O slideshow foi denunciado.
Utilizamos seu perfil e dados de atividades no LinkedIn para personalizar e exibir anúncios mais relevantes. Altere suas preferências de anúncios quando desejar.
Şəkərli diabet
kliniki mənzərəsi
Sara Mahmudlu
Müalicə-profilaktika 1
Qrup: 110 B
Şəkərli diabet
• Şəkərli diabet – endokrin sisteminin xroniki
xəstəliyi olub, qanda şəkərin səviyyəsinin
xroniki olaraq yü...
Şəkərli diabetin inkişaf etməsinin risk faktorları
• Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv
edən virus inf...
Şəkərli diabetin inkişaf etməsinin risk faktorları
• Stress halları qanda ketaxolaminlərin
(adrenalin, noradrenalin), qluk...
Şəkərli diabetin inkişaf etməsinin risk faktorları
• Xroniki pankreatit. mədəaltı vəzin iltihabı da onun
funksiyasını poza...
Formaları
I tip - insulin
asılılıqlı II tip - insulin
asılılığı olmayan
• Mədəaltı vəzidə insulin hazırlayan
hüceyrələrin 90%-i dağılmış olur. Beləliklə,
mədəaltı vəzi ya az insulin istehsal edi...
Kliniki gedişinə görə
Yüngül forma Orta ağırlıqda Ağır forma
Karbohidrat
mübadiləsində olan
pozğunluqlar pəhriz
vasitəsi i...
Əsas simptomlar
• Şiddətli susuzluq, yanğı hissi (polidipsiya)
• Çoxlu sidik ifrazı (poliuriya)
• Çox yemək (polifagiya)
•...
• Xəstəliyin əsas əlaməti hiperqlikemiyadır ki, bu dainsulin çatışmazlığı
səbəbindən qlükozanın toxumalar tərəfindən mənim...
• Tac damarların ildən-ilə artan aterosklerozu ilə əlaqədar
olaraq, onların mənfəzinin daralması və tutulması
nəticəsində ...
Şəkərli diabetin ağırlaşmaları
• Mikro- və makroangipatiyalar
və onların ağırlaşmaları
Xroniki
ağırlaşmalar
• Diabetik kom...
Hiperqlikemik ketoasidotik koma
• Koma tədricən inkişaf edir, xəstələrdə ağızda
quruluq, susuzluq, yanğı hissiyyatı olur, ...
Hipoqlikemik koma
• İnsulinin həddən artıq çox vurlumasından
əmələ gəlir, qısa vaxtda birdən birə əmələ
gəlir. Xəstə huşun...
Hiperosmolyar koma
• Qanın osmolyarlığının və qanda şəkərin
artması ilə müşayiət olunur. Hipernatriemiya,
hiperxloremiya v...
Hiperlaktasidemik koma
• Az rast gəlinir və biquanid preparatlarının
nəzarətsiz qəbul edilməsi nəticəsində qanda
şəkərin v...
Müalicəsi
• Şəkər mübadiləsinin nomallaşdırılması
• Xəstənin əmək qabiliyətinin və çəkisinin bərpa
olunması
• Kəskin və xr...
Son
şəKərli diabet
Próximos SlideShares
Carregando em…5
×

şəKərli diabet

dxp - sekerli diabet klinik tezahurler daxili xesteliklerin propedevtikasi

  • Seja o primeiro a comentar

şəKərli diabet

  1. 1. Şəkərli diabet kliniki mənzərəsi Sara Mahmudlu Müalicə-profilaktika 1 Qrup: 110 B
  2. 2. Şəkərli diabet • Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur. • Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.
  3. 3. Şəkərli diabetin inkişaf etməsinin risk faktorları • Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları. Şəkərli diabetin inkişaf etməsində əsas rol oynayan məxmərək, viruslu (epidemik) parotit, suçiçəyi, hepatit və s. virusları qeyd etmək olar. Virus infeksiyası xüsusilə uşaqlarda və yeniyetmələrdə şəkərli diabetin əmələ gəlməsinə səbəb olur. • İrsi faktor. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir. • Piylənmə - 2-ci tip şəkərli diabet xəstəliyinin inkişaf etməsi üçün əsas faktorlardan biridir. Çünki piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi pozulur ki, bu da şəkərli diabetin inkişafı üçün yol açır. (reseptorların insulinə həssaslığının azalması, sərbəst yağ turşularının əks-təsir gostərməsi)
  4. 4. Şəkərli diabetin inkişaf etməsinin risk faktorları • Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. • Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığinı azaldır. • Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşi dərman maddələri aiddir.
  5. 5. Şəkərli diabetin inkişaf etməsinin risk faktorları • Xroniki pankreatit. mədəaltı vəzin iltihabı da onun funksiyasını pozaraq şəkərli diabet xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər. • Alkoqol mədəaltı vəzi toxumasına da dağıdıcı təsir göstərir. • Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır. • Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmamazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır
  6. 6. Formaları I tip - insulin asılılıqlı II tip - insulin asılılığı olmayan
  7. 7. • Mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90%-i dağılmış olur. Beləliklə, mədəaltı vəzi ya az insulin istehsal edir, ya da insulin ifraz etmir. Şəkərli diabetin I tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir və kəskin başlayır I tip - insulin asılılıqlı şəkərli diabet • Mədəaltı vəzi insulin hazırlamağa davam edir. Qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır. Xəstəlik tədricən başlayır, getdikcə ağırlaşır. II tip - insulin asılılığı olmayan
  8. 8. Kliniki gedişinə görə Yüngül forma Orta ağırlıqda Ağır forma Karbohidrat mübadiləsində olan pozğunluqlar pəhriz vasitəsi ilə tənzimlənə bilir. Karbohidrat mübadiləsini tənzimləmək üçün 60 TV-ə qədər insulin və yaxud şəkərsalıcı həblərin tətbiq olunması lazım gəlir. Karbohidrat mənimsənilməsinin tənzimləmək üçün 60 TV- dən çox insulin tələb olunur. Həmçinin şəkərli diabetin ağırlaşmalarının ağır gedişində müalicənin metodundan asılı olmayaraq, şəkərli diabet ağır forma kimi qəbul olunur.
  9. 9. Əsas simptomlar • Şiddətli susuzluq, yanğı hissi (polidipsiya) • Çoxlu sidik ifrazı (poliuriya) • Çox yemək (polifagiya) • Arıqlama • Ağızda quruluq • Getdikcə artan zəiflik Lakin bəzi hallarda bu əlamətlərin hamısı birlikdə rast gəlimir və xəstələr səbəbsiz arıqlama, qaşınma, tez yorulma, cinsi zəiflik, tez-tez çiban çıxarmadan şikayətlənirlər
  10. 10. • Xəstəliyin əsas əlaməti hiperqlikemiyadır ki, bu dainsulin çatışmazlığı səbəbindən qlükozanın toxumalar tərəfindən mənimsənilməsinin azalması nəticəsində yaranır. Qlükogenez prosesinin güclənməsi də hiperqlikemiyanın artmasına səbəb olur • Hiperqlikemiya qlükozuriyanın, bu isə, poliuriyanınnyaranmasına səbəb olur • Xəstələr çoxlu maye qəbul edir, diurezin miqdarı artır və sidik ifrazı tezləşir • Xəstəlik başladıqdan bir neçə həftə sonra xəstələr 10-20 kq, bəzən daha çox arıqlayırlar • Xəstələrin dərisi quru, qırışmış olub, kəpəklənir • Dərinin turqoru azalmış olur, dəridə qaşınma, xəstəliyin ağır formalarında isə lipoid nekrobiozu olur • İmmunobioloji reaktivliyin azalması nəticəsində müxtəlif irinli xəstəliklər baş verir • Daimi qlükozuriya nəticəsində qadınlarda cinsi orqanların kandidamikozu inkişaf edir
  11. 11. • Tac damarların ildən-ilə artan aterosklerozu ilə əlaqədar olaraq, onların mənfəzinin daralması və tutulması nəticəsində miokardın distrofiyası və infarktı inkişaf edir. • Mədə və bağırsaqların motor və sekretor funksiyasının pozulması, əksər hallarda mədə turşuluğunun azalması baş verir. Xəstələrdə qaraciyərin piy distrofiyasına rasr gəlinir (heparoz). • Mikroangiopatiya- göz dibi damarlarının zədələnməsi (retinopatiya), böyrək damarlarının zədələnməsi (nefropatiya), dərinin və aşağı ətrafların xırda damarlarının zədələnməsi aiddir. • Makroangiopatiya- ürəyin koronar damarlarının, aortanın, beyin damarlarının, aşağı ətrafların və başqa nahiyələrin iri damarlarının zədələnməsidir.
  12. 12. Şəkərli diabetin ağırlaşmaları • Mikro- və makroangipatiyalar və onların ağırlaşmaları Xroniki ağırlaşmalar • Diabetik koma Kəskin ağırlaşmalar
  13. 13. Hiperqlikemik ketoasidotik koma • Koma tədricən inkişaf edir, xəstələrdə ağızda quruluq, susuzluq, yanğı hissiyyatı olur, sidik ifrazı güclənir, ürəkbulanma baş verir. Xəstələrin huşu pozulur, yuxusuzluq və sopor halı əmələ gəlir. Müalicə etmədikdə xəstə komatoz vəziyyətə düşür. Xəstələrin ağzından aseton iyi gəlir, tənəffüs küylü və dərin olur. Göz almaları basdıqda yumşaq olur.Dəri quru olur.
  14. 14. Hipoqlikemik koma • İnsulinin həddən artıq çox vurlumasından əmələ gəlir, qısa vaxtda birdən birə əmələ gəlir. Xəstə huşunu itirir, dərisi nəm olur, aseton iyi gəlmir, göz almaları bərk olur.
  15. 15. Hiperosmolyar koma • Qanın osmolyarlığının və qanda şəkərin artması ilə müşayiət olunur. Hipernatriemiya, hiperxloremiya və hiperazotemiya olur.
  16. 16. Hiperlaktasidemik koma • Az rast gəlinir və biquanid preparatlarının nəzarətsiz qəbul edilməsi nəticəsində qanda şəkərin və süd turşusunun miqdarı artıt, qanın turşu-qələvi müvazinəti turşuluğa doğru dəyişir. Xəstəliyin diaqnozu üçün qanda söd turşusu təyin olunur.
  17. 17. Müalicəsi • Şəkər mübadiləsinin nomallaşdırılması • Xəstənin əmək qabiliyətinin və çəkisinin bərpa olunması • Kəskin və xroniki fəsadların profilaktikası
  18. 18. Son

×