O slideshow foi denunciado.
Utilizamos seu perfil e dados de atividades no LinkedIn para personalizar e exibir anúncios mais relevantes. Altere suas preferências de anúncios quando desejar.

Cuzam ( deri zohrevi xestelikleri )

Cuzam ( deri zohrevi xestelikleri )

  • Seja o primeiro a comentar

Cuzam ( deri zohrevi xestelikleri )

  1. 1. Cüzam (Lepra) Sara Mahmudlu Müalicə-profilaktika 1 Qrup: 110 B
  2. 2. Etiologiya Cüzamın törədiciləri Mycobacterium Lepre Hanseni spirtə və turşuya davamlı, uzunluğu 1.5-1.6, eni 0.2- 0.4 mikron olan çöpşəkilli bakteriyalardır. Cüzam mikobakteriyalarının patoloji kulturası indiyə qədər alınmamışdır. Sil- Nilsen üsulu ilə boyanır.
  3. 3. Patogenez Burun seliyində və cüzam düyünlərində-lepromalarda külli miqdarda cüzam çöpləri tapilir ki,buradan da ətrafa yayılır yoluxma törədir Qan dövranı vasitəsilə bütün orqanizmə yayılır Sinir uclarına və limfa damarlarına düşür Burun boşluğunun selikli qişalarından və ya aşağı ətrafların dəri örtüyündən orqanizmə daxil olur
  4. 4. Klinik şəkli • Xəstəliyin gizli dövrü 4-6 ildir, lakin bu müddət 10-20 ilə qədər uzana bilər. Gizli dövrdən sonra xəstələrdə ümumi əzginlik, yorğunluq, iştahsızlıq, ətraflarda ağrılar baş verir. Sonralar tərləmə və hissetmə pozulur. Bundan sonra isə xəstəliyin əsas əlamətləri başlanır.
  5. 5. Morfoloji elementlər Ləkələr Düyüncüklər Düyünlər Sudurlar Üzdə, gövdədə, yuxarı və aşağı ətraflarda qırmızı ləkələr baş verir. Bu ləkələr bir- biri ilə birləşərək müxtəlif fiqurlar əmələ gətirilər. Əvvəlcə açıq qırmızı rəngdə, getdikcə tündləşərək sarımtıl qonur rəngə çevrilirlər. Ləkələr solarkən bəzən kəpəklənir, bəzən isə piqmentləşir. Daha sınra piqment solub gedir yerində ağ ləkələr qalır. Ləkələr nahiyəsində əvvəlcə hiperesteziya sonra isə anesteziya, tüklərin Əsasən infiltrat yuxarı və aşağı ətraflarda dərinin qızarması və qalınlaşması ilə baş verir. Düyüncüklər bir-biri ilə birləşərək infiltrat olan leproma əmələ gətirirlər. Darıdan noxud böyüklüyünə qədər olan lepromalar çəhrayımtıl-sarı olur, yağlı və parlaqolmaqla, bəzən teleangioektaziyalar və kəpəklənmə ilə müşahidə olunur. Lepromalar ya sorulub gedir, ya da xoraya keçir. Xoralar sağalarkən çapıq Dəri altından başlanır. Fındıqdan qoz böyüklüyünə qədər olan bu düyünlər birləşərək düyünlü infiltrat əmələ gətirir. Bu düyünlər üzdə xəstənin sifətini eybəcərləşdirir, şir sifətinə (facies lionina) bənzədir. Bu düyünlər bir çox hallarda nekrozlaşaraq dərin xoralar və bəzən də nəticədə oynaq və sümükləri əhatə edərək eybəcərliklər və şikəstliklər (mutilatio) törədir. Lepramatoz cüzam zamanı ətrafların xarici səthlərində bəzən sudurlar da baş verir. Sudurlardakı serozlu və ya irinli maye çox keçmədən quruyub qartmaq əmələ gətirir, qartmaqlar düşəndən sonra onların yerində hissiyatını itirmiş piqmentli ləkələr qalır.
  6. 6. Ləkələr
  7. 7. Düyünlər, sudurlar, düyüncüklər
  8. 8. Xoralar
  9. 9. Xəstəliyin kliniki, bakterioloji,histopatoloji, immunoloji vəziyyətindən asılı olaraq aşağıdakı növləri vardır:
  10. 10. Lepramatoz cüzam • Lepramatoz cüzam zamanı xəstələr çox zəif müqavimətə malik olurlar. Dəridə, selikli qişalarda, daxili orqanlarda və ətraf sinir sistemində cüzama məxsus düyünlü morfoloji elementlər vardır. Bakteremiya və aslan üzü sipmtomu müşahidə olunur. Xəstəliyin ilərləmiş hallardında sinirdəki düyünlü morfoloji elementlər simmetrik inkişaf edərək, bu sinirlərin innervasiya etdiyi nahiyədə hissi və hərəki pozğunluqlar törədir. Lepromin dəri testinə qarşı mənfi reaksiya alınır.
  11. 11. Tuberkuloid cüzam • Xəstələr ən yüksək müqavimətə malik olurlar. Sağlam adamda olduğu kimi lepromin müayinəsi müsbət nəticə verir. Tuberkuloid zədələnmə əsas dəri örtüyünü əhatə edir. Çox nadir hallarda xəstəlik ətraf sinir sisteminə və başqa orqanlara yayılır. Tuberkuloid cüzamın səpgiləri əksər hallarda gövdə nahiyəsində fiqurlu məhdud piləklərdən ibarətdir. Bu piləklərin kənarları bir-biri ilə birləşmiş və dərisəthindən bir qədər qabarmış xırda düyüncüklərdən, mərkəzi hissəsi atrofiyalaşmış ləkələrdən ibarətdir. Piləklərin hissiyatı pozulur.
  12. 12. Müəyyənləşməmiş cüzam • Xəstələrin müqaviməti sabit qalmır. Lepromin sınağı gah mənfi, gah da müsbət olur. Yaxşı müalicə nəticəsində tuberkuloid tipinə, müalicəsiz qaldıqda lepromatoz tipə keçə bilər.
  13. 13. Müalicə • Bütün tipləri leprozoriya şəraitində aparılır. Tuberkuloid cüzamın sağalma olur, lepromatoz cüzamda isə müalicə mümkündür, lakin əsasxəstəlik ağılaşmaları aradan qaldırla və rekonstruktiv cərrahiyə tələb oluna bilməz. • Basil sayı çox olanlarda ayda bir 600 mq rifampin ve 300 mq klofazimin, gündə 100 mq dapson ve 50 mq klofazimin 2 il müddətinə • Basil sayı az olanlarda isə ayda 600 mq rifampin, gündə 100 mg dapson 6 ay müddətinə müalicə aparılır. • Lepramatoz cüzamlıların ailələrində dapson ilə profilaktika aparılır.
  14. 14. Son

×