O slideshow foi denunciado.
Seu SlideShare está sendo baixado. ×

farmakologiya 1.pptx

Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Anúncio
Carregando em…3
×

Confira estes a seguir

1 de 22 Anúncio

farmakologiya 1.pptx

Baixar para ler offline

Aritmiya hffhdhyfktjxkfxfjxrjxkfxgxkcxxgkxfjtcyccuuucucgucvcucucucuvuvuylcxiititxtoxtxtxgxlgclgckgcgkxtkxktxgkxxgkxgxkcgkcxychkcgxkgxgkxgkxkgcgkckgchkxgkcckgckhcgkcckycjfhffhzxgjxtjxifixfkxxxktxxtlxglxylxyocglcxgotkxkxxtkxgkckxxtoxtoxogcglxxllxggkxlgcgxlgxlgxgoxxotxlgxgoxlcglcxykcycgxkgxktxotxotxotxotcyoclgxkglcglclxylclclgclycoycoycoy

Aritmiya hffhdhyfktjxkfxfjxrjxkfxgxkcxxgkxfjtcyccuuucucgucvcucucucuvuvuylcxiititxtoxtxtxgxlgclgckgcgkxtkxktxgkxxgkxgxkcgkcxychkcgxkgxgkxgkxkgcgkckgchkxgkcckgckhcgkcckycjfhffhzxgjxtjxifixfkxxxktxxtlxglxylxyocglcxgotkxkxxtkxgkckxxtoxtoxogcglxxllxggkxlgcgxlgxlgxgoxxotxlgxgoxlcglcxykcycgxkgxktxotxotxotxotcyoclgxkglcglclxylclclgclycoycoycoy

Anúncio
Anúncio

Mais Conteúdo rRelacionado

Anúncio

farmakologiya 1.pptx

  1. 1. Məlumdur ki, ürək həm simpatik, həm də parasimpatik innervasiya alır. Hər iki sistemin normal fizioloji fəaliyyəti və aralarında mövcud olan dinamik qarşılıqlı əlaqə mexanizmi, ürəyin digər parametrləri kimi, normal ritmik fəaliyyətini də təmin edir. Adrenergik sistemin oyanması ürək fəaliyyətinin yüksəlməsi və periferiyaya qovulan qanın miqdarının artması ilə müşahidə olunur. Bu halda sinu-qulaqcıq və qulaqcıq-mədəcik keçirici sistemlərində impulsların ötürülmə sürəti artdığı, avtomatizm yüksəldiyi üçün aritmiya (taxiaritmiya) baş verə bilər.
  2. 2. Klinik müşahidələr göstərir ki, aritmiyalar zamanı yüksək və dözümlü farmakoterapevtik effekt, yalnız ürəyin ritm pozğunluğuna səbəb olan əsas faktorun aradan qaldırılması istiqamətində aparılan müalicə zamanı mümkün olur. Məsələn, emosional gərginlik və ya zərərli adətlər (siqaret çəkmə, spirtli içkilərin qəbulu və s.) zamanı baş verə biləcək aritmiyalar zamanı birinci halda sedativ maddələr və trankvlizatorların təyini, ikinci halda isə sadəcə olaraq bu adətlərdən daşınma aritmiyaların aradan qalxmasına səbəb ola bilər.
  3. 3. Antiaritmik təsir müxtəlif farmakoloji qruplardan olan (məs. Efferent innervasiyaya təsir göstərən maddələr, anestetiklər, qıcolmaəleyhinə preparatlar, ion mübadiləsinin korrektorları və s.) və tibbdə digər məqsədlərlə istifadə olunan xeyli adda dərman maddələrində müəyyən edilmişdir. Ürəyin ritm fəaliyyətini normallaşdırmaq bu qruplardan olan bəzi dərman preparatların əsas farmakoloji xüsusiyyəti olduğuna görə, onları «aritmiyaəleyhinə dərman maddələri» adı altında birləşdirirlər.
  4. 4. Aritmiyaların müxtəlifliyi, bəzi aritmiya tiplərinin elektrofizioloji xüsusiyyətlərinin biri- birinin tamamiləəksinə olması, bu qrupdan olan dərman maddələrinin istifadəsinə son dərəcə ehtiyatlı yanaşması tələb edir. Nəzərə almaq lazımdır ki, aritmiyanın bəzi tiplərində effektiv olan bir dərman maddəsi aritmiyanın digər tiplərini pisləşdirə və ya bir aritmiya tipini aradan qaldırdığı halda digər aritmiya tipi törədə bilər. Başqa sözlə desək, antiaritmik dərman maddələri, həm də aritmogen (proaritmik) təsir göstərə bilərlər; yəni onların aritmiyalarda «təhlükəsizlik diapazonu» qısadır. Odur ki, xüsusən, son illərdə əksər alimlər bu preparatların, yalnız həyat üçün təhlükə yarada bilən ağır aritmiyalar zamanı istifadə olunmasını tövsiyə edirlər.
  5. 5. Taxiaritmiyalar zamanı istifadə olunan maddələr I. Natrium kanallarının blokatorları - Ia. Xinidin sulfat, Prokainamid, Dizopiramod, Aymalin Ib. Lidokain, Fenitoin, Meksiletin, Tokainid Ic.Propaf enon, Flekainid, Lorkainid, Enkainid, II. Kalium kanallarının blokatorları - Amiodaron, Bretilyum, Sotalol, Dofetilid III.Kalsium kanallarının (L- tipli) blokarorları - Verapamil, Diltiazem IV. β –adrenoblokatorlar - Propranolol, Metoprolol, Atenolol, Esmolol, Timolol, Asebutolol V. A. Taxiaritmiyalar zamanı istifadə olunan digər maddələr - Va. Ürək qlikozidləri Digitoksin, Diqoksin, Selanid, Strofantin K Vb. Kalium preparatları Kalium xlorid, Panangin, «Asparkam» tableti Vc. Maqnezium preparatları Maqnezium sulfat Vç. Purin törəmələri Adenozin
  6. 6. Bradiaritmiyalar zamanı istifadə I. M- xolinoblokatorlar - Atropin sulfat II. β – adrenomimetiklər - İzoproterenol (İzoprenalin)
  7. 7. Aritmiyaların farmokoloji korreksiyasında preparatların seçilməsi, təkcə aritmiyaların tipinə görə deyil, həm də müvafiq preparatların fərdi farmokoloji xüsusiyyətləri nəzərə alınmaqla aparılır. Taxiaritmiyaların müalicəsində istifadə olunan birinci qrup preparatların fərqli xüsusiyyətləri faza 0-da ürək hüceyrələrinə Na+ ionlarının daxil olmasını süstləşdirməklə, aksion potensialı amplitudasını azaltmaqdır. Birinci qrupa daxil olan preparatlar depolyarizasiyasında Na+-dan başqa, Ca2+ ionları da iştirak edən sinoatrial düyün və digər anoloji hüceyrə toplularının avtomatizminə təsir göstərmirlər. Onlar yalnız ürək əzələsində meydana çıxan anormal avtomatizmi süstləşdirir və ya onun generalizə olmasının qarşısını alırlar.
  8. 8. Ia yarımqrupundan olan preparatlar Na+ kanallarının orta və yüksək dərəcəli nlokatorlarıdır. Onlar bir çox K+ kanllarını da blokada etməklə, refrakter dövrü üzadırlar. Aksion potensialının faza 0-nı orta dərəcədə süstləşdirir, repolyarizasiyanı yavaşıdır (QT-ni uzadır) və keçiriciliyi orta dərəcədə ləngidirlər.
  9. 9. Ib yarımqrupundan olan preparatlar Na+ kanallarını zəif və orta dərəcədə blokada edirlər. Onlar K+ kanallarını blokada etmədiklərindən refra kter dövrü dəyişmir və ya qısaldırlar. Aksi on potensialının faza 0- a təsirləri zəifdir. Repolyarizasiyanı qısaldı r, fibrilyasiyaya meyilliliyi artırır, işemik to xumalardakı keçiriciliyi olduqca selektiv bi r şəkildə süstləşdirdikləri halda, normal toxumalardakı keçiriciliyə təsiri zə ifdir
  10. 10. Ic yarımqrupundan olan preparatlar Na+ kanllarını güclü blokada edirlər. Onlar bayıra (hüceyrə xaricinə) yönələn K+ kanllarını da blokada etdiyindən, refrakter dövrü üzadırlar. Aksion potensi alının faza 0- na süstləşdirici təsirləri güclüdür, aksion potensialının müddətinə və repolyarizasi yaya təsirləri zəifdir. Atrioventrikulyar lifl ərdə və mədəcikdə keçiriciliyi süstləşdirir lər.
  11. 11. Birinci qrupdan olan antiaritmik maddələrin klassik nümayəndəsi xinidin preparatıdır. O, malyariyaəleyhinə istifadə olunan xininin dekstro izomeridir və kinə ağacının qabığından alınan alkoloiddir. Xinidin mədə-bağırsaq traktından sürətlə sorulur. Daxilə təyin edildikdə 1-2 saat sonra qan plazmasından maksimal qatılıqda toplanır və təsir effekti 6-8 saat davam edir. 80- 90%-i qan plazmasında albumin və α1 qlikoprotein turşusu ilə birləşir. Qəbul olunan dozanın təqribən 20%-i orqanizmdən dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə xaric olur. Sidiyin turşulaşdırılması xidinin sidiklə ifrazını sürətləndirir, sidiyin qələviləşdirilməsi isə onun ifrazını azalda və təsirini artıra bilər.
  12. 12. Prokainamidin ürəkdəki hüceyrələrdə törətdiyi elektrofizioloji dəyişikliklər demək olar ki, xinidinin törətdiyi dəyişikliklər ilə eynidir. Xinidinlə müqayisədə miokardin yığılma aktivliyini daha zəif süstləşdirir. Yüksək dozada atrioventriktulyar blok törədə bilir. Molekulunda efir rabitəsi olmadığına görə plazma psevdoxolinesterazasına qarşı dözümlüdür və plazmada hidroliz prosesinə məruz qalmır. Qaraciyərdə asetilləşmə yolu ilə metobolizmə uğrayır. Bu halda əmələ gələn metabolit N- asetilprokainamidin də antiaritmik təsiri vardır. Preparatın qəbul olunan dozasının 60%-i orqanizmdən dəyişilməmiş halda sidiklə xaric olur
  13. 13. Ib yarımqrupundan olan preparatlardan, əsasən, ventrikulyar taxiaritmiyaların müalicəsində istifadə olunur. Bu mənşəli, lakin sürəkli olmayan taxiaritmiyaların 50%-ni aradan qaldırır. Sürəkli mədəcik taxiardiyaları və mədəciklərin fibrilyasiyası zamanı təsirləri zəifdir. Bu qrupdan olan lidokain preparatı tibbi praktikaya lokal anestetik kimi tövsiyə olunmuş, sonralar isə ondan antiaritmatik dərman maddəsi kimi də istifadə olunmağa başlanmışdır. Qulaqcıq mənşəli aritmiyalara təsir göstərmir. Lidokainin miokard hüceyrələrində avtomatizmilə əlaqəli törətdiyi əsas elektrofizioloji effekt spontan diastolik depolyarizasiyanın sürətini azaltmasıdır.
  14. 14. Fenitoin tibbi praktikaya böyük epileptik tutmaların müalicəsində istifadə olunmaq üçün tövsiyə edilmişdir.. Sonralar mədəcik mənşəli aritmiyaları aradan qaldırdığı müəyyən edilmişdir və ondan antiaritmik dərman maddəsi kimi də istifadə olunmağa başlamışdır. Hazırda fenitoindən, əsasən, ürək qlikozidlərilə zəhərlənmələrdə (digital zəhərlənmələr) istifadə olunur.
  15. 15. Meksiletin kimyəvi quruluşu və törətdiyi elektrofizioloji effektlərə görə lidokainə oxşayır. Ondan fərqli olaraq daxilə də təyin oluna bilir. Mədəciklərdə avtomatizmi süstləşdirir. Qulaqcıq və atrioventrikulyar düyün sistemlərinə güclü depresiyaedici təsir göstərmir. Mədəcik mənşəli taxiaritmiyalar, xüsusən, kəskin miokard infraktı zamanı meydana şıxan aritmiyaların müalicəsində istifadə olunur. Daxulə (8 saatdan bir 200-300 mq dozada) və parenteral (v/d) yolla təyin olunur. Mədə-bağırsaq traktında yaxşı sorulur. İnaktivasiyaya qaraciyərdə məruz qalır. Əlavə effektləri lidokainin əlavə effektlərinə bənzəyir.
  16. 16. Ic yarımqrupundan olan preparatları təyini sürəkli gedişə malik olmayan (nonsustained) mədəcik aritmiyaların təqribən 75% aradan qaldırır. Sürəkli mədəcik taxiardiyaları və fibrilyasiyaası zamanı ancaq 25% hallarda effekt törədə blir. Bu yarımqrupdan olan preparatlar, əsasən, Purkinye lifləri və mədəcik miokardı hüceyrələrinin depolyarizasiya (faza 0) sürətini azaldır və impulsların ötürülmə sürətini aşağı salırlar. Atrioventrikulyar keçiricilik süstləşir. Onların repolyarizasiyaya təsiri zəifdir.
  17. 17. Bu yarımqrupdan olan flekainid, enkainid və lorkainid preparatları supraventrikulyar və ventrikulyar taxiaritmiyaları güclü bir şəkildə aradan qaldırır. Mənfi inotrop effekt törədə bilirlər. Bu bu preparatlardan hazırda flekainiddən istifadə olunmaqdadır. Farmakoloji xüsusiyyətləri və istifadə olunduğu aritmiyalar baxımından lidokainə oxşayır. Bəzi xəstələrdə «torsades de pointes» tipli təhlükəli mədəcik taxikardiyası törədə bilərş mədəcik mənşəli aritmiyalarda gündə 2 dəfə, ağızdan 100-200 mq dozalarda, supraventrikulyar aritmiyalarda isə gündə 2 dəfə 50-150 mq dozalarda verilir. Ağır hallarda EKQ-yə nəzarət etməklə yavaş sürətdə venadaxili inyeksiya və ya infuziya oluna bilər.
  18. 18. Kalium kanalı blokatorları qrupundan olan antiaritmik maddələrə (amiodaron, sotalol, dofetilid və bretilyum) xas olan əsas xüsusiyyət optimal terapevtik dozalarda faza 0-ın sürətinə, amplituda və istirahət membran potensialına toxumadan, sürətli hüceyrələrdə aksion potensialının davam etmə sürətini və effektiv refrakter dövrü uzatmalarıdır. Hər iki proses, əsasən, repolyarizasiya fazasının (faza3) süstləşməsindən irəli gəlir. Bu sıradan olan maddələr birinci qrupdan olan preparatlardan fərqli olaraq natrium kanllarına toxunmurlar. Odur ki, impulsların ötürülməsini pozmur və QRS intervalını çox az uzadırlar. Bu qrupdan olan maddələrin proaritmik effektləri vardır. Onlar repolyarizasiya müddətini uzatmaqla «torsades de pointes» tipli təhlükəli polimorf mədəcik aritmiyasının baş vermə riskini atrırılar
  19. 19. Taxiaritmiyaların müalicəsində xüsusi yeri olan dərman maddələri qrupundan biri də β –adrenoblokatorlardır. Onların antiaritmik təsiri simpatoadrenal sistemin ürəyə göstərdiyi təsiri süstləşdirmələrilə izah olunur. Başqa sözlə desək, onlar müvafiq lokalizasiyalı adrenoreseptorları blokada etməklə, adrenergik sinir liflərinin ucundan ifraz olunan qpinefrinin ürəyə göstərdiyi stimuləedici təsirin qarşısını almaqla taxiaritmiyaları aradan qaldırırlar. β- adrenoblokatorlar içərisində antiaritmik maddə kimi ən çox istifadə olunan propranolol preparatıdır. Dərman maddəsi olaraq raemat formasından istifadə olunur. O, A-V düyündə simpatoadrenal tonusu süstləşdirir və refrakter dövrü xeyli dərəcədə uzadır. Antiaritmik maddə kimi 6 saatdan bir 10-80 mq dozalarda daxilə təyin olunurş ağır hallarda 1mq/dəqiqə sürətilə v/d (1-5 mq dozada) təyin olunur.
  20. 20. Bradiartimiyaların müalicəsinə, əsasən, Mxolinoblokatorlar (atropin sulfat) və β- adrenomimetiklər (izoproterenol) qrupunun nümayəndələrindən istifadə olunur. Atropin parasimpatik sistemin blokatorudur. Ondan, əsasən, sinus bradikardiyası və sinoartiral blok zamanı, eləcə də A-V blokların müalicəsində istifadə olunur. Preparatın digər istifadə olunduğu sahə ürək qlikozidlərilə zəhərlənmələr zamanı müydana çıxan ağır bradikardiyalardır. Venadaxili və ya dəri altına 0,6 mq dozada inyeksiya olunur. Təsir müddəti 3-4 saatdır. Ağır olmayan hallarda 1 mq dozada daxilə per oral yolla da təyin oluna bilər.
  21. 21. Diqqətinizə görə təşəkkürlər

×