O slideshow foi denunciado.
Utilizamos seu perfil e dados de atividades no LinkedIn para personalizar e exibir anúncios mais relevantes. Altere suas preferências de anúncios quando desejar.
Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və
onu tələb edən səhmdarlara ehtiyacı var.
...
müəyyənləşdirmək (oyun nəzəriyyəsi-game theory) asan olmur. Şərtləri lazımi səviyyədə
aydın olmayan oyun aqresiv davranışl...
Próximos SlideShares
Carregando em…5
×

Bankların strateji baxışı

113 visualizações

Publicada em

Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və onu tələb edən səhmdarlara ehtiyacı var.

Publicada em: Economia e finanças
  • Login to see the comments

  • Seja a primeira pessoa a gostar disto

Bankların strateji baxışı

  1. 1. Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və onu tələb edən səhmdarlara ehtiyacı var. Birinci bölüm: Strategiya Kommersiya təşkilatı olan bankların başlıca məqsədi gəlir əldə etməkdir. Bu istiqamətdə bankların strateji baxışı (kommersiya təşkilatlarının məqsədlərinə dair nəzəri çərçivəni xatırlasaq) uzunmüddətlı stabil gəliri əksetdirməli, fəaliyyət planları bu istiqamətdə formalaşdırılmalıdır. Bunun üçün də bankların uzunmüddətli strategiya müəyyən etmələri zəruridir. Ümumiyyətlə uzun müddət dedikdə nəzərdə tutulan vaxt necə müəyyən olunur (olunmalıdır)?! Ölkə iqtisadiyyatında əhəmiyyətli oyunçular olması, eləcə də bu sektora giriş imkanlarının çətinliyi, investisiya strategiyası baxımından bankların fəaliyyətinə müddət məhdudiyyətini (3, 5, 10 il və.s.) təbbi ki "məntiqsiz" edərdi. Bildiyiniz kimi stategiya üçün qeyd olunan "uzunmüddətli" sözü strategiyanın nəzərdə tutulduğu müddəti əhatə edir. Qeyd olunan bu müddət isə kommersiya fəaliyyətinin mövcud olduğu ölkənin makroiqtisadi mühitindən birbaşa aslıdır. Belə ki, strategiya iqtisadi göstəricilərinn proqnozlaşdırılması mümkün olan dövrü əhatə edə bilər. Makroiqtisadi mühit və siyasi stabilliyin güclü olduğu bir ölkədə (reallaşma ehtimalı yüksək vəya kənarlaşma əmsalı kiçik olan) proqnozlaşdırma imkanları daha uzunmüddətli olabilir. İnkişaf etmiş ölkələrdə bu müddətin 10 ildən artıq olduğu hesab edilir. Üzunmüddətli proqnoz imkanı güclü ölkələrdə (İEÖ) rəqabət və gəlir maksimizasiyasının uzun müddətə yayılması investisiyanın gəlirliyini (əmanətçi, investor , eləcə də bankların gələcək gözləntiləri paralel olaraq onların bugünkü qərarlarına təsir edir) aşağı salır. Gəlirlər bərabər paylanır, ictimayi rifah yüksəlir. Bu eyni zamanda iqtisadi və sosial infrastrukturun güclənməsini, davamlı gəliri təmin edir. İqtisadi mühit uzunmüddətli proqnozlaşdırmaya imkan vermədikdə, banklar gəlir maksimizasiyası strategiyasını realizasiya etmək məqsədi ilə hazırlayacaqları "uzunmüddətli" strategiyanın müddətini proqnozlaşdıra biləcəkləri dövrə - nisbətən qısa müddətə uyğunlaşdırırlar. Qeyd etdiyimiz kimi, strategiya yalnız proqnozlaşdırıla bilən dövrü əhatə edəcəyindən, bankların da başlıca hədəfi olan mənfəət maksimizasiyası bu qısa müddətə uyğunlaşdırılır. Bu isə yüksək riskli mühitdə yüksək satış gəliri əldə etmək üçün aqresiv bazar mübarizəsinə yol açir. Belə ki, qısa müddətdə, qeyri-stabil mühitdə bazar oyunçularının (maraqlı tərəflər - banklar, digər maliyyə təşkilatları, requlyativ çərçivə, müştəri davranışı) davranışlarını da
  2. 2. müəyyənləşdirmək (oyun nəzəriyyəsi-game theory) asan olmur. Şərtləri lazımi səviyyədə aydın olmayan oyun aqresiv davranışları zəruri edir və bu aqresiya investorların risk iştahalarına paralel inkişaf edir. Yüksək risk iştahasına sahib səhmdarlar öz görüşlərinə adekvat formalaşdırılmış menecmentlə "uzunmüddətli" (adətən 1-3 il) strategiya müəyyən edir. Bu zaman yüksək -riskli gəlirə hədəflənən satış strategiyaları formalaşdırılsa da, qısamüddətli yüksək xərc yaradan (lakin gəlir gətirməyən) risklərin idarə edilməsi üzrə infrastruktur investisiyaları nəzərə alınmır. (Bir qədər də səhmdarlara haqq qazandırmaq olar. Çün ki, strategiya qısa dövrü əhatə etdiyindən uzunmüddətə faydalı olacaq investisiyanı əhəmiyyətsiz hesab edirlər.) Nəticə: ı)İnformasiya assimmetriyası şəraitində "silahlı" banklara qarşı dayana bilməyən müdafiəsiz müştərilər istənilən halda uduzur. ıı)Gəlir bölgüsü qütbləşməyə məruz qalır və sosial defolta sürüklənir. ııı)Yüksək risk iştahasına sahib oyunçuların aqresiv davranışları özlərini və sektoru böhrana aparır. ıv) Requlyatorun preventiv tədbirləri sektorun inkişafını tormozlayacağı kimi, gecikmiş qərarlar iqtisadi böhranlara səbəb olur. Cari situasiyada güclü olan qazanır, lakin hər kəs nəyisə itirir!: - Dayaq nöqtəsi (arxalandığı kimsə) olanlar "oyun şərtlərinə" müdaxilə edir - öz oyununda özü qazanır. Lakin bərabər şərtlərdə rəqabət aparma bacarığını, uzunmüddətli-davamlı fəaliyyət qabiliyyətini zəiflədir (Azad rəqabət şəraitinə immunitetini itirmiş olur). - İnhisarçı şəraitdə qeyri bərabər oyun şərtlərindən itkiyə məruz qalanlar isə gözləmə strategiyasını izləyərək makroiqtisadi stabillik dövrünə hazırlaşır. Ağıl gücünə sahib olanlar tam rəqabət şəraitində iqtisadi seleksiyaya inanaraq uzunmüddətli strategiya formalaşdırırlar. Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və onu tələb edən səhmdarlara ehtiyacı var.

×