SlideShare uma empresa Scribd logo
1 de 36
www.globisens.com
Artıq yenilik vaxtıdır!
Təbiət elmlərinin
öyrənilməsi
Öyrənilən dərslər:
-Texnologiyadan istifadə
-Praktiki məşğələ və tədqiqat
yönümlü işlər
-Erkən vaxtdan təbiət elmlərinin
öyrənilməsinə başlamaq ən
yaxşıdır
Qarşıda duran çətinliklər:
-Təbiət elmləri mücərrəddir
-Xüsusi dili var
-Az sayda ixtisaslaşma, daha çox sinifdə
qalma
Əslində...
Edgar Deyl, 1969
Tədqiqat yönümlü tədris ABC öyrənmə
• Activity - Məşğələ
• Before - Öncə
• Content - Məzmun
Tədris qarşısında duran çətinliklər:
•Testə görə tədris
•"Elmli alim" və "Otur və Öyrən"
•Əzbərçiliklə tənqidi təfəkkür qarşı-qarşıya
Şagirdlər təbiət elmləri ilə...
bir sözlə əsl ELM ADAMLARI kimi
məşğul olmalıdırlar!
Tədqiqat yönümlü öyrənmə...
• Şagird yönümlüdür
• Müəllim tərəfindən istiqamət verilir
• Maraqlıdır
• Aktual mövzuları araşdırır
• Öyrənmə prosesi
Məlumatların qeyd olunmasından nə üçün
istifadə olunur?
• Şagirdlər üçün olduqca maraqlıdır
• Əl ilə məlumatların toplanması deyil, analizə başlıca diqqət yetirilir
• Məlumatların uzun müddət ərzində toplanmasına imkan verir
• Məlumatların çox sürətli toplanılmasına imkan verir
• Məlumatların çox dəqiq toplanılmasına imkan verir
• Bir dəfəyə müxtəlif növ məlumatların toplanılmasına imkan verir
Tədqiqat nə göstərir?
• Komputerlərdən və sınaq cihazlarından istifadə edən şagirdlər öyrənmə
prosesində mühüm nailiyyət əldə ediblər.
TEEMSS, Milli Elm Fondu, 2007
• Məktəbə qədər praktiki elmi məşğələrlə məşğul olan şagirdlər milli ortalama
göstəricilərdən yüksək göstəricilər nümayiş etdiriblər.
Plank (2000, USA)
• Sınaq cihazları şagirdləri həyəcanlandırır və temperaturun göstəricilərini qeyd
etməkdə vaxta qənaət etmələrinə imkan verir. Həmin qalan vaxtdan qrafiklər
hazırlamaq və interpretasiya etməkdə istifadə etmək olar.
An Evaluation Horizons, n15 p12-16 Aut 2001
• Yaponiya və Koreya kimi ölkələr (təbiət elmlərinin tədrisinə erkən
başlamaqla) 1-ci dünya ölkələri ilə müqayisədə təbiət elmləri və riyaziyyat
üzrə yüksək bal toplamışlar.
Şagirdlərin təbiət elmləri və riyaziyyatdan topladıqları PISA bal nəticələri,
2007
Vaxt, Büdcə!
Səciyyəvi laboratoriya sessiyasında
90 əşyanın qurulub kalibrasiya
edilməsi tələb olunur!
Qarşıda duran
çətinlik:
Elmi eksperiment
heç vaxt bu qədər asan olmayıb!
Mövcud Dörd Labdisc Modeli
Bir diskdə Tam Laboratoriya
Təbiətşünaslıq üçün qurğu
Daxilə quraşdırılmış sensorlar
Hava təzyiqi, ətraf temperatur, cərəyan, məsafə, GPS, işıq, mikrofon, pH
Nisbi rütubət, səs səviyyəsi, temperatur, gərginlik, universal giriş
Bir diskdə Tam Laboratoriya
Biologiya və kimya qurğusu
Daxilə quraşdırılmış sensorlar
Hava təzyiq, barometr, keçiricilik qabiliyyəti, pH (turşuluq), DO2, işıq, universal giriş, termoelektrik element,
Ətraf temperatur, ürəyin yığılma tezliyi, temperatur, rütubət, GPS, kalorimetr, bulanıqlıq
Bir diskdə Tam Laboratoriya
Fizika qurğusu
Daxilə quraşdırılmış sensorlar
Hava təzyiq, gərginlik, alçaq gərginlik, işıq, universal giriş, ətraf temperatur, temperatur, cərəyan,
məsafə, mikrofon, akselerometr, məsafə
Çoxfunksiyalı məlumat təhlili proqram təminatı ilə buraxılır
Təbiətşünaslığa dair 1300 səhifədən çox məşğələ
Elmi məqsədli Mobil Araba
Gənc şagirdlər
üçün mükəmməldir
Yuxarı sinif
şagirdləri üçün
mükəmməldir
Həqiqi dəyişikliyə səbəb olur
Labdisc əsas idarə elementləri
MENYU
SÜRÜŞ-
DÜRMƏ
klavişi
İki
diapozonlu
SENSOR
klavişi
YANDIR
MA/SÖN
DÜRMƏ
klavişi
7 SENSOR
klavişi
MENU
SEÇMƏ
klavişi
KompUter üçün Globilab
Məlumat
fayllarını aç
Labdisc-i işə
sal/dayandır
Labdisc-ə qoşul
Labdisc-in
parametrlərini
təyin et
Riyazi
funksiyalar
Eksperimental
məlumatları
yaddaşa ver Görünüş
tipi
Annotasiyalar
Markerləri
təyin et
Eksperimental
məlumatları
yüklə
Plan et üçün Globilabş Ekranın parametrlərinin
təyin olunması
LABDISC-ə
qoşul
Labdisc-in
parametrlərinin təyin
edilm siə
Eksperimental
məlumatları yaddaşa ver
Məlumat
fayllarını aç
Riyazi funksiyalar
Labdisc-i işə
sal/dayandır
www.globisens.com
Məşğələlər
Boyle Qanunu (Demo)
Məqsədlər: Şagirdlər ...
•Qazın həcmi ilə təzyiq arasındakı əlaqəyə dair hipoteza
irəli sürür.
•Labdisc-in hava təzyiq sensorundan istifadə etməklə
hipotezanı sınaqan keçirir.
•Məlumatların təhlilini başa çatdıraraq Boyle qanunu
sübuta yetirirlər.
PV = k
P1V1= P2V2
Labdisc-in parametrlərinin təyin edilməsi
•Sensorlar:
• Hava təzyiqi
•Nümunə götürmə norması: Əl ilə
•Nümunənin ölçüsü: 10
• Plastmas borucuğu şprisə birləşdirin və 60 ml havanı şprisə çəkin.
• Borucuğu Labdisc-in hava təzyiqi sensoruna birləşdirin.
• Şprisin üstündəki plunjeri basaraq həcmi azaldın və hava təzyiqini ölçün.
• 60, 50, 40 və 30 ml hava ilə hava təzyiqini ölçün.
• Nəticələri sütunlu qrafikdə nümayiş etdirin və hər bir ölçünü etiketləyin.
• Export düyməsindən istifadə etməklə məlumatları elektron cədvələ ixrac edin.
Təzyiq sütunun yanında havanın həcmi üçün sütun əlavə edin və qiymətləri
müqayisə edin.
Boyle Qanunu (Demo)
sti mühitl i l mİ ə ş ə ə
M qs dl r:ə ə ə Şagirdlər ...
•İsti hava şərtlərində tərləmənin insanlara necə
kömək etdiyini izah edin.
•Buxarlanmadan soyumanın effektivliyini
məhdudlaşdıran yaxud gücləndirən faktorları izah
edin.
sti mühitl i l mİ ə ş ə ə
Labdisc-in parametrl rinin t yin edilm siə ə ə
•Sensorlar:
• Xarici temperatur
• Rütubət
•Nümunəgötürmə norması: 1/saniyə
•Nümunənin ölçüsü: 1,000
Ətraf mühitin temperaturunu qeyd edin
Ətraf mühitin temperaturunu:
•xəfif külək
•nəm təbəqə və xəfif külək şərtlərində qeyd edin
Qapalı mühitdə ətraf mühitin temperaturunu və rütubəti qeyd edin
İçdiyimizin pH (turşuluq) səviyyəsinin müqayisə edilməsi
Məqsədlər: Şagirdlər ...
•Müxtəlif içəcəklərin turşuluq səviyyəsinə dair
təxminlər edir
•Müxtəlif içəcəklərin pH (turşuluq) səviyyəsini
bir-birilə müqayisə edib tutuşdurur və
gözləntilərini qeyd edir.
Gündəlik hava məlumatı
Məqsədlər: Şagirdlər ...
• 5 gün müddətinə temperatur, barometrik təzyiq, nisbi rütubət və
yağıntını qeyd edir. (Biz bunu 24 saatlıq müddətə edəcəyik)
• Aşağıdakılara görə ölçüləri müqayisə edirlər:
-Uzun müddət ərzində eyni məktəbdə bir neçə gün
-Eyni yerdə ilin müxtəlif vaxtlarında
-Müxtəlif topoqrafiyada müxtəlif məktəblərdə
-Topladıqları məlumatlarla əlaqəli hava şərtlərinin növünü izah etmək
üçün məlumatları interpretasiya edirlər.
Gündəlik hava məlumatı
Labdisc-in parametrlərinin təyin edilməsi
•Sensorlar:
• Ətraf temperatur
• İşıq
• Rütubət
• Barometr
•Nümunəgötürmə norması: 1/dəqiqə
•Nümunənin ölçüsü: 10,000
Labdisc-i gecə işləməyə qoyun.
Məlumatları xətti qrafik şəklində göstərin.
Məlumatları Hava məlumat vərəqinə qeyd edin.
Labdisc-in parametrlərinin təyin edilməsi
•Sensorlar:
• pH
•Nümunəgötürmə norması: 1/saniyə
•Nümunənin ölçüsü: 10,000
Hər bir içəcəyin pH (turşuluq) səviyyəsini ölçün.
Elektrodu -
içəcəklər arasında
distilə edilmiş su ilə tam şəkildə təmizləməyi unutmayın.
Məlumatları xətti qrafik şəklində göstərin.
İçdiyimizin pH (turşuluq) səviyyəsinin
müqayisə edilməsi
Sərbəst düşmə
Məqsədlər: Şagirdlər ...
–Nyutonun 2-ci qanununu sübuta yetirmək üçün sərbəst düşmə
təcilini hesablayırlar.
Labdisc-in parametrlərinin təyin edilməsi
•Sensorlar:
• Məsafə
•Nümunəgötürmə norması: 25/saniyə
•Nümunənin ölçüsü: 10,000
Labdisc-i döşəmədən 1.2 metr yuxarıda saxlayın. Pinq ponq topunu
döşəmədən 80 sm yuxarı hündürlükdən düz Labdisc-in aşağı hissəsindən
buraxın. Top üç dəfə sıçrayarkən Labdisc-i möhkəm tutun.
Markerləri tam sıçramanın başlanğıcı və sonunda yerləşdirin və kvadratik
reqressiyanı tətbiq etmək üçün Riyazi funksiyalar düyməsindən istifadə
edin.
 
Qrafikdəki bərabərlikdən və Vf = Vi + gt bərabərliyindən bu eksperimentdə
qravitasiyanın təcilinin qiymətini hesablamaq üçün istifadə edin.
Sərbəst düşmə
Hesablamalar
• Hündürlük bərabrəliyində 1/2gt2
ifadəsi qrafikdə alınan kvadratik
reqresiyyanın birinci həddinə bərabərdir (məsələn., 4.7t2
).
• Aşağıdakı bərabərliyi izləməklə bu iki ifadənin bərabər olduğunu
sübuta yetirə bilərsiniz:
1/2gt2
= 4.8 t2
1/2g = 4.8 g = 4.8 * 2 g = 9.6
• g = 9.6 m/sec2
bərabər olduğunu tapmaq üçün baza məlumatlardan
vahidləri tətbiq edin.
Səs dalğaları (Demo)
Məqsədlər: Şagirdlər ...
•Labdisc-in səs sensoru ilə toplanılmış məlumatlardan
istifadə etməklə səs dalğalarına dair hipotezlər hazırlayır
və sınaqdan keçirir.
Labdisc-in parametrlərinin təyin edilməsi
•Sensorlar:
• Səs
•Nümunəgötürmə norması: 25,000/saniyə
•Nümunənin ölçüsü: 10,000
• Kamertonu Labdisc-dən 10 sm aralı tutun və kamertonu vurun.
• 25,000 /saniyədə səs dalğalarının sürətini ölçün.
• Tək dalğanın vaxtını və tezliyini işarələmək və ölçmək üçün markerlərdən
istifadə edin.
• Qarmonikanın səs tezliyini müşahidə etmək üçün FFT funksiyasından
istifadə edin.
Səs dalğaları (Demo)
www.globisens.com
TƏŞƏKKÜR
EDİRİK

Mais conteúdo relacionado

Destaque (6)

Ders i̇cmal
Ders i̇cmalDers i̇cmal
Ders i̇cmal
 
Vafa
VafaVafa
Vafa
 
Riyaziyyat
RiyaziyyatRiyaziyyat
Riyaziyyat
 
Aciq ders
Aciq dersAciq ders
Aciq ders
 
2 araştırma türleri
2 araştırma türleri2 araştırma türleri
2 araştırma türleri
 
Layihenin yazilma qaydasi (1)
Layihenin yazilma qaydasi (1)Layihenin yazilma qaydasi (1)
Layihenin yazilma qaydasi (1)
 

Mais de AZERİ AZERBAYCAN

Gülnaz zəngi liseyi laboratoriya hesabatı
Gülnaz zəngi liseyi   laboratoriya hesabatı Gülnaz zəngi liseyi   laboratoriya hesabatı
Gülnaz zəngi liseyi laboratoriya hesabatı AZERİ AZERBAYCAN
 
Lab disc physio_quick_start_guide 4820_aze-final
Lab disc physio_quick_start_guide 4820_aze-finalLab disc physio_quick_start_guide 4820_aze-final
Lab disc physio_quick_start_guide 4820_aze-finalAZERİ AZERBAYCAN
 
Lab disc physio_quick_start_guide 4820_aze-final revision
Lab disc physio_quick_start_guide 4820_aze-final revisionLab disc physio_quick_start_guide 4820_aze-final revision
Lab disc physio_quick_start_guide 4820_aze-final revisionAZERİ AZERBAYCAN
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)AZERİ AZERBAYCAN
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)AZERİ AZERBAYCAN
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)AZERİ AZERBAYCAN
 
Dymo force sensor_qsg_aze-final
Dymo force sensor_qsg_aze-finalDymo force sensor_qsg_aze-final
Dymo force sensor_qsg_aze-finalAZERİ AZERBAYCAN
 
Azeri gl lb_sw_flier_pressready
Azeri gl lb_sw_flier_pressreadyAzeri gl lb_sw_flier_pressready
Azeri gl lb_sw_flier_pressreadyAZERİ AZERBAYCAN
 
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrTexnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrAZERİ AZERBAYCAN
 

Mais de AZERİ AZERBAYCAN (20)

Laboratoriya hesabatı (2)
Laboratoriya hesabatı (2)Laboratoriya hesabatı (2)
Laboratoriya hesabatı (2)
 
Gülnaz zəngi liseyi laboratoriya hesabatı
Gülnaz zəngi liseyi   laboratoriya hesabatı Gülnaz zəngi liseyi   laboratoriya hesabatı
Gülnaz zəngi liseyi laboratoriya hesabatı
 
Hük qanunu-Labdisk DYMO
Hük qanunu-Labdisk DYMOHük qanunu-Labdisk DYMO
Hük qanunu-Labdisk DYMO
 
Lab disc physio_quick_start_guide 4820_aze-final
Lab disc physio_quick_start_guide 4820_aze-finalLab disc physio_quick_start_guide 4820_aze-final
Lab disc physio_quick_start_guide 4820_aze-final
 
Lab disc physio_quick_start_guide 4820_aze-final revision
Lab disc physio_quick_start_guide 4820_aze-final revisionLab disc physio_quick_start_guide 4820_aze-final revision
Lab disc physio_quick_start_guide 4820_aze-final revision
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
 
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
Lab disc biochem_quick_start_guide 4903_aze -final (2)
 
Dymo force sensor_qsg_aze-final
Dymo force sensor_qsg_aze-finalDymo force sensor_qsg_aze-final
Dymo force sensor_qsg_aze-final
 
Dymo force sensor_qsg_aze
Dymo force sensor_qsg_azeDymo force sensor_qsg_aze
Dymo force sensor_qsg_aze
 
Azeri gl lb_sw_flier_pressready
Azeri gl lb_sw_flier_pressreadyAzeri gl lb_sw_flier_pressready
Azeri gl lb_sw_flier_pressready
 
2. ourheartrate final
2. ourheartrate   final2. ourheartrate   final
2. ourheartrate final
 
Teze
TezeTeze
Teze
 
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrTexnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
 
Qəhrəmanlar ölmür
Qəhrəmanlar ölmürQəhrəmanlar ölmür
Qəhrəmanlar ölmür
 
Konul urok
Konul urok Konul urok
Konul urok
 
Turanə məmmədova (3)
Turanə məmmədova (3)Turanə məmmədova (3)
Turanə məmmədova (3)
 
11 nomre-teqdimat yeni
11 nomre-teqdimat yeni11 nomre-teqdimat yeni
11 nomre-teqdimat yeni
 
11 nomre-teqdimat yeni
11 nomre-teqdimat yeni11 nomre-teqdimat yeni
11 nomre-teqdimat yeni
 
şAgird təqdimatı
şAgird təqdimatışAgird təqdimatı
şAgird təqdimatı
 

Teacher training presentation aze

  • 2. Təbiət elmlərinin öyrənilməsi Öyrənilən dərslər: -Texnologiyadan istifadə -Praktiki məşğələ və tədqiqat yönümlü işlər -Erkən vaxtdan təbiət elmlərinin öyrənilməsinə başlamaq ən yaxşıdır Qarşıda duran çətinliklər: -Təbiət elmləri mücərrəddir -Xüsusi dili var -Az sayda ixtisaslaşma, daha çox sinifdə qalma
  • 4.
  • 5. Tədqiqat yönümlü tədris ABC öyrənmə • Activity - Məşğələ • Before - Öncə • Content - Məzmun Tədris qarşısında duran çətinliklər: •Testə görə tədris •"Elmli alim" və "Otur və Öyrən" •Əzbərçiliklə tənqidi təfəkkür qarşı-qarşıya Şagirdlər təbiət elmləri ilə... bir sözlə əsl ELM ADAMLARI kimi məşğul olmalıdırlar!
  • 6. Tədqiqat yönümlü öyrənmə... • Şagird yönümlüdür • Müəllim tərəfindən istiqamət verilir • Maraqlıdır • Aktual mövzuları araşdırır • Öyrənmə prosesi
  • 7. Məlumatların qeyd olunmasından nə üçün istifadə olunur? • Şagirdlər üçün olduqca maraqlıdır • Əl ilə məlumatların toplanması deyil, analizə başlıca diqqət yetirilir • Məlumatların uzun müddət ərzində toplanmasına imkan verir • Məlumatların çox sürətli toplanılmasına imkan verir • Məlumatların çox dəqiq toplanılmasına imkan verir • Bir dəfəyə müxtəlif növ məlumatların toplanılmasına imkan verir
  • 8. Tədqiqat nə göstərir? • Komputerlərdən və sınaq cihazlarından istifadə edən şagirdlər öyrənmə prosesində mühüm nailiyyət əldə ediblər. TEEMSS, Milli Elm Fondu, 2007 • Məktəbə qədər praktiki elmi məşğələrlə məşğul olan şagirdlər milli ortalama göstəricilərdən yüksək göstəricilər nümayiş etdiriblər. Plank (2000, USA) • Sınaq cihazları şagirdləri həyəcanlandırır və temperaturun göstəricilərini qeyd etməkdə vaxta qənaət etmələrinə imkan verir. Həmin qalan vaxtdan qrafiklər hazırlamaq və interpretasiya etməkdə istifadə etmək olar. An Evaluation Horizons, n15 p12-16 Aut 2001 • Yaponiya və Koreya kimi ölkələr (təbiət elmlərinin tədrisinə erkən başlamaqla) 1-ci dünya ölkələri ilə müqayisədə təbiət elmləri və riyaziyyat üzrə yüksək bal toplamışlar. Şagirdlərin təbiət elmləri və riyaziyyatdan topladıqları PISA bal nəticələri, 2007
  • 9. Vaxt, Büdcə! Səciyyəvi laboratoriya sessiyasında 90 əşyanın qurulub kalibrasiya edilməsi tələb olunur! Qarşıda duran çətinlik:
  • 10. Elmi eksperiment heç vaxt bu qədər asan olmayıb! Mövcud Dörd Labdisc Modeli
  • 11. Bir diskdə Tam Laboratoriya Təbiətşünaslıq üçün qurğu Daxilə quraşdırılmış sensorlar Hava təzyiqi, ətraf temperatur, cərəyan, məsafə, GPS, işıq, mikrofon, pH Nisbi rütubət, səs səviyyəsi, temperatur, gərginlik, universal giriş
  • 12. Bir diskdə Tam Laboratoriya Biologiya və kimya qurğusu Daxilə quraşdırılmış sensorlar Hava təzyiq, barometr, keçiricilik qabiliyyəti, pH (turşuluq), DO2, işıq, universal giriş, termoelektrik element, Ətraf temperatur, ürəyin yığılma tezliyi, temperatur, rütubət, GPS, kalorimetr, bulanıqlıq
  • 13. Bir diskdə Tam Laboratoriya Fizika qurğusu Daxilə quraşdırılmış sensorlar Hava təzyiq, gərginlik, alçaq gərginlik, işıq, universal giriş, ətraf temperatur, temperatur, cərəyan, məsafə, mikrofon, akselerometr, məsafə
  • 14. Çoxfunksiyalı məlumat təhlili proqram təminatı ilə buraxılır Təbiətşünaslığa dair 1300 səhifədən çox məşğələ
  • 19. Labdisc əsas idarə elementləri MENYU SÜRÜŞ- DÜRMƏ klavişi İki diapozonlu SENSOR klavişi YANDIR MA/SÖN DÜRMƏ klavişi 7 SENSOR klavişi MENU SEÇMƏ klavişi
  • 20. KompUter üçün Globilab Məlumat fayllarını aç Labdisc-i işə sal/dayandır Labdisc-ə qoşul Labdisc-in parametrlərini təyin et Riyazi funksiyalar Eksperimental məlumatları yaddaşa ver Görünüş tipi Annotasiyalar Markerləri təyin et Eksperimental məlumatları yüklə
  • 21. Plan et üçün Globilabş Ekranın parametrlərinin təyin olunması LABDISC-ə qoşul Labdisc-in parametrlərinin təyin edilm siə Eksperimental məlumatları yaddaşa ver Məlumat fayllarını aç Riyazi funksiyalar Labdisc-i işə sal/dayandır
  • 23. Boyle Qanunu (Demo) Məqsədlər: Şagirdlər ... •Qazın həcmi ilə təzyiq arasındakı əlaqəyə dair hipoteza irəli sürür. •Labdisc-in hava təzyiq sensorundan istifadə etməklə hipotezanı sınaqan keçirir. •Məlumatların təhlilini başa çatdıraraq Boyle qanunu sübuta yetirirlər. PV = k P1V1= P2V2
  • 24. Labdisc-in parametrlərinin təyin edilməsi •Sensorlar: • Hava təzyiqi •Nümunə götürmə norması: Əl ilə •Nümunənin ölçüsü: 10 • Plastmas borucuğu şprisə birləşdirin və 60 ml havanı şprisə çəkin. • Borucuğu Labdisc-in hava təzyiqi sensoruna birləşdirin. • Şprisin üstündəki plunjeri basaraq həcmi azaldın və hava təzyiqini ölçün. • 60, 50, 40 və 30 ml hava ilə hava təzyiqini ölçün. • Nəticələri sütunlu qrafikdə nümayiş etdirin və hər bir ölçünü etiketləyin. • Export düyməsindən istifadə etməklə məlumatları elektron cədvələ ixrac edin. Təzyiq sütunun yanında havanın həcmi üçün sütun əlavə edin və qiymətləri müqayisə edin. Boyle Qanunu (Demo)
  • 25. sti mühitl i l mİ ə ş ə ə M qs dl r:ə ə ə Şagirdlər ... •İsti hava şərtlərində tərləmənin insanlara necə kömək etdiyini izah edin. •Buxarlanmadan soyumanın effektivliyini məhdudlaşdıran yaxud gücləndirən faktorları izah edin.
  • 26. sti mühitl i l mİ ə ş ə ə Labdisc-in parametrl rinin t yin edilm siə ə ə •Sensorlar: • Xarici temperatur • Rütubət •Nümunəgötürmə norması: 1/saniyə •Nümunənin ölçüsü: 1,000 Ətraf mühitin temperaturunu qeyd edin Ətraf mühitin temperaturunu: •xəfif külək •nəm təbəqə və xəfif külək şərtlərində qeyd edin Qapalı mühitdə ətraf mühitin temperaturunu və rütubəti qeyd edin
  • 27. İçdiyimizin pH (turşuluq) səviyyəsinin müqayisə edilməsi Məqsədlər: Şagirdlər ... •Müxtəlif içəcəklərin turşuluq səviyyəsinə dair təxminlər edir •Müxtəlif içəcəklərin pH (turşuluq) səviyyəsini bir-birilə müqayisə edib tutuşdurur və gözləntilərini qeyd edir.
  • 28. Gündəlik hava məlumatı Məqsədlər: Şagirdlər ... • 5 gün müddətinə temperatur, barometrik təzyiq, nisbi rütubət və yağıntını qeyd edir. (Biz bunu 24 saatlıq müddətə edəcəyik) • Aşağıdakılara görə ölçüləri müqayisə edirlər: -Uzun müddət ərzində eyni məktəbdə bir neçə gün -Eyni yerdə ilin müxtəlif vaxtlarında -Müxtəlif topoqrafiyada müxtəlif məktəblərdə -Topladıqları məlumatlarla əlaqəli hava şərtlərinin növünü izah etmək üçün məlumatları interpretasiya edirlər.
  • 29. Gündəlik hava məlumatı Labdisc-in parametrlərinin təyin edilməsi •Sensorlar: • Ətraf temperatur • İşıq • Rütubət • Barometr •Nümunəgötürmə norması: 1/dəqiqə •Nümunənin ölçüsü: 10,000 Labdisc-i gecə işləməyə qoyun. Məlumatları xətti qrafik şəklində göstərin. Məlumatları Hava məlumat vərəqinə qeyd edin.
  • 30. Labdisc-in parametrlərinin təyin edilməsi •Sensorlar: • pH •Nümunəgötürmə norması: 1/saniyə •Nümunənin ölçüsü: 10,000 Hər bir içəcəyin pH (turşuluq) səviyyəsini ölçün. Elektrodu - içəcəklər arasında distilə edilmiş su ilə tam şəkildə təmizləməyi unutmayın. Məlumatları xətti qrafik şəklində göstərin. İçdiyimizin pH (turşuluq) səviyyəsinin müqayisə edilməsi
  • 31. Sərbəst düşmə Məqsədlər: Şagirdlər ... –Nyutonun 2-ci qanununu sübuta yetirmək üçün sərbəst düşmə təcilini hesablayırlar.
  • 32. Labdisc-in parametrlərinin təyin edilməsi •Sensorlar: • Məsafə •Nümunəgötürmə norması: 25/saniyə •Nümunənin ölçüsü: 10,000 Labdisc-i döşəmədən 1.2 metr yuxarıda saxlayın. Pinq ponq topunu döşəmədən 80 sm yuxarı hündürlükdən düz Labdisc-in aşağı hissəsindən buraxın. Top üç dəfə sıçrayarkən Labdisc-i möhkəm tutun. Markerləri tam sıçramanın başlanğıcı və sonunda yerləşdirin və kvadratik reqressiyanı tətbiq etmək üçün Riyazi funksiyalar düyməsindən istifadə edin.   Qrafikdəki bərabərlikdən və Vf = Vi + gt bərabərliyindən bu eksperimentdə qravitasiyanın təcilinin qiymətini hesablamaq üçün istifadə edin. Sərbəst düşmə
  • 33. Hesablamalar • Hündürlük bərabrəliyində 1/2gt2 ifadəsi qrafikdə alınan kvadratik reqresiyyanın birinci həddinə bərabərdir (məsələn., 4.7t2 ). • Aşağıdakı bərabərliyi izləməklə bu iki ifadənin bərabər olduğunu sübuta yetirə bilərsiniz: 1/2gt2 = 4.8 t2 1/2g = 4.8 g = 4.8 * 2 g = 9.6 • g = 9.6 m/sec2 bərabər olduğunu tapmaq üçün baza məlumatlardan vahidləri tətbiq edin.
  • 34. Səs dalğaları (Demo) Məqsədlər: Şagirdlər ... •Labdisc-in səs sensoru ilə toplanılmış məlumatlardan istifadə etməklə səs dalğalarına dair hipotezlər hazırlayır və sınaqdan keçirir.
  • 35. Labdisc-in parametrlərinin təyin edilməsi •Sensorlar: • Səs •Nümunəgötürmə norması: 25,000/saniyə •Nümunənin ölçüsü: 10,000 • Kamertonu Labdisc-dən 10 sm aralı tutun və kamertonu vurun. • 25,000 /saniyədə səs dalğalarının sürətini ölçün. • Tək dalğanın vaxtını və tezliyini işarələmək və ölçmək üçün markerlərdən istifadə edin. • Qarmonikanın səs tezliyini müşahidə etmək üçün FFT funksiyasından istifadə edin. Səs dalğaları (Demo)

Notas do Editor

  1. Labdisc təhsil sektorunda qlobal nüfuz qazanıb. Buraxılışından bir neçə ay ərzində təhsil sektorunda ən nüfuzlu iki beynəlxalq mükafata layiq görülüb. Tədris və təlimi təkmilləşdirməkdə yüksək potensiala malik innovativ və pedaqoji cəhətdən dəyərli məhsullar üçün Worlddidac Mükafatı və "Tanınmış Təhsil Texnologiya Məhsulları" sahəsində Mükəmməl Xidmətə görə 30-cu İllik Mükafat" Bundan əlavə, Apple Distinguished Educators (Apple Fərqlənmiş Təhsil İşçiləri) Labdisc proqram təminatını iPad üçün üstünlük verilən elmi məqsədli laboratoriya həlli olaraq qəbul ediblər və bu gün iPad üçün həyati əhəmiyyətli elmi məqsədli laboratoriya resurslarının yeganə təminatçısı olduğunu hesab edirlər. Labdisc proqram təminatını dünyanın hər bir yerində nümayiş etdirməklə yanaşı, ADE kollektivi BETT zamanı Labdisc və iPad elmi eksperimentlərini həmçinin sərgiləyir və tədris sinfinin iş prosesinə Labdisc və iPad-in rahat inteqrasiyasını əyani olaraq nümayiş etdirirlər. Labdisc iPad-dən istifadə edən və mobil texnologiyaya qoyulan investisiyadan maksimal STEM fayda əldə etməyə imkan verən elmi məzmun axtarışında olan təhsil verənlər üçün idealdır.
  2. Əsas tədris fənləri - Təbiət elmləri, riyaziyyat və ingilis dili dünyanın hər bir yerində milli səviyyədə məktəblərdə tədris olunan başlıca fənlər olduğundan ən çox büdcə bunlara ayrılır. Təbiət elmlərinin öyrənilməsində çətinliklər – Mücərrəd fənn olduğundan təbiət elmləri əyaniləşdirilməlidir. Bundan əlavə təbiət elmləri dil fənni kimidir. Bu isitqamətdə tam uğur qazanmaq üçün erkən yaşlardan buna start verilməli və müntəzəm məşğul olmaq lazımdır. Hal-hazırda təbiət elmlərini öyrənməyə qərar verən şagirdlərin sayı azdır. Universitetlərə bu fənn üzrə sənəd verənlərin sayı az olduğundan nəticədə az sayda elm adamı və mühəndis yetişir. Öyrənilən dərslər -Texnologiya dərslik yönümlü dərsləri əvəz edərək praktiki məşğələ və tədqiqat yönümlü öyrənmə ilə mücərrəd konsepsiyaları əyaniləşdirməyə kömək edir. Bundan əlavə, texnologiyadan istifadə şagirdləri təbiət elmlərini öyrənməyə cəlb edir və prosesə erkən başladıqda ən yaxşı nəticələrə nail olunur. Faktiki olaraq bu, gələcək işçi qüvvəsi baxımından məzun olan elm adamlarının sayını artırır. Məşğələyə əsaslanan öyrənmə təbiət elmlərinin konsepsiyalarını möhkəmləndirir..."Yerinə yetirməklə yadda saxlayın" (Çin atalar sözü).
  3. Deylin Təcrübə Konusu elə bir modeldir ki, burada didaktik layihələndirmə və öyrənmə prosesi ilə bağlı bir sıra nəzəriyyələri özündə əks etdirir.  1960-cı illərdə Edgar Deyl belə bir nəzəriyyə irəli sürdü ki, öyrənənlər "eşitmək", "oxumaq" yaxud "müşahidə etmək"dən daha çox "yerinə yetirməklə" daha çox informasiya saxlayırlar. Onun tədqiqatları Təcrübə Konusunun işlənməsi ilə nəticələndi. Konus modeli ilk dəfə 1946-cı ildə işlənmişdir və müxtəlif öyrənmə təcrübələrini təsvir etmək metodu olaraq nəzərdə tutulmuşdur. Mahiyyəti etibarilə bu Konus ən konkret olandan (konusun aşağı hissəsindən) ən mücərrəd olana (konusun yuxarı hissəsinə) təcrübələrin irəliləyişini göstərir. Bu heç də o demək deyil ki, konusun aşağısında aparılan təcrübələr ən mühüm və ən konkret olanlardır. Yaxşı dərs hər bir səviyyədə davamlı təcrübələrin yerinə yetirilməsi ilə təmin olunur. Deyl tədris və təlim metodlarını araşdırarkən aşkar etdi ki, birbaşa və dolayı (konkret və müccərrəd) təcrübə yolu ilə doğru olduğunu aşkar etdiyimiz şeylərin çoxunu piramida yaxud "qrafiki təsvir sxemi" şəklində xülasə etmək olar. O deyirdi ki, konus mütləq mənada hərfi olaraq nəzərə alınacaq mükəmməl, yaxud mexaniki cəhətdən nöqsansız bir mənzərə kimi təklif olunmur. Bu, sadəcə audio-vizual materialların müxtəlif növləri arasındakı qarşılıqlı əlaqəni, habelə öyrənmə prosesində onların fərdi "mövqelərini" izah etməyə kömək edən bir əyani vəsait kimi hazırlanmışdır. Burada bunu qeyd etmək mühümdür ki, Deyl əvvəlcədən təcrübələrə subyektiv qiymətləndirmə verməyi nəzərdə tutmamışdır; digər sözlə ifadə etsək, o öz arqumentində daha çox konkret təcrübələrin daha çox mücərrəd təcrübələrdən yaxşı olduğnu iddia etmirdi. Deyl hesab edirdi ki, yanaşmaların hamısı yaxud istənilən birini öyrənənin ehtiyacından asılı olaraq istifadə etmək olardı və olar.
  4. Tədqiqat yönümlü öyrənmə məşğələlər etmək yolu ilə ideyaların və konsepsiyaların kəşfində başlıca amildir.
  5. Tədqiqat geniş mənalı bir termindir və tədris-təlimə münasibətdə bir sıra yanaşmaları əhatə edir. Tədqiqat yönümlü öyrənmənin hakim tendensiyasından yararlanan tədris işinə aşağıdakılar aiddir: ✦problemə görə öyrənmə: zəif qoyulmuş problem yaxud konkret nümunələrin analizi ilə başlayan öyrənmə ✦layihəyə görə öyrənmə:burada şagirdlər öz anlayışlarını nümayiş etdirmək üçün layihə yaxud təqdimat hazırlayırlar. ✦layihə (iş) yönümlü öyrənmə: kompleks problemin həllində işçi layihə hazırlamaqla öyrənmə. Tədris və təlimdə daha çox ənənəvi üslublardan fərqli olaraq tədqiqat yönümlü öyrənmədə öyrənmə prosesinə başlıca vurğu edilir və məqsəd şagirdlərdə məzmuna dair nəzərdə tutulan bilik və bacarıqların mənimsənilməsindən əlavə dərin anlayış formalaşdırmaqdır. Tədqiqatda konstruktivlik əsaslı öyrənmə nəzəriyyələri əsas götürülür. Belə ki, burada anlayış (başa düşmə) öyrənənin konseptual əqli bazasının aktiv inkişafı əsasında formalaşır. Bu yanaşma tədqiqat vasitəsilə effektiv tədris işi üçün üç başlıca gizli mənanın müəyyən edildiyi geniş tədqiqat bazası ilə dəstəklənərək təkmilləşdirilib: 1. Şagirdlər sinifə ətraf-aləm barədə əvvəlcədən formalaşmış fikirlərlə gəlirlər. Bu o deməkdir ki, tədris işində əvvəlcədən mövcud olan anlayışların olduğu şagirdlərlə işləməli olursunuz və "şagirdin düşüncə"sini öyrənmə zamanı əyaniləşdirərək diqqət mərkəzində saxlayırsınız. 2. Tədqiqat sahəsində səriştələrin olması konseptual baza ətrafında formalaşmış faktiki biliklərin olmasını tələb edir. Belə ki, bu faktor biliklərin bərpasını və tətbiqini asanlaşdırır. Sinif məşğələləri tədris planında nəzərdə tutulan mövzuların dərindən öyrənilməsi yolu ilə anlayışı formalaşdırmaq istiqamətində tərtib olunmalıdır. 3. Metaidrak (düşünmə üzərində düşünmə) şagirdlərə öz öyrənmə proseslərini nəzarətdə saxlamağa kömək edir. Öyrənmə məqsədlərini müəyyən etmək və öz anlayışlarına nəzarət etmək üçün şagirdlərə yaradılan imkanlar sinif tapşırıqlarına daxil edilməlidir. Tədqiqat yönümlü öyrənmədə öyrənmə prosesinin konstruktivlik ideyalarına başlıca vurğu edilir və burada bilik təcrübə və proses, xüsusilə də sosialyönümlü təcrübə əsasında formalaşır. Bu düşüncə altında öyrənmə qrup situasiyalarında ən yaxşı formalaşır. İrəliləyiş və nəticələr ümumiyyətlə insanlarda eksperimental və analitik bacarıqların hansı səviyyədə formalaşmasına və adətən bunların qrup şəklində necə işləməsinə görə qiymətləndirilir. Tədqiqat yönümlü tədrisdə, Şagirdlərə sual və prosedur (metod) verilə bilər. Daha sonra onlara sözügedən prosedurda toplanılan sübut-dəlillərlə əsaslandırılan izah irəli sürmək tapşırığı verilə bilər. Şagirdlərə sadəcə tədqiqatla bağlı sual verilə bilər. Daha sonra onlara prosedur (metod) hazırlamaq və sualı, ortaya çıxan izahları yoxlamaq tapşırığı veriləb bilər. Şagirdlər tədqiqat suallarını formalaşdıra, tədqiqatı həyata keçirmək üçün prosedurlar tərtib edə və nəticələri paylaşa bilərlər. Əksinə, təsdiq və yaxud yoxlama tədris metodunda şagirdlərə sual və prosedur (metod) verilir və nəticələr əvvəlcədən bəlli olur və nəticələrin təsdiqi məşğələnin subyektidir. Təsdiq metoduna əsaslanan tədris işi əvvəlcədən öyrənilmiş ideyanı möhkəmləndirməkdə; araşdırma proseslərini təcrübədən keçriməkdə yaxud məlumatların toplanması və qeyd olunması kimi konkret, bununla belə, həqiqi olmayan tədqiqat bacarıqlarını sınaqdan keçirməkdə faydalı ola bilər:
  6. Nəinki ABŞ və Birləşmiş Krallıq, eləcə də Çili, Portuqaliya, Sinqapur, Avstraliya və Rusiyada dərc olunan tədqiqatlar təbiət elmləri dərsində məlumat qeydiyyat qurğuları və texnologiyanın istifadəsinə əsas verir.
  7. Vaxt aparır - 30 nəfər şagirddən ibarət səciyyəvi siniflərdə sadəcə eksperimentlər belə ən azından 90 ayrı əşyanın sınaqdan keçirilməsi, kalibrasiya edilməsi, quraşdırılması və kənarlaşdırılmasını tələb edir. Nəticədə müəllimlər texnologiyadan "ürkməyə" başlayırdılar. Məlumat qeydiyyat qurğularının istehsalçıları əsas məqamı nəzərdən qaçırıblar - Bunu başa düşmək əvəzinə məlumat qeydiyyat qurğuları sahəsində fəaliyyət göstərən müəssisələr istifadəsi olduqca çətin və vaxt aparan, getdikcə mürəkkəbləşən və yorucu texnologiya istehsal etməyə davam etmişdirlər. Tədqiqat göstərir ki, müəllimlərin sadəcə 6%-i faktiki olaraq praktiki elmi məşğələ üçün komputerləşdirilmiş laboratoriya alətlərindən istifadə edir və onların çoxu bu alətlərdən istifadə etmir, yaxud ildə çox nadir hallarda 3-4 dəfə istifadə edirlər. Bundan əlavə, semester boyunca bütün ayrı-ayrı əşyalar (məlumat qeydiyyat qurğuları, sensorlar, kabellər, adaptorlar və s.) hər bir dərsdən sonra toplandıqca böyük bir hissəsi qaçılmaz bir hal olaraq itir.
  8. Müəllimlər üçün asan - Labdisc-in tədqiqat yönümlü öyrənmə prosesi sadədir və sinifdə, yaxud sahədə müəllimlər üçün problem yaratmır. Şagirdlər üçün asan - Globisens hər şeyi (məlumat qeydiyyat qurğuları, sensorlar, sensor və kommunikasiya kabelləri) şagirdin ovucuna yerəlşən tək bir diskə paketləmişdir. Labdisc 12 ədəd daxilə quraşdırılmış (avto kalibrasiya edilmiş) sensorlardan ibarət universal avtonom məlumat qeydiyyat qurğusu olub istənilən interaktiv sinfi dərhal 21-ci əsrin elm laboratoriyasına çevirir. Satış üçün asan – Kompakt, kiçik Labdisc asan anbarlama və çatdırma deməkdir. İri, yüksək həcmli, elmi məqsədli avadanlıq dəsti deyil.
  9. Labdisc Təbiətşünaslıq - Orta və yuxarı sinif şagirdlərinin təhsil aldığı məktəblərə dəstək üçün nəzərdə tutulur. Bu qurğu 12-k nümunə saxlama yaddaşına və 24 k/saniyə nümunə götürmə tempinə, üstəlik 12 bit ayırdetmə qabilyyətinə, batareyada 150 saatlıq xidmət müddətinə və iri qrafik LCD malikdir. Daxilə quraşdırılmış sensorlara daxildir - Hava təzyiqi, ətraf temperatur, cərəyan, məsafə, GPS, işıq, mikrofon, pH, nisbi rütubət, səs səviyyəsi, temperatur, gərginlik, üstəlik universal giriş. Səciyyəvi fəaliyyətlərə aiddir - GPS-də hərəkət sürəti, Nyuton qanunları, səs dalğaları, elektrik cərəyanı, pH titrasiya, endometrik və ekzotermik reaksiyalar, Boylenin Qanunu, xüsusi istilik və mikroiqlim.
  10. Labdisc Biokimya –batareyada 150 saatlıq xidmət müddəti, 128-k nümunə saxlama yaddaşı və 12-bit ayırdetmə qabiliyyəti şagirdlərə təmiz və təhlükədən uzaq elmi laboratoriya mühitində sürətli, yaxud uzun müddət davam edən kimyəvi, biokimyəvi və bioloji fenomenləri kəşf etməyə imkan verir. Daxilə quraşdırılmış sensorlara aiddir - Hava təzyiqi, ətraf temperatur, atmosfer təzyiqi, kalorimetr, keçiricilik qabiliyyəti, həll olmuş oksigen, xarici temperatur, GPS, ürək nəbzi, işıq, pH (turşuluq), nisbi rütubət, termoelektrik element, bulanıqlıq və universal giriş Səciyyəvi fəaliyyətlərə aiddir - Dəri temperaturu, fəaliyyətdən öncə və sonra nəbz tezliyi, tərləmə və fotosintez, bərk, maye və qaz fazasında dəyişmələr və pH titrasiya
  11. Labdisc fizio – 12-bit ayırdetmə qabiliyyəti ilə məlumatların simsiz rejimdə qeydiyyatı, nümunə saxlamaq üçün 128-k iri yaddaş və saniyədə 24-k yüksək nümunəgötürmə tempi; Labdisc Physio simsiz əlavə komponent, kiçik və yüngül çəkili qüvvə/təcil sensoru ilə buraxılır, asanlıqla daşınan Laboratoriya əl arabalarına qoşmaq olur. Daxilə quraşdırılmış sensorlara aiddir - Akselerometr, hava təzyiqi, ətraf temperatur, cərəyan, məsafə (hərəkət), xarici temperatur, işıq, mikrofon, universal giriş, gərginlik. Səciyyəvi fəaliyyətlərə aiddir - Lenz və Boyle’s Qanunu, rezistor sxem, işıq mənbəyinin məhsuldarlığı, işıq ilə məsafənin müqayisəsi, səs döyüntüsü və dalğanın üst-üstə düşməsi (superpozisiya), Nyutonun İkinci Qanunu və sərbəst düşmə təcili.
  12. Pc və MAC üçün Globilab təhlil proqram təminatı - Orta və yuxarı sinif şagirdləri üçün tədris olunan təbiət elmləri üçün nəzərdə tutulur. Burada məlumatların mürəkkəb təhlili, laboratoriya hesabat alətləri, Labdisc və daxilə quraşdırılmış sensorların parametrlərinin tam təyin olunması və idarə olunması üçün üstəlik simsiz kommunikasiya. GPS məlumat qeydiyyat qurğusunun inteqrasiya edilməsi - Burada Google Maps proqramının böyütmək və kiçiltmək, sürüşdürmək (hərəkət etdirmək) kimi funksional imkanlarından istifadə edərək Google xəritə üzərində Labdisc vasitəsilə toplanılmış real məlumatların nəinki qrafiki təsviri təmin olunur, eləcə də şagirdlərə dünyanın digər yerlərində olan şagirdlərlə bu məlumatları paylaşmağa imkan verir. Təkmil funksiyalar və qrafiki alətlər - Bura kəsmək, markerlər, böyütmək və kiçiltmək və qrafik annotasiya aiddir. Bundan əlavə məlumatların təhlili funksiyaları istifadəçilərə differensial və reqressiya funksiyalarını yerinə yetirməyə, habelə geniş statistik məlumatları nümayiş etdirməyə imkan verir. Çoxsaylı sayğac görünüşləri - Hər saniyədə beş dəfə yenilənir və bura analoq sayğac, rəqəmsal şkala, termometr, rəqəmsal kəmiyyət və rəng dəyişmə daxildir. Metodik vəsait - İnteraktiv PDF formatı, hər birində eksperimentin məqsədi və izahı, nəzəriyyə, məşğələ, resurslar, sensordan istifadə, eksperimentin aparılması, nəticə və qənaətlərin təhlili qaydaları əks olunur və əlavə tətbiq istiqaməti üçün bəzi çalışmalar verilir.
  13. Bu həll bütöv bir sinif üçün nəzərdə tutulan və tərkibində 16 planşet və bir Labdisc daxil olan və təkrar yüklənmə imkanına malik əl arabasının olduğu elmi məqsədli mobil laboratoriyadır. Məktəbdəki hər bir sinif üçün tam operativ elmi laboratoriya vasitəsilə real tədqiqat yönümlü eksperiment təqdim edərək elm məqsədli laboratoriyanı səfərbər etmək imkanı baxımından unikaldır. Bu cür imkanın olması nizam-intizamsız elm laboratoriyası üçün ayrılmış xüsusi bir otağa şagirdləri aparmaqla bağlı problemi aradan qaldırır. Belə ki, əks halda həmin xüsusi otağı minlərlə dollar dəyəri olan avadanlıqlarla təchiz etməli olursunuz. Labdisc-in simsiz imkanları sistemli və mərkəzləşdirilmiş saxlama, 16 ədəd Labdisc bloku və planşet komputerlər üçün yükləmə qurğuları, eləcə də hər hansı planşet komputer üçün yer təmin edir. Yüksək davamlılığa malik polad çərçivəli əl arabası bütün avadanlıqların saxlanmasına imkan verir. Oğurluq əleyhinə kilidlənmə sistemi, o cümlədən divarı bağlamaq üçün metal kilid təmin olunub.
  14. Çilidə milli kurrikulumda məktəblərdə təbiət elmlərinin tədrisinə erkən yaşdan başlayırlar. Bu şəkildə şagirdlər bəziləri hətta 2-ci sinif şagirdləri olmaqla uzaqda yerləşən ibtidai məktəblərində Labdisc-dən istifadə edərkən buna həvəs göstərir və tam diqqət nümayiş etdirirlər. Bu şagirdlər Labdisc-i bundan iki həftə öncə alıblar və artıq mürəkkəb elm eksperimentləri yerinə yetirməyi bacarırlar. Müəllimlər isə tədqiqat əsaslı öyrənmə təmin etmək və milli standartlara cavab vermək üçün bunun sağlam yolunu aşkar ediblər.
  15. Xülasə olaraq aşağıdakıları qeyd edə bilərik: Labdisc sistemini nümayiş etdirmək və işlətmək, istər bütün yaş hədlərində olan şagirdlər, ibtidai sinif müəllimləri, istərsə də təbiət elmlərində heç bir təcrübi bazası olmayan satış işçiləri olsun, olduqca asandır. Özünün asan istifadə imkanlarına baxmayaraq Labdisc hələ də çox müasir və mürəkkəb avadanlıq hissəsi olaraq qalmaqdadır və özündə yüksək dəqiqlik, ayırdetmə qabilyyəti, çox sürətli nümunəgötürmə tempi (saniyədə 25,000 nümunə), 150 saatlıq uzunmüddətli batareya xidmət müddəti və arxa işıqlı təmiz LCD paneli əks etdirir. Labdisc daxilə quraşdırılmış sensorların sayı və simsiz təmiz istismara yararlılıq qabiliyyəti baxımından unikal proqramdır...bu həqiqətən də, şagirdlərin əlinin ovucunda olan tam bir laboratoriyadır.  
  16. Labdisc-də əsas idarə elementləri olduqca sadədir. Hətta ən gənc şagirdlər Labdisc-dən istifadəni tezliklə öyrənə bilərlər.
  17. Globilab proqram təminatının qrafiki istifadəçi interfeysi həm gənc öyrənənlər, həm də ESL şagirdlər üçün intuitiv və asandır. ** Müəllimlərinizin Labdisc-i komputer, yaxud planşetlə istifadə edəcəyindən asılı olaraq ya 28, ya da 29-cu slaydan istifadə edin.**
  18. Globilab hal-hazırda həm Android, həm də iPad planşetləri üçün təmin olunur və maraqlı elmi təcrübələr üçün planşetlərin sensorlu ekran imkanlarından yararlanır. Sadə və istifadəsi asan qrafiki interfeys həm şagirdlər, həm də müəllimlər üçün istifadəsi rahatdır. ** Müəllimlərinizin Labdisc-i komputer, yaxud planşetlə istifadə edəcəyindən asılı olaraq ya 28, ya da 29-cu slaydan istifadə edin.**
  19. Labdisc təhsil sektorunda qlobal nüfuz qazanıb. Buraxılışından bir neçə ay ərzində təhsil sektorunda ən nüfuzlu iki beynəlxalq mükafata layiq görülüb. Tədris və təlimi təkmilləşdirməkdə yüksək potensiala malik innovativ və pedaqoji cəhətdən dəyərli məhsullar üçün Worlddidac Mükafatı və "Tanınmış Təhsil Texnologiya Məhsulları" sahəsində Mükəmməl Xidmətə görə 30-cu İllik Mükafat" Bundan əlavə, Apple Distinguished Educators (Apple Fərqlənmiş Təhsil İşçiləri) Labdisc proqram təminatını iPad üçün üstünlük verilən elmi məqsədli laboratoriya həlli olaraq qəbul ediblər və bu gün iPad üçün həyati əhəmiyyətli elmi məqsədli laboratoriya resurslarının yeganə təminatçısı olduğunu hesab edirlər. Labdisc proqram təminatını dünyanın hər bir yerində nümayiş etdirməklə yanaşı, ADE kollektivi BETT zamanı Labdisc və iPad elmi eksperimentlərini həmçinin sərgiləyir və tədris sinfinin iş prosesinə Labdisc və iPad-in rahat inteqrasiyasını əyani olaraq nümayiş etdirirlər. Labdisc iPad-dən istifadə edən və mobil texnologiyaya qoyulan investisiyadan maksimal STEM fayda əldə etməyə imkan verən elmi məzmun axtarışında olan təhsilverənlər üçün idealdır.
  20. Labdisc təhsil sektorunda qlobal nüfuz qazanıb. Buraxılışından bir neçə ay ərzində təhsil sektorunda ən nüfuzlu iki beynəlxalq mükafata layiq görülüb. Tədris və təlimi təkmilləşdirməkdə yüksək potensiala malik innovativ və pedaqoji cəhətdən dəyərli məhsullar üçün Worlddidac Mükafatı və "Tanınmış Təhsil Texnologiya Məhsulları" sahəsində Mükəmməl Xidmətə görə 30-cu İllik Mükafat" Bundan əlavə, Apple Distinguished Educators (Apple Fərqlənmiş Təhsil İşçiləri) Labdisc proqram təminatını iPad üçün üstünlük verilən elmi məqsədli laboratoriya həlli olaraq qəbul ediblər və bu gün iPad üçün həyati əhəmiyyətli elmi məqsədli laboratoriya resurslarının yeganə təminatçısı olduğunu hesab edirlər. Labdisc proqram təminatını dünyanın hər bir yerində nümayiş etdirməklə yanaşı, ADE kollektivi BETT zamanı Labdisc və iPad elmi eksperimentlərini həmçinin sərgiləyir və tədris sinfinin iş prosesinə Labdisc və iPad-in rahat inteqrasiyasını əyani olaraq nümayiş etdirirlər. Labdisc iPad-dən istifadə edən və mobil texnologiyaya qoyulan investisiyadan maksimal STEM fayda əldə etməyə imkan verən elmi məzmun axtarışında olan təhsilverənlər üçün idealdır.