnməsi, kimyəvi yanıqlar zamanı ilk tibbi yardımın düzgün göstərilməsi də çox əhəmiyyətlidir. TƏDRİS MƏRKƏZİ
  • 56. 60 Donvurmaya dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar əlverişli şərait yaradır. Donvurmaya ən çox məruz qalma faktorlarına misal olaraq: aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. göstərilə bilər. Donvurmanın gedişi Donvurma səthi dərin ola bilər.Yanıqdan fərqli olaraq donvurmanın dərəcəsini ilkin baxış zamanı bilmək olmur, yalnız 12-24 saat keçdikdən sonra təyin etmək mümkün olur. 5.9.1. Donvurmanın əlamətləri Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan təhlükəli halların iki növüdür. Soyuq insan orqanizminə ümumi təsir göstərdikdə hipotermiyaya - bədənin həddindən artıq soyumasına, yerli təsir göstərdikdə isə soyuğun təsirinə məruz qalan bədən hissələrinin donvurmasına gətirib çıxara bilər. Donvurma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər: - hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması; - zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması; 5.9. Soyuqda donvurma zamanı ilk yardım Donvurma soyuq temperaturun toxumalara yerli təsiri nəticəsində baş verir. Donvurmaya, adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır. Donvurma ən çox rütubətli və küləkli havada olur. Donvurma uzun müddət soyuq temperaturda olduqda baş verir ki, bu zaman insan orqanizmi bədən temperaturunu tənzimləyə bilmir.
  • 57. 61 - şişkinliyin olması; - isitdikdən sonra suluqların əmələ gəlməsi; - dərinin muma bənzər olması; - dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.); - Donvurmaya məruz qalmış sahəni əllədikdə bütün qatların donması fikrinin yaranması; - dəri rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donvurmaya məruz qalmış sahənin ağ rəngdə və ya göy ləkəli olması; - iynəbatma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi. 5.9.2. Donvurmanın təsnifatı Donvurma gedişinə görə iki dövrə ayırd edilir: I dövr - gizli və ya hipotermiya dövrü. Bu dövrdə Donvurmanın dərinliyini müəyyənləşdirmək mümkün olmur. Ağrı hissiyyatının olmaması və dərinin avazıması Donvurmadan şübhələnməyə əsas verir. II dövr - reaktiv dövr. Bu dövrdə donvurmanın ağırlıq əlamətləri meydana çıxır (ağrı, ödem,qızartı). Donvurma ağırlığına görə 4 dərəcəyə ayrılır: II dərəcə - suluqlar müşahidə olunur. Sağalma dövründə dəri tam bərpa olunur. Zədələnmiş nahiyədə ağrı hissiyyatı qalır. I dərəcə - ödem, göyümtül rəngə çalan qızartı, iynəbatma hissi, qaşınma, keyləşmə. Zədələnmiş nahiyədə ağrı hissiyyatı qalır. TƏDRİS MƏRKƏZİ
  • 58. III dərəcə - hemorragik tərkibli suluqlar xarakterikdir. Zədələnmiş nahiyədə ağrı hissiyyatı itir. Sağalmadan sonra zədələnmiş nahiyədə çapıq qalır. IV dərəcə - dərinin bütün qatları, yumşaq toxumalar və sümüklər məhv olur. Daha sonra quru (mumifikasiya) və ya yaş qanqrena inkişaf edir. 5.9.3. Donvurmada ilk yardım Donvurmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Tibb müəssisəsi uzaqda olarsa, xilasedici passiv yardım göstərməlidir (dərini qızdırmaq, zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq). Aktiv isitmə xəstəxanada aparılmalıdır. Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aşağıdakı tədbirlər görülməlidir: - zərərçəkəni isti otağa aparmaq lazımdır; - yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarılmalıdır; - siqaret çəkmək, spirtli içkilərdən və qəhvədən istifadə etmək olmaz; - əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya çatdırmaq vacibdir; - mümkündürsə, ətrafı hərəkətsizləşdirmək, şin ilə immobilizasiya etmək, sarğı qoyub donvurmaya məruz qalan yerləri mühafizə etmək lazımdır. 62
  • 59. 1. Zədələnmiş nahiyəni sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmaq olmaz. Dəri daxilində donmuş su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir. 2. Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir. 3.Bədənin donvurmuş hissəsini birdən-birə və birbaşa isitmək (açıq alov, isti butulka, isidilmiş kərpic) olmaz. 4. Suluqları deşmək olmaz. Dərin donvurma zamanı həmin ətrafı hərəkətsizləşdirmək lazımdır. Zərərçəkən mümkün qədər tez xəstəxanaya çatdırılmalıdır. Bunları etmək olmaz 5.10.Günvurma və isti vurma zamanı ilk yardım Günvurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. 63 TƏDRİS MƏRKƏZİ
  • 60. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir. Günvurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!). Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya, 64 bu mümkün olmadıqda soyuq su ilə kompress qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsulda zərərçəkənin paltarları soyundurulmalı, o, soyuq suda isladılmış parçaya bükülməli, başına buz qoyulmalıdır. Zərərçəkənin temperaturu normaya çatdıqda o, quru parçaya və ya dəsmala bükülməlidir. 5.11. Dəm qazından zəhərlənmə zamanı ilk yardım Mütəxəsislər bildirirlər ki, dəm qazı qanda hemoqlabinlə tez qarışır və bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır. Oksigen qıtlığı nəticəsində huş itirilir. Dəm qazından zəhərlənən insanın ilkin olaraq mühitini dəyişmək, yəni havanı təmizləmək lazımdır. Üstünü bükmək lazımdır, çünki bədənin hərarəti düşür. Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır.
  • 61. Zərərçəkmişə pambıq vasitəsilə naşatır spirti iylətmək, bütün bədəni aktiv hərəkətlə ovuşdurmaq lazımdır. İlkin olaraq şirin çaya limon qatılıb verilə də bilər. Eyni zamanda təcili tibbi yardıma xəbər etmək lazımdır. Hələlik bu qədər… Unutmayaq ki, bir gün insan həyatı, canı bizə əmanət oluna bilər… 5.12. Xəstənin əldə və nəqliyyat vasitəsi ilə aparılması üsullarına aid şəkillər 65 TƏDRİS MƏRKƏZİ
  • 62. 66 Yanma- maddə, istilik və oksigenin birləşməsi nəticəsində yaranan kimyəvi hadisədir. Yanma baş verə bilməsi üçün, maddə, istilik və oksigenin (havanın) bir arada olması lazımdır. Yanğın- İnsanların həyatına və sağlamlığına, habelə təbiətə, cəmiyyətə və dövlətə maddi ziyan vuran nəzarətsiz yanmaya yanğın deyilir. İkin yanğınsöndürmə vasitələri müəssisələrin əməkdaşlarının, yanğından mühafizə bölmələrinin şəxsi heyətinin və digər şəxslərin yanğınlarla mübarizəsi məqsədi üçün nəzərdə tutulmuşdur. İlkin yanğınsöndürmə vasitələri mövcud olduğu yerdə bir nəfərin istifadəsini təmin etməlidir. İlkin yanğınsöndürmə vasitələri aşağıdakı tiplərə bölünür: 1) daşınan, səyyar və stasionar odsöndürənlər; 2) yanğın kranları və onların istifadəsini təmin edən vasitələr; 3) yanğın inventarı; 4) alışma mənbəyinin izolə edilməsi üçün örtük. 6.1. İlkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq sahələri 6.YANĞINDAN MÜHAFİZƏ
  • 63. 67 6.2. Daşınan və səyyar odsöndürənlər TƏDRİS MƏRKƏZİ
  • 64. 68
  • 65. 69 Alovu söndürən maddələr arasında ən əhəmiyyətlisi sudur. Su xüsusi ilə A tip yanğınları söndürmək üçün mükəmməl bir odsöndürücüdür. Köpük yanan sahəni tamamilə örtər, nəticədə hava ilə təması kəsər və soyutma xüsusiyyətinə görə də odsöndürücü olaraq istifadə edilir. TƏDRİS MƏRKƏZİ
  • 66. 70 Yanğın söndürmədə istifadə edilən əsas maddələrdən biri tozdur. Tozdan D tip xaric digər bütün tip yanğınların söndürülməsində istifadə edilir. Yanan maddənin üzərini örtən CO2 qazı yanıcı maddəni oksigensiz buraxaraq yanğının söndürür. Çox vaxt polad balonlarda təzyiq altında maye halında saxlanılır. Bu qazla açıq sahələrdə və hava axınının olduğu yerlərdə yanğının söndürülməsi olduqca çətindir.
  • 67. 71 Daşınan və səyyar odsöndürənlər istehsalçı təşkilatın texniki sənədlərində göstərilmiş sahədə bir insan tərəfindən yanğının söndürülməsini təmin etməlidir. Qeyd: Stasionar odsöndürənlər ilkin yanğınsöndürmə vasitələrinə aid edilmədiyindən təlimatda onun haqqında məlumat verilməmişdir. TƏDRİS MƏRKƏZİ
  • 68. 72
  • 69. 73 Yanğın kranlarının konstruksiyası bağlayıcı qurğunun bir insan tərəfindən açılaraq yanğının söndürülməsi üçün tələb olunan intensivliklə suyun verilməsinin mümkünlüyünü təmin etməlidir. 6.3. Yanğın kranları və onların istifadəsini təmin edən vasitələr TƏDRİS MƏRKƏZİ
  • 70. 74 Yanğın kranları ilə A sinifli yanğınların söndürülməsi və soyudulma işinin aparılması səmərəlidir. Gərginlik altında olan elektrik qurğularının söndürülməsi qadağandır. Yanğın kranlarının birləşdirici başlıqlarının konstruksiyası yanğından mühafizə bölmələrində istifadə olunan yanğın şlanqlarının onlara birləşdirilməsinə imkan verməlidir.
  • 72. 76 Qeyd: Yanğın inventarlarının digər məqsədlər üçün istifadəsi qadağandır!
  • 73. 77 6.5. Alışma mənbəyinin izolə edilməsi üçün örtük Yanğına ilk müdaxilə yanğını söndürmənin vacib hissəsini əhatə edir. Yanğının başlamasında 1-2 dəqiqə çox əhəmiyyətlidir. Maye,qaz,partlayıcı zərərli maddələrin və ya elektrik qövsündən çıxan yanğınlarda ilkin müdaxilə, qurtarma məqsədi ilə yüksək istiliyə davamlı yanğın ədyalından istifadəyə ehtiyac vardır. Yanğın ədyalı alova və istiliyə son dərəcə dayanıqlı 100% karbon lifdən hazırlanmışdır. Yanğın ədyalını istifadə edərkən hər iki ucundan tutun və özünüzü qoruyaraq yanğına doğru gedin. Adyal yanğına və yanan maddəyə doğru uzadılmalıdır və yanan materialın üzərinə möhkəm sarındığından mümkün olduqca əmin olunmalıdır. TƏDRİS MƏRKƏZİ
  • 74. 78 7. TƏŞKİLATİ TƏDBİRLƏR 7.1. Ümumi tələblər. İşlərin təhlükəsiz icra olunması üçün məsuliyyət daşıyan şəxslər, onların hüquq və vəzifələri 7.1.1. İşləri təhlükəsiz icra etmək üçün aşağıdaki təşkilati tədbirlər yerinə yetirilməlidir: işlərin təhlükəsiz aparılması üçün məsuliyyət daşıyan şəxslərin təyin olunması; naryad ya sərəncamın verilməsi; iş yerinin hazırlanmasına icazə və işə buraxma icazəsinin verilməsi; iş yerinin hazırlanması və işə buraxma; işlərin icrası vaxtı nəzarətin aparılması; digər iş yerinə keçirmək; iş vaxtı fasilələrin və işin qurtarmasının qeyd olunması. 7.1.2.İşin təhlükəsiz icrası üçün aşağıdakı şəxslər məsuliyyət daşıyırlar: naryad və sərəncam verən şəxslər; iş rəhbəri; iş yerinin hazırlanmasına və işə buraxmaq icazəsi verən şəxs; iş yerini hazırlayan şəxs *; işə buraxan şəxs; iş icraçısı; nəzarətçi; briqada üzvü. * İş yerini hazırlayan və işə buraxan şəxs eyni işçi ola bilər. 7.1.3. Naryad və sərəncam verən şəxs işin təhlükəsiz icra olunması imkanını təyin edir, o, naryadda göstərilən təhlükəsizlik tədbirlərinin kifayət və tam olması, briqada tərkibinin sayı və keyfiyyəti, məsul şəxslərin təyin olunması, həmçinin naryadda göstərilən işçilərin elektrik təhlükəsizliyi üzrə qrupu görüləcək işlərə uyğun olması üçün məsuliyyət daşıyır. 7.1.4. Naryad və sərəncam vermək hüququ müəssisənin və onun struktur bölmələrinin inzibati-texniki personalından V qrupu olan işçilərə verilir.
  • 75. 79 Naryad vermək hüququ olan inzibati-texniki personal yoxdursa, təcili işləri görmək üçün həmin elektrik qurğusunun IV qrupu olan növbətçi personalına naryad və sərəncam vermək icazəsi verilə bilər. Bu halda növbətçi personala həvalə olunan naryad vermə hüquqi müəssisə rəhbərliyinin yazılı göstərişilə rəsimləşdirilməlidir. 7.1.5. Naryadda göstərilən bütün təhlükəsizlik tədbirlərinin kifayət dərəcədə olmasına və yerinə yetirilməsinə, işə buraxan şəxs və iş icraçısının briqada ilə apardığı təlimatın tam və keyfiyyətli olmasına, həmçinin işin icrasının təhlükəsiz təşkil olunmasına iş rəhbəri cavabdehdir. İş rəhbəri V qrupu olan mühəndis-texniki işçilərdən təyin olunmalıdır. İşin ayrı-ayrı mərhələlərini bilavasitə iş rəhbərinin nəzarəti və rəhbərliyi ilə aparmaq zəruri olarsa, naryadı verən şəxs bu barədə naryadın “Müxtəlif göstərişlər” sətrində qeydlər etməlidir. 7.1.6. İşin icrası üçün nəzərdə tutulmuş avadanlığı açmaq və torpaqlamaq tədbirlərinin kifayət dərəcədə olması və bunları yerinə yetirmək imkanının yaradılması üçün həmçinin işə buraxılan briqadaların iş vaxtının və yerinin əlaqələndirilməsi üçün məsuliyyəti iş yerini hazırlamaq və işə buraxmaq icazəsi verən şəxs daşıyır. İş yerini hazırlamağı və işə buraxmağa icazə verən şəxs avadanlığı açmaq və torpaqlamaq üzrə əvvəlcədən görülmüş əməliyyatlar barədə iş yerini hazırlayan növbətçiyə yaxud operativ-təmir personalından olan şəxsə xəbər verməyə borcludur. İş yerini hazırlamaq və işə buraxmaq üçün icazəni IV qrupu olan növbətçi personal-vəzifə təlimatına uyğun olaraq və müəssisə üzrə göstərişlə təyin olunmuş inzibati-texniki personalından olan işçilər verə bilərlər. 7.1.7. Naryadda göstərilən və işin şəraiti üçün tələb olunan tədbirlərin (açarların, lövhələrin, çəpərləmənin və s. qoyulması) düzgün və dəqiq yerinə yetirilməsi üçün iş yerini hazırlayan şəxs cavabdehdir. Bu elektrik qurğusunda operativ əməliyyat aparmağa buraxılmış növbətçi yaxud operativ-təmir personalı işçisinin iş yerini hazırlamağa hüququ var. 7.1.8. Yerinə yetirilmiş təhlükəsizlik tədbirlərinin düzgün və kifayət qədər olması, onların naryadda göstərilən tədbirlərə, işin və iş yerinin xarakterinə uyğun olması, işə düzgün buraxmaq, həmçinin apardığı təlimatın tam və keyfiyyətli olması üçün işə buraxan şəxs cavabdehdir. HX-də işə buraxmaq istisna edilməklə, işə buraxan şəxslər 7.1.13-cü bənddə göstərilənləri yerinə yetirmək şərtilə növbətçi yaxud operativ-təmir personlaından təyin olunmalıdır. 1000 Voltdan yuxarı olan elektrik qurğusunda işə buraxan şəxsin IV qrupu, 1000 Volta qədər olan elektrik qurğusunda isə III qrupu olmalıdır. TƏDRİS MƏRKƏZİ
  • 76. 80 7.1.9. İş icraçısı aşağıdakılara cavabdehdir: hazırlanmış iş yerinin naryadın göstərişlərinə uyğun olmasına; briqda üzvləri ilə tam və düzgün təlimat aparılmasına; lazımi mühafizə vasitələrinin, alət, avadanlıq və ləvazimatlarının əldə olmasına, sazlığına və düzgün istifadə edilməsinə; iş yerində çəpərlərin, təhlükəsizlik lövhələrinin və nişanlarının, bağlayıcı tərtibatların saxlanılmasına; işlərin təhlükəsiz aparılmasına və bu qaydalara riayət olunmasına; iş icraçısı briqada üzvlərinə daim nəzarət etməli, sərxoş vəziyyətdə olan briqada üzvlərini işdən kənar etməlidir. 1000 Voltdan yuxarı olan elektrik qurğularında naryad üzrə aparılan işlərin icrası IV qrupa, 1000 Volta qədər olan elektrik qurğusunda isə III qrupa malik olmalıdır. Ziyanlı qaz əmələ gəlməsi ehtimalı olan yeraltı qurğularda və gərginlik altında aparılan işlərdə iş icrasının IV qrupu olmalıdır. 4.3.2., 7.5 və 15.2.1. bəndlərində göstərilən işlərdən əlavə, bütün elektrik qurğularında sərəncam üzrə görülən işlərin iş icraçısının qrupu III ola bilər. 7.1.10. Elektrik qurğularında müstəqil iş aparmaq hüququ olmayan işçilər briqadasına nəzarət etmək üçün nəzarətçi təyin olunmalıdır. Nəzarətçi aşağıdakılara cavabdehdir: hazırlanmış iş yerinin naryad göstərişlərinə uyğun olmasına; iş yerində torpaqlama, çəpərləmə, təhlükəsizlik üzrə lövhə və nişanların, intiqalı bağlayıcı tərtibatın olmasına və saxlanılmasına; briqada üzvlərinin elektrik cərəyanından zədələnmə təhlükəsizliyinə; İşin texnoloji xassəsi ilə əlaqədar olan təhlükəsizliyi üçün məsuliyyəti briqadaya rəhbərlik edən şəxs daşıyır ki, bu şəxs briqadanın heyyətinə daxildir və həmişə iş yerində olmalıdır. Onun soyadı naryadın «müxtəlif göstərişlər» sətrində yazılır. III qrupu olan işçilər nəzarətçi təyin edilə bilərlər. 7.1.11. Bu qaydaları, işə buraxılan zaman və iş vaxtı onunla aparılan təlimatın göstərişlərini, həmçinin əməyin mühafizəsi üzrə yerli təlimatın tələblərini yerinə yetirmək briqadanın hər bir üzvünün borcudur. 7.1.12. İşçilərə həvalə edilən naryad və sərəncam vermək, iş rəhbəri, iş icraçısı olmaq, işə buraxmaq (operativ təmir personalı işçilərinə) hüququ, həmçinin elektrik qurğularında təklikdə baxış aparmaq hüququ müəssisə rəhbərliyinin yazılı göstərişi ilə rəsmləşdirilməlidir.
  • 77. 81 7.1.13. Məsul şəxslərin vəzifələrinin birləşdirilməsindən birinə 4.1 cədvəlində göstərildiyi kimi yol verilə bilər. HX-də işləyərkən iş yerini hazırlamaq üçün kommutasiya aparatlarından istifadə etmədən yalnız gərginliyin olmamasını yoxlamaq və iş yerlərində səyyar torpaqlama qoymaq tələb olunarsa, onda operativ-təmir personalından olan iş rəhbərinə yaxud iş icraçısına işə buraxan vəzifəsini yerinə yetirmək icazəsi verilə bilər. Məsul şəxs Birləşdirilən vəzifələr Naryad verən İş rəhbəri Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə buraxan İş rəhbəri İş icraçısı Operativ-təmir personalından olan iş rəhbəri Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə buraxan Operativ-təmir personalından olan iş icraçısı Sadə və əyani sxemli elektrik qurğularında işə buraxan IV qruplu iş icraçısı 4.11.18. bəndində nəzərdə tutulan hallarda işə buraxan Operativ-təmir personalından olan işə buraxan Briqada üzvü Məsul şəxslərin vəzifələrinin birləşdirilməsi Cədvəl 7.1. TƏDRİS MƏRKƏZİ