SlideShare a Scribd company logo
1 of 34
XARİCİ OTİT
Hüseynova Günay
218A-11b
Kəskin xarici otit (KXO) – xarici qulağın
generalizə olunmuş iltihabı olub, prosesə
bəzən təbil pərdəsinin qoşulması ilə özünü
büruzə verir.
EPİDEMİOLOGİYASI
İl ərzində xəstələnmə coğrafi yaşayış yerindən və yaşından
asılı olaraq ümumi əhali sayının 0,4-1%-ini təşkil edir.
Müxtəlif ölkələrdə xarici otitlərin insanlar arasında
yayılması qulaq xəstəliklərinin 17-23%-ini təşkil edir. Əgər
xarici və orta qulağın iltihabı proseslərinin müştərək
zədələnmələrini də nəzərə alsaq, bu faiz daha da
yüksəlmiş olur. Xarici qulağın iltihabının əmələ gəlmə
tezliyi artmağa doğru meyllidir. Bu, hər şeydən əvvəl, peşə
faktorlarının, ətraf mühitin çirklənməsinin mənfi təsiri ilə,
orqanizmdə immunoloji dəyişikliklərə səbəb olan dərman
maddələrinin geniş tətbiqi və stress halları ilə əlaqədardır.
ETİOLOGİYASI
 Bakterial infeksiya
− Staphylococcus aureus
− Streptococcus pyogenes
− Pseudomonas aeruginosa
 Göbələk infeksiyası
− Candida
− Aspergillus
 Virus infeksiyası
Axır illərdə göbələk mənşəli xarici otitlərin artması müşahidə olunur. Bu,
hər şeydən əvvəl müasir müalicə metodlarının xüsusiyyətləri ilə
əlaqədardır. Belə ki, antibiotiklərin, kortikosteroidlərin, sitostatiklərin
uzunmüddətli tətbiqi ilə göbələk xəstəliklərinin inkişafına səbəb olan
şərait kompleksi əmələ gəlir.
RİSK FAKTORLARI
Regionar xroniki proseslər;
► İmmun çatışmazlığı halları (birincili və ikincili);
► Hormonal və maddələr mübadiləsi dəyişiklikləri, o cümlədən
şəkərli diabet;
► Allergiya;
► İş və istirahət şəraiti (yüksək tozlu, çox rütubətli şərait, barokomplekslərdə
işlər);
► Xarici qulaq keçəcəyi epidermisinin travmatizasiyası (istər birbaşa travma,
istərsə də müxtəlif qulaq xəstəlikləri – ekzematoz proseslər, psoriaz, ekzema,
xroniki orta otit, dermatitlər və s.);
► Xarici qulaq keçəcəyinin anatomik quruluşu və qulaq kirinin xüsusiyyətləri;
► Üzgüçülük, çimmə;
► İsti və nəm iqlim;
► Eşitmə cihazından istifadə etmə.
XBT ÜZRƏ TƏSNİFAT
H 60 Xarici otit
H 60.0 Xarici qulağın absesi
H 60.2 Bədxassəli xarici otit
H 60.3 Digər infeksion xarici otitlər
H 60.9 Dəqiqləşdirilməmiş xarici otit
KLİNİK TƏSNİFAT
Xarici otitin aşağıdakı klinik növləri ayırd edilir:
► Məhdudlaşmış (abses, çiban)
► Diffuz
► Nekrotik(Bədxassəli)
Kəskin məhdudlaşmış XO xarici qulaq keçəcəyinin zarlı-
qığırdaq hissəsinin tük follikullarının və piy vəzilərinin
infeksiyalaşması nəticəsində inkişaf edir. Ən çox karbohidrat
mübadiləsi pozulmuş, hipovitaminozu (A, C, B qrupu) olan
şəxslərdə əmələ gəlir.
Kəskin diffuz XO xarici qulaq keçəcəyi dərisinin və dərialtı
qatının infeksiyalaşması nəticəsində (ən çox xroniki irinli orta
otitlər zamanı) yayılmış forma kimi üzə çıxır.
Kəskin diffuz otitin klinkası.
 Xəstəliyin başlanğıcında sadəcə qulaq qaşıntısı və dolğunluq şikayətləri olur.
 Bundan sonra ağrı başlayır. Qulağı yuxarı çəkəndə və ya basanda ağrı meydana
çıxır. Qulağıüstə yatmaq, toxunmaq və yemək yemə zamanı xəstə qulağındakı
şiddətli ağrılardan şikayətlənir.
 Ümumi infeksiya əlamətləri rast gəlinmir.
 Başlanğıcda xarici qulaq seyvanında ele bir dəyişiklik olmur. Ancaq limfatik
stazın başlandığı anda seyvanın dərisi portağal qabığı rəngini alır. Buna "pseud
orange" deyilir.
 klassik mənada bir qulaq axıntısı yoxdur. Ancaq müayinədə xarici qulaq
keçəcəyinin nəm olduğu və sızıntı elədiyi müəyyən olunur. Xəstəliyin irəliləyən
mərhələsində qulaqda qalın, qatı, yapışqan maddə rast gəlinir.
 Otoskopik müayinə zamanı əlamətlər xəstəliyin mərhələsinə görə dəyişir.
Başlanğıcda ödem və hiperemiya müşahidə olunur. Amma xəstəliyin irəliləyən
mərhələsində xarici qulaq keçəcəyi təmiz ödemlənir və daralır. Təbil pərdəsini
görmək həm ödem, həm də ağrı səbəbindən çətinləşir.
 Bəzən xarici qulağın ətrafında limfadenopatiya müşahidə olunur
Xroniki xarici otit
 Xroniki xarici otitin etiologiyası dəqiq bilinmir, xarici qulaq keçəcəyinin çox rast
gəlinən və az şiddətli xronik bir infeksiyasıdır. Əsasən xarici qulaq keçəcəyinin
dərisi atrofik olur, incədir və qulaq kiri vəzisi atrofiyaya məruz qaldığı üçün kir
əmələ gəlmir. Xarici qulaq keçəcəyinin infeksiyalara qarşı davamlılığı azalır.
 Xəstə ən çox qaşıntıdan şikayətlənir. Bəzən infeksiyanın şiddətlənməsi bütün
xarici qulaq keçəcəyinin geniş olaraq ödemlənməsi və daralması ilə nəticələnir.
 Xroniki xarici otitlərdə bir infeksiya vardır. Amma bunun ortaya çıxmasında
dəridəki atrofik dəyişikliklər və qulaq kiri vəzilərinin funksiyasını itirməsi,
allergik və uzun müddətli xarici qulaq keçəcəyinin təmizlənməsi rol oynayır.
Dərinin quru olduğu üçün kultura materialı almaq çətindir. Müalicəsi davamlı
olaraq steroid və antibiotik tərkibli məlhəmlərdən ibarətdir
Nekrotik xarici otit
 Nekrotik və ya nekrozlaşmış xarici otit xarici qulaq
keçəcəyindən başlayıb kəllə çuxuru və gicgah
sümüyünə qədər yayılan, ifliclər meydana gətirən və
ölüm riskini daşıyan bir xəstəlikdir. Xəstəliyin ağırlığı
bilinmədiyi və antibiotiklərin olmadığı bir dövrdə
ölümlərə səbəb olduğu üçün malign eksternal otitis
adlandırılırdı. Amma malign daha çox bədxassəli
xəstəliklər üçün istifadə olunduğundan son zamanlarda
bu terminin yerinə nekrotizan sözü istifadə olunur.
 Xəstəlik yaşlı diabetiklərdə daha çox rast gəlinir.
 İmmun sistemi zəif, xroniki xəstəliyi olan insanlarda da müşahidə
olunur. Xəstəlik kəskin xarici otit kimi başlayır və müalicəyə tabe
olmur. Zaman keçdikdə xəstəlik Santorini axacaqları boyunca yumuşaq
toxumalara, gicgah sümüyünə və kəllə çuxuruna yayılır.
 Yaşlı diabetiklərdən başqa transplantasiya əməliyyatı keçirmiş,
immunosupressiv müalicə və kimya terapiyası alan şəxslər də bu
xəstəliyə tutulurlar. HIV testi pozitiv olanların da nekrotik xarici otita
tutulma riski yüksəkdir.
 Xarici qulaq keçəcəyinin sümük hissəsindəki dəri əsasən qırmızı və
ödemli olur.
 Sümük və qığırdaq hissələrinin kəsişmə yerində qranulyasiya toxumaları
meydana çıxır. Xarici otitlərdə bu toxumaya rast gəlmək olmur.
 Xarici qulaq keçəcəyində irinli sekret müşahidə olunur. Nekrotik xarici
otitdə əgər görmək mümkünsə, təbil pardasi sağlamdır.
 Xəstəliyin əsas əlaməti gecələr şiddətlənən qulaq ağrısıdır.
 Xəstəlik sümüklərdə nekroz yaradır. İlk nekroz olan sümük gicgah
sümüyünün lateral ve alt hissəsidir. Bu yol mastoide və stilomastoid
dəliyinə doğru yayılır. Ovvəlcə fassiyal sinir iflici meydana gəlir Sonrakı
mərhələdə foramen jugulare tutulur
Xəstəliyin tanınmasında əsas əlamətlər bunlardır:
 1. Xəstələr əsasən yaşlı diabetiklər, ya da immun sistemi pozulmuş
olan insanlardır,
 2. Davamlı kəsməyən və gecələri şiddətlənən qulaq ağrıları,
 3. Xarici qulaq keçəcəyinin sümük və qırğırdaq hissələrinin kəsişmə
nöqtəsində başlayan və xarici qulaq keçəcəyinin dərin hissəsinə qədər
uzanan qranulyasiya toxuması;
 4. Bakteriyaların xəstəliyə qoşulması nəticəsində qulağdan olan
axıntılar,
 5. Üz sinirində ifliclər.
İNSTRUMENTAL MÜAYİNƏLƏR
 Otoskopiya başlıca müayinə üsuludur. Bu metodu adi qulaq
qıfı ilə yanaşı otoskop, mikroskop və endoskopun
köməkliyi ilə da aparmaq olar.
► Eşitmənin müayinəsi danışıq və kamertonlarla
(akumetriya) və audiometrlərin köməkliyi ilə aparılır. Bu
zaman alınan nəticələr eşitmənin səsi nəql etmə aparatının
pozulması tipində zəifləməsini göstərir.
► Bədxassəli XO zamanı rentgenoloji (KT) müayinə
FİZİKAL MÜAYİNƏLƏR
 Qulaq seyvanının palpasiyası və traqusun basılması zamanı ağrılar kəskin artır;
► Otoskopiya zamanı xarici qulaq dərisinin infiltrasiyası, hiperemiyası hesabına
keçəcəyin daralması: həmin infiltrasiya qulaq seyvanı ətrafı yumşaq toxumalara,
məməyəbənzər çıxıntıya yayıla bilər.
► Xarici qulaq keçəcəyində deskvamasiya olunmuş epidermis və irin hesabına
kəskin qoxulu ifrazat kütləsi müşahidə edilir (diffuz xarici otitlərə daha çox
xarakterikdir);
► Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş vəolurlar olurlar;
► Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur;
► Məhdud xarici otit zamanı xarici qulaq keçəcəyinin divarlarının birində zarlı-
qığırdaq hissədə bir və ya bir neçə iltihabi düyün üzə çıxır ki, onlarda da xəstəliyin
mərhələsindən asılı olaraq nekrotik özək ola, yaxud olmaya bilər. Bu zaman xarici
qulaq keçəcəyində başqa heç bir patologiya müəyyən edilmir.
► Regionar limfa düyünlərinin böyüməsi
LABORATOR MÜAYİNƏLƏR
 Qanın ümumi
müayinəsi;
► qanda və sidikdə
qlükozanın təyini;
► qulaq ifrazatının
bakterioloji müayinəsi
və mikrobların
dərmanlara
həssaslığının təyini;
► qanın sterilliyinin
təyini.
DİFFERENSİAL
Ağıl dişlərinin çıxması. Bu zaman müşahidə olunan ağrılar
xarici qulağa irradiasiya edə bilər. Ancaq otoskopik
dəyişkənliklərin, eşitmə zəifləməsinin olmaması, qulaq
seyvanının palpasiyasının ağrısız olması diaqnostikaya köməklik
edir. Stomatoloqla məsləhətləşmək lazımdır.
Gicgah-çənə oynağının artrozoartriti. Bu xəstəliklərdə də
ağrılar xarici qulaq nahiyəsində üzə çıxa bilər. Xəstənin ağzının
açılması, çeynəməsi pozularaq ağrılı olur. Diaqnoz otoskopiya
zamanı dəyişikliklərin olmaması, oynağın palpasiyasında
ağrının güclənməsi, ağzın açılması zamanı çənənin xəstə oynaq
tərəfə meyl etməsi, oynağın rentgen müayinəsi ilə təsdiqlənir.
Stomatoloqun məsləhəti lazımdır.
RESİDİVLƏŞMƏ
Xəstəlik, adətən, qısa müddətə bitir. Ancaq bir çox hallarda
residivləşmə qeyd olunur. Bu zaman vaksinterapiya, anatoksinlərin
vurulması, autohemoterapiya, vitaminlər (A, B qrupu, C) tətbiq
edilir.
Ağır klinik gediş və bədxassəli xarici otit zamanı təcili
hospitalizasiya lazımdır.
CƏRRAHİ MÜALİCƏ
Ancaq bədxassəli gedişə malik XO zamanı göstərişdir: nekroza uğramış
toxumalar xaric edilir.
PROQNOZ
Əksər hallarda xoşdur. Bədxassəli gedişə malik XO istisna təşkil edir. Bu
zaman ağırlaşmış anamnezi olan yaşlı insanlarda hətta letallıq da ola bilər.
MÜALİCƏ
Müalicənin məqsədləri:
 Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi;
 Ağırlaşmaların inkişafının qarşısının alınması;
 Residivlərin profilaktikası;
 Həyat keyfiyyətinin yüksəlməsi.
Müalicə zamanı su proseduralarından 7-10 gün ərzində imtina
etmək lazımdır (xüsusən üzgüçülükdə)
Ağrılar yox olanadək eşitmə cihazının istifadəsi
məhdudlaşdırılmalıdır .
Müalicə, adətən, ambulator aparılır.
Kəskin diffuz otitdə müalicə
 Xarici qulaq keçəcəyinin infeksiyası şiddətinə və yayılmasına görə lokal və
ümumi müalicə tədbiq olunur. Yüngül hallarda qulaq damcıları ilə lokal
müalicə aparılır.
 Əsasən steroidli və antibiotikli damcılar (neomisin, gentamisin), xarici
qulaq keçəcəyini asidik edən damcılar (propilen glikol, borasid və asetik
asit) istifadə olunur. Steroid xarici qulaq keçəcəyindəki ödemi azaldır.
Neomisin və gentamisin bakteriyalara qarşı effektlidir. Sirkə xarici qulaq
keçəcəyinin ph-nı turşuya çevirməklə infeksion mühiti pozur. Eyni
məqsədlə 3%-li aluminium asetat məhlulu da istifadə oluna bilər.
 Lokal istifadə olunan preparatların bəzi mənfi cəhətləri vardır. Uzun
müddət antibiotikli damcıların istifadəsi dərinin həssaslığını artırır və eyni
zamanda antibiotiklərə qarşı rezistenlik yaradır. Propilen
glikol dərmanların dərinin üstünə yapışmasını artırır və bu səbəbdən xarici
qulaq keçəcəyi daha da daralır. Steroidlər isə ödemi azaltmaqla yanaşı
bakteriyalar üçün qidalı mühit yaradırlar.
 Sistemli yolla antibiotik verilməsi ancaq şiddətli infeksiyalar
zamanı olur. Siprofloksasindən istifadə oluna bilər (10 gün, 2 x
500 mg). Ancaq bu antibiotik 17 yaşdan aşağı uşaqlarda əks
göstərişdir. Çünki qığırdaq toxumasının inkişafını ləngidir. Ciddi
ağrısı olanlarda sistemik olaraq QİƏDV və analgetiklər istifadə
olunur.
 Xarici qulaq keçəcəyinin infeksiyalarında ən yaxşı lokal
müalicə preparatlari bor va oksigen qarışığından ibarət olan
damcılardır. Bu qarışıq həm antiseptik, həm də pH turşulu
xüsusiyyətlərinə görə daha effektlidir. Qulağda keratin
təmizlənməsini rahatlaşdırır. Adətən 3-5 gün müddətində
istifadə olunur. Daha sonra xarici qulaq keçəcəyi təmizlənilir.
Bu təmizlənmə mikroskop altında edilməlidir. Ödem
çəkildikdən sonra 10 gün yenidən damcılar danızdırılmalıdır və
ən az 6 ay sudan qorunmaq məsləhətdir.
Nekrotik xarici otitdə müalicə
 Ən effektli müalicə - antibiotik qruplarının istifadəsidir. Prosesa
bakteriyalar qoşulduqda (məsələn Pseudomonas), bu zaman digər
antibiotiklərlə kompleks terapiya aparılır. Həmçinin gentamisinli
damcılar və borik asid də istifadə oluna bilinər.
 Medikamentoz müalicə effekt verməzsə, cərrahi müalicə aparılır. Bu
zaman nekroz və qranulyasion toxuma təmizlənir, mastoid hüceyrələri
açılır, venoz sinuslar müayinə edilir, fassiyal sinirlər dekompressiya
edilir. Hatta nekroz kəllə çuxuruna qədər irəliləyibsə, subtotal
petrozektomiya aparılır.
PROFİLAKTİKA
XO profilaktikasında önəmli yeri qulaqların təsadüfi
əşyalarla və ya pambıqlı zondlarla təmizlənməsinin
qadağan olunması tutur. Tozlu, rütubətli işlərdə, yüksək
təzyiqli qaz mühitində çalışan şəxslər xüsusi nəzarət
altında olmalıdırlar. Belə ki, bu şəxslərdə xarici qulaq
dərisinin toz hissəcikləri ilə gündəlik mikrotravmaları,
yüksək rütubət və təzyiqin təsiri ilə dərinin maserasiyası
iltihabi prosesin əmələ gəlməsinə və davam etməsinə
gətirib çıxarır. Xarici otitli xəstələrdə müalicədən sonra
xarici qulaq keçəcəyindən kontrol yaxma götürülür; 3-4
ay qulağa su düşməkdən qorunmaq tövsiyə edilir;
dispanser müşahidə 1 il ərzində aparılır.
xarici otit.hg-1.pptx

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by HubspotMarius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTExpeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

xarici otit.hg-1.pptx

  • 2. Kəskin xarici otit (KXO) – xarici qulağın generalizə olunmuş iltihabı olub, prosesə bəzən təbil pərdəsinin qoşulması ilə özünü büruzə verir.
  • 3.
  • 4. EPİDEMİOLOGİYASI İl ərzində xəstələnmə coğrafi yaşayış yerindən və yaşından asılı olaraq ümumi əhali sayının 0,4-1%-ini təşkil edir. Müxtəlif ölkələrdə xarici otitlərin insanlar arasında yayılması qulaq xəstəliklərinin 17-23%-ini təşkil edir. Əgər xarici və orta qulağın iltihabı proseslərinin müştərək zədələnmələrini də nəzərə alsaq, bu faiz daha da yüksəlmiş olur. Xarici qulağın iltihabının əmələ gəlmə tezliyi artmağa doğru meyllidir. Bu, hər şeydən əvvəl, peşə faktorlarının, ətraf mühitin çirklənməsinin mənfi təsiri ilə, orqanizmdə immunoloji dəyişikliklərə səbəb olan dərman maddələrinin geniş tətbiqi və stress halları ilə əlaqədardır.
  • 5.
  • 6. ETİOLOGİYASI  Bakterial infeksiya − Staphylococcus aureus − Streptococcus pyogenes − Pseudomonas aeruginosa  Göbələk infeksiyası − Candida − Aspergillus  Virus infeksiyası Axır illərdə göbələk mənşəli xarici otitlərin artması müşahidə olunur. Bu, hər şeydən əvvəl müasir müalicə metodlarının xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, antibiotiklərin, kortikosteroidlərin, sitostatiklərin uzunmüddətli tətbiqi ilə göbələk xəstəliklərinin inkişafına səbəb olan şərait kompleksi əmələ gəlir.
  • 7.
  • 8. RİSK FAKTORLARI Regionar xroniki proseslər; ► İmmun çatışmazlığı halları (birincili və ikincili); ► Hormonal və maddələr mübadiləsi dəyişiklikləri, o cümlədən şəkərli diabet; ► Allergiya; ► İş və istirahət şəraiti (yüksək tozlu, çox rütubətli şərait, barokomplekslərdə işlər); ► Xarici qulaq keçəcəyi epidermisinin travmatizasiyası (istər birbaşa travma, istərsə də müxtəlif qulaq xəstəlikləri – ekzematoz proseslər, psoriaz, ekzema, xroniki orta otit, dermatitlər və s.); ► Xarici qulaq keçəcəyinin anatomik quruluşu və qulaq kirinin xüsusiyyətləri; ► Üzgüçülük, çimmə; ► İsti və nəm iqlim; ► Eşitmə cihazından istifadə etmə.
  • 9. XBT ÜZRƏ TƏSNİFAT H 60 Xarici otit H 60.0 Xarici qulağın absesi H 60.2 Bədxassəli xarici otit H 60.3 Digər infeksion xarici otitlər H 60.9 Dəqiqləşdirilməmiş xarici otit
  • 10. KLİNİK TƏSNİFAT Xarici otitin aşağıdakı klinik növləri ayırd edilir: ► Məhdudlaşmış (abses, çiban) ► Diffuz ► Nekrotik(Bədxassəli)
  • 11. Kəskin məhdudlaşmış XO xarici qulaq keçəcəyinin zarlı- qığırdaq hissəsinin tük follikullarının və piy vəzilərinin infeksiyalaşması nəticəsində inkişaf edir. Ən çox karbohidrat mübadiləsi pozulmuş, hipovitaminozu (A, C, B qrupu) olan şəxslərdə əmələ gəlir. Kəskin diffuz XO xarici qulaq keçəcəyi dərisinin və dərialtı qatının infeksiyalaşması nəticəsində (ən çox xroniki irinli orta otitlər zamanı) yayılmış forma kimi üzə çıxır.
  • 12. Kəskin diffuz otitin klinkası.  Xəstəliyin başlanğıcında sadəcə qulaq qaşıntısı və dolğunluq şikayətləri olur.  Bundan sonra ağrı başlayır. Qulağı yuxarı çəkəndə və ya basanda ağrı meydana çıxır. Qulağıüstə yatmaq, toxunmaq və yemək yemə zamanı xəstə qulağındakı şiddətli ağrılardan şikayətlənir.  Ümumi infeksiya əlamətləri rast gəlinmir.  Başlanğıcda xarici qulaq seyvanında ele bir dəyişiklik olmur. Ancaq limfatik stazın başlandığı anda seyvanın dərisi portağal qabığı rəngini alır. Buna "pseud orange" deyilir.  klassik mənada bir qulaq axıntısı yoxdur. Ancaq müayinədə xarici qulaq keçəcəyinin nəm olduğu və sızıntı elədiyi müəyyən olunur. Xəstəliyin irəliləyən mərhələsində qulaqda qalın, qatı, yapışqan maddə rast gəlinir.  Otoskopik müayinə zamanı əlamətlər xəstəliyin mərhələsinə görə dəyişir. Başlanğıcda ödem və hiperemiya müşahidə olunur. Amma xəstəliyin irəliləyən mərhələsində xarici qulaq keçəcəyi təmiz ödemlənir və daralır. Təbil pərdəsini görmək həm ödem, həm də ağrı səbəbindən çətinləşir.  Bəzən xarici qulağın ətrafında limfadenopatiya müşahidə olunur
  • 13.
  • 14.
  • 15.
  • 16. Xroniki xarici otit  Xroniki xarici otitin etiologiyası dəqiq bilinmir, xarici qulaq keçəcəyinin çox rast gəlinən və az şiddətli xronik bir infeksiyasıdır. Əsasən xarici qulaq keçəcəyinin dərisi atrofik olur, incədir və qulaq kiri vəzisi atrofiyaya məruz qaldığı üçün kir əmələ gəlmir. Xarici qulaq keçəcəyinin infeksiyalara qarşı davamlılığı azalır.  Xəstə ən çox qaşıntıdan şikayətlənir. Bəzən infeksiyanın şiddətlənməsi bütün xarici qulaq keçəcəyinin geniş olaraq ödemlənməsi və daralması ilə nəticələnir.  Xroniki xarici otitlərdə bir infeksiya vardır. Amma bunun ortaya çıxmasında dəridəki atrofik dəyişikliklər və qulaq kiri vəzilərinin funksiyasını itirməsi, allergik və uzun müddətli xarici qulaq keçəcəyinin təmizlənməsi rol oynayır. Dərinin quru olduğu üçün kultura materialı almaq çətindir. Müalicəsi davamlı olaraq steroid və antibiotik tərkibli məlhəmlərdən ibarətdir
  • 17. Nekrotik xarici otit  Nekrotik və ya nekrozlaşmış xarici otit xarici qulaq keçəcəyindən başlayıb kəllə çuxuru və gicgah sümüyünə qədər yayılan, ifliclər meydana gətirən və ölüm riskini daşıyan bir xəstəlikdir. Xəstəliyin ağırlığı bilinmədiyi və antibiotiklərin olmadığı bir dövrdə ölümlərə səbəb olduğu üçün malign eksternal otitis adlandırılırdı. Amma malign daha çox bədxassəli xəstəliklər üçün istifadə olunduğundan son zamanlarda bu terminin yerinə nekrotizan sözü istifadə olunur.
  • 18.  Xəstəlik yaşlı diabetiklərdə daha çox rast gəlinir.  İmmun sistemi zəif, xroniki xəstəliyi olan insanlarda da müşahidə olunur. Xəstəlik kəskin xarici otit kimi başlayır və müalicəyə tabe olmur. Zaman keçdikdə xəstəlik Santorini axacaqları boyunca yumuşaq toxumalara, gicgah sümüyünə və kəllə çuxuruna yayılır.  Yaşlı diabetiklərdən başqa transplantasiya əməliyyatı keçirmiş, immunosupressiv müalicə və kimya terapiyası alan şəxslər də bu xəstəliyə tutulurlar. HIV testi pozitiv olanların da nekrotik xarici otita tutulma riski yüksəkdir.
  • 19.  Xarici qulaq keçəcəyinin sümük hissəsindəki dəri əsasən qırmızı və ödemli olur.  Sümük və qığırdaq hissələrinin kəsişmə yerində qranulyasiya toxumaları meydana çıxır. Xarici otitlərdə bu toxumaya rast gəlmək olmur.  Xarici qulaq keçəcəyində irinli sekret müşahidə olunur. Nekrotik xarici otitdə əgər görmək mümkünsə, təbil pardasi sağlamdır.  Xəstəliyin əsas əlaməti gecələr şiddətlənən qulaq ağrısıdır.  Xəstəlik sümüklərdə nekroz yaradır. İlk nekroz olan sümük gicgah sümüyünün lateral ve alt hissəsidir. Bu yol mastoide və stilomastoid dəliyinə doğru yayılır. Ovvəlcə fassiyal sinir iflici meydana gəlir Sonrakı mərhələdə foramen jugulare tutulur
  • 20. Xəstəliyin tanınmasında əsas əlamətlər bunlardır:  1. Xəstələr əsasən yaşlı diabetiklər, ya da immun sistemi pozulmuş olan insanlardır,  2. Davamlı kəsməyən və gecələri şiddətlənən qulaq ağrıları,  3. Xarici qulaq keçəcəyinin sümük və qırğırdaq hissələrinin kəsişmə nöqtəsində başlayan və xarici qulaq keçəcəyinin dərin hissəsinə qədər uzanan qranulyasiya toxuması;  4. Bakteriyaların xəstəliyə qoşulması nəticəsində qulağdan olan axıntılar,  5. Üz sinirində ifliclər.
  • 21. İNSTRUMENTAL MÜAYİNƏLƏR  Otoskopiya başlıca müayinə üsuludur. Bu metodu adi qulaq qıfı ilə yanaşı otoskop, mikroskop və endoskopun köməkliyi ilə da aparmaq olar. ► Eşitmənin müayinəsi danışıq və kamertonlarla (akumetriya) və audiometrlərin köməkliyi ilə aparılır. Bu zaman alınan nəticələr eşitmənin səsi nəql etmə aparatının pozulması tipində zəifləməsini göstərir. ► Bədxassəli XO zamanı rentgenoloji (KT) müayinə
  • 22.
  • 23. FİZİKAL MÜAYİNƏLƏR  Qulaq seyvanının palpasiyası və traqusun basılması zamanı ağrılar kəskin artır; ► Otoskopiya zamanı xarici qulaq dərisinin infiltrasiyası, hiperemiyası hesabına keçəcəyin daralması: həmin infiltrasiya qulaq seyvanı ətrafı yumşaq toxumalara, məməyəbənzər çıxıntıya yayıla bilər. ► Xarici qulaq keçəcəyində deskvamasiya olunmuş epidermis və irin hesabına kəskin qoxulu ifrazat kütləsi müşahidə edilir (diffuz xarici otitlərə daha çox xarakterikdir); ► Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş vəolurlar olurlar; ► Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur; ► Məhdud xarici otit zamanı xarici qulaq keçəcəyinin divarlarının birində zarlı- qığırdaq hissədə bir və ya bir neçə iltihabi düyün üzə çıxır ki, onlarda da xəstəliyin mərhələsindən asılı olaraq nekrotik özək ola, yaxud olmaya bilər. Bu zaman xarici qulaq keçəcəyində başqa heç bir patologiya müəyyən edilmir. ► Regionar limfa düyünlərinin böyüməsi
  • 24. LABORATOR MÜAYİNƏLƏR  Qanın ümumi müayinəsi; ► qanda və sidikdə qlükozanın təyini; ► qulaq ifrazatının bakterioloji müayinəsi və mikrobların dərmanlara həssaslığının təyini; ► qanın sterilliyinin təyini.
  • 25. DİFFERENSİAL Ağıl dişlərinin çıxması. Bu zaman müşahidə olunan ağrılar xarici qulağa irradiasiya edə bilər. Ancaq otoskopik dəyişkənliklərin, eşitmə zəifləməsinin olmaması, qulaq seyvanının palpasiyasının ağrısız olması diaqnostikaya köməklik edir. Stomatoloqla məsləhətləşmək lazımdır. Gicgah-çənə oynağının artrozoartriti. Bu xəstəliklərdə də ağrılar xarici qulaq nahiyəsində üzə çıxa bilər. Xəstənin ağzının açılması, çeynəməsi pozularaq ağrılı olur. Diaqnoz otoskopiya zamanı dəyişikliklərin olmaması, oynağın palpasiyasında ağrının güclənməsi, ağzın açılması zamanı çənənin xəstə oynaq tərəfə meyl etməsi, oynağın rentgen müayinəsi ilə təsdiqlənir. Stomatoloqun məsləhəti lazımdır.
  • 26.
  • 27.
  • 28. RESİDİVLƏŞMƏ Xəstəlik, adətən, qısa müddətə bitir. Ancaq bir çox hallarda residivləşmə qeyd olunur. Bu zaman vaksinterapiya, anatoksinlərin vurulması, autohemoterapiya, vitaminlər (A, B qrupu, C) tətbiq edilir. Ağır klinik gediş və bədxassəli xarici otit zamanı təcili hospitalizasiya lazımdır. CƏRRAHİ MÜALİCƏ Ancaq bədxassəli gedişə malik XO zamanı göstərişdir: nekroza uğramış toxumalar xaric edilir. PROQNOZ Əksər hallarda xoşdur. Bədxassəli gedişə malik XO istisna təşkil edir. Bu zaman ağırlaşmış anamnezi olan yaşlı insanlarda hətta letallıq da ola bilər.
  • 29. MÜALİCƏ Müalicənin məqsədləri:  Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi;  Ağırlaşmaların inkişafının qarşısının alınması;  Residivlərin profilaktikası;  Həyat keyfiyyətinin yüksəlməsi. Müalicə zamanı su proseduralarından 7-10 gün ərzində imtina etmək lazımdır (xüsusən üzgüçülükdə) Ağrılar yox olanadək eşitmə cihazının istifadəsi məhdudlaşdırılmalıdır . Müalicə, adətən, ambulator aparılır.
  • 30. Kəskin diffuz otitdə müalicə  Xarici qulaq keçəcəyinin infeksiyası şiddətinə və yayılmasına görə lokal və ümumi müalicə tədbiq olunur. Yüngül hallarda qulaq damcıları ilə lokal müalicə aparılır.  Əsasən steroidli və antibiotikli damcılar (neomisin, gentamisin), xarici qulaq keçəcəyini asidik edən damcılar (propilen glikol, borasid və asetik asit) istifadə olunur. Steroid xarici qulaq keçəcəyindəki ödemi azaldır. Neomisin və gentamisin bakteriyalara qarşı effektlidir. Sirkə xarici qulaq keçəcəyinin ph-nı turşuya çevirməklə infeksion mühiti pozur. Eyni məqsədlə 3%-li aluminium asetat məhlulu da istifadə oluna bilər.  Lokal istifadə olunan preparatların bəzi mənfi cəhətləri vardır. Uzun müddət antibiotikli damcıların istifadəsi dərinin həssaslığını artırır və eyni zamanda antibiotiklərə qarşı rezistenlik yaradır. Propilen glikol dərmanların dərinin üstünə yapışmasını artırır və bu səbəbdən xarici qulaq keçəcəyi daha da daralır. Steroidlər isə ödemi azaltmaqla yanaşı bakteriyalar üçün qidalı mühit yaradırlar.
  • 31.  Sistemli yolla antibiotik verilməsi ancaq şiddətli infeksiyalar zamanı olur. Siprofloksasindən istifadə oluna bilər (10 gün, 2 x 500 mg). Ancaq bu antibiotik 17 yaşdan aşağı uşaqlarda əks göstərişdir. Çünki qığırdaq toxumasının inkişafını ləngidir. Ciddi ağrısı olanlarda sistemik olaraq QİƏDV və analgetiklər istifadə olunur.  Xarici qulaq keçəcəyinin infeksiyalarında ən yaxşı lokal müalicə preparatlari bor va oksigen qarışığından ibarət olan damcılardır. Bu qarışıq həm antiseptik, həm də pH turşulu xüsusiyyətlərinə görə daha effektlidir. Qulağda keratin təmizlənməsini rahatlaşdırır. Adətən 3-5 gün müddətində istifadə olunur. Daha sonra xarici qulaq keçəcəyi təmizlənilir. Bu təmizlənmə mikroskop altında edilməlidir. Ödem çəkildikdən sonra 10 gün yenidən damcılar danızdırılmalıdır və ən az 6 ay sudan qorunmaq məsləhətdir.
  • 32. Nekrotik xarici otitdə müalicə  Ən effektli müalicə - antibiotik qruplarının istifadəsidir. Prosesa bakteriyalar qoşulduqda (məsələn Pseudomonas), bu zaman digər antibiotiklərlə kompleks terapiya aparılır. Həmçinin gentamisinli damcılar və borik asid də istifadə oluna bilinər.  Medikamentoz müalicə effekt verməzsə, cərrahi müalicə aparılır. Bu zaman nekroz və qranulyasion toxuma təmizlənir, mastoid hüceyrələri açılır, venoz sinuslar müayinə edilir, fassiyal sinirlər dekompressiya edilir. Hatta nekroz kəllə çuxuruna qədər irəliləyibsə, subtotal petrozektomiya aparılır.
  • 33. PROFİLAKTİKA XO profilaktikasında önəmli yeri qulaqların təsadüfi əşyalarla və ya pambıqlı zondlarla təmizlənməsinin qadağan olunması tutur. Tozlu, rütubətli işlərdə, yüksək təzyiqli qaz mühitində çalışan şəxslər xüsusi nəzarət altında olmalıdırlar. Belə ki, bu şəxslərdə xarici qulaq dərisinin toz hissəcikləri ilə gündəlik mikrotravmaları, yüksək rütubət və təzyiqin təsiri ilə dərinin maserasiyası iltihabi prosesin əmələ gəlməsinə və davam etməsinə gətirib çıxarır. Xarici otitli xəstələrdə müalicədən sonra xarici qulaq keçəcəyindən kontrol yaxma götürülür; 3-4 ay qulağa su düşməkdən qorunmaq tövsiyə edilir; dispanser müşahidə 1 il ərzində aparılır.