2. Bit operatorları tam ədədlər üzərində bit tipli əməliyyatlar aparmaq üçün istifadə
olunur. Bu proses zamanı tam ədədlər ikilik say sisteminə keçirilir və hər bit
üstündə ayrı ayrılıqda əməliyyat aparılır. Aşağıdakı bit operatorları mövcuddur:
3. ~ (inkar) operatoru
Bu operator bit səviyyəsində 0’ları 1, 1’ləri 0 edir.
Riyazi olaraq bu proses belə baş verir:
~ x = -1 - x
Python’da belə yazılır:
>>> x = 5
>>> print(~x)
-6
4. & (və) operatoru
Bu operator bit səviyyəsində məntiqi vurma əməliyyatını aparır.
i
i
Riyazi olaraq bu proses belə baş verir:
x & y = x × y
Burada i hər bir ədədin ayrı ayrılıqda bitini bildirir.
Python’da belə yazılır:
>>> x, y = 20, 23
>>> print(x & y)
20
5. | (və ya) operatoru
Bu operator bit səviyyəsində məntiqi toplama əməliyyatını aparır.
Riyazi olaraq bu proses belə baş verir:
(a | b) = a + b - (a × b )
Burada i hər bir ədədin ayrı ayrılıqda bitini bildirir.
Python’da belə yazılır:
>>> x, y = 20, 23
>>> print(x | y)
23
i i i i i
6. ^ (istisnalı və ya) operatoru
Bu operatorun bit səviyyəsində tam olaraq məntiqi açıqlaması yoxdur.
Riyazi olaraq bu proses belə baş verir:
(a ^ b) = (a + b ) mod 2
Burada i hər bir ədədin ayrı ayrılıqda bitini bildirir.
Python’da belə yazılır:
>>> x, y = 20, 23
>>> print(x ^ y)
3
i i i
7. << (sola sürüşmə) operatoru
Bu operator bit səviyyəsində bitlər ardıcıllığının sonuna n qədər 0 əlavə edir.
Riyazi olaraq bu proses belə baş verir:
a << n = a × 2
Python’da belə yazılır:
>>> x = 23
>>> print(x << 3)
184
n
8. >> (sağa sürüşmə) operatoru
Bu operator bit səviyyəsində bitlər ardıcıllığının sonundan n qədər bit silir.
Riyazi olaraq bu proses belə baş verir:
a >> n = a / 2
Python’da belə yazılır:
>>> x = 2023
>>> print(x >> 3)
252
n